Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   2   3   4   5   6   7   8   9   ...   70

cəhadiyyə», 
Fəzlüllah  Qəzvininin  «Tarixi-möcəm»,  HinduĢah  Səncərin 
«Təcarübüs-sələf»,  Qütbəddin  ġirazinin  «Dürrətül-tac»,  Məhəmməd  ibn 
Əbdülxaliqin  «Kənzül-lüğət»,  Əlaəddin  Ətaməlik  Cüveyninin  «Tarixi-
CahanqoĢa»,  Fəzlüllah  RəĢidəddinin  «Cameüt-təvarix»,  Uluğ  bəyin  «Zici-Uluğ 
bəy», Hüseyn Vaiz KaĢifinin «RovzətüĢ-Ģühəda», Həmdullah Mustovfinin «Tarixi-
qozide»,  Mirxandın  «Rovzətüs-səfa»,  Qiyasəddin  Xandəmirin  «Xülasətül-əxbar» 
və «Həbibüs-siyər», DövlətĢah Səmərqəndinin «Təzkirə-tüĢ-Ģüəra» və s. 
Əbdi  bəyin  ən  çox  istifadə  etdiyi  mənbə  «Kitabi-Təhmasiyyə»,  yaxud 
«Kitabi-Təhmasibiyyə» adı ilə  məĢhur olan  «Kitabi-dəfül-mənafat  ən-ət-təfzil vəl 
müsavat»  adlı  əsərdir.  Əbülməali  əl-Hüseyn  ibn  əl-Həsənin  ərəb  dilində  olan  bu 
əsərini Əbdi bəy fars dilinə tərcümə etmiĢdir. 
Əsərlərindən  sitat  gətirilmiĢ,  yaxud  həyat  və  yaradıcılıqlarından  bəhs 
olunmuĢ  Ģairlərdən  isə  Əbülqasim  Firdovsi,  Sənai  Qəznəvi,  Xaqani  ġirvani, 
Nizami  Gəncəvi,  Zəhir  Fariyabi,  Əmir  Xosrov  Dəhləvi,  Əvhədi  Marağeyi,  Ġbn 
Yəmin,  Salman  Savəci,  Hafiz  ġirazi,  Hilali  Cığatayi,  Nizam  Astarabadi  və 
baĢqalarının  adlarını  çəkmək  olar.  Bütün  bunlar  onu  göstərir  ki,  Əbdi  bəy  əsərini 
yazarkən  bir  sıra  kitabxanalardan,  xüsusilə,  Ərdəbildə  ġeyx  Səfi  məqbərəsi 
nəzdində  olan  zəngin  kitabxanadan,  Təbriz,  Qəzvin  saray  kitabxanalarında 
saxlanılan əsərlərdən və rəsmi sənədlərdən istifadə etmiĢdir. 
Əbdi  bəy  bir  çox  hallarda  müəyyən  bir  məsələ,  hadisə  haqqında  olan 
məlumatları  bir-birilə  müqayisə  edir.  Bəzi  müəlliflərin  məlumatı  ilə  razılaĢmır, 
hadisəyə, məsələyə öz münasibətini bildirir. 
XVI əsr hadisələrini təsvir edərkən isə o, ancaq öz müasirləri olan Ģairlərin 
və  özünün  müxtəlif  hadisələrlə  əlaqədar  Ģerlərindən  nümunələr  və  maddeyi-
tarixləri sitat gətirmiĢdir. Maddeyi-tarixlərin əksəriyyətini Əbdi bəy özü yazmıĢ və 
sonrakı  müəlliflər öz əsərlərində bunlardan istifadə etmiĢlər. Yeri gəlmiĢkən qeyd 
edək  ki,  Əbdi  bəyin  poemalarında  və  divanlarında  olan  maddeyi-tarixlərdən  və 
müəyyən  bir  hadisəyə,  Ģairlərin  həyatına  həsr  etdiyi  Ģerlərdən  XVI  əsrdən 
baĢlayaraq,  bu  günə  qədər  istifadə  olunmuĢdur.  Bu  kimi  əsərlərə  misal  olaraq 
Əlaüddövlə  Kami  Qəzvininin  Əkbər  Ģaha  (1556-1605)  ithaf  etdiyi  «Nəfaisul-
məasir»  adlı  çox  qiymətli  təzkirəni
31
  ,  Qazı  Əhməd  Quminin  «Xülasətüt-təvarix» 
adlı tarixi əsərini
32
 göstərə bilərik. 
ġah Ġsmayılın oğlu Sam Mirzənin vəfat tarixi və ölümünün səbəbi son illərə 
qədər  müxtəlif  Ģəkillərdə  göstərilirdi.  Bunu  yalnız  Əbdi  bəyin  «Təkmilətül-
əxbar»da  yazdığı  maddeyi-tarix  əsasında  dəqiqləĢdirmiĢlər.
33
  Qəzvindəki 
Səadətabad  bağı  və  Səfərabad  saray  Ģəhərciyində  tikilmiĢ  binalar  haqqında  ən 
dəqiq  məlumat  «Cənnati-ədn»  adlanan  üçüncü  «Xəmsə»də  verilmiĢdir.
34
  Bu  kimi 
məziyyətlərinə  görə  Əbdi  bəyin  həm  bədii  irsi  və  həm  də  tarixi  əsəri  həmiĢə 
yüksək  qiymətləndirilmiĢdir.  Əbdi  bəyi  orijinal  və  realist  bir  Ģair  kimi 
qiymətləndirən Sam Mirzə onun Ģerdə, xüsusilə məsnəvi yazmaqda böyük məharət 
sahibi  olduğunu  göstərmiĢdir.
35
  Kəsrəvi  Təbrizi  isə  «Təkmilətül-əxbar»dan  bəhs 


edərkən  iranlı  tarixçilər  içərisində  Əbdi  bəyi  tanınılmamıĢ  sülalələr  tarixini 
toplamağı bacaran yeganə Ģəxs hesab etmiĢ və bu əsəri daha düzgün və daha yaxĢı 
əsər kimi qiymətləndirmiĢdir.
36
 
Əbdi bəy  Səfəvi  dövrünün tarixini  yazarkən  əsasən iki təqvimdən  -  qədim 
monqol-türk və hicri-qəməri təqvimindən istifadə etmiĢdir. Daha doğrusu, müəllif 
əvvəlcə  monqol-türk təqviminin illərini (siçan-donuz) vermiĢ,  sonra isə həmin ilə 
müvafiq  olan  hicri-qəməri  təqviminin  ilini  göstərmiĢdir.  Məlum  olduğu  kimi, 
monqol-türk  təqvimi  GünəĢ  sistemi  əsasında  hesablanır.  Bu  təqvimdə  illərin 
uzunluğu 365 gün 5 saat 48 dəqiqə 46 saniyədən (bəzən 366 gündən), hicri-qəməri 
təqvimdə  isə  354  gün  8  saat  49  dəqiqədən  (bəzən  355  gündən)  ibarətdir.
37
  Buna 
görə  xalq  arasında  deyildiyi  kimi,  hicri-qəməri  təqvim  «gəzir».  Çünki  bu  Ay 
təqvimi  GünəĢ  təqviminə  nisbətən  orta  hesabla  11  gün  qısadır.  Monqol-türk  illəri 
həmiĢə novruzun daxil olduğu gündən - keçmiĢdə (köhnə stillə) 9 martdan, hazırda 
isə əsasən 21 martdan baĢlanır. Hicri-qəməri təqvimdə isə yeni il məhərrəm ayının   
1-dən  baĢlanır.  Bu  iki  təqvim  arasında  uyğunsuzluq  olduğuna  -  günlərin  sayı 
bərabər olmadığına  görə bu təqvimlərin illəri çox vaxt  uyğun  gəlmir. Hətta bəzən 
bir  monqol-türk  ilinin  6  ayı  hicri-qəməri  təqvimin  bir  ilinə,  6  ayı  isə  digər  ilinə 
düĢür. Yeni Hicri-qəməri ili GünəĢ təqvimi ilə hesablacaq, hər il keçən ilkindən 11 
gün  tez  baĢlanır.  Hər  3  ildən sonra  hicri-qəməri  il  1  ay  tez  baĢlanır.  Beləliklə,  33 
ildən sonra yeni hicri-qəməri il ilin bütün fəsillərini dolanaraq, yeni GünəĢ təqvimi 
ilinin  yeni  ili  ilə  bir  vaxta  düĢəcək.  Lakin  bu  vaxt  ərzində  33  il  deyil,  34  hicri-
qəməri il keçəcəkdir. Buna görə Əbdi bəy monqol-türk ilini verdikdən sonra onun 
yanında  hicri-qəməri  təqvimin  ilini  göstərərkən  yeri  gəldikcə  bəzi  (ayları)  filan 
ildə, bəzi (ayları) isə filan ildə (məs, donuz ili), bəzi (ayları) 970, bəzi (ayları) (isə 
971-ci ildə) yazmıĢdır. 
Əbdi bəy bəzən hadisələri təsvir edərkən hicri-qəməri təqvimin hər hansı bir 
ayını  qeyd  etdikdən  sonra  həftənin  hansı  günü  olduğunu  (Ģənbə,  yekĢənbə, 
düĢənbə,  seĢənbə,  çaharĢənbə,  pəncĢənbə,  cümə)  da  göstərmiĢdir.  Bu  günlər  də 
GünəĢ  təqvimi  ilə  olan  günlərə  uyğun  gəlmir.  Tərcümədə  həftənin  bu  günləri 
GünəĢ təqviminin günlərinə çevrilməmiĢ və orijinalda olduğu kimi saxlanılmıĢdır. 
«Təkmilətül-əxbar»ın bizə məlum olan ən nəfis əlyazma nüsxəsi Tehranda 
səltənət kitabxanasında 24 sıra nömrəsi ilə saxlanılır. Bu əlyazmasında sərlövhə və 
Quran  ayələri  süls  və  nəsx  əsərin  əsas  hissəsi-mətni  isə  nəstəliq  xətti  ilə  1099 
(1687-1688)-cu  ildə  Məhəmmədyəhyanın  oğlu  MəhəmmədhaĢim  tərəfindən  çox 
nəfis  Ģəkildə  köçürülmüĢdür.  19x31  sm  ölçüsündə  olan  350  vərəqdən  (700 
səhifədən) ibarət bu əlyazmasının hər səhifəsində 19 sətir yazılmıĢdır. Bu nüsxənin 
sonunda  göstərilir  ki,  MəhəmmədhaĢim  əsərin  üzünü  995-ci  ildə  cümadiəl-axır 
ayının  sonunda  (7  may  1587)  avtoqrafdan  köçürmüĢdür.  Bu  nüsxənin  əvvəlində 
əsərin  üzünün  köçürülməsi barədə  Azərbaycan,  ərəb  və  fars  dillərinin qarıĢığı ilə 
yazılmıĢ  fərman  da  vardır.  Əlyazmasını  təsvir  edən  Bədri  xanım  Atabayın 
yazdığına görə Əbdi bəy «Təkmilətül-əxbar»ı Pərixan xanımın «dəstur və əmri» ilə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə