Azərbaycan elmlər akademiyasi arxeologiya və etnoqrafiya institutu



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix17.09.2018
ölçüsü1,31 Mb.
#68764
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

18 

 

düzəldilmişdir.  Bəhs  etdiyimiz  belə  metal  dəstəkdən  müasir  dövrdə  xalqın  məişətində  duz,  ləpə,  qorğa  və 



müxtəlif  ədviyyat  əzmək  üçün  geniş  istifadə  olunur.  Bu  kimi  dəstəklərə  arxeoloji  qazıntılar  zamanı  da  çox 

təsadüf edilir. Bakıdan tapılan həvəng dəstəyi kimi alət orta əsr  Beyləqan şəhərindən də məlumdur.

87

 IX—XIII 



əsrlərə  aid  belə  həvəng  dəstəklərinin  oxşarı  Ermənistanın  Dvin

88

  və  Türkmənistanın  isə  Şexr-İslam



89

  orta  əsr 

şəhərlərindən  əldə  olunmuşdur.  Orta  Asiyada  başqa  şəhərlərdən  aşkar  edilən  belə  həvəng  dəstəkləri  XI—XII 

əsrlərə aid edilir

90



Metal  qablar.  Bakı  qazıntılarından  tapılan  XII—XIV  əsrlərə  aid  məişət  əşyalarının  bir  hissəsini  metal 



qablar  təşkil  edir.  Bu  qabların  bir  neçəsi  ölçülərinə  görə  çox  kiçikdir.  Onlardan  biri  1974-cü  ildə  9-cu  sahədə 

aparılan qazıntı zamanı tapılmış mis qabdır. Yarımşar formalı cama oxşar bu mis qabın hündürlüyü 4, ağzının 

diametri  isə  5,5  sm-dir    (VII  tablo,  5).  Qabın  çöl  tərəfdən  ağzının  kənarı  dörd  cərgə  qabarıq  zolaqlarla 

naxışlanmışdır.  Onun  divarları  nazikdir.  Zərif  hazırlanan  bu  qabın  nə  məqsəd  üçün  istifadə  edildiyini  dəqiq 

müəyyən etmək çətindir. Lakin incə zövqlə düzəldilməsi və simmetrik naxışlanması ondan həm də bədii əşya 

kimi istifadə edildiyini ehtimal etməyə əsas verir. 

1970-ci ildə başqa bir yarımşar formalı mis qab əldə olunmuşdur (VII tablo, 6). Bu qab da nisbətən zərif 

hazırlanmışdır. 

Kiçik  qablardan  biri  də  silindr  formalıdır.  Bu  qab  1971-ci  ildə  aşkar  olunmuşdur  (VII  tablo,  7).  Onun 

hündürlüyü  3,5,  diametri  isə  3  sm-dir.  Nazik  mis  təbəqə  halqa  şəklində  əyilərək  ucları  bir-birinə 

birləşdirildikdən  sonra  lehimlənmişdir.  Onun  ölçüsünə  uyğun  dairəvi  formada  kəsilmiş  mis  təbəqə  isə  qabın 

oturacağına lehim vasitəsi ilə yapışdırılmışdır. Qabın ağzı bir qədər içəriyə doğru yığcamdır. 

1964-cü ildə aşkar olunan mis cam əvvəlkilərə nisbətən xeyli böyükdür. Hündür oturacaqlı bu qabın ağzı 

çölə doğru əyməli formada düzəldilmişdir. 

Onun  ağzının  xaric  tərəfində  cızma  üsulu  ilə  paralel  batıq 

xətlərdən dairə çəkilmişdir. Bu mis qab əvvəlkilərdən fərqli olaraq xeyli qalındır (VII tablo, 8). 

1970-ci ilin qazıntı materialları içərisindəki mis dolça diqqəti cəlb edir (VII tablo, 9). Yastı oturacaqlı bu 

qabın gövdəsi bir qədər şişkin olub, yuxarı qalxdıqca daralır. Qulpunun bir tərəfi boğazına, digəri isə gövdəsinə 

yapışdırılmışdır.  Qalınlığına  və  oxşar  qablara  əsasən qulpu bərpa edilmişdir.  Qulpun  əks  tərəfində  qabın  ağzı 

novçalı formada düzəldilmişdir. 

Yeri  gəlmişkən  qeyd  etməliyik  ki,  süddan  formalı  bir  gümüş  dolça  Bakıdan  təsadüfən  tapılmışdır

91



Həmin qabın quruluşu üzərində müxtəlif kompozisiyalı səhnələr yaratmaq üçün çox əlverişlidir. Buna görə də 

qabın  üzəri  əvvəlcə  simmetrik  şəkildə  hissələrə  bölünmüş,  sonra  müxtəlif  texniki  üsullarla  xalı  kimi  zəngin 

naxışlanmışdır  (XVII  tablo,  1).  Onun  üstündə  sifarişlə  hazırlanması  haqda  yazı  da  vardır.  Yazıda  bu  qabın 

Məhəmmədbağır  adlı  usta  tərəfindən  Cabbar  bəy  üçün  hazırlandığı  qeyd  olunur.  Qabın  naxışlarının 

kompozisiyası və işlənmə xüsusiyyətləri onun Şirvan sənətkarına məxsus olduğunu söyləməyə əsas verir. Belə 

bir  mis  qab  Şamaxıdan  da  məlumdur

92

.  XVI—XVII  əsrlərə  aid  edilən  Şamaxı  qabı  ilə  bəhs  etdiyimiz  gümüş 



qabın  quruluşunun  oxşarlığı,  həmçinin  üzərindəki  bəzi  motiv  və  kompozisiyaların  yaxınlığı  yuxarıda  deyilən 

fikri bir daha təsdiq edir. 

Qazıntılar  zamanı  metal  qabın  qırıqlarına  da  təsadüf  olunmuşdur.  Onlardan  biri  nazik  divarlı  mis  qaba 

aiddir (VII tablo, 10). Ağzının kənarı qabın üstünə qatlanaraq lehimlənmişdir. Qabın qırıqları onun nəlbəkivarı 

formada  olduğunu  göstərir.  Digər  mis  qabın  bir  parçası  tapılmışdır.  Ağzının  kənarı  yana  doğru  əyləmlidir. 

Formasını bərpa etmək mümkün olmadı (VII tablo, 11). 

1964-cü ildə Qız qalasının yanındakı arxeoloji qazıntılar zamanı uçurulmuş evin yerindən bir ədəd müasir 

çaynik formasında qab tapılmışdır (VIII tablo, 1). Onun üzəri bəzəklidir. Qaba diqqətlə nəzər yetirdikdə onun 

şərpuşdan kəsilib düzəldildiyi aydın olur. Belə ki, sərpuşun konusvarı formalı baş tərəfi kəsilərək çaynikin ağzı 

üçün yer açılmışdır. Alt hissəsinə isə dairəvi mis təbəqə qaynaq edilərək oturacaq düzəldilmişdir. Sərpuşun bir 

tərəfində deşik açılaraq, oraya lülək qaynaq edilmişdir (VIII tablo, 2). 

Beləliklə,  gözəl  incəsənət  abidəsi  olan  sərpuş  ehtiyac  üzündən  kobud  çaynikə  çevrilmişdir.    Qeyd 

etdiyimiz  kimi  sərpuşun  üstü  gözəl  naxışlanmışdır.  Onun  səthi  əvvəlcə  simmetrik  şəkildə  zolaqlara 

bölünmüşdür. Enli zolaqların arası kəsmə və burma formalı naxışlarla bəzədilmişdir. 

Qabın  ağzının  qırağı  ilə  oturacağa  yaxın  hissədəki  yarpaqvarı  naxışlar  bir-birini  təkrar  edir.  Sərpuşun 

aşağı  hissəsi  kəsilərkən  naxışların  çoxu  qaynaq  nəticəsində  pozulmuş  və  yalnız  rombvarı  bəzəklərin  izi 

                                                           

87

 Əhmədov Q. M. Orta əsr Beyləqan şəhəri, s. 54, 33-cü şəkil «j». 



88

 Kafadaryan K. Q. Göstərilən əsəri, s. 169. 

89

 Ataqarrıyev Y. Göstərilən əsəri, s. 68. 



 

90

 Литвинский Б.  А.  Средневековые  поселения  области  Нисы севернее Копетдага в IX — XV вв. Ташкент, 1950,  с. 94. 



91

  Mustafayev  A.  N.  Şirvanın  maddi  mədəniyyəti.  Bakı.  1977.  Həmin  qab  Azərbaycan  EA  Tarix  İnstitutunun  baş  elmi  işçisi  A.  Mustafayev  tərəfindən 

ətraflı tədqiq olunur. Bizi qabla tanış etdiyi üçün ona təşəkkürümüzü bildiririk. 

 

92



 Ciddi H. Ə., İbrahimov F. Ə. Şamaxıdan tapılmış zəngin naxışlı mis qab. «Azərb. SSR EA Xəbərləri» (tarix, fəlsəfə və hüquq seriyası), 1978, № 3, s. 

72. 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə