Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   26   27   28   29   30   31   32   33   ...   47

 
251
əhatə  dairəsinin  genişləndirilməsi  və  ən  əsası,  vergi  daxilolmalarında 
artıma  nail  olunmusı  məsələlərinin  həllində  böyük  əhəmiyyət  kəsb 
edir.  Antiinflyasiya  tədbirlərinin  gücləndirilməsi  vergi  nəzarətinin 
mühüm istiqamətlərindən biridir.  
          Dövlətin,  ölkə  iqtisadiyyatının  neft  sektorundan  asılılığının 
aradan  qaldırılması,  özəl  sektorun  inkişafının  təmin  edilməsi 
istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlərdə öz əksini tapmışdır.. 
Belə  ki,  büdcəyə  ölkədə  əmək  haqlarının  artmasından  və  yeni  iş 
yerinin yaradılmasından, yeni yaradılmış sahibkarlıq subyektlərindən 
alınan  vergilər daxil olmuşdur.  
          Respublikamızda 
regionların 
sosial-iqtisadi 
inkişafının 
sürətləndirilməsi  üzrə  Dövlət  Proqramına  müvafiq  olaraq  kənd 
rayonlarında  yeni  iş  yerlərinin  açılması,  müxtəlif  təsərrüfat 
subyektlərinin  fəaliyyətə  başlaması  nəticəsində  əhalinin  məşğulluq 
probleminin  aradan  qaldırılması  istiqamətində  dövlət  tərəfindən 
aparılan  işlər  çərçivəsində  Vergilər  Nazirliyinin  üzərinə  iş  yerlərinin 
qanuna  müvafiq  qaydada  rəsmiləşdirilməsinə  nəzarətin  həyata 
keçirilməsi kimi mühüm vəzifə düşür.  
        Vergilər  Nazirliyi  tərəfindən  mal  satışı  və  xidmət  göstərilməsinə  görə  ödənişlərin 
qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  uçota  alınmasının  təmin  edilməsi  və  əmək 
müqaviləsi  olmadan  fiziki  şəxslərin  işə  cəlb  edilməsi  sahəsində  vergi  nəzarəti 
gücləndirilmişdir. Respublikamızda iqtisadiyyatın dinamik inkişaf mərhələsində olduğu bir 
vaxtda  Vergilər  Nazirliyi  antiinflyasiya  tədbirlərinin  gücləndirilməsi  baxımından 
operativ   vergi  nəzarəti  tədbirlərinin  daha  da  intensivləşdirilməsi  istiqamətində  işlər 
aparmışdır.                                Bu sahədə 
Milli  ödəniş  sisteminin  inkişafı  ilə 
bağlı  müvafiq  tədbirlər  həyata  keçirilir. 
Azərbaycan  Respublikasında  Milli 


 
252
Ödəniş  Sisteminin  inkişafı  üzrə  Dövlət  Proqramına  əsasən  ölkəmizdə  bir  sıra  layihələr 
həyata  keçirilmişdir. 
Vergidən  yayınma  halları  aradan  qaldırılmaqla 
vergitutma 
bazası 
genişləndirilir.
 
        
Vergi  ödəyicilərinə  xidmətin  əhatə  dairəsi  genişləndirilir.
 
Vergi  sistemində  aparılan  islahatlar  bilavasitə  vergi  ödəyicilərinin  maarifləndirilməsi  və 
məlumatlandırılması işlərinin genişləndirilməsini tələb edir ki, bu məqsədlə Bakı şəhərində 
fəaliyyət göstərən “195” nömrəli telefon məlumat xidmətinin əhatə dairəsi genişləndirilmiş 
və  bu  xidmətin  respublikanın  bütün  ərazisini  əhatə  etməsi  təmin  edilmişdir.  
Fəaliyyətə  başlayan  və  ödənişsiz  olmaqla  24  saat  ərzində  vergi  ödəyicilərinin  vergi 
qanunvericiliyinə  dair  düzgün  və  operativ  informasiya  almalarını  təmin  edən,  həmçinin 
ş
ikayət  və  təkliflərini  qəbul  edən  “195”  nömrəli  telefon  məlumat  xidməti  respublikanın 
bütün regionlarından, hətta ən ucqar nöqtələrindən belə gələn zəngləri qəbul etmə imkanına 
malikdir. 
 
8.2. İstehsal amillərinə əsasən əldə 
olunan gəlirlərin vergiyə cəlb olunması 
 
             Müasir  standartlara  uyğun  olaraq  vergi  ödəyicilərinə  internet 
vasitəsilə  xidmət  göstərmək  məqsədilə  Vergilər  Nazirliyin  internet 
saytında  Vergi  Məcəlləsi  və  vergilərə  dair  digər  normativ-hüquqi 
aktlar,  qanunvericilikdə  baş  verən  dəyişikliklər,  vergi  bəyannamələri, 
vergi  uçotuna  dair  sənəd  formaları  yerləşdirilmiş,  sual  vermək  və 
şikayət etmək üçün vergi ödəyicilərinə əlverişli şərait yaradılmışdır.  
          Qeyd  etmək  lazımdır  ki,  xidmət  müqaviləsi  əsasında  fəaliyyət 
göstərən  fiziki  şəxslər  vergi  orqanında  uçotda  olmadıqda  (VÖEN 
təqdim  etmədikdə)  onlara  haqq  ödəyən  hüquqi  şəxslər  və  fərdi 
sahibkarlar  həmin  şəxslərin  əldə  etdikləri  gəlirlərindən  (ödənilən 
haqqın  məbləğindən)  ödəmə  mənbəyində  gəlir  vergisini  Vergi 


 
253
Məcəlləsinin  101.1-ci  maddəsində  nəzərdə  tutulan  aşağıdakı  cədvələ 
uyğun olaraq tutmağa və dövlət büdcəsinə ödəməyə borcludurlar. 
Xidmət  müqaviləsi  əsasında  fəaliyyət  göstərən  fiziki  şəxslər  vergi 
ödəyicisi kimi vergi orqanlarında uçotda olduqda onların göstərdikləri 
xidmətlərə  görə  əldə  etdiyi  gəlirlərdən  ödəmə  mənbəyində  verginin 
tutulması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Həmin şəxslərin 
vergi öhdəlikləri onların əldə etdikləri gəlirlərinin həcmi və növündən 
asılı  olaraq  Vergi  Məcəlləsinin  müddəalarına  uyğun  olaraq  ümumi 
qaydada müəyyənləşdirilir.
 
Cədvəl 8.1 
Fiziki şəxslərin aylıq gəlirlərindən tutulan vergi dərəcələri 
Vergi tutulan aylıq 
gəlirin məbləği 
Vergi məbləği  
75  manatadək 
Vergi tutulmur 
75 manatdan - 220 
manatadək  
75 manat çıxıldıqdan sonar qalan məbləğin 
14 faizi 
220 manatdan -1000 
manatadək 
14 faizi 
1000 manatdan çox 
olduqda 
140 manat + 1000 manatdan çox olan 
məbləğin 35 faizi 
 
        Azərbaycan  Respublikasının  vergi  qanunvericiliyinə  görə  həm 
fiziki, həm də hüquqi şəxslərin vergi öhdəliyi mövcuddur. Hüquqi və 
fiziki  şəxslər  vergi  qanunverciliyi  ilə  müəyyənləşmiş  vergiləri 
ödəməyə 
borcludurlar.  
          Hüquqi  şəxsin  ödəməli  olduğu  vergilər  ilk  növbədə  ona  tətbiq 
olunan vergitutma sistemindən asılıdır. Əlavə dəyər vergisinin (ƏDV) 
əldə  olunması  üçün  qeydiyyata  alınmamış  və  əvvəlki  üç  aylıq  dövr 
ərzində  vergi  tutulan  əməliyyatların  həcmindən  asılı  olaraq  hüquqi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə