Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan


Manna çarlığı. E.ə. I minilliyin əvvəlində



Yüklə 265,68 Kb.
səhifə10/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
1   ...   6   7   8   9   10   11   12   13   ...   96
az tarix en yeni — копия

Manna çarlığı. E.ə. I minilliyin əvvəlində (e.ə. IX əsrdə) Azərbaycanın cənubunda-Urmiya gölü ətrafında Manna dövləti ya- ranmışdı. Manna adına ilk dəfə e.ə. 843-cü ildə Assuriya hökmdarı III Salmanasarın mixi yazılı kitabəsində tayfa kimi rast gəlinir.
Manna dağlıq ölkə idi. Burada çoxlu çaylar var idi. Urmiya gölü duzlu olduğu üçün suvarmaya yaramırdı. Suvarma üçün bu çaylardan istifadə olunurdu. Əhalisi əkinçiliklə məşğul olurdu. Tor- pağı dəmir toxa və xış ilə şumlayırdılar, taxılı dəmir oraqla biçir- dilər. Bağçılıq və üzümçülük də inkişaf etmişdir. Atçılıq geniş yayılmışdır. Subi vilayəti öz atları ilə fərqlənirdi. Əhali oturaq həyat sürürdü. Təsərrüfatda dəvədən də istifadə edirdilər.
E.ə. XI əsrdə Manna ərazisində Zamua, Gilzan, Alateye, Surikaş, Gizilbunda, Uişdiş, Zikirtu, Andia və s. vilayətlər meydana gəlmişdi. Urmiya gölündən cənubda yerləşən Zamua əvvələr lullu- bilərin ölkəsi olmuşdur. E.ə. IX əsrin I yarısında Zamuanı ayrı- ayrı hakimlər idarə etdiklərinə görə, xarici hücumların qarşısını almaq mümkün olmurdu. Manna hökmdarları ölkəni vahid mərkəz- də birləşdirib, xarici hücumların qarşısını almağa çalışmışlar, lakin buna nail ola bilməmişlər. Mannaya qarşı Assuriyanın, həmçinin Urartu dövlətinin hücumları ara vermirdi. E.ə. IX-VIII əsrlərdə Manna artıq güclü bir dövlətə çevrilmişdi. Assuriya hökmdarı III Tiqlatpalasar VIII əsrin II yarısında Urartu ilə vuruşdu. O, Man- nanın Mazamua vilayətini Assuriyaya birləşdirdi, Urmiya gölü höv- zəsində yaşayan bir sıra tayfaları oradan köçürdü. O, əsasən, Urartu və Midiya ilə müharibələr aparırdı. Bu dövrdə Manna Assuriyaya müttəfiq kimi baxırdı.
Mannanın hökmdarı İranzu (e.ə.740-719) Urartunun işğal etdiyi Manna torpaqlarını geriyə qaytardı, Manna vilayətlərini mər- kəzi hakimiyyətə tabe etdi, ölkədə canişinlik sistemi yaratdı. Man- nanın ərazisi şimalda Araz çayına çatırdı, cənubda və cənub-şərqdə Kaspi ölkəsi, Parsua və Midiya ilə həmsərhəd idi. İranzunun höki- miyyəti zamanı Manna Urmiya gölü hövzəsində qüdrətli dövlətə çevrildi (8, s. 95). Paytaxtı İzirtu şəhəri idi. Bu dövrdə Mannanın xarici siyasətində 2 meyl var idi: İranzu özü başda olmaqla bir qrup Assuruyaya müttəfiq kimi baxır, bununla da Manna torpaqlarının bütövlyünü qoruyub-saxlamağa çalışırdılar; başqa bir qrup isə Urartu ilə ittifaqa üstünlük verirdi. Onlarin siyasəti Manna hökm- darının mərkəzləşmə siyasətinə mane olurdu. Assuriyaya olan meyl Manna dövlətini Urartu işğallarından xilas etmiş və ölkənin birləş- məsi üçün şərait yaratmışdı. Lakin İranzunun mərkəzləşdirmə siya- səti bəzi hakimlərin və canişinlərin xoşuna gəlmirdi. Bundan isti- fadə edən Urartu hökmdarı I Rusa Zikirtu vilayətinin canişini və bir sıra şəhərlərlə sazişə girdi. Onların təsiri ilə e.ə. 719-cu ildə Manna- nın Şuandahul və Durdukka şəhər əhalisi İranzuya qarşı üsyan etdi. Assuriya hökmdarı II Sarqon Manna ilə ittifaqa sadiq qalaraq üs- yanı yatırtdı.
İranzunun vəfatından sonra onun oğlu Aza (e.ə.718-716) haki- miyyətə gəldi. E.ə. 716-cı ildə Aza sui-qəsd nəticəsində öldürüldü. Azanın ölümündən sonra onun qardaşı Ullusunu (e.ə.716-680) Manna hökmdarı oldu. Mixi yazılarına görə onun hakimiyyətə gəl- məsinə Urartu hökmdarı I Rusa kömək etmiş və əvəzində 22 Manna qalasını almışdı. Ullusunu Assuriyadan azad olmaq üçün Urartu ilə ittifaqa girir. Bu Assuriya hökmdarı II Sarqonu qəzəbləndirir və e.ə.

Yüklə 265,68 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə