|
Azərbaycan əDƏBİ DİLİNİn normalariYazılı nitqdə sual işarəsi
|
səhifə | 14/20 | tarix | 04.01.2023 | ölçüsü | 146,24 Kb. | | #98168 | növü | Qaydalar |
| NORMALAR4. Yazılı nitqdə sual işarəsi. Sual işarəsi yazılı nitqdə sual ifadə edir və aşağıdakı hallarda işlənir:
a) sual əvəzliklərinin sonunda sual işarəsi qoyulur. Məsələn:
Solmaz. Sən ən doğru bir qadını tapındıra bilərsən. Sözlərin bir ildırım kimi insan beyninə, baxışların bir iynə kimi ürəyinə sancılır. Ancaq mən heç bir zaman sənin ola bilməyəcəyəm.
Elxan. Nə üçün, Solmaz, nə üçün? (C.Cabbarlı, “Od gəlini”);
Altunbay. Yalnız orasını mənə anlat ki, sən kimsən? (C.Cabbarlı, “Od gəlini”);
b) sual məqsədilə işlənən cümlələrin sonunda sual işarəsi qoyulur. Məsələn:
Yenə o, Əlmurad dayının üstünə qışqırdı: ― De görüm, neçə pətəyin var sənin? (Ə.Əylisli, “Adamlar və ağaclar”).
c) məzmununda sual ifadə edilməyən, ancaq formaca sual cümləsi şəklində qurulan cümlələrin sonunda sual işarəsi qoyulur. Sual cümlələrinin bu növündə cavab tələb olunmur, bu cavab sualın özündə implisit tərzdə düşünülür. Təsdiq və ya inkarda deyilməli olan fikir ritorik sual cümlələri vasitəsilə daha təsirli və qəti şəkildə ifadə olunur. Məsələn:
Buğda çörəyinin buynuzu olar? (Atalar sözü); İt dəmirçi dükanından nə aparar? (Atalar sözü); İslanmışın sudan nə qorxusu? (Atalar sözü); Hansı şəhərdə ac və lüt tapılmaz? (M.İbrahimov, “Gələcək gün”);
Sual cümlələri bütöv və ya elliptik ola bilir. Elliptik cümlə bir sözdən də ibarət olur və bu məqamda da sual işarəsindən istifadə olunur. Məsələn:
Altunbay. Kəndlilər qiyam etmiş, darğaları çıxarıb qovurlar. Qara kütlə bir od seylabı kimi axır. Qarşı gələni amansız bir sel kimi süpürüb aparır.
Rəbi. Bəs Solmaz? (C.Cabbarlı, “Od gəlini”).
Bəzən sual cümləsi nida tonunda deyilir. Belə cümlələrin sonunda sual-nida işarəsi qoyulur. Məsələn:
Hanı şəfəqin, gözəl cəvahir, haradasan, zərif qızıllar?! (S.S.Axundov, “Tamahkar”); ― … Ağlın olsa, bir neybətdən ötrü oturub ömrünü çürütməzsən. Axı onun nəyini gözləyirsən?! (Ə.Əylisli, “Mənim nəğməkar bibim”); ― … Niyə, dünyada bir subay oğdan tapılmırdı ki, mənə aşiq olaydı?! (İ.Əfəndiyev, “Söyüdlü arx”); Zərrintac baxışlarını qaldırıb Elməddinə diqqətlə baxdı və:― Hə! ― dedi. ― Bəs sən?! (Ə.Hacızadə, “Əfsanəsiz illər”).
Dostları ilə paylaş: |
|
|