Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

 
227
 Əhalinin  gəlirlərinin  dövlət  tənzimlənməsi  məqsədilə  istifadə  olunan 
alətlər  sistemində  əsas  rolu  qiymətlərin  artımı  ilə  sıx  əlaqədar  olan  
gəlirlərin indeksləşməsi oynayır. 
Əhalinin  pul  gəlirlərinin  inflyasiyadan  qorunması  problemi  xüsusi 
əhəmiyyət  kəsb  edir  və  bu  məqsədlə  gəlirlərin  indeksləşdirilməsi  həyata 
keçirilir,  yəni  qiymətlərin  yüksəldilməsindən  asılı  olaraq  nominal  gəlirlər 
artırılır. 
Əhalinin  gəlirlərinin  indeksləşməsi  dedikdə,  inflyasiya  şəraitində 
əmək  və  digər  gəlirlərin  alıcılıq  qabiliyyətini  təmin  etmək  məqsədilə, 
dövlət  tərəfindən  həyata  keçirilən  tədbirlər  sistemi  başa  düşülür. 
İndeksləşmənin  məqsədi  gəlirlərin  dövlət  tənzimlənməsi  sahəsində 
əhalinin  gəlirlərinin  səviyyəsinin  istehlak  qiymətlərinin  artım  tempinə 
uyğunlaşdırılmasıdır.  Başqa  sözlə,  bu  inflyasiya  ilə  bağlı  əhalinin 
gəlirlərində yaranan  itkilərin dövlət tərəfindən kompensasiya edilməsidir. 
Bazar  iqtisadiyyatı  şəraitində  əhalinin  gəlirlərinin  indeksləşməsi 
dövlətin tənzimləmə aləti kimi öz müdafiə funksiyasını hələ ki, tam şəkildə 
icra edə bilmir, çünki burada aşağıdakı səbəblər mövcuddur: 
- dövlətin  indeksləşmə  haqqında  qanunu  həyata  keçirtmək  üçün 
kifayyət qədər vəsaiti yoxdur; 
- qeyri-sabit  şəraitdə  əhalinin  gəlirlərinin  səviyyəsinin  müəyyən 
olunması üzrə müvafiq proqnoz vermək mümkün olmamışdır. 
İndeksləşmə  sistemi  1960-70-ci  illərdə  Qərbi  Avropanın  əksər 
ölkələrində 
formalaşmışdır. 
İndeksləşmə 
əsasən 
ümumidövlət 
səviyyəsində  olduğu  kimi,  eyni  zamanda  ayrı-ayrı  müəssisələri 
səviyyəsində  kollektiv  müqavilə  yolu  ilə  həyata  keçirilir.  Gəlirlərin 
indeksləşməsi zamanı  onların həcmindən asılı olaraq differensiallaşdırma 


 
228
nəzərdə  tuturlur,  yəni  ən  aşağı  gəlirlərinin  tam  kompensasiyasından 
başlayaraq yüksək gəlirlərin qismən kompensasiyasına qədər. 
Nəzərə  almaq  lazımdır  ki,  gəlirlərin  indeksləşməsi  yalnız  sosial 
müdafiə  və  əhalinin  itirilmiş  gəlirlərin  bərpası    məqsədi  daşımır.  Bu  həm 
də,  onların  ümumi  tədiyyə  qabiliyyətinin  artmasını  da  təmin  etmək 
məksədi  güdür.  Beləliklə,  gəlirlərin  indeksləşməsi  əhalinin  alıcılıq 
qabiliyyətinin saxlanılmasını təmin edir. 
Gəlirlərin  indeksləşməsi  sosial  cəhətdən  zəif  əhali  qrupları  üçün 
xüsusən  vacibdir  və  əhali  qruplar  üzrə  differensiallaşdırılmalıdır.  Eyni 
zamanda,  bütün  sosial  inkişaf  və  sosial  təminat  proqramları  da 
indeksləşməyə  cəlb  olunur,  həmçinin,  əmək  haqqı,  əmanətlər  və  əhalinin 
aldıqları bütün növ müavinatlar (pensiya, müavinat, dotasiya və s.). 
İndeksləşmə gözlənilən və retrospektiv ola bilər.  
Retrospektiv  indeksləşmə  müəyyən  qiymətlərin  artımından  sonrakı 
dövrdə bu artıma müvafiq şəkildə həyata keçirilir. Gözlənilən indeksləşmə 
qiymətlərin  gözlənilən  artımını  əvvəlcədən  nəzərə  alır.  Əhalinin  sosial 
müdafiəsi  baxımından  istehlak  qiymətlərinin  artımı  ilə  bağlı  onların  real 
gəlirlərinin  aşağı  düşməsinin  qarşısının  alınmasında  gözlənilən  indeks-
ləşmə daha optimaldır. 
Əmək  haqqının  indeksləşdirilməsi  təkcə  əhalinin  həyat  səviyyəsinin 
yüksəldilməsi üçün yox, həm də iqtisadiyyatın normal fəaliyyət göstərməsi 
üçün  lazımdır.  Əsas  məsələ  əmək  haqqının  inflyasiya  nəticəsində 
qiymətdən  düşməsinin  hansı  dərəcədə  kompensasiya  edilməli  olduğunu 
müəyyənləşdirməkdir.  Burada  fərqli  yanaşma  lazımdır.  Məsələn, 
minimum  tarif  dərəcəsini  1-dən  aşağı  əmsalla  indeksləşdirmək  üçün  əsas 
yoxdur.  Yaşayış  minimumu  səviyyəsində  və  ya  ondan  aşağı  səviyyədə 


 
229
müəyyən  edilən  dərəcələri  və  maaşları  100%-dən  az  olmayaraq,  yəni 
qiymət  artımı  həddində  indeksləşdirmək  lazımdır.  Işçilərin,  eləcə  də 
rəhbər  və  məsul  vəzifə  tutmayan  mütəxəssislərin  tarif  dərəcələrini  və 
maaşlarını  istehlak  qiymətinin  artımına  proporsional  olaraq  ən  pis  halda 
80-90%  artırmaq  lazımdır.  Müəssisənin  işinin  nəticələrini  həlledici 
dərəcədə müəyyən edən rəhbərlərin və aparıcı mütəxəssislərin əmək haqqı 
payında  bir  və  ya  iki  YM  miqdarında  yüz  faizli  indeksləşdirmək 
məqsədəuyğundur  (müəssisədə  minimum  əmək  haqqından  asılı  olaraq); 
maaşların yerdə qalan hissəsinin indeksləşdirilməsini reqresiv cədvəl üzrə 
müəssisənin işinin nəticələri və onun struktur bölmələrinin nəzərə alınması 
ilə aparmaq lazımdır. Sözsüz ki, dərəcə və maaş diapazonu rəhbərlərin və 
aparıcı mütəxəssislərin istehsalın inkişafına marağını azaltmamaqdan ötrü 
kifayət qədər geniş olmalıdır. 
Əmək  haqqının  alıcılıq  qabiliyyətini,  xüsusən  də  yüksək  inflayasiya 
dövründə  onu  ayda  1-2  dəfə  yox,  3-4  dəfə  ödəməklə  qismən  müdafiə 
etmək olar.  
Indeksləşdirmənin 
aparılması 
istehlak 
qiyməti 
indeksinin 
hesablanmasına, 
indeksləşdirilən 
miqdarın 
müəyyən 
olunmasına, 
ödəmələrin dövrülüyü və miqyasına əsaslanır.  
Belə  hesab  olunur  ki,  müvafiq  mexanizmlərin  hazırlanması  zamanı 
aşağıdakı prinsipləri rəhbər tutmaq lazımdır: 
-  indeksləşdirmə  nəticəsində  əmək  haqqının  alıcılıq  qabiliyyəti  
saxlanılmalıdır; 
-  indeksləşdirmənin  mexanizmi  məntiqi  olaraq  sona  çatmalı,  sosial 
cəhətdən qəbul edilən, işçi heyəti üçün qəbul edilən olmalıdır; 
- hesablama proseduraları ətraflı düşünülməlidir. 


 
230
  İndeksləşdirmənin  aparılmasının  vacib  şərti  inflayasiyanın  həqiqi 
ölçüsünün, istehlak qiymətinin artımı, bütövlükdə xalq təsərrüfatı, sahə və 
ya  müvafiq  region  üzrə  orta  əmək  haqqının  səviyyəsində  dəyişikliklər 
barədə informasiyanın olmasıdır. 
Əhalinin  pul  gəlirlərinin  indeksləşməsi  inflyasiya  qarşı  tədbirlər 
sırasına daxildir. 
İnflyasiya 
dedikdə, 
qiymətlərin 
ümumi 
(orta) 
səviyyəsinin 
artırılmasına  yönəldilən  və  özlüyündə  pulun  alıcılıq  qabiliyyətinin 
uzunmüddətli  aşağı  düşməsini  əks  etdirən  davamlı  prosesdir.  İnflyasiya 
hər  bir  ölkənin  iqtisadiyyatında  ciddi  problem  kimi  qarşıya  çıxan 
mürəkkəb  sosial-iqtisadi  prosesdir.  Bu  prosesə  yalnız  qiymətlərin  ümumi 
səviyyəsinin yüksəlməsi və ya tədavül dairəsinin çoxlu pulla dolması kimi 
yanaşmaq düzgün deyil. Eyni zamanda, inflyasiyanın əhalinin gəlirlərinin 
bölüşdürməsinə və həyat səviyyəsinə ciddi təsirini nəzərə almaq lazımdır.  
Bu təsir əhalinin əksər hissəsinin real gəlirlərinin azalmasında və nəticədə 
həyat səviyyəsinin aşağı düşməsində özünü göstərir. Sabit nominal gəlirlər 
əldə edən insanların real gəlirləri, hətta nominal əmək haqqı və müavinat 
artırıldığı  halda  da  azalır,  çünki  əksər  hallarda  bu  gəlirlərin  artım 
qiymətlərin  artımından  az  olur.  Əmanətlər  də  qiymətdən  düşür.  Gəlirləri 
sabit  olmayan,  yəni  mənfəətdən  gəlir  əldə  edən  şəxslərin  real  gəlirləri  isə 
arta bilər. Məsələn, əgər nominal gəlirlərin artımı qiymətlərin artmasından 
yüksəkdirsə,  bu  halda  sahibkarların  və  bəzi  başqa  şəxslərin  real  gəlirləri 
artır.  Bu  vəziyyət  çox  vaxt  inhisarçı  müəssisələr  tərəfindən  qiymətlərin 
süni şəkildə artırılması nəticəsində baş verir. 
İnflyasiyanın iki növünü fərqləndirmək lazımdır: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə