Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə9/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   5   6   7   8   9   10   11   12   ...   71

Məmməd Əmin Rəsulzadə  «Əsrimizin Səyavuşu» əsə­

rində  Azərbaycanın  həmin  dövrdəki  vəziyyətini  belə  təsvir 

edir:  «Rusiya  ordusu  və  daşnakların  əlilə  Azərbaycanda  ya­

radılmış  Sovet  hakimiyyətinin  ilk  günlərində  xalq  özünün 

aldadıldığını  görərək hərəkətə  gəldi.  Xalqın səbr kasası daş­

dı.  Gəncə,  Tərtər,  Qarabağ  və  Zakatala  üsyanları  meydana 

gəldi.  Qızıl  bolşeviklər  Nikolay  generalı  Levandovskinin 

mərifəti  ilə  üsyanı  qanlı  bir şəkildə yatırtdılar,  çoluqa-çoçu- 

qa baxılmadı, qarıya-qocaya acınmadı.  Azərbaycanlı türk qa­

nı  sel  kimi  axdı.  Onu  ermənidən  qurtaracaq  deyə  gözlədiyi 

qüvvə bu təmiz ürəkli  xalqı öz qanına buladı»1.

1920-ci  ilin  mayında  düşmən  qüvvələr  tərəfindən 

Gəncədə  12  min  nəfər azərbaycanlı məhv edilmişdir.  XI or­

du hissələri  Şəkini  də  1920-ci ilin 5 mayında zəbt etdilər.

Azərbaycanda  Şura  (Sovet)  üsul-idarəçiliyinin,  onun 

SSRİ tərkibinə  daxil  edilməsi  (31/XII-1922) dövrünə qədər- 

ki,  bir il səkkiz aylıq dövründə  Nəriman Nərimanov əvvəlcə 

təxminən  bir  il  ərzində  İnqilab  Komitəsi  sədri,  sonra  isə 

Xalq Komissarlar Soveti sədri vəzifəsində olmuşdur.

Azərbaycanda  Sovet  üsul-idarəsi  təşkil  edildiyi  ilk 

günlərdən  başlayaraq  ermənilər  Bakı  Sovetində  və  şəhərin 

digər inzibati  orqanlarında, xüsusilə  Daxili İşlər Nazirliyi or­

qanlarında  özlərinə  yuva  sala  birmişdilər.  Bakı  partiya  Ko­

mitəsinin  birinci  katibi  Levon  Mirzoyan  idi.  Həmin  dövrdə 

qatı  daşnak  Anastas  Mikoyan  və  Sorkis  də  Bakıda idi.  Bakı 

idarələrinin  bütün  kərgüzarlıq  işləri  rus  dilində  təşkil  edil­

mişdi. Azərbaycan dilində sənəd qəbul  edilmirdi.

Nəriman  Nərimanov  ölümündən  ay  yarım  əvvəl  oğlu 

Nəcəfə  (1925-ci  ildə)  yazdığı  vəsiyyət məktubunda göstərir 

ki,  20-ci  illərin  əvvəllərində  Bakı  Sovetinin  500  nəfər 

üzvündən yalnız 200  nəfəri  azərbaycanlı  idi.  Bakı  Sovetinin 

Rəyasət  heyətinin  10  nəfər  üzvündən  yalnız  ikisi,  şəhərin





M.Ə Rəsulzadə,  «Əsrimizin  Səyavuşu», B.,  1991, səh.  52. 

34

Xalq  təhsili  şöbəsində  60  nəfərdən  yalnız  7  nəfəri  azər­

baycanlı idi.

Belə  bir  dövrdə  Nəriman  Nərimanov  böyük  cürətlə 

Azerbaycan  Şura  (Sovet)  hökumətinin  ilk tərkibinin  hamısı­

nı  azərbaycanlılardan  təşkil  etdi.  Bu  hökumətdə Xarici  İşlər 

Naziri -  Mirzə  Davud  Hüseynov, Hərbi  və Dəniz  işləri  üzrə 

Nazir  -   Əliheydər  Qarayev,  Torpaq  Naziri  -   Sultan  Məcid 

Əfəndiyev,  Daxili  işlər  Naziri  -   Həmid  Sultanov,  Maarif 

Naziri -  Dadaş Bünyadzadə idi və s.

Azərbaycanda  Sovet üsul-idarəsinə keçidi  təşkil  etmək 

üçün  Nəriman Nərimanovun  başçılığı  altında Müvəqqəti  İn­

qilab  Komitəsi  yaradılmışdı  və  həmin  komitənin ilk  iclasın­

da  Nəriman  Nərimanov  başda  olmaqla  Azərbaycan  Sovet 

Respublikasının  Xalq  Komissarlar  Şurası  təşkil  olunmuşdu. 

Şuranın  tərkibi  11  nəfərdən  ibarət  idi.  Bu  tərkibə  yuxanda 

adları  sadalanan  5  nəfərdən  əlavə  bəzi  dəyişikliklərlə  So- 

mədağa  Ağamalıoğlu,  Çingiz  İldırım,  Qəzənfər  Musabəyov 

və digərləri daxil idi.

Humanist  və  vətənpərvərlik  ideyalarına  həmişə  sadiq 

olan  N.Nərimanov  özünün  tez-tez  təkrar etdiyi  -   Qoca  Şər­

qin  ənənələrinə  qayğı  vo  hörmətlə  yanaşılmasına  roayət  et­

mişdir.

Bakıya  1920-ci  ilin  mayının  ilk  günlərində  Moskvadan 



qayıtmaq ərəfəsi  O,  Leninlə  görüşərək,  bir saat ərzində  söh­

bət  etmiş  və bu  görüşdə xüsusi  olaraq qeyd etmişdi  ki,  Sovet 

Hakimiyyətinin  sərəncamım  Şərq  Cümhuriyyəti  olan  Azər­

baycanda  həyata  keçirərkən  yerli  əhalinin  adət  və  ənənələ­

rinə, dini hissiyyatlarına hörmətlə yanaşılacaqdır.

1920-ci  ilin  mayında  Nəriman  Nərimanovun  təşkil  et- 

^ivi  ilk  Azərbaycan  Sovet  hökumətinin  tərkibi  sırf Milli  hö­

kumət  olduğu  üçün  Bakıda  yaşayan  ermənilər  Moskvaya, 

Leninə  rəsmi  şikayətlər  göndərərək,  N.Nərimanovu  millət­

çilikdə təqsirləndirmişdilər.

V.İ.Lenin  bu  haqda  N.Nərimanovdan  izahat  məktubu

35



tələb  etmişdi  və  N.Nərimanov  bu  izahatda  Lenini  inandıra 

bilmişdi  ki,  Azərbaycanda  və  Türküstanda  milli  hərəkatın 

inkişafı  və  milli  siyasətin  milli  mənafelər  üstündə  köklən­

məsi  Sovet  Rusiyasının  Şərq  siyasəti üçün xüsusi  əhəmiyyət 

kəsb  edir və  Lenin N.Nərimanovun  Azərbaycanda milli  hö­

kuməti  yaratmasının  düzgün  olduğunu  etiraf  etmişdi.  Gö­

rünür  ki,  bu  da  böyük  siyasətçi  Leninin  siyasi  xəttinin  bir 

nümunəsi idi.

Nəriman Nərimanov  1920-ci  ilin  mayın  əvvəlində  Ba­

kıya gəlməsi haqda Leninə  göndərdiyi teleqramda yazmışdı: 



«Əhali  tərəfindən  təntənə  ilə qarşılandım...  Əhali Sovet Ru­

siyasını səmimiyyətlə alqışlayır və əmin  olur ki,  Sovet Rusiy­

ası  gənc  müstəqil  Sovet  Azərbaycanına  möhkəmlənməkdə 

kömək  edəcəkdir».  Göründüyü  kimi  Nəriman  Nərimanov 

Azərbaycanın  müstəqil  inkişafına  imkan  veriləcəyinə  ümid 

edirdi.

Nəriman  Nərimanov  Azərbaycan  Sovet  hökumətinin 



başçısı  olduğu  dövrdə  Əliheydər Qarayev və  onun həmfikir­

ləri  olan  digər  yerli  bolşeviklər  (Mirzə  Davud  Hüseynov, 

Ruhulla  Axundov  və  digərləri)  Azərbaycanın müstəqil siya­

sət  yürütməsinin  (SSRİ-nin  yaradılmasına  qədərki  dövrdə) 

əksinə  çıxdılar.  Bu  isə  Respublikanın  milli  mənafelərini 

həyata keçirməklə  Nəriman Nərimanov üçün əlavə  çətinlik­

lər yaradırdı.

1920-ci  ilin  yayında  Nəriman  Nərimanov  V.İ.Leninə 

göndərdiyi  məktubların birində yazmışdı:  «Hər gün ayrı-ayn 

Xalq  Komissarlarının nümayəndələri  Rusiyadan  arşın  boyda 

mandatlarla gəlir və  orada göstərilir ki, bu və ya digər məsə­

lələrdə yalnız həmin komissarlıqlara tabe olmalıyıq».

Nəriman Nərimanovun Azərbaycanda rəhbərlik fəaliy­

yətinə  görə  maneçilik  törədən  ikinci  amil  Moskva  tərəfin­

dən  Azərbaycana partiya rəhbərliyinə  göndərilmiş  S.M.  Ki­

rovun şovinist mövqeyi  olmuşdur.

Kirov  Azerbaycan  K(b)P  Mərkəzi  Komitəsi  katibi  və­

36

zifəsinə  1921-ci  ilin  iyulun  əvvəlində  göndərilmişdi  və 

1925-ci ilin aprelinə qədər Azərbaycanda bu vəzifədə olmuş 

və sonra Leninqrada rəhbər partiya işinə göndərilmişdi.

Azərbaycana  aid  Moskvada  həll  edilən  məsələlərin 

həllində  S.M.Kirov adətən  N.Nərimanov  ilə  məsləhətləşmir 

və hesablaşmırdı.

1922- 


ci  ilin  16 avqustunda Azəmeft-sindikat idarəsinin 

tərkibi  Moskvada  bu  tərkibdə  təsdiq  edilmişdi:  A.Sereb- 

rovski  (sədr),  A.Barınov,  V.Tagianosov,  İ.Oparin,  A.Yakov­

lev,  V.Sukerman,  Çingiz İldırım1.  Məlumdur ki, azərbaycan­

lı Ç.İldırım neft işi  ilə heç bir əlaqəsi  olmayan şəxs  idi.

1923- 


1924-cü  illərdə  N.Nərimanov  tərəfindən  yazıl­

mış  «Ucqarlarda  inqilabımızın  tarixinə  dair  (İ.V.Stalinə 

məktub)»  əsəri  70  illik  Sovet  üsul-idarəsi  dövrü  məxfi  sax­

landı.  Yalnız  1991-ci  ildə  işıq üzü görmüş bu əsərdə N.Nəri­

manov  1920-1923-cu  illərdə  Azərbaycanda  daşnak liderləri­

nin,  eləcə  də  Kirovun  qərəzli  fəaliyyətlərini  kəskin  tənqid 

etmişdir.  N.Nərimanov yazırdı  ki, Kirov və  Mirzoyanın  gös­

tərişi  ilə  Bakıda  şiə-müsəlmanlarm  İmam  Hüseyn  naminə 

dini  ənənəvi  matəm  yürüşü  silah  gücünə  dağıdılmışdır. 

N.Nərimanov  qeyd  edir  ki,  «burada  Mərkəzin  nümayəndəsi 

Kirov da başmı itirdi»2.

Bütün  bu  maneələrə  baxmayaraq  Azərbaycan  xalqının 

ümumi  vo  siyasi  mədəniyyətinin  inkişafı  məsələləri  1920- 

1923-cü  illərdə  Azərbaycan  hökumətinin  başçısı  N.Nərima­

novun  fəaliyyətində  həmişə  diqqət  mərkəzində  olmuşdur. 

1920-1921-ci  illərdə  Bakıda  Politexnik  institut  və  Pedaqoji 

institut  yaradılmışdı.  Həmin  il  eləcə  də  fabrik-zavod  şagir- 

dliyi  məktəblərinin  (FZU)  və  mövcud  institutlar  nəzdindo 

fəhlə fakültələrinin (rabfak) yaradılmasına başlanmışdı.

Azərbaycan  Respublikası  Mərkəzi  Dövlət  arxivi,  Fond  1610,  Siyahı 

13,  İş 4, vərəqə 3

N.Nərimanov.  Ucqarlarda  inqilabımızın  tarixinə  dair  (İ.V.Stalinə 

məktub), B.,  1992,  s.44.

37



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə