26
Qeyd etmək lazımdır ki, bankların plastik kart sistemləri, bir qayda olaraq
banklarlar arası kooperasiya əsasında yaradılır. Prinsip etibarı ilə ayrıca götürül-
müş bir bank da özünün plastik kartlar sistemini yarada bilər. Məsələn Saratovdakı
«Naratbank» «Narat» səhmdar cəmiyyətinin mağazalarında ödənişlərin həyata
keçirilməsi üçün istifadə edilən «Narat-kard» plastik kartlarının emissiyasını həya-
ta keçirmişdir. Lakin məxsusi plastik kartların buraxılması onlara xidmət infra-
strukturunun yaradılması üçün sanballı əsaslı vəsait qoyuluşu tələb edir. Buna görə
də praktikada kommersiya banklarının yalnız az bir qismi öz plastik kartlarını
buraxır, onların əksəriyyəti öz müştərilərinə milli və ya beynəlxaiq bank kartları
assosiasiyalarının başçılıq etdiyi iri plastik kartlar sistemlərinin kartlarını təklif
edirlər («Viza», «Master Kard», «Yevropey», Rusiyada - «STB Kard», «Yunion
Kard», «Zolotaya korona» və b.). Bu haida bir bank bir neçə müxtəlif sistemlərin
tərəfdaşı (nümayəndəsi) qismində çıxış edərək onların kartlarını emissiya edə bilər.
Beləliklə, plastik kartların emitentləri arastnda rəqabətin sanki iki səviyyəsi
mövcuddur: «Bank» və «qeyri-bank» tipli plastik kartlar sistemiəri arasında rəqa-
bət və onların nümayəndələri rolunda çıxış edən kommersiya banklan arasında
rəqabət.
Yol çeklərinin emitentləri. Yol çeklərinin emissiyası və dövriyyəsi sfera-
sında da analoji vəziyyət yaranmışdır. Yol çeki, əsas etibarilə, ticarət xarakterli
olmayan beynəlxalq hesablaşmaların (başqa sözlə desək, valyuta hesablaşmaları-
nın) vasitəsi kimi istifadə edilən ödəniş sənədidir. Hərçənd, bəzi ölkələrdə
(məsələn ABŞ-da, Kanadada) əmtəə və xidmətlərin haqqınnın nağdsız ödənilməsi
üçün daxili hesablaşmalarda da yol çekləri tətbiq edilir. Banklaria yanaşı, digər
maliyyə-kredit təsisatları, plastik kartlarla bağlı halda olduğu kimi ixtisaslaş-
dırılmış yol çekləri şirkətlərinə çevrilmiş turist təşkilatları da yol çeklərinin emi-
tentləri ola bilər («Tomas Kuk», «Ameriken Ekspress» və b.). Yol çekləri bazarın-
27
da kəskin rəqabət mübarizəsi gedir, standartlaşdırılmış yol çekləri buraxan emitent-
lərin birlikləri və assosiasiyaları yaradılır («Viza», «Master Kard»). Müasir Rusi-
yada bəzi kommersiya banklan yol çekiərinə xidmət göstərməklə məşğul olur.
Trast Ģirkətləri. Trast xidmətləri sahəsində kommersiya bankları «Banka
oxşar qurumların» rəqabəti iiə üzləşirlər. Məsələn XIX əsrdə ABŞ-da fərdi səhm
paketlərinin və korporasiyaların mülkiyyətinin idarə edilməsi ilə bağlı müntəzəm
əməliyyatların inkişafının lap başlanğıcında bu əməliyyatlar sığorta şirkətləri
tərəfindən həyata keçirilirdi. Etibarnamə əsasında mülkiyyətin idarə edilməsi üçün
ilk çarter (icazə) 1822-ci ildə Nyu-Yorkdakı əmlak sığortası şirkətinə, ikinci çarter
isə 1830-cu ildə Filadelfiya sığorta şirkətinə verilmişdir. XIX əsrin ortalarından
başlayaraq əsas fəaliyyət növü kimi mülkiyyətin etibarnamə əsasında idarə edil-
məsi ilə məşğul olan ixtisasiaşdırılmış trast şirkətləri də inkişaf etməyə başlayır.
Transfer-agentlər, depozitarilər, qeydiyyatçılar. Transfer-agent və depo-
zitari xidmət sahəsində banklartn rəqibləri investisiya təsisatları (o cümlədən
investisiya şirkətləri) və ixtisaslaşdırılmış transfer agentlər və depozitarilər – qiy-
mətli kağızlarla bağlı əməliyyatlar aparan, onların hərəkətinin uçotunu aparan və
emitetlərlə müqavilələrə əsasən digər funksiyaları həyata keçirən hüquqi şəxslərdir.
Bundan əlavə agent xidməti sahəsində müstəqil qeydiyyatçılar adlanan firmalar da
işləyir. Onların vəzifəsi eomitent tərəfindən buraxılmış qiymətli kağızların
sahiblərinin reysterinı aparmaqdan ibarətdir.
Əslində Rusiyada trastın hüquqi əsası yoxdur (bu barədə prezident fərma-
nında trastın yalnız tərifi verilir, lakin trast fəaliyyətinin təşkilati formaları təyin
edilmir). Buna baxmayaraq, hazırda bəzi investisiya təsisatları (onlar bəzən
özlərini investisiya - trast şirkətləri adlandınrlar). Lakin nəzərə almaq lazımdır ki,
çox vaxt pul vəsaitlərinin trast idarə edilməsi adı altında adi depozit xidmətləri
gizlənir. Bu, depozitlərin qəbul edilməsi ilə bağlı əməüyyatların həyata keçirilməsi
28
üçün bank lisenziyasına malik olmaq tələbindən yan keçmək məqsədilə edilir. Bəzi
investisiya şirkətləri və investisiya məsləhətçiləri qiymətli kağızların emissiya
prospektlərinin hazırlanması ilə bağlı xidmətlərini təklif ediriər.
Depozitar və transfer-agent xidmətləri, yəqin ki, trast xidmətlərinin Rusi-
yada ən çox mənimsənilmiş növləridir. İnvestisiya şirkətlərinin çoxu səhmdarların
reyestrinin aparılması, qiymətli kağızlarla bağlı sövqələrin qeydiyyatı, səhmdar
cəmiyyətlərinin səhmləri üzrə dividendlərin hesablanması və s. xidmətlər təkiif
edirlər. Eyni zamanda mütəxəssislərin fikrincə, depozitari funksiyalarının yerinə
yetirilməsi üçün ən münasib qurum kommersiya banklarıdır. Banklar ilk növbədə
bir qayda olaraq qiymətli kağızlarla bağlı sövqələr sahəsində xeyli təcrübəyə mafik
olur, onların sərəncamında depozit əməliyyatlannın uçotunun aparılması və onlara
nəzarət edilməsi üçün zəruri vəsait və kadrlar olur. Bundan əiavə banklar nağd pul
vəsaitiərinin, qiymətli kağızların və digər sənədlərin təhlükəsiz saxlanmasını təmin
edirlər.
Bank rəqabətinin «Qeyri-bank» iştirakçılarının qeyri-bank kredit-maliyyə
təsisatları ilə yanaşı fəaliyyət göstərən ikinci qrupu qeyri-maliyyə müəssisə və
təşkilatları, yaxud bəzən deyildiyi kimi bank olmayan banklar - ticarət evləri,
sənaye müəssisələri, poçt və b. qurumlardır.
Bu baxımdan, Amerikanın «Sirz, Roubank ənd Ko» (Sears, Roebuck & Co)
konserni daha əlamətdardır. Dünyada ən iri ticarət şirkəti olan bu konserm artıq
uzun illər boyu öz müştərilərinə əmtəətərlə yanaşı maliyyə xidmətləri də satır.
1988-ci ildə konsermin dövriyyə vəsaitlərinin yarıdan çoxu bu cür xidmətlər
göstərilməsi ilə bağlı əqdlərin payına düşmüşdür. Onun pərakəndə satış mağazalan
ilə yanaşı «Olsteyt lnşurans» sığorta qrupu, «Din Vinter» broker evi, kaliforniyada
bankı böyük ssuda - əmanət assisosiasiyası da vardır. Şirkət tərəfındən yaradılmış
elektron hesabiaşmalar sistemi birləşmiş ştatların bütün ərazisində yerləşən 800
Dostları ilə paylaş: |