Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

 
206
 
 
5.4. Sosial sığorta anlayışı və onun əsas prinsipləri, 
istiqamətləri və növləri 
 
Sosial  sığorta  -  vətəndaşların  itirilmiş  əmək  haqlarının, 
gəlirlərinin  və  ya  əlavə  xərclərinin  kompensasiya  edilməsinə,  habelə 
itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.  
Sosial  sığorta  məcburi  dövlət  sığortası  və  könüllü  (əlavə)  sığorta 
formalarında  olur.  Məcburi  dövlət  sosial  sığortası  işəgötürənlər 
tərəfindən  bütün  əmək  müqaviləsi  (kontraktı)  üzrə  işləyənlər 
barəsində həyata keçirilir.  
Sosial  sığortalanma  dedikdə,  ziyanın  ödənilməsində  kollektiv 
həmrəylik  prinsipi  əsasında  təşkil  olunmuş  müxtəlif  risklərdən 
əhalinin sosial müdafiəsi forması başa düşülür. 
Sosial sığortalanmanın aşağıdakı növləri vardır: 
1)  yerli və xüsusi sığortalanma (ölkə daxilində hər hansı ərazidə 
müəyyən əhali qrupları üzrə); 
2)  ümumi sığortalanma (bütün ölkənin ərazisində); 
3)  beynəlxalq sığortalanma (hər hansı ölkənin regionlarında). 
Sosial sığortalanma aşağıdakı istiqamətlərdə aparılır: 
1)  işsizliklə bağlı; 
2)  tibbi sığorta; 
3)  pensiya yaşına çatmaqla əlaqədar; 
4)  istehsalatda bədbəxt hadisələrlə bağlı. 


 
207
İnkişaf  etmiş  ölkələrdə  sosial  sığortalanmada  bir  sıra  ümumi 
cəhətlər, qanunauyğunluqlar vardır. Ümumi cəhətlərlərə aiddir: 
- sosial  sığortalanmanın  əsasən  sığorta  fondu  hesabına 
aparılması; 
- bir  sıra  hallarda  bunun  dövlətin  əlavə  ayırmaları,  dotasiyası 
hesabına həyata keçirilməsi; 
- sığorta ayırmalarının xüsusi məqsədli fondlarda cəmlənməsi; 
- sığorta ayırmalarının əmək haqqından asılılığı; 
- sığorta ayırmalarının istehsal xərclərinə daxil edilməsi; 
- işdə  zədələnmə  hallarının  sahibkar  tərəfindən  tamamilə 
sığortalanması; 
- sığorta  ayırmalarının  müəyyən  olunmasında  işçinin  və 
sahibkarın birgə iştirakı. 
Sığorta mənbələrinə görə ayrı-ayrı ölkələr biri-birindən fərqlənir. 
Sosial  sığortaya  inkişaf  etmiş  ölkələrdə  çox  geniş  yer  verilmişdir.  Bu 
qanunauyğun  haldır,  çünki  bazar  sistemi  şəraitində  bütün  sahələrdə 
insanların  həyatı  və  sağlamlığının  müdafiəsi  məqsədilə  sosial 
sığortalanma  həyata  keçirilir.  Bununla  bağlı  müxtəlif  fəaliyyət 
sahələrində  insanların  üzləşdiyi  risk  hallarını  azaldmaq  və 
kompensasiya etmək zəruriyyəti meydana çıxır.  
Sosial risklər xəstəliklə, qocalıqla, ölümlə, istehsal zədələnmələri, 
ailə başçısının, işin və hər hansı gəlirin itirilməsilə bağlıdır. 
Bazar  iqtisadiyyatı  şəraitində  məşğulluq  sahəsində  sosial 
müdafiə  tədbirlərinin  sırasında  özündən  asılı  olmayan  səbəblərdən 
işini  və  qazancını  itirənlərin,  həmçinin  əmək  bazarında  rəqabət 
aparmaq  qabiliyyəti  olmayanların  minimum  maddi  təminatına 


 
208
zəmanət  verən  sosial  sığorta  sisteminin  inkişafı  mühüm  yer  tutur. 
Sosial  müdafiə  və  sosial  sığorta  yetkin  olmadıqda  onun  nəticələri 
əmək bazarında işçi qüvvəsi təklifini artıran və bununla da məşğulluq 
sahəsində gərginliyi gücləndirən amilə çevrilir. Məsələn, pensiyaçılar, 
azyaşlı  uşağa  qulluq  edən  qadınlar  və  təhsil  alanlar  dövlətin  sosial 
müdafiə sistemi hesabına öz maddi ehtiyaclarını ödəmədiyi təqdirdə, 
onlar  haqqı  ödənilən  iş  axtarmağa  məcbur  olurlar  ki,  bu  da  əmək 
bazarında gərginliyi artırır.  
İşsizlik  sığortası  işçi  qüvvəsinin  sosial  təminatının  mühüm 
ünsürü  olub,  işsiz  vətəndaşın  yeni  iş  yeri  axtardığı  dövrdə  işçi 
qüvvəsinin  itirilmiş  gəlirlərini  kompensasiya  etməyə,  onun  alıcılıq 
qabiliyyətinin  saxlanmasına  və  bununla  da  iqtisadiyyatı  işsizliyin 
doğurduğu mənfi sosial nəticələrdən qorumağa xidmət edir.  
Bəzən  belə  bir  fikir  vurğulanır  ki,  işsizlik  müavinətinin  yüksək, 
ödəmə müddətinin uzun olması insanlarda  arxayınçılıq yaratmaqla iş 
axtarmağa maraq  yaratmır, əksinə işsizliyi stimullaşdırır. Ona görə də 
əksər  ölkələrdə   işsizliyə  görə  müavinatin  ödənilməsinə  zaman 
baxımından  sərt  məhdudiyyətlər  qoyulur.  Problemin  kökünü 
həmçinin  təminatlı  və  etibarlı  əmək  haqqı  sisteminin,  zəmanətli  iş 
yerlərinin olmamasında axtarmaq lazımdır. BMT ekspertləri isə hesab 
edir  ki,  müavinatların  yüksək  olması  işsizliyin  davametmə 
müddətinin artmasına mənfi yox, müsbət təsir göstərir, çünki müddət 
üçün  konkret  məhdudiyyətlər  olduğu  üçün  yüksək  müavinat  alan 
işsiz  vətəndaş  tezliklə  onu  itirəcəyinə  əmin  olduğundan  daha  fəal  iş 
axtarmağa məcbur olur. 


 
209
Azərbaycanda  qanunvericiliyə  əsasən  əvvəlki  12  aylıq  dövr 
ərzində işə və qazanca malik olan və məşğulluq xidməti orqanlarında 
işsiz  kimi  qeydiyyata  düşənlərə  əvvəlki  iş  yeri  üzrə  orta  aylıq  əmək 
haqqqının 70%-i məbləğində, lakin yaşadığı ərazi üzrə orta aylıq əmək 
haqqından yüksək olmayan məbləğdə, işsizlik müavinatı təyin olunur.  
Məcburi  tibbi  sığorta  fondlarına  ayırmaların  (ödənişlərin) 
ödəyiciləri 
təşkilatlar, 
idarələr, 
müəssisələr, 
digər 
təsərrüfat 
subyektləri (fermerlər), fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul 
olan  vətəndaşlar  və  s.-dir.  Sığorta  ayırmalarının  tarifləri  dövlət 
orqanları tərəfindən müəyyən edilir.  
Əhalinin  işləyən  təbəqəsi  üçün  sığorta  ayırmaları  təsərrüfat 
subyektləri  tərəfindən  həyata  keçirilir.  İşləməyənlərin  məcburi  tibbi 
sığorta  ayırmaları  (uşaqlar,  şagirdlər,  əyani  şöbələrin  tələbələri, 
pensiyaçılar,  rəsmi  qeydiyyata  alınan  işsizlər  və  digər  kateqoriyalı 
əhali)  ərazi  icra  hakimiyyəti  orqanları  tərəfindən  ödənilir  (səhiyyə 
üçün  ayrılmış  büdcə  vəsaiti  həcmində).  Bundan  başqa,  məcburi  tibbi 
sığorta  ayırmalarından  azad  olma  halları  da  vardır.  Məsələn,  əlillərin 
ictimai qrumlarını buna aid etmək olar. 
Sığorta  ödəyiciləri  qanunçuluqda  göstərilmiş  müddətdə  ərazi 
məcburi  tibbi  sığorta  fondununda  qeydiyyata  düşürlər.  Bu  məqsədlə 
müvafiq  banklarda  xüsusi  hesablar  açılır  və  bu  vergi  orqanları  ilə 
razılaşdırılır. 
Sığorta  ayırmaları  hər  bir  təsərrüfat  subyektləri  tərəfindən 
hesablanmış  əmək  haqqının  səviyyəsindən  asılı  olaraq  müvafiq 
qanunvericiliyə əsasən müəyyən edilmiş həcmdə ödənilir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə