27
giyasını yekunlaşdırmış və gömrük, vergilərin idarəolunması,
maliyyə sektoru, Dövlət Neft Fondunun yaradılması və ida-
rəolunması, enerji sektoru, idarəetmə, büdcə siyasəti və ticarət
siyasəti sahələrində islahatlar həyata keçirmişdir. 2004-cü ilin
noyabrında Azərbaycan VIII Maddənin 2, 3 və 4-cü tələblərini
qəbul edərək cari beynəlxalq əməliyyatlar üçün ödənişlərin və
pul köçürmələrinin həyata keçirilməsi zamanı məhdudiyyətsiz
valyuta kursu təmin etmək öhdəliyini öz üzərinə götürmüşdür.
Nəhayət, 22 dekabr 2004-cü ildə BVF-nin Direktorlar Şurası
Yoxsulluğun Aradan Qaldırılması və nkişaf Proqramı çərçi-
vəsində dördüncü və sonuncu təhlili tamamlamışdır.
slam nkişaf Bankı ( B)
Azərbaycan B-yə1992-də qoşulmuşdur. B-nin fəaliy-
yətləri kanal və drenaj sistemlərinin bərpası, enerji istehsalının
artırılması və mühüm yolun inşası vasitəsilə kənd təsərrüfatının
inkişaf etdirilməsinin təkmilləşdirilməsinə yönəldilmişdir. Bank
infrastrukturun və aqro sənaye sahələrinin qurulması ilə bağlı
texniki yardım fəaliyyətlərini maliyyələşdirmişdir. B-nin həyata
keçirdiyi investisiyalara AY B ilə birlikdə Mingəçevir Enerji
Layihəsinin maliyyələşdirilməsi (bunun üçün 12,5 milyon ABŞ
dolları məbləğində kredit ayırmışdır) daxildir. Bu layihəyə
Mingəçevir Su Elektrik Stansiyasının avadanlıqlarla təchizatı,
habelə 110 kv-lıq ötürücü xəttin və yeni stansiyanın qurulması
daxildir.
BMT-nin nkişaf Proqramı (UNDP)
BMT-nin nkişaf Proqramı Azərbaycanda 1993-cü ildən
təmsil olunur. Bu günə kimi UNDP ümumi dəyəri 31 milyon
ABŞ dollarından çox olan 60-dan artıq proqram və layihə hə-
yata keçirmişdir. lk dövrdə qurumun fəaliyyətləri əsasən mü-
naqişədən sonrakı dövrdə yardım, fövqəladə hallarda xilasetmə
və yenidənqurma sahələrinə yönəldilmişdir. UNDP Dünya
Bankı və UNHCR ilə birlikdə müharibənin təsirlərinə məruz
qalmış ərazilərdə həyata keçirilən tədbirlərin əlaqələndirilməsi,
milyona yaxın qaçqın və köçkün kateqoriyasından olan insanın
28
müvəqqəti yerləşməsinə dəstək verilməsi və əhalinin zəif ka-
teqoriyaları üçün gəlir gətirən fəaliyyətlərin təşkili üçün məsul
olan Azərbaycan Yenidənqurma və Bərpa Agentliyini təsis
etmişdir. UNDP həmçinin Azərbaycanda Minalara Qarşı Milli
Agentliyin (ANAMA) təsis edilməsinə şərait yaratmış Mina-
lara qarşı Milli fəaliyyət Proqramının hazırlanmasında aparıcı
rolu öz üzərinə götürmüşdür. Bu gün UNDP-nin Azərbaycan-
dakı fəaliyyətlərinin əsas məqsədləri yoxsulluğun aradan qaldı-
rılmasına köməklik etmək, fərdi insan hüquqlarına ehtiram
olunmasını dəstəkləmək, təbii ehtiyatları mühafizə etmək, ha-
belə ölkə miqyasında müvafiq islahatların keçirilməsi yolu ilə
ölkədə demokratik idarəçiliyin BMT Xartiyasının prinsiplərinə
uyğun həyata keçirilməsini təmin etməkdir.
Dünya Bankı
Azərbaycan Respublikası 1992-ci ilin sentyabrında Dün-
ya Bankının, 1995-ci ilin martında isə Beynəlxalq nkişaf As-
sosiasiyasının üzvü olmuşdur. Azərbaycan həmçinin 1992-ci
və 1995-ci illərdə müvafiq olaraq Çoxtərəfli nvestisiyaların
Təminatı Agentliyinin (MIGA) və BMK-nın üzvü olmuşdur.
Dünya Bankının Azərbaycanda bu günə kimi həyata keçirmiş
olduğu fəaliyyətlərin əsas diqqət mərkəzində strateji məsləhət-
lərin verilməsi, həm investisiyaların, həm də Hökumətin büd-
cəsinin maliyyələşdirilməsi və yardımların əlaqələndirilməsi
olmuşdur. Dünya Bankı xüsusi olaraq Hökumətin öz neft ehti-
yatlarını idarə etməsi və həyata keçirdiyi islahatları sürətləndir-
mək məqsədilə fəaliyyət kursunda müvafiq dəyişikliklər etməsi
üçün müvafiq institusional bazanın möhkəmləndirilməsi istiqa-
mətində hökumət orqanları ilə birgə işləyir.
Dünya Bankı Azərbaycanda nisbətən fəaldır və bu günə
kimi həyata keçirilən 25 əməliyyat üçün 622 milyon ABŞ dolları
ayırmışdır. Bu layihələrdən on yeddisi hazırda da davam edir.
Yaponiya
2005-ci ilin mart-aprel aylarında Yaponiyanın Azərbay-
canın inkişafına rəsmi ikitərəfli yardımlarının cəmi 404,3 mil-
29
yon ABŞ dollarına bərabər olmuşdur (texniki yardımlar istisna
olmaqla). qtisadi Əməkdaşlıq və nkişaf Təşkilatının məlumat-
larına əsasən Yaponiya 2000- 2001-ci ildə ən iri ikitərəfli do-
nor, 1997-ci və 1998/99-cu illərdə isə müvafiq olara ikinci və
üçüncü ən iri donor olmuşdur.
Yaponiyanın ən iri layihəsi Severnaya Qarışıq Qaz Enerji
Stansiyası layihəsidir. 1998-ci və 1999-cu illərdə müvafiq ola-
raq 193 milyon və 153 milyon ABŞ dollarına bərabər məbləğ-
də (yenlə) kreditlər ayrılmışdır. Eyni zamanda müxtəlif məq-
sədlər üçün, o cümlədən torpaq və irriqasiyanın inkişaf etdiril-
məsi, tibbi ocaqlar, qida istehsalı, iqtisadi struktur dəyişiklikləri
və mədəni məqsədlər üçün də qrant şəklində vəsaitlər ayrılmış-
dır. Yerlərdə nsan Təhlükəsizliyi qrant mexanizmi vasitəsilə
66 layihə üçün cəmi 3,9 milyon ABŞ dolları məbləğində vəsaitlər
ayrılmışdır. Eyni zamanda ICRC və UNCHR vasitəsilə də hu-
manitar yardımlar, Dünya Qida Proqramı vasitəsilə isə qida
təmin edilmişdir.
Texniki yardımlara isə 1993-2004-cü illərdə Yaponiyada
164 nəfərin təlim keçməsi və beş mütəxəssisin Azərbaycana
göndərilməsi daxildir. 2002-ci ilin sonlarında aparılmış yardı-
ma dair məsləhətləşmələr çərçivəsində aşağıdakı sahələr priori-
tet kimi müəyyən edilmişdir: (1) iqtisadi infrastrukturun inkişa-
fı, (2) sosial sektor və (3) insan resurslarının inkişafı.
Almaniya
Almaniya Kreditanstalt fur Wiederaufbau (KfW) vasitəsi-
lə həyata keçirdiyi maliyyə əməkdaşlığı çərçivəsində Azərbay-
cana təqribən 72 milyon avro dəyərində investisiya qoymuşdur
və növbəti iki il ərzində bu məbləği 90 milyona artırmaq niyyə-
tindədir. Texniki yardım sahəsində isə Almaniyanın Gesel-
lschaft fuer Technische Zusammenarbeit (GTZ) təşkilatı bu gü-
nə kimi 9 milyon avro dəyərində treyninq və məsləhətçi xid-
mətləri göstərmişdir və növbəti iki il ərzində bu məbləği 14
milyon avroya çatdırmaq niyyətindədir.
Dostları ilə paylaş: |