müqayisə etməklə, özünə yaxın olan dövrdə baĢ vermiĢ hadisələri isə Ģahidləri
dindirməklə aydınlaĢdırmağa çalıĢmıĢ və çıxardığı nəticəni əsərində qeyd etmiĢdir.
Məsələn, əfsanəvi PiĢdadilər sülaləsinin hökmdarlarından HuĢəng ibn Siyamək
haqqında məlumat verərkən yazır ki, o, «Cavidani-xirəd» kitabının müəllifidir.
Hürufilərin «Cavidani-xirəd» kitabı tamamilə baĢqa bir kitabdır. Çünki HuĢəngin
«Cavidani-xirəd» kitabını xəlifə Məmunun (813-833) vəziri Həsən ibn Səhl ərəb
dilinə tərcümə etmiĢdir. Hürufiliyi isə bu son vaxtlarda Nəiməddin Fəzlüllah
Astarabadi yaratmıĢdır.
50
Yaxud, ġəms Təbrizi haqqında mənbələrin məlumatını verdikdən sonra
müəllif yazır ki, düzü budur ki, bunu mən Əndican Seyidlərindən öyrəndim.
DövlətĢah Səmərqəndi «TəzkirətüĢ-Ģüəra» əsərində Mövlana Cəlaləddin Ruminin
tərcümeyi-halını verərkən yazmıĢdır.
51
ZərdüĢt, muğ, muğan haqqında olan məlumatlar da bu qəbildəndir
(ZərdüĢtü Azərbaycanla bağlayır). Bu kimi Ģəxsi araĢdırmalara, tədqiqatlara,
çıxarılan nəticələrə «Tarixi-cahan-ara»da rast gəlmirik.
d) Əbdi bəy bütün əsər boyu dəfələrlə öz adını çəkmiĢ, XVI əsr hadisələrini
təsvir edərkən isə hər hansı bir iĢdə, hadisədə öz iĢtirakı barədə məlumat vermiĢdir.
Bu kimi Ģəxsi qeydlər «Tarixi-cahan-ara»da yox dərəcəsindədir. Qazı
Əhməd təkcə
bir yerdə 931 (1524-25)-ci il hadisələrini təsvir edərkən atası və əmisinin
öldürüldüyünü yazmıĢdır.
52
Haqqında danıĢılan əsərlərin birinin digərindən köçürülmədiyi barədəki
fikrimizi sübut etmək üçün hər iki əsərdən bəzi məlumatı müqayisəli Ģəkildə
verməyi məqsədəuyğun hesab edirik:
Təkmilətül-əxbar
Kəyumərs vəfat etdikdən sonra HuĢəng Siyamək ibn Kəyumərs ibn onun
yerinə keçdi. Məna baxımından «huĢ» «xirəd» (huĢ, ağıl, mənsubdur deməkdir.
Tarixi-cahan-ara
HuĢəng Siyamək ibn Kəyumərs. Ləqəbli PiĢdad. Sus Ģəhəri və ġüĢtər,
Xuzistan ona mənsubdur. Hakimiyyəti - 40 il (s.30). «Həng»in mənası - çox bilikli,
elmi və biliyi olan huĢ və həng adlanır. Onları birləĢdirdikdə «HuĢəng» olur.
Ərəbcə yazanda «HuĢənc» yazırlar. O, filosof idi. Əməli fəlsəfə olan «Cavidani-
xirəd» kitabını yazmıĢdır. Hürufilərə məxsus olan «Cavidani-xirəd» ondan baĢqa
(əsərdir). Çünki HuĢəngə mənsub olan «Cavidani-xirəd»i məlun Məmunun vəziri
Həsən ibn Səhl ərəb dilinə tərcümə etmiĢdir. Hürufilik məzhəbini isə bu yaxınlarda
Nəiməddin Fəzlüllah Astarabadi aĢkar etmiĢdir. HuĢəngin hakimiyyət müddəti 40
il olmuĢdur. Ġstəxri o, bina etmiĢdir. Sus və ġüĢtər onun saldırdığı Ģəhərlərdəndir.
Fars dilində «əĢkərə» deyilən tərlan, qara-quĢ, Ģahin və s. ilə ov etməyi o
öyrətmiĢdir. Tula və iti vəhĢi keçilərin ardınca salırdı.