Azərbaycan Dövlət pedaqoji Universitetin quba filialı akultə: pedaqoji İxtisas: Məktəbəqədər təhsil-tərbiyə


İnformatikanın əsasını aşağıdakı elm sahələri tutur



Yüklə 483,86 Kb.
səhifə2/3
tarix18.01.2022
ölçüsü483,86 Kb.
#82959
1   2   3
İkt sərbəst iş

İnformatikanın əsasını aşağıdakı elm sahələri tutur:

  • Hardware (aparat)- hesablama texnikası, aparat vasitələrinin işlənməsi. EHM- lər, onların quruluşu, qurğuları, onlardan istifadə və.s öyrənən sahədir.
  • Software (proqram)- proqram təminatının işlənməsi. EHM- də istifadə olunan bütün proqramlar, onların təyinatı, təsnifatı, tədqiq qaydaları, yaradılma qaydalarını öyrənən sahədir.
  • Brainware- alqoritmik dillər. Məsələnin EHM-də həlli üçün alqoritmləri öyrənən sahədir.

İnformatika elminin predmeti informasiyadır.

  • İnsanın informasiyaya münasibəti informasiya emalının avtomatlaşdırılması mümkünlüyündən sonra kökündən dəyişməyə və inkişaf etməyə başlamışdır. Bunun da nəticəsində yaradıcı və mütəxəssis insanların intellektual fəaliyyətinin məhsulu kimi informasiya ehtiyatları sürətlə çoxalmağa başlamışdır. İnformasiya latın mənşəli söz olub (İnformatio) məlumat,xəbər,fakt sözləri ilə eyniləşdirilir. Başqa sözlə, informasiya dedikdə ətraf aləmdən aldığımız biliklər, kitabdan, qəzetdən, aldığımız məlumatlar, televiziyadan, radiodan eşitdiyimiz xəbərlər və.s nəzərdə tutulur. İnformatikada informasiya ilkin və təyin olunmamış anlayış kimi qəbul olunur. İnformasiya ifadə olunma formasından asılı olmayaraq, insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və.s haqqında olan məlumat və biliklərdir. Biliklər isə müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur. İnformasiyanı yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümkündür.informasiyalar təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq və rəqəmli. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompyuterlər isə rəqəmli informasiyaların köməyilə fəaliyyət göstərir. Müxtəlif intensivliyə malik olan siqnallar müxtəlif informasiyaları daşıyır. Bu tipli informasiyanı analoq informasiya adlandırırlar. Analoq informasiya kəsilməzdir. Kompyuterdə informasiya başqa xüsusiyyətlərə malik verilənlər şəklində təsvir olunur. Şəkildə hər hansı rəng nə qədər parlaqdırsa, kompyuterin yaddaşında bu siqnal bir o qədər artıq olur. Bunları səs və başqa siqnallar haqqında da demək olar. Bu formada təsvir edilən informasiya rəqəmli informasiya adlanır. Rəqəmli informasiya diskretdir, belə ki, səs, rəng və formaların sonsuz müxtəlifliyinin təsviri üçün ədədlərin müəyyən və sonlu sayından istifadə edilir. Analoq informasiyanın rəqəmli şəkildə təsviri analoq-rəqəmli çevrilmə adlanır. Bu çevrilmədə istifadə edilən ədədlər nə qədər müxtəlif olarsa, rəqəmli informasiyanın diskretliyi, yəni onun dəqiqliyi də bir o qədər çox olar, başqa sözlə, rəqəmli informasiya analoqa bir o qədər yaxın olar. Analoq informasiya deyildiyi kimi təsvir edilir və insanın duyğu üzvləri ilə qəbul edilir. Rəqəmli informasiya isə kompyuterin emal etdiyi informasiyadır və kodlarla ifadə olunur.
  • İnformasiya ümumilikdə götürüldükdə mücərrəd məfhumdur. İnformasiya təsvir edilmiş məlumatdır. Başqa sözlə, məlumatın informasiya olması üçün o, tədqiq edilən obyekt və ya proses haqqında təsəvvür yaratmalı, ya da mövcud təsəvvürləri genişləndirməlidir. Əgər məlumat obyekt və ya proses haqqında yanlış təsəvvür yaradırsa ona yanlış informasiya və ya dezinformasiya deyilir. Obyekt və ya proses haqqında heç bir təsəvvür yaratmayan məlumat səs-küy adlandırılır. İnformasiya proses daxilində müəyyən mərhələdən sonra yenidən məlumat ola bilər. Verilənlər uzun müddətli müşahidələr, monitorinqlər və cihazlar tərəfindən dəqiq qeyd olunmuş informasiyadır. Bilik təcrübədə dəfələrlə sınaqdan çıxmış, təsdiqini tapmış və müxtəlif məsələlərin həllində istifadə edilən informasiyadır. İnformasiya bizi əhatə edən aləmin bir hissəsi olduğu üçün həmin aləmin obyektidir. Məhz buna görə də informasiya da onu digər obyektlərdən fərqləndirən xassələrə malikdir. Bu xassələr aşağıdakılardır:
  • 1. Obyektivlik. Yəni informasiya obyektiv gerçəkliyə uyğun olmalıdır.
  • 2. Tamlıq. İnformasiyanın tamlığı tədqiq edilən obyekt və ya proses haqqında toplanmış informasiyanın miqdarı ilə müəyyən edilir.
  • 3. Dəqiqlik. İnformasiyanın dəqiqliyi onun təhrif olunmamasıdır, yəni informasiya dəqiq olmalıdır.
  • 4. Adekvatlıq. İnformasiyanın adekvatlığı obyekt haqqında informasiyanın bu obyektdən istifadənin məqsəd və vəzifələrinə nə dərəcədə uyğun gəldiyini əks etdirir.
  • 5. Aktuallıq. İnformasiya mövcud zaman anına uyğun olmalıdır.
  • 6. Anlaşıqlılıq. İnformasiya onu qəbul edən tərəfindən tam anlanılmalı, başa düşülməlidir.

Yüklə 483,86 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə