Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 0,57 Mb.
səhifə4/4
tarix06.02.2018
ölçüsü0,57 Mb.
#26626
1   2   3   4
.

Bu proqramların uğurlu icrası yeni dövrdə aqrar sahənin və ərzaq təsərrüfatının inkişafı baxımından qarşıya qoyulmuş vəzifələrin icrasını sürətləndirməklə, yeni keyfiyyət səviyyəsinin əldə edilməsinə xidmət edir.

İstehlak bazarına nəzarət sisteminin səmərəliliyinin artırılması ölkədə əhalinin qida ehtiyacının yaxşılaşdırılmasında əsas amillərdəndir. Bu baxımdan risklərin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi həlledici əhəmiyyətə malikdir. Milli iqtisadiyyatın, o cümlədən istehlak bazarının tənzimlənməsi tələb, təklif və qiymətlərin tənzimlənməsindən keçir. Bu baxımdan bazarın dövlət səviyyəsində tənzimlənməsi istiqamətləri kimi, müvafiq mənbələrdə, əsasən aşağıdakılar təqdim olunur:

- pul siyasəti (pulların emissiyası, kredit, o cümlədən ipoteka siyasəti və s.;.

- əhalinin məşğulluğunun və gəlirlərinin tənzimlənməsi;

-davamlı sosial siyasətin həyata keçirilməsi;

Kənd təsərrüfatı istehsalçılarının rəqabətqabiliyyətinin yüksəldilməsi istiqamətində görülmüş tədbirlər inkişaf etmiş ölkələrin praktikasında kənd təsərrüfatı əmtəə istehsalçılarının maddi-texniki resurslara ehtiyaclarının ödənilməsi məqsədi ilə dövlət tərəfindən zəruri subsidiyalaşdırma fəaliyyət həyata keçirilir. Bu subsidiyalaşdırma fəaliyyəti, bir qayda olaraq onlara vergi qoymada müvafiq güzəştlərin edilməsi və elektrik enerjisindən istifadəyə görə güzəştli tariflərin tətbiqi ilə xarakterizə edilir. Bundan əlavə, ərzaq bazarında tələbin konyukturuna uyğun olaraq kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılması və restruktrizasiya proseslərinin həyata keçirilməsi ilə bağlı dövlət tərəfindən yardımlar da həyata keçirilir.

Təhlil göstərir ki, kənd təsərrüfatı əmtəə istehsalçılarının rəqabət-qabiliyyətini yüksəldilməsi istiqamətində kooperasiya münasibətlərinə və eləcə də emal sənayesi sektoru ilə intiqrasiya münasibətlərinin genişləndirilməsi, ticarət və bank sektorları ilə birlikdə müştərək strukturların formalaşdırılması onların bu və digər problemlərinin həllində əhəmiyyətli rol oynaya bilər. Inkişaf etmiş ölkələrin təcrübəsində bu və digər heyvandarlıq komplekslərinin, hətta quşçuluq fabriklərinin istehsal müəssisələrinin nəzdində yaradılması halları özünü göstərir ki, bu da kənd təsərrüfatı əmtəə istehsalçılarının gəlirlərinin artırılmasında və onların satış və təchizat problemlərinin həllində önəmli rol oynadığını göstərir. Bu qəbildən olan strukturlara kənd təsərrüfatı xammalının istehsalçıları ilə, emal müəssisələri arasında birgə kommersiya qurumlarının yarandığını aid etmək olar ki, bunlara da ayrı-ayrı məhsul növləri üzrə holdinqlər əsasında fəaliyyət göstərdiyi qənaitinə gəlmək olar.18

Qeyd olunduuğu kimi, kənd təsərrüfatı iqtisadi fəaliyyət subyektlərinin maliyyə-texniki resurslara olan təlabatlarının ödənilməsi iqtisadi tənzimləmə vasitələrinin qarşısında duran ən mühüm vəzifələrdən biridir və bu sahəyə dövlət yardımının göstərilməsi istehsalçıların məhsul istehsalına sərf etdikləri maya dəyərərinin həcminin azalmasında da əhəmiyyətli rol oynayır. Lizinq fəaliyyəti, maddi texniki resursların əmtəə istehsalçılarına uzun müddətli kredit şəkildə verilməsini özündə əks etdirir. Bu zaman dövlət tərəfindən bu prosesə yardım göstərilir.

Belə ki, dövlət büdcəsindən ayrılan vəsait hesabına lizinq şirkətlərindən maddi texniki resurslar əldə olunur və o icarəçiyə uzun müddətli zaman kəsiyində verilir və bu zaman lizinq haqqlarının müəyyən hissəsi, daha doğrusu xeyli hissəsi dövlət tərəfindən ödənilir.

Kənd təsərrüfatının investisiyalaşdırılması kənd təsərrüfatının investisiya cəlb ediciliyinin yüksəldilməsini özündə əks etdirir. Kənd təsərrüfatının investisiya cəlbediciliyinin yüksəldiyi şəraitdə xarici şirkətlərdə bu sahəyə vəsait qoymaq imkanı stimullaşar.

Ümumiyyətlə inkişaf etmiş ölkələrin praktikası göstərir ki, kənd təsərrüfatına investisiyaların başlıca mənbəyi, əslində dövlət büdcəsi hesabına həyata keçirilən məqsədli proqramlardır. Inkişaf etmiş ölkələrin praktikasında bu proqramlar bir qayda olaraq müsabiqə əsasında həyata keçirilir. Adətən inkişaf etmiş ölkələrin praktikasında investisiya layihələri, daha çox infrastruktur sisteminin yeniləşdirilməsinə, torpaqların münbitliyinin qorunub saxlanmasına və əmtəə istehsalçıları üçün bu və digər istehsal infrastrukturu, heyvandarlıq firmaları, məhsul anbarlarının tikilməsi ilə istiqamətlənir.

Aqrar əmtəə istehsalçılarının geniş təkrar istehsalı həyata keçirməsində onların uzun müddətli kredit resurslarına olan ehtiyaclarının ödənilməsi də mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan iqtisadi tənzimləmə aqrar sahədə fəaliyyət göstərən kənd təsərrüfatı əmtəə istehsalçılarının uzun müddətli kreditlərə ehtiyaclarının ödənilməsi məqsədi ilə xüsusi fondların yaradılması və bu fondlardan vəsaitlərin yönəldilməsini özündə əks etdirir. Bundan əlavə, kənd təsərrüfatının kredit resurslarına olan ehtiyaclarının ödənilməsində və investisiya resurslarının reallaşdırılmasında beynəlxalq investisiya fondlarından da əhəmiyyətli dərəcədə istifadə edilir. Qeyd etmək lazımdır ki, müasir şəraitdə kənd təsərrüfatına yönəldilən investisiyalar, ilk növbədə sahəyə elmi texniki tərəqqinin ən yeni nəaliyyətlərinin tətbiq edilməsinə, toxumçuluq və damazlıq işinin təşkilinə istiqamətlənməlidir.

Məlum olduğu kimi, hal-hazırda kənd təsərrüfatında məhsuldarlığın səviyyəsi kifayət qədər qənaətbəxş deyildir. Bu isə əkin sahələrinin genişləndirilməsi hesabına məhsul istehsalının həyata keçirilməsini özündə əks etdirir. Bundan əlavə, heyvandarlığın məhsuldarlıq səviyyəsinin aşağı olması da heyvandarlıq məhsulları istehsalının maya dəyərinin yüksək olmasına gətirib çıxarır. Məhz belə bir şəraitdə ərzaq bazarında yerli istehsalın maya dəyərərinin yüksəkliyi səbəbindən məhsulun satış qiyməti artır. Təbii ki, bu da ərzaq bazarında idxal kanallarının müqaisəli üstünlüyünü şərtləndirir. Müasir iqtisadi zəmində kənd təsərrüfatında sürətli və fundamentla inkişafın təmin edilməsi, eyni zaman kəsiyində toxumçuluq və damazlıq işinin təşkili, xaricdən yüksək məhsuldar toxum sortlarının və heyvan cinslərinin əldə edilərək regionlaşdırılması və bu sahədə regionlarda istehsalın artırılmasına nail olunması mühüm əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, əslində kənd təsərrüfatında istehsala yardım göstərilməsi ilə bağlı qənaət edilmiş hər bir manat dövlət büdcəsindən iri həcmlərlə vəsaitin kənara xərclənməsinə gətirib çıxarır. Daha doğrusu kənd təsərrüfatına yardım göstərilməsi ilə bağlı qənaət edilən hər manatın müqabilində ölkədən xaricə daha çox valyuta ehtiyyatları axır. Bu isə onunla bağlıdır ki, xarici əmtəə istehsalçıları daxili bazara daha çox məhsullar çıxarır və daxili ərzaq bazarı idxalçılardan asılı vəziyyətə düşür və bunun nəticəsində də alıcıların sərf etdikləri maliyyə resursları xarici satıcıların cibinə axır.

Yuxarıda qeyd etdiyimiz kimi, kənd təsərrüfatının hazırda rastlaşdığları ən mühüm problemlərdən biri də qiymət dispartetinin daha kəskin şəkildə özünü biruzə verməsidir. Qeyd etmək lazımdır ki, qiymət disparteti, özünü əvvəlki təsərrüfatçılıq sistemində də kəskin şəkildə biruzə vermişdir. Belə ki, əslində qiymət dispartetinin mövcudluğu kənd təsərrüfatının sahəvi xüsusiyyətlərindən bilavasitə asılıdır. Belə ki, sənaye sektorunda istehsal edilən hər hansı maşın, avadanlıq, ehtiyyat hissəsi bu və digər şəkildə təkmilləşdirmə mərhələsini keçdikdən sonra bazarda daha yüksək qiymətə təklif edilə bilir. Lakin kənd təsərrüfatında istehsal edilən hər hansı bir məhsulun keyfiyyətinin yüksəldilməsi onun daha yüksək, yəni sənaye sektorundakı mövcud qiymətlər hesabına təklif etməyə imkan vermir. Bu isə, kənd təsərrüfatı ilə sənaye məhsullarının qiymətləri arasında iqtisadi ədəbiyyatda adı çəkilən qayçı situasiyasının yaranmasına gətirib çıxarır. Qeyd etmək lazımdır ki, qiymət disparteti probleminin həllindən təkcə kəndin maliyyə sabitləşdirilməsi deyil, eyni zamanda aqrar ərzaq kompleksinin investisiya fəaliyyətinin dirçəldilməsi də bilavasitə asılıdır. Təbii ki, bu zaman kənd təsərrüfatında maşınqayırması sisteminin inkişaf etdirilməsi, kimya sənayesinin yaradılması və kənd təsərrüfatı əmtəə istehsalçılarının gübrə və kimyəvi resurslara olan ehtiyaclarının ödənilməsi də mühüm əhəmiyyət kəsb edir.

Yuxarıda qeyd etdiyimiz kimi, kənd təsərrüfatının iqtisadi tənzimlnməsi kifayət qədər kompleks sistemli bir yanaşmanı özündə əks etdirir. Bu baxımdan kənd təsərrüfatının iqtisadi tənzimləməsinin priaritet istiqamətlərinə aqrar sahədə fəaliyyət göstərən əmtəə istehsalçılarının xarici rəqabətin əlverişsiz təzahürlərindən müdafiə edilməsi şamil edilir. Kənd təsərrüfatı əmtəə istehsalçılarının xarici rəqabətin əlverişsiz təzahürlərindən müdafiə olunması gömrük rüsumlarının tənzimlənməsi və ərzaq kvotalarının müəyyənləşdirilməsi ilə həyata keçirilir. Ərzaq məhsullarına kompensasiyalaşdırıcı gömrük rüsumlarının tətbiq edilməsi və mütərəqqi texnologiyaların, o cümlədən yeni texnika və avadanlıqların idxalı ilə bağlı gömrük stavkalarının aşağı salınması makroiqtisadi tənzimləmənin mühüm tərkib hissəsi kimi xarakterizə edilir. Qeyd etmək lazımdır ki, kənd təsərrüfatında istehsalın inkişaf etdirilməsi, eləcə də məhsulun maya dəyərərinin aşağı salınması və gəlirlərin artırılması üçün aqrar əmtəə istehsalçılarının özünün də potensial ehtiyyatları vardır. Belə ki, məhz həmin potensial ehtiyyatlarının hərəkətə gətirilməsi müxtəlif inteqrasiya edilmiş strukturun yaradılması ilə həll oluna bilər. Kənd təsərrüfatı əmtəə istehsalçılarının iri maliyyə sənaye qrupları formasında fəaliyyət göstərməsi və holdinqlərin formalaşdırılması kənd təsərrüfatında məhsul istehsalının artırılmasına və məhsul istehsalına çəkilən xərclərin səviyyəsinin azaldılmasında əhəmiyyətli rol oynayır. Uzun illər xüsusilə heyvandarlıq məhsullarının istehsalçıları ilə, emal müəssisələri, qarışıq yemlər istehsal edən müəssisələr, habelə servis xidməti göstərən strukturlar, ticarət və maliyyə strukturları arasında inteqrasiya münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyi artıq özünü göstərir. Bu zərurətin dövlətin iqtisadi tənzimləmə mexanizmləri səviyyəsində effektiv şəkildə qarşılanması kənd təsərrüfatının dayanıqlı inkişafında mühüm rola malikdir.

Kənd təsərrüfatı iqtisadi subyektlərin istehsal imkanları, maddi texniki resurslara olan ehtiyaclarının effektiv şəkildə ödənilməsi, eləcə də ərzaq bazarında yerli istehsalın xüsusi çəkisinin yüksəldilməsi və qiymətlərin səviyyəsinin sabitləşdirilməsi makroiqtisadi tənzimləmə vasitələri çərçivəsində tədarük və əmtəə intervensiyaların həyata keçirilməsindən asılıdır. Bu zaman ərzaq bazarının tənzimlənməsi üçün əmtəə intervensiyalarının dövlətin səlahiyyətli qurumları tərəfindən yerinə yetirilməsi dövlətin rezerv fondlarının formalaşdırılmasını tələb edir.

Son illər rəqabət mühitini formalaşdıran qanunvericilik aktlarının uğurlu icrası ölkənin kənd təsərrüfatı sektoru ilə geniş əlaqələrə malik müəssisələrin fəaliyyətindədə nəzərə çarpacaq dəyişikliklərin meydana çıxmasına zəmin yartmışdır. Bu baxımdan hazırda respublikamızda ərzaq məhsulları istehsalının olduğu holdinqlər qismində,ilk növbədə Azərsun Holdinq, Gilan Holdinq, Cahan Holdinqi qeyd etmək olar. Azərsun Holdinq ərzaq məhsulları istehsalı, ticarət və kənd təsərrüfatı sahəsində aparıcı mövqe tutmaqla, 20 ildən artıq bir dövr ərzində respublikada baş verən sosial-iqtisadi proseslərdə fəal iştirak edir. Həmin holdinqə daxil olan ərzaq istehsalı müəssisələri qismində, ilk növbədə, Qafqaz konserv zavodu, Zeytun emalı fabriki, Azərbaycan Şəkər İstehsalat Birliyi, Qənd İstehsalı fabriki, Zaqatala fındıq zavodu, Sun Tea Azərbaycan Bakı yağ fabrikinin fəaliyyətinirəqabətqabiliyyətli istehsal imkanlarına malik olan müəssislər kimi xüsusi vurğulamaq vacibdir.

3.2.Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin inkişafını təşviq edən hüquqi bazanın formalaşdırılması istiqamətləri


Hazırda respublikamızda sahibkarlığa verilən dövlət dəstəyi həmin sahənin inkişafında çox mühüm rol oynayır. Dövlətin iqtisadi fəaliyyətin inkişafı istiqamətində tətbiq etdiyi iqtisadi siyasətin prioritetini təşviq edici bir iqtisadi sitemi formalaşdırmaq təşkil edir. Bu aspektdə sahibkarlığın inkişafında iqtisadi stimullar tənzimləmə və dəstəkləmənin regional sistemi çərçivəsində əhəmiyyətli rol oynayır. Çünki mövcud iqtisadi şərtlər daxilində dövlət dəstəyi tədbirləri olmadan sahibkarlığın inkişafı mümkünsüzdür.Bundan irəli gələrək yerli idarəetmə orqanları sahibkarlara, xüsusən də, başlanğıc mərhələdə olanlara biznes-inkubatorlara giriş imkanları yaratmalı, qrantların verilməsini təşkil etməlidirlər.

İqtisadi fəaliyyətin təşviqi istiqamətində ölkəprezidentinin qanunvericilik təşəbbüsü əsasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli Qanununun qəbul edilməsi, sahibkarlıq fəaliyyətinə yersiz inzibati müdaxilələrin bürokratik əngəllərin, vəzifədən sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsi istiqamətində inqilabi dəyişikliklərin əsasını qoymuşdur. İqtisadi fəaliyyətin tənzimlənməsinin əsas alətlərindən biri də, ilk növbədə, istehsalın yenilənməsinə və təkmilləşdirilməsinə dövlət vəsaiti hesabına birbaşa kreditlərin və subsidiyaların verilməsidir. Bu vəsaitlər o zaman verilir ki, özəl biznes milli istehsalın bu və ya digər sahəsini çətinliklər zolağından çıxarmaq iqtidarında olmur. Bu istiqamətdə müəyyən sahələrin güzəştli kreditləşdirilməsi və subsidiyalaşdırılması, istiqrazlara təminat verilməsi proqramları, sahə qiymətlərinin artmasının dayandırılması və ya dəstəklənməsi üzrə proteksionist ixrac siyasəti ilə müşayiət olunan tədbirlər və bazarı stabilləşdirməyin digər vasitələri böyük rol oynayır. Depozitlər və ssudalar üzrə faiz dərəcələrinin bazar tənzimlənməsi özəl biznesə maliyyələşdirmənin şərt və üsullarını seçmək azadlığı təmin edir .

İqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sektorunda da sahibkarlığa dövlət dəstəyini effektliyini icra və nəzarət mexanizmində olan müəyyən nöqsanlar qismən ləngidir. Bəzən mövcud normativ mühit sahibkarların hüquq və maraqlarının əhatəli müdafiəsini təmin edə bilmir. Belə vəziyyət isə sahibkarlıq fəaliyyətinin prinsiplərinin təkmilləşdirilməsini, bu sahədə yeni vəzifələrin qarşıya qoyulmasını şərtləndirir. Araşdırmalardan göstərir ki, bu sahədə aşağıdakı tədbirlərin görülməsi vacibdir:

- istehsal prosesinin intensivliyinin, keyfiyyətinin, bütövlükdə səmərəliliyinin artırılması məqsədi ilə istehsal vasitələrinin, texnologiyaların, həmçinin intellektual idarəetmə texnologiyalarının səviyyəsinin artırılıması və inkişafının stimullaşdırılması.

-müvafiq təhsil və təlim proqramlarının, informasiya-məsləhət dəstəyi proqramlarının inkişaf etdirilməsi.

- daha səmərəli müəssisələrə yer vermək məqsədilə sağlamlaşdırma və müflisləşmə prosedurlarının vaxtında işə salınması proseslərini stimullaşdıran rəqabət mühitinin inkişaf etdirilməsi.

- əməyin daha səmərəli bölgüsü üçün müxtəlif ziddiyyətləri və boşluqları aradan qaldıran normativ-hüquqi bazanın yaradılması;

-xarici infrastruktur şərtləri kompleksinin inkişaf etdirlməsi.

Hesab edirik ki,kənd təsərrüfatında sahibkarlığın daha səmərəli şəkildə stimullaşdırılmasına imkanı verəcək və onun inkişafı üçün optimal şərait yarada biləcək aspektlər də nəzərdən keçirilə bilər:

- sahibkarlığın inkişafı infrastrukturunun formalaşdırılması və onun davamlı olaraq modernləşdirilməsi;

-sahibkarlara maliyyə-əmlak yardımını təmin edən strukturun genişləndiril-məsi;

- mütərəqqi maliyyə texnologiyalarının inkişaf etdirilməsi, sahibkarlığın elmi-metodiki və kadr potensialının möhkəmləndirilməsi;

- sahibkarlıq suyektlərinin dövlət maliyyə, maddi-texniki və informasiya resurslarından, həmçinin elmi-texniki iş və texnologiyalardan istifadəsinə stimullaşdırıcı şəraitin yaradılması;

Onu da nəzərə almaq lazımdır ki, sahibkarlığın hüquqi tənzimlənməsində gərəkli səviyyənin əldə edilməsi ölkənin təkcə hazırkı deyil, həm də gələcək sosial-iqtisadi həyatının aktual problemidir. Bundan başqa, bütün maddi istehsal sahələrində və sosial sferada fəaliyyətin optimallığına, rasionallığına və daha yaxşı balanslaşdırılmasına nail olmaq məqsədilə sahibkarlığın hüquqi tənzimlənməsi vacidir. Sahibkarlığın dəstəklənməsinin inkişaf etmiş infrastrukturu, sahibkarlıq fəaliyyətinin inkişafının stimullaşdırılmasının hüquqi mexanizmləri və sahibkarların hüquqlarının və qanuni maraqlarının müdafiəsinin, həmçinin sahibkarlıq sahəsində ictimai və dövlət maraqlarının effektiv sistemi də daxil olmaqla, sahibkarlıq fəaliyyətinin makromühitinin yaradılması üçün təşkilati-hüquqi vasitələr kompleksinin formalaşdırılması da zəruri hesab olunur.

Hesab edirik ki, kənd təsərrüfatında iqtisadi fəaliyyəti təşviq edəcək bir iqtisadi mühit formalaşdırmaq üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi əhəmiyyətli ola bilər.

-dövlət və regional proqramlar çərçivəsində iqtisadiyyatın ayrı-ayrı sektorları arasında disproporsiyanın aradan qaldırılması və kənd təsərrüfatında iqtisadi artımın dəstəklənməsi.

-kənd təsərrüfatında iqtisadi fəaliyyətin həyata keçirilməsi ilə bağlı hüquqi normativ bazanın təkmilləşdirilməsi;

-aqrar bazarların effektiv şəkildə formalaşmasına yardım göstərilməsi.

-kənd əhalisinin sosial müdafiəsinin təmin edilməsi və iqtisadiyyatın digər sahələri ilə müqaisədə kənd təsərrüfatında çalışan işçilərin gəlirlərinin səviyyəsinin yüksəldilməsi;

-kənd təsərrüfatında elmi texniki nəaliyyətlərin istehsalda tətbiqinin stimullaşdırılması;

-kənd təsərrüfatında rəqabət mühitinin formalaşdırılması və inhisarçılığın məhdudlaşdırılması;

-kənd təsərrüfatı məhsullarının rəqabətqabiliyyətinin yüksəldilməsi;

-kənd təsərrüfatında xarici investorların hüquqi müdafiəsinin təmin edilməsi və s.

3.3. Kənd təsərrüfatında iqtisadi fəaliyyətin zəmanət mexanizminə dövlət yardımının prioritet istiqamətləri

Liberal iqtisadi şəraitdə kənd təsərrüfatında istehsal subyektləri əsasən təbiətdə baş verən dəyişkənliklə konkret olaraq iqlim şəraitinin əlverişsiz keçməsi ilə əlaqədar yarana biləcək forsmajor halların dəf etməsi üçün, bir sıra iqtisadi dəsdək mexanizminə ehtiyac duyur ki, bunlardan biridə sığorta sistemisdir. Güclü kompensasiya siteminin sığorta mexanizminin formalaşdırılması arzuolunmaz istehsal şəraitini aradan qaldırırı və nəticədə istehsalçının təşviqinə təkrar istehsal prosesinin fasiləsizliyi zəmin yaradır. Diğər sahələrdə olduğu kimi kənd təsərrüfatında da sığorta sitemi əvəzolunmaz iqtisadi kateqoriya kimi rol oynayır. Kənd təsərrüfatında iqtisadi fəaliyyət subyektləri yalnız istehsal prosesində təbiətdən asılılığın üst səviyyədə olduğu şəraitdə çətinliklə üzləşmir.İstehsalçılar istehsal vasitələrinin texniki təhcizatla əlaqədar yarana bilən problerin aradan qaldırılmasında istehsal üçün zərruri olan maddi vəsaitin şəxsi vəsaitdən başqa alternativ mənbələrdən əldə olunması ilə (borc kapitalı) yaranmış vəziyyətə uyğun olaraq sığorta xidmətinin əldə edilməsinə ehtiyac duyur. Kənd təsərrüfatı bilindiyi kimi insan amilindən çoxda yüksək asılılığa malik deyil. İstehsal şəraitində risq katoru bu baxımdan əlahəddə üstünlüyə malikdir. Bu aspektdə yaranmış hər hansı xoşagəlməz vəziyyət istehsalın həcminin azalmasına,bazar imkanlarının məhdudlaşmasına və dolayısı ilə əmtəə-pul münasibətlərinin arzuolunmaz xüsusiyyətə yönlənməsinə böyük ölçüdə təsir göstərir.Qeyd edək ki, mikrosəviyyədə baş vermiş bu xoşagəlməz tendensiyalar makroiqtisadi məzmunu da özündə ehtiva edir.Belə ki,bu sahə üzrə istehsal miqdarının aşağı düşməsi idxaldan asılılıq meyillərinin təzahürünə şərait yaradır ki,bu da ölkə iqtisadiyyatıüçün heçdə arzu olunan hal deyildir. Dünya təcrübəsinə nəzər saldıqda görürük ki,kənd təsərrüfatında iqtisadi subyektlərin fəaliyyətinin sığortalanması hansı ölkədə yüksək səviyyədə təmin olunmuşsa həmin ölkədə bu sektorun istehsal imkanları pik səviyyəyə yüksəlir. Təcrübələr bu sahə üzrə istehsal və əmlakın effektiv şəkildə sığortalanmasını daha məqbul olduğunu ortaya qoyur. Kənd təsərrüfatında iqtisadi fəaliyyətin sığortalanmsında məqhsuldarlıqdan asılı olmayaraq təbii şəraitin təsiri ilə yaranmış fövqəlada haların aradan qaldırılmasına istiqamətlənməlidir.Kənd təsərrüfatı istehsalçılarının digər iqtisadi subyektlərlə müqayisədə çox da geniş olmayan həttda məhdud sayıla biləcək maliyyə imkanlarına malikdirlər. Bu amil özü bu sahənin dövlətin tənzimlənmə siyasətində iqtisadi vasitələrlə dəstəklənmənin zərurrətini ortaya qoyur. Bəzən istehsalçılar il ərzində proqnozlaşdırılan mənfəətdən məhrum olmaqla yanaşı ilkin vəsaitin belə itirilməsi halları ilə qarşşı-qarşıya qalır. Bu baxımdan güclü və təsirli kənd təsərrüfatı zəmanət mexanizminin formalaşdırılması sahənin məhdud rəqabət imknalarının bir qədər genişlənməsinə olan imkanları artıra bilər.

Aqrar sektorda istehsal subyektlərinin maliyyələşmə mənbələrinin artırılması pul-kredit və sığorta sisteminin yetərlilik səviyyəsində bilavasitə asılıdır.Qeyd edək ki, xarici investorların sahəyə yönləndirilməsində də sığorta fəaliyyətinin əvəzsiz rolu vardır.Hazırda bu sahədə nəzərə çarpacaq çatışmazlıqlar mövcuddur.Son illər aqrar sahənin inkişafına istiqamətlənmiş geniş və çoxşaxəli islahatlar həyata keçirilmişdir Lakin bütün bunların fonnunda sahə üzrə rəqabət imkanlarını artıra biləcək sığora sisteminin formalaşmaması bu sahənin inkişafına bir qədər təsir göstərir.Həm yerli həm xarici investorlarların sahəyə bir qədər həssas yanaşmaları maddi itkilərin kompensasiya edilməsi ilə bağlı çətinliklərin bu sektorda kifayət qədər qarşılanmadığı gerçəyidir. Bu sektorda sığorta fəaliyyəti həm könüllü həmdə məcburi şəkildə təmin olunur. Lakin istehsalçılardan çox sığorta şirkətlərinin maraq göstərməsi zəruri olan bu sahadə tamam başqa tendensiyalar müşahidə olunur. Bu gün respublikada fəaliyyət göstərən sığorta şirkətlərini bu sahəyə istiqamətləndirəcək bir təşviq mexanizminin olmasına ehtiyac vardır.Kənd təsərrüfatında sığorta obyekti kimi faktiki istehsal olunan məhsul seçilməsi istehsal prosesi zaman yarana biləcək itgilərin kompensasiya edilməsində müəyyən məhdudiyyətlərin yaranmasına zəmin yaradır.Bu amil həm istehsalçının maraqları ilə uzlaşmır eyni zamanda sahə üzrə istehsal imkanlarının azalmasına şşərait yaradır.Əvvəlki iqtisadi sistemdə dövlət əsas mülkiyyətçi rolundas çıxış etdiyi üçün sahə üzrə baş verə biləcək risqlərin aradan qaldırılmasında mövcud olan imkanlarda konkret olaraq bu günlə müqayisədə daha yüksək idi.Araşdırmalardan məlum olr ki, bazar iqtisadi münasibətlərin təşəkkülü və inkişafının xarakterizə olunduğu müasir dövrdə sığorta fəaliyyətinin liberal bazar dəyərləri ilə uzlaşdırılmasında qanunvericilik aktlarının mövcud səviyyəsidə bilavasitə rol oynayır.

Bazar iqtisadiyyatının inkişafı şəritində vacib bir iqtisadi kateqoriya kimi sığorta fəaliyyətinin reallaşdırılması və hüdudlarını müəyyən edən sığorta fəaliyyəti haqqında qanunun müstəqilliyin ilk on illiyində qəbul edilmişdir. İqtisadi subyektlərin fəaliyyətinin nizamlanması və maddi itgilərinin qarşılanması üçün mühüm rola malik olan bu qanun çox təssüf ki,lazımı effekti tam olaraq göstərə bilməmişdir. Hesab edirik ki,müsir dövrün tələbləri ilə uzlaşan xüsusilə strateji sahə kimi kənd təsərrüfatına əlavə dəyər əldə etmək imkanlarını artıracaq beynəlxalq təcrübədən yararlanaraq formalaşdırılacaq yeni qanunvericilik aktı bu iqtisadi kateqoriyanın istehsal sahələrindən asılı olmayaraq təsir gücünü artıra biləcək effekti verə bilər. Qeyd edək ki, qanunvericilk aktının yetərsizliyi ilə yanaşı sığorta şirkətlərinin nizamnamə kapitalının bazarın tələbini qarşılamaq iqtidarında olmamasını və liberal bazar prinsiplərə uyğun olaraq sığorta şirkətlərinin daha az fövqəlada halların ola biləcəyi və buna müqabil daha çox gəlir əldə edəcəkləri istehsal sahələrinə ütünlük vermələrini də bu istiqamətdə həll edici amillərdən hesab etmək olar.İnkişaf etmiş dövlətlərin təcrübəsidə göstərir ki, sığorta şirkətlərinin fəaliyyətində dövlət dəstəyi olmadan hər hansı uğurdan danışmaq olmaz. Təsadüfi deyil ki, bu gün inkişaf etmiş kapitalist ölkələrində də sığorta şirkətlərinin xüsusilə kənd təsərrüfatında maddi itkilərin qarşılanmasında ödəniləcək sığorta məbləğinin təqribən 50%-ə qədərini dövlət təmin edir.

Respublikamızda maliyyə bazarının tərkib elementi kimi hazırda sığorta şirkətlərinin fəaliyyəti tam olaraq optimallaşdırılmamışdır. Bundan başqa hazırda respublikamızda fəaliyyət göstərən sığorta şirkətlərinin bir qisminin səhmdarları içərisində xarici investorlarıda görmək mükündür. Bu amil hər hansı böhran meyillərinin baş verməsi durumunda onların bu fəaliyyət spektorunda ani manevr etməklə bazarı tərk etmək perspektivini ortaya qoyur ki, bu da öz növbəsində həssas olan bu iqtisadi mexanizminin bir qədər də ləng hərəkətinə zəmin yaradır.

Kənd təsərrüfatında iqtisadi fəaliyyət subyektlərinin sığortalanmasının təşkili və şərtləri bundan əlavə dövlət dəstəyinin prinsipləri hazırda mövcud olan qanunvericilk aktında öz əksini tapmışdır.Kənd təsərrüfatında sığorta şirkətləri ilə istehsal subyektləri arasında bu xidmətin əhətə dairəsini və hüquqi öhtəlikləri müəyyənləşdirmək məqsədilə ilkin olaraq tərəflər arasında müqavilə bağlanır.119 Bu müqavilənin şərtlərinə əsasən sığorta fəaliyyətinin müddəti, eyni zamanda bu fəaliyyətlə bağlı əlavə mənbələrin formlaşdırılması şərtlərini müəyyənləşdirir. Kənd təsərrüfatının qeyri-əlverişli məqamların meydana çıxması iqtisadi subyeklərin sığortalanması məqsədi ilə, inkişaf etmiş kapitalist dövlətlərində hökumət risklərin məcburi qaydada yenidən sığortalanma prosesini təmin edir. Həmin ölkələrin təcrübəsi göstərir ki, bu cür situasiyalarda istehsal subyektlərinin sığortalanması zaman sahibkarlara subsidiyaların verilməsinin dəqiq şərtləri də müəyyən edilir. Kənd təsərrüfatı sektorunda sığortalanmanın həyata keçirilməsində dövlət öz təsir gücünü artırmaqla dah çox nüfuz etməlidir. Beynəlxalq təcrübədə bu sür yanaşmalara çox sıx-sıx rast gəlinir. Aradırmalar göstərir ki,bu cür situasiyalarda dövlət iki cür müqavilənin bağlanması ilə zəmanət mexanizmini formalaşdırır.Həmin müqavilələrin ilkində sığortacılarla bağlanan müqavilədir diğəri isə müvafiq icra orqanları ilə sığorta sığortalanmanın subsidyalaşdırılması mexanizmi ilə əlaqədar bağlanmış müqavilədir.Son illər kənd təsərrüfatında sığorta fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra tədbirlər və mühüm iqtisadi islahatlar həyata keçirilmişdir. Lakin bütün bunlara baxmayaraq bu istiqamətdə mövcud olan çatışmazlıqlar tam olaraq aradan qaldırılmamışdır.Məhz bu baxımdan hazırd bu sektorda fəaliyyət təsərrüfat subyektlərinin istehsal imkanları bir qədər tərəddüdlü hal almışdır. Qeyd edək ki,sahənin spesifik xüsusiyyətləri bu istiqamətdə zəruri tədbirlərin intensivləşdirilməsinin zəruriliyini ortaya qoyur.

Hazırda kənd təsərrüfatında yaranmış risqlərin ardadan qaldırılması istiqamətində formalaşdırılmış büdcə maliyyə vəsaitlərinin təyinatı düzgün müəyyənləşdirilməli və bu istiqamətdə perspektivdə bir sıra tədbirlərin həyata keçirilməsi vacibdir.Qeyd edək ki,kənd təsərrüfatında sığortalanma mexanizmi ilə mövcud qaydalar bir qədər təkmilləşdirilməli beynəlxalq standartlara uyğunlaş dırılmalıdır.

Hesab edirik ki, sığorta fondlarından təyinatı üzrə məqsədli olaraq istifadə olunması son nəticəsə, perspektivdə istehsal prosesində məhsul itkisinin çox əhəmiyyətli ölçüdə qarşısının alınması və kompensasiya olunması ilə mövcud olan maliyyə fondlarından istifadə imkanlarını artırar.

Yenidən sığortalanma, mahiyyət etibarı ilə risk amilinin qarşısının alınması və bu istiqamətdə məsuliyyətin bölüşdürülməsinə, digər əhəmiyətli bir məqam kimi, sığorta xidmətlərinin maliyyə potensialının artırılmasına zəmanət verir. Kənd təsərrüfatı sektorunda yenidən sığortalanma sisteminin formalaşdırılması ilkin olaraq dövlətin maddi resurslarından istifadəyə nəzarəti artırmaya və ümumilikdə yenidən sığortalanma setuasiyasında maliyyə resurslarından səmərəli istifadənin genişlənməsinə zəmin yaradır.

Qənaətimizə görə son illər kənd təsərrüfatı sektorunda risklərin çox geniş şəkildə yenidən sığortalanması büdcədən yönəldilmiş əvəzsiz ödənişlərin, subsidiyaların həcmindən bilavasitə asılıdır. Hazırda büdcədən ayrılan subsidiyalar yalnız istehsal subyektlərinin maliyyə imkanalarının artırılmasına və təkrar istehsal prosesinin fasiləsizliyinin təmin edilməsi istiqamətində istehsal vasitələrindən yenilənməsinə deyil, söğorta fəaliyyətinin təşklinidə təmin etməlidir.Bu vəsait təbii ki, istehsal prosesi zamanı yarana biləcək itkilərin qarşısının alınması məqsədini də güdür. Sığorta fəaliyyəti reallaşdırılması ilə bağlı xərclər bir qayda olaraq yalnız istehsal oluna məhsul itkisinin miqdarından asılı olaraq dəyişmir,eyni zamanda sığorta predmetinin sayı və sığorta xidmətini maliyyələşməsi mənbələrindən,əmək haqqının səviyyəsindən bunun kimi digər amillərdən asılıdır. Kənd təsərrüfatında iqtisadi fəaliyyətin sığortalanması ilə bağlı qeyd olunan nəzəri məsələlər praktiki olaraq bir çox ölkənin istehsal sferasında həyata keçirilir. Konkret olaraq qərbi avropada və ABŞ,Kanada kimi bu sektorun yüksək inkişaf tempinə malik diğər ölkələrdə sığotalanmanın subsidiyalaşdırılması ilə bağlı bu cür prosedura rast gəlinir.

Sığorta fəaliyyətinə subsidiyaların dərəcələrinin hesablanması zamanı ilk növbədə məhsul itkisinin effektiv qarşılanması ilə bağlı xərclər və həm də sığorta fəaliyyətinin həyata keçirilməsi ilə bağlı xərclər də nəzərə alınmalıdır. Qeyd edək ki, bu praktika qərb ölkələrində xüsusilə ABŞ-da və Kanadada kənd təsərrüfatı məhsullarının sığortalanmasının subsidiyalaşdırılmasında geniş şəkildə tətbiq edilməkdədir.Həmin ölkələlərdə təsərrüfat subyektinin som 5 ildə nail olduğu istehsal göstəriciləri məhsuldarlıq səviyyəsi sığorta predmeti kimi qəbul olunur. Həmin dövlətlərin iqtisadi fəaliyyət spektorunda istehsal subyektləri tərəfindən ödənilən sığorta haqları müdəmadi olaraq yalnız məhsul istehsalı və satış dövrünü əhatə edir.

Bu istiqamətdə kənd təsərrüfatı sektorunda mövcud olan iqtisadi fəaliyyət subyektləri əsasəndə bitkiçilik sahəsində olan istehsalçılar sahib olduqları şəxsi vəsaitləri bura aid etmirlər.Həmin sahibkarlar bu qəbildən olan xərclərin təyinatını mövsümü xərclər kimi əks etdirirlər. Tədqiqatlar göstərir ki,sığorta haqlarının ödəyən sahibkarlar borc kapitalının əldə olunmasında da müəyyən üstünlüklər əldə edirlər. Həmin dövrdə bu kateqoriyadan olan sahibkarlar faktiki olaraq sabit istehsal imkanlarına malik olduğu qənaəti formalaşır. Bu prosesdə sığorta haqlarının ödənilməsində istifadə olunan kreditlərin geri qaytarılmasında dövlətin subsidiyalaşmaq mexanizmi xüsusi əhəmiyyət kəsb edir.

Yeni bir iqtisadi sistemə keçən ölkələrdə sığorta fəaliyyətinin formalaş dırılması müxtəlif mərhələlər əsasında həyata keçirilir. İlkin mərhələdə əsasən kənd təsərrüfatı sektorunda sığorta əməliyyatları dövlət dəstəyi ilə əlaqədar proqramların işlənib hazırlanmasının labüdlüyünü ortaya çıxarır. Yranmış bu vəziyyət ilkin olaraq ərzaq məhsullarının satış qiymətlərinin ucuzlaşması ilə bağlı qeyri-rentabelli istehsal nəticələrinin sığortalanması nəzərdə tutan məsələləri özündə ehtiva edir. Dünya təcrübəsində əsasən rəqabət qabiliyyəti yüksək olan kapitalist ölkələrində bu proses səmərəli şəkildə həyata keçirilir. Bu istiqamətdə diqqət çəkən məqamlardan biri də əsasən kənd təsərrüfatında əkinçilik sahəsində istehsal olunan məhsulların sığortalanmasının zəruriliyidir. Kənd təsərrüfatında əmlakın və istehsal vasitələrinin sığortalanması da bu aspektdə mühüm qiymətləndirilir.

Hesab edirik ki,kənd təsərrüfatında iqtisadi münasibətlərin formalaşması və inkişafı istiqamətində sığorta mexanizminin təkmilləşdirilməsi ilə bağlı bir sıra məsələlərə xüsusi diqqət yetirilməli və onların icrası mövcud şəraitdə prioritetlik təşkil etməlidir:

- hazırki şəraitdə sahənin rəqabət qabiliyyətini artırmaq və istehsal potensialını yüksəltmək məqsədilə kənd təsərrüfatı müəssisələrinin istehsal etdikləri məhsulun əhəmiyyətlilik dərəcəsinə görə bir qisminin sığortasını dövlət öz üzərinə götürməlidir;

- sığorta sisteminin effektliliyini artıra biləcək normativ-hüquqi aktlar beynəlxalq təcrübədən istifadə olunaraq təkmilləşdirilməli istehsal subyektləri ilə sığorta şirkətlərinin maraqları bu aspektdə uzlaşdırılmalıdır;

- dövlət büdcəsindən ayrılan vəsait hesabına kənd təsərrüfatında iqtisadi fəaliyyət subyektlərinin itehsal prosesində yaranmış risqlərin sığrtalanması və prosesə nəızarət edən müvafiq icra strukturuna nəzarət mexanizmi gücləndirilməlidir;

- kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarların sığortalanma səviyyəsini yüksəltmək məqsədilə dövlət tərəfindən müəyyən təşviq mexanizmin formalaşdırıl ması və s.

NƏTİCƏ VƏ TƏKLİFLƏR

Dünya iqtisadiyyatına aktiv inteqrasiyanın sürətləndiyi müasir iqtisadi şəraitdə kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin ölkə iqtisadiyyatına verdiyi dəyərin yüksəldilməsi üçün əlverişli iqtisadi mühit formalaşdırılmalıdır ki, bu isə bilavasitə hüquqi bazanın mövcudluğundan və müasir dəyərləri özündə əks etdirmə səviyyəsində asılıdır. Bu inkişafı daha davamlı və əhatəli nail olmaq üçünsahibkarlıq subyektlərinin rəqabətqabiliyyətliliyini artırmaq, ona olan dövlət dəstəyini yeni institusional və normativ-hüquqi mexanizmlərlə möhkəmləndirmək, üstün olaraq, regionlarda kiçik və orta sahibkarlığın inkişaf etdirmək gərəklidir.

Bilinditi kimi kənd təsərrüfatında iqtisadi tənzimləmə mexanizmləri inzibati iqtisadi, dolayı və bir başa tənzimləmə metodları ilə reallaşdırılır. Qeyd etdiyimiz kimi, kənd təsərrüfatının iqtisadi tənzimlənməsinin mahiyəti və məzmunu onun məqsəd və vəzifələri ilə bilavasitə bağlıdır ki, bu da aqrar iqtisadiyyatın davamlı inkişafının təmin edilməsinə istiqamətlənmiş funksiyaların yerinə yetirilməsini özündə əks etdirir. Kənd təsərrüfatının iqtisadi tənzimlənmə mexanizminin hüquqi təminatının təkmilləşdirilməsi sahənin bazar münasibətlərinə uyğun fəaliyyətini təmin edir ki,bununda prioritetlərinə aşağıdakıları aid etmək olar:

-ölkə əhalisinin ərzaq məhsullarına, sənayenin xammala olan ehtiyaclarının effektiv və davamlı şəkildə qarşılanması;

-iqtisadiyyatın aqrar sektorunun davamlı şəkildə fəaliyyət göstərməsi. istehsalın iqtisadi səmərəliərəliliyinin yüksəldilməsi və böhranlı situasiyalarda kənd təsərrüfatının davamlılıq imkanlarının təmin edilməsi;

-ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi. Kənd əhalisinin gəlirlərinin artırılması;

-aqrar iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və bu aspektdə davamlı inkişafın təmin edilməsi. Kənd təsərrüfatının resurs potensiyalının qorunub saxlanması, iqtisadiyyatda baş verən struktur dəyişiklikləri zamanı kənd təsərrüfatının priaritet mövqeyinin qorunub saxlanması və kənd təsərrüfatında çalışan əhalinin sosial ehtiyaclarının təmin edilməsi, kəndin infrastrukturunun təkmilləşdirilməsi və s.

Kənd təsərrüfatı sektorunda iqtisadi tənzimləmə vasitələri aşağıdakı hədəflərin nail olunmasına xidmət edir:

-istehsalın səviyyəsinin yüksəldilməsi və iqtisadiyyatın ayrı-ayrı sahələrində dinamik inkişafın təmin edilməsi.

-məşğulluğun səviyyəsinin yüksəldilməsi.

-inflyasiyanın səviyyəsinin qarşısının alınması.

-idxal və ixrac arasında tarazlığın təmin edilməsi və mübadilə kursunun səviyyəsinin sabitləşdirilməsi.

-ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi.

-iqtisadiyyatda biznes aktivliyinin genişləndirilməsi, azad rəqabət mühitinin dəstəklənməsi.

Hesab edirik ki, kənd təsərrüfatında iqtisadi tənzimləmə mexanizminin hüquqi bazasını təkmilləşdirilməsi ilə yanaşı sahənin dinamik inkişafının reallaş dırılması istiqamətində aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğun ola bilər:

- kənd təsərrüfatında çalışan əhalinin iqtisadiyyatın digər sahələri ilə müqaisədə gəlirlərinin yüksəldilməsi və onların daha yüksək gəlir əldə etmələri üçün zəruri iqtisadi mühitin yaradılması;

- əhalinin gəlirlərinin yüksəldilməsi üçün kənd yerlərində qeyri kənd təsərrüfatı təyinatlı məşğulluğun formalaşdırılması.

- kənd təsərrüfatında əmək bazarının formalaşdırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi;

- kənd təsərrüfatında istehsalın intensivləşdirilməsi və elmi texniki tərəqqinın ən yeni naliyyətlərinin istehsalda tətbiqi imkanlarının genişləndirilməsinə kənddə sosial və istehsal infrastrukturu ilə bağlı xərclərin dövlət tərəfindən maliyyəşdirilməsi və dövlət tərəfindən bu sahədə dövlət büdcəsindən maliyyəşdirilən dövlət və regional proqramların işlənib hazırlanması.

- kənd təsərrüfatında infrastruktur sisteminin genişləndirilməsi məqsədi ilə dövlət və yerli idarəetmə strukturlarının fəaliyyətlərinin effektiv şəkildə əlaqələndirilməsi.

- kənd əhalisinə göstərilən sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi.

Yekunda qeyd etmək istəyirik ki, son illər respublikamızda iqtisadi fəaliyyət subyektlərinin normal fəaliyyətini təmin etmək üçün bir sıra normativ-hüquqi aqtlar qəbul edilmiş və hazırlanan proqramlarda qarşıdakı illər üçün bu sahədə bir sıra tədbirlərin görülməsini nəzərdə tutulmuşdur. Lakin dünyanın qabaqcıl ölkələrinin iqtisadiyyatının tənzimlənməsində istifadə oluna qanunvericil aktları rəhbər tutularaq respublikamızda hazırlanmış qanunvericilik bazasından irəli gələn müddəaların icrasında yaranan problemlərin digər amillərlə yanaşı, mühüm dərəcədə bu aktlardan irəli gələn vəzifələri həyata keçirəcək inzibatiinstutsional quruluşun, başqa sözlə müvafiq idarəetmə strukturlarının qeyritəkmil xarakter daşımasından asılıdır ki, bu isə öz növbəsində sahə üzrə də bir sıra konstruktiv tədbirlərin həyata keçirilməsinin zərurətə çevirir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATLAR

Nəzəri materiallar:

1.Аbbаsоv А. F. Ərzаq təhlükəsizliyi. Bаkı 2007. 602 s.

2.Abbasov V.H. Aqrar sahədə iqtisadi tənzimləmənin aktual problemləri. Monoqrafiya. Bakı 2012, 423 s.

3.Аllаhvеrdiyеv H.B., Qаfаrоv K.S., Əhmədоv Ə.M. Iqtisаdiyyаtın dövlət tənzimlənməsi. Аli məktəblər üçün dərslik - B: «Nаsir» nəşriyyаtı. 2002. 448 səh.

4.Azərbaycanda sahibkarlığın inkişafının bazar mexanizmləri. АMЕА İqtisadiyyat Institutu. Kollektiv monoqrafiya. Bakı 2008, 300 s.

5.Alıyevİ.H. Аzərbаycаn Respublikasında aqrar sahədə iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi. Bakı, 2003, 315 s.

6.Alıyev İ.H., Məmmədova Ş.Ə. Aqrar sahənin inkişafının əsas maliyyə mənbələri Bakı, 2007, 277 s.

7. HəsənovO.Q. Aqrar sektorda sığortaçılıq fəaliyyətləri:Problemlər və perspektivlər «Consulting & Business»-2010, №9, s.116-120.

8.Əliyev R., Zeynalov T. Sahibkarlıq fəaliyyətinin maliyyələşməsinin tənzimlən-məsinin metodoloji əsasları. Bakı 2001, 152 s.

9.Əliyеv I.N. Hеydər Əliyеv və Аzərbаycаn kənd təsərrüfаtı, II kitаb. Bаkı: «Ziyа-Nurlаn» NPM, 2001, 122s.

10. Əmrahov V.T. Aqrar bazarın münasibətləri. “Nurlar” Bakı 2007 (9-10), s. 317 s..

11.Хəlilоv H.А. Milli ərzаq təhlükəsizliyi: bаzаr trаnsfоrmаsiyаlаrı və iqtisаdi qlоbаllаşmа аmilləri. Bаkı: Аdilоğlu, 2001, 176 s.

12.İbrаhimоv İ.H. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi məsələləri. Bаkı: «Təhsil» ЕIM, 2010, 248 s.

13. Quliyеv E.A. Etibarlı ərzaq təminatında kooperasiya və inteqrasiya problemləri. Monoqrafiya. Bаkı: Еlm”, 2013, 151.

14. Niftullаyеv V.M. Sаhibkаrlığın əsаslаrı. Bаkı: Zаmаn nəşriyyаtı, 2002, 620 s.

15.Nuriyеv Ə.Х. Rеgiоnаl inkişаfın dövlət tənzimlənməsinin аktuаl məsələləri.

16.Sаlаhоv S.V. Аqrаr sаhənin dövlət tənzimlənməsi prоblеmləri. Bаkı: «Nurlаr» Pоliqrаfiyа Mərkəzi, 2004, s. 503 s.

17.АакерД.А. Стратегическое рыночное управление / М.: Питер, 2007. - 495 с.

18.Алиев И.Н. Исторические этапы сельского хозяйства Азербайджана и перспективы его развития. Баку: Ишыг, 2004, 384с.

19.Бабашкина А.М. Государственное регулирование национальной экономики. М.: Экономика, 2004, 480с.

20.Биншток Ф.И. Государственное регулирование предпринимательской деятельности: Учеб. пособие. М.: ИНФРА – М, 2003, 198с.

21.Бобович И.М., Семенов А.А. История экономики. Учебник. М.: ООО «ТК Велби», 2002, 368с.

22.Белых В.С. Прававое регулирование предпринимательской деятельности в России: Монография. М.: Проспект, 2005. с. 25-28.

23.Власова В.М. Основы предпринимательской деятельности экономическая теория: Учебное пособие. М.: Финансы и статистика, 2004. 350 с.

24.Гарануха Ю.В., Земляков Д.Н. Микроэкономика. Учебник. М.: Дело и сервис, 2002, 296 с.

25.Герчикова И.Н. Регулирование предпринимательской деятельности: М.: Издательство Консалтбанкир, 2002, 704 с


Hüquqi – normativ aktlar :
1.Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2009, 68 s.

2.Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı. Dövlət Proqramı (2004-2008-ci illər). Bakı 2004.

3.Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı

Dövlət Proqramı. Bakı – 2009.

4.“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı.

5.Kəndli (fermer) təsərrüfatı haqqında. Azərbaycan Respublikasının Qanunu

6. Sahibkarlıq fəaliyyəti haqqında. Azərbaycan Respublikasının Qanunu

7.Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında, Azərbaycan Respublikasının Qanunu

8. Antiinhisar fəaliyyəti haqqında. Azərbaycan Respublikasının Qanunu

9. Müəssisələr haqqında. Azərbaycan Respublikasının Qanunu

10. Lizinq xidməti haqqında. Azərbaycan Respublikasının Qanunu

11.İnvestisiya fəaliyyəti haqqında. Azərbaycan Respublikasının Qanunu

12.Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər);

13. “Azərbaycan Respublikasının Sahibkarlığa 10 Kömək Milli Fondu haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı (12 oktyabr 1992-ci il)


İnternet resursları:

1.www.e-qanun.az.

2.www.stat.gov.az

3.www.agro.gov.az

4. www.taxes.gov.az

5.www.economy.gov.az

АННОТАЦИЯ

Проведенные исследования работа выполнялась под названием вопросам правового обеспечения совершенствования механизма регулирования экономической деятельности в сельскохозяйственном секторе.

В диссертации этого мастера под названием «Вопросы правового обеспечения по совершенствованию механизма регулирования хозяйственной деятельности в сельском хозяйстве" первая глава посвящена теоретическим аспектам регулирования экономического activityin сельскохозяйственного сектора. Глава распространяется вопросы, как место и роль сельского хозяйства в социально-экономическом развитии ключевых факторов государственного регулирования, а также теоретические основы опыта зарубежных стран в области регулирования сельского хозяйства.

Во второй главе "Анализ текущего состояния правового обеспечения регулирования аграрного сектора в Азербайджанской Республике" законодательные акты, регулирующие деятельность сельскохозяйственного сектора в стране и их иерархия, механизмы поддержки развития бизнеса в сельском хозяйстве были исследованы. В этой главе, а также современное состояние текущей производительности сельскохозяйственного сектора была проанализирована на основе комплексного подхода, основанного на производственных показателях различных экономических категорий.

        Третья глава называется "Приоритетные направления по совершенствованию правового обеспечения регулирования хозяйственной деятельности в сельском хозяйстве". Она охватывает вопросы, как правовое обеспечение механизма формирования конкурентоспособного сельско- хозяйственного производства, создание нормативно-правовой базы, способствующей развитию сельского хозяйства в областях предпринимательской деятельности.
ANNOTATION

The carried out research work was implemented under the title of the issues of the legal provision of the improvement of the mechanism of regulation of economic activity in the agricultural sector.

In this master's thesis called "The issues of the legal provision of the improvement of the mechanism of regulation of economic activity in the agricultural sector” the first chapter is devoted to the theoretical aspects of the regulation of economic activityin the agricultural sector. The chapter covers the issues like the place and the role of agriculture in socio-economic development the key factors behind the state regulation, as well as the theoretical basis of the experience of foreign countries in the field of regulation of agriculture.

In the second chapter called “The analysis of the current state of the legal provision of the regulation of the agricultural sector in the Republic of Azerbaijan” legislative acts regulating the activities of the agricultural sector in the country and their hierarchy, the mechanisms of the support of business development in the agricultural sector were investigated. In this chapter, as well as the modern state of the current performance of the agricultural sector was analyzed in a comprehensive manner based on production indicators of different economic categories.

     The third chapter is called “The priority areas for the improvement of legal provision of the regulation of economic activity in the agricultural sector”. It covers the issues like the legal provision of the formation mechanism of competitive agricultural production, the establishment of a legal framework that encourages the development of agriculture in areas of entrepreneurial activity.

REFERAT
Milli iqtisadiyyatın hazırki inkişaf mərhələsində isehsal subyektlərinin iqtisadi fəallığını artıracaq təşviq edici fəaliyyət mexanizmini formalaşdırmaq xüsusi əhəmiyyət kəsb edir. Bu amil iqtisadiyyatın bütün sahələri ilə yanaşı strateji əhəmiyyətə malik kənd təsərrüfatında da rəqabət ünsürünün üstün xüsusiyyətlərinin formalaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Hazırda respublikamızda aqrar sahənin kompleks şəkildə yüksəlişinin təmin olunması həyata keçirilən iqtisadi siyasətinin prioritetini təşkil edir. Məhz bu baxımdandır ki, son illər aqrar sahə və onun əsas xammal bazası olan kənd təsərrüfatının perspektivdə ölkə iqtisadiyyatında rolunu artıracaq bir sıra iri miqyaslı layihələr həyata keçirilmişdir. Respublikamızda 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunmasını da məhz bu aspektdən qiymətləndirilmək lazımdır.

Milli iqtisadiyyatın hazırki inkişaf mərhələsində isehsal subyektlərinin iqtisadi fəallığını artıracaq təşviq edici fəaliyyət mexanizmini formalaşdırmaq xüsusi əhəmiyyət kəsb edir. Bu amil iqtisadiyyatın bütün sahələri ilə yanaşı strateji əhəmiyyətə malik kənd təsərrüfatında da rəqabət ünsürünün üstün xüsusiyyətlərinin formalaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Müasir iqtisadi şəraitdə respublikamızda kənd təsərrüfatı istehsalının xüsusi çəkiyə sahib olmasını və bu sahə üzrə iqtisadi fəaliyyətin daha da inkişafını şərtləndirən əsas ammilləri aşağıdakı kimi təsnifləşdirə bilərik :

- kənd təsərrüfatı əhalini ərzaq məhsullarına və sənayeni xammalla olan təlabatını təmin edir;

- respublikanın təbii coğrafi qurluşu və iqtisadi fəal əhalinin strukturu əhalinin böyük qisminin təbii-iqtisadi qaynaqlardan səmərəli şəkildə istifadə etmək imkanlarına artırır ;

- istehlak bazarlarında əsasən respublikada istehsal olunan yeyinti məhsulları prioritetlik təşkil edir;

- kənd təsərrüfatı ölkə iqtisadiyyatının strateji əhəmiyyət daşıyan bir sahə kimi bölgələrin balanslı inkişafında mühüm rol oynayır;

- iqtisadi fəaliyyət sahəsi kimi kənd təsərrüfatının digər sahələrə müqayisədə spesifik xüsusiyyətləri mövcuddur və bu sahədə sahibkarlara dövlətin stimullaşdırıcı təsiri müstəsna üstünlük təşkil etməlidir;

- kənd təsərrüfatında mövcud olan iqtisadi fəaliyyət subyektlərinin əsasən rəqabət imkanları məhdud olduğu üçün dövlət mütəmadi olaraq onlara müvafiq qurumların dəstəyi ilə maliyyə yardımı göstərir və dövlət qarşısında olan öhdəlikləri azaldılır (vergi güzəştləri tətbiq olunur) ;

- kənd təsərrüfatında iqtisadiyyatında digər sahələri ilə müqayisədə istehsal təsərrüfatları daha çox üstünlük təşkil edir.

Son on ildə kənd təsərrüfatı üzrə respublikada istehsal olunan məhsulların dinamikasına nəzər saldıqda görürük ki, bu sahə üzrə istehsal göstəricilərində əsas pay özəl sektora aiddir. Belə ki, hazırda sahə üzrə istehsalın 99%-ni özəl sektor reallaşdırır. 2015-ci ildə kənd təsərrüfatı istehsalının ÜDM-də payı 6,2 % olmuşdur. Müvafiq dövrdə bitkiçilikdə artım səviyyəsi 11,3%, heyvandarlıqda 2,5 % olmuşdur. Müvafiq dövrdə dənli və paxlalılar, ət və ət məhsullarında, meyvə-tərəvəz, kartof, məhsulları istehsalında nəzərəçarpacaq yüksəliş qeydə almışdır. Tədqiq olunan dövrdə ölkədə ixrac məhsullarının strukturunda kənd təsərrüfatı məhsullarının payı bir qədər yüksəlmişdir. Qeyd edək ki, 2015-ci ildə meyvə-tərəvəz məhsullarının ixracı əvvəlki illə müqayisədə 7,3 % yüksələrək 312 milyon ABŞ dolları təşkil etmişdir. Müşahidə olunan bu mübət tendensiyalar son on ildə intensiv şəkildə həyata keçirilən geniş miqyaslı məqsədyönlü inkişaf proqramları və fundamental islahatların icrasına mütanasüb olaraq reallaşmışdır.

2015-ci ildə kənd təsərrüfatı istehsalçılarının maliyyə təminatını yaxşılaş- dırmaq məqsədilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti xətti ilə büdcədən ayrılan 70,6 milyon vəsait təsərrüfat subyektlərinin istehsal vasitələrinin təmin olunmasına, xam mal təminatına və digər texniki xidmətlərin icra olunmasına sərf edilmişdir.

Qeyd olunan bütün müsbət nüanslarla yanaşı kənd təsərrüfatı sektorunda mövcud çatışmazlıqların aradan qaldırması məqsədilə iqtisadi fəaliyyətin tənzimlənmə mexanizminin təkmilləşdirilməsi istiqamətində təkmil hüquqi bazanın formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Problemin öyrənilmə vəziyyəti: Respublikamız müstəqillik qazandıqdan sonra iqtisadiyyatın strateji sahəsi kimi kənd təsərrüfatının kompleks inkişaf istiqamətləri müəyyən edildi. Müvafiq dövrdə tənəzzül səviyyəsinə çatmış iqtisadiyyatın bu önəmli sahəsində sonrakı illərdə həm yerli həm də xarici investisiya qoyuluşlarının artımı nəticəsində mühüm irəliləyişlər nail olunmuşdur. Respublikada sənaye sektorunun xammala və əhalinin yeyinti məhsullarına olan ehtiyacı təmin etmək məqsədi ilə aqrar sektorda yeni iqtisadi inkişaf strategiyasının formalaşması və həyata keçirilməsi labüd hal aldı . Son iyirmi ildə kənd təsərrüfatının qarşılaşdığı çətinliklərin aradan qaldırılması istiqamətində Azərbaycanın iqtisad elminə öz tövhələrini vermiş bir sıra korifey iqtisadçı-alimləri tərəfindən elmə yeniliklər qatmış əsərlər yazılmış, fundamental tədqiqatlar aparılmış və bu sahənin inkişafı istiqamətində optimal nəticələr əldə olunmuşdur. Onlara: Z.Ə.Səmədzadəni, Ə.Nuriyevi,İ.İbrahimovu,İ.Qarayevi,Ə.Qasımovu,E.Quliyevi,E.İbrahimovu, İ.Alıyevi,A.Məmmədovu,A.F.Abbasovu, R.Cəfərova, S.Salahovu, və s. aid etmək olar. Əcnəbi аlimlərdən C.M.Keyns, B.L.Rayzberg, I.Q.Uşaçev, A.V.Petrikov, U.S.Stroyev və başqaları tərəfindən kənd təsərrüfatında iqtisadi fəаliyyətinin tənzimlənməsi və bu sahəyə dövlət dəstəyi ilə bağlı məsələlər geniş aspektdən tədqiq edilmişdir.

Aparılan tədqiqatlarda aqrar sаhədə iqtisadi fəaliyyətin tənzimlənmə mexanizminin təkmilləşdirilməsinin hüquqi təminatı məsələləri kompleks şəkildə tədqiq olunmuşdur.

Tədqiqat işində аqrаr sаhədə müasir çağrışlara uyğun iqtisadi fəаliyyətin tənzimlənməsi mexanizminin təkmilləşdirilməsinin hüquqi təminatı məsələləri kоmplеks formada tədqiq olunması əsas hədəf kimi müəyyənləşdirilmişdir..

Tədqiqatın məqsədi və vəzifələri tədqiqаtın məqsədi respublikanın kənd təsərrüfatında iqtisadi fəaliyyətin mövcud vəziyyətini təhlil etmək və onun dövlət tənzimlənməsinin hüquqi təminatının təkmilləşdirilməsinə dair elmi dayanağı olan təkliflər irəli sürməkdir.

Tədqiqаtın məqsədinə uyğun olaraq аşаğıdаkı hədəflər müəyyən edilmişdir:


  • respublikanın kənd təsərrüfatı sektorunda iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin hüquqi təminatının təkmilləşdirilməsinə dair elmi və metodoloji aspektlərini müəyyən etmək;

  • kənd təsərrüfatında iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinə təsir edən əsas faktorları müəyyənləşdirmək;

  • kənd təsərrüfatından iqtisadi fəaliyyətin inkişafına stimul verən istehsal subyektlərinin təşkilati forma və metodlarının təkmilləşdirilməsi istiqamətlərini müəyyənləşdirmək;

  • kənd təsərrüfаtındа iqtisadi fəaliyyətin stimullaşdırılmasına xidmət edən stimullaşdırma elementlərinin maliyyə mənbələrini tədqiq etmək;

  • kənd təsərrüfatında iqtisadi fəaliyyətin dayanıqlı inkişafına əlverişli zəmin yaradan rəqabət mühitini formalaşdıracaq əsas elementləri tədqiq etmək;

  • kənd təsərrüfatında iqtisadi fəaliyyət sahələrinin qarşılaşdığı maddi itkiləri minimuma endirmək məqsədilə sığortalanma mexanizminə dövlət yardımının prioritetlərini müəyyənləşdirmək və s.

Tədqiqatın predmeti: kənd təsərrüfatında iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi sisteminin hüquqi təminatının təkmilləşdirilməsinə dair praktiki əhəmiyyətli təkliflərin irəli sürülməsi təşkil edir.

Tədqiqаtın оbyеkti: Tədqiqаtın оbyеktini rеspublikаnın kənd təsərrüfаtında fəаliyyət göstərən iqtisadi fəaliyyət subyektləri təşkil edir.

Tədqiqаtın nəzəri və metoloji əsasları: tədqiqаtın nəzəri və metoloji əsaslarını aqrar bölmənin inkişafına dair Azərbaycan Respublikası Prezidentinin fərmаn və sərəncаmlаrı,Azərbaycan Respublikası Parlamentinin qəbul etdiyyi qanunlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvаfiq hüquqi-nоrmаtiv аktlаrı, respublikamızın və əcnəbi iqtisаdçı-аlimlərinin аqrаr sаhənin dövlət tənzimlənməsi hüquqi aspektlərinə dair əsərləri təşkil еtmişdir.

Dissertasiyа işinin yеrinə yеtirilməsində iqtisadi-statistik, müşаhidə, təhlil və sintеz üsullаrındаn istifаdə edilmişdir.

Tədqiqаtın məlumаt bazası: Dissertasiaya işinin yerinə yetirilməsi zamanı Аzərbаycаn Rеspublikаsı İqtisаdiyyat Nаzirliyinin, Аzərbаycаn Rеspublikаsı Dövlət Stаtistikа Kоmitəsinin, Kənd Təsərrüfаtı Nаzirliyinin məlumаtlаrındаn, еləcə də Аzərbаycаn Dövlət İqtisad Universitetinin hesabatlarından gеniş şəkildə istifаdə еdilmişdir.Tədqiqat işində internet şəbəkəsinə və onun məlumat bazasındakı informasiyalara istinadlar edilmişdir.

Tədqiqat işinin elmi yeniliyi: kənd təsərrüfatında iqtisadi tənzimlənməsinin hüququi təminatının təkmilləşdirilməsi fonunda bir sıra məsələlər konkretləşdirilmişdir;



  • dünyada baş verən iqtisadi böhran meyiillərinin respublikamıza təsirinin minimuma endirilməsi üçün kənd təsərrüfatında iqtisadi tənzimlənmənin yeri və rolu müəyyənləşdirilmişdir;

  • kənd təsərrüfatının davamlı inkişafında iqtisadi tənzimləmənin forma və metodları təyin edilmişdir;

  • ərzaq bazarının əsas iqtisadi tənzimlənməsinin vasitələri göstərilmişdir;

Dissertasiya işinin həcmi və quruluşu: Tədqiqat işi giriş, üç fəsil, nəticə, istifаdə еdilmiş 26 аddа ədəbiyyаt siyаhısındаn ibаrətdir. 82 səhifədə şərh edilmiş işdə 7 cədvəl, 1 sxem və 2 şəkil vardır.


1Əmrahov V.T. Aqrar bazarın münasibətləri. “Nurlar” Bakı 2007

2İbrаhimоv İ.H. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi məsələləri. Bаkı: «Təhsil» ЕIM, 2010

3AzərbaycanRespublikası Dövlət Statistika Komitəsinin rəsmi məlumatları.Mənbə : www.stat.gov.az


4 Алиев И.Н. Исторические этапы сельского хозяйства Азербайджана и перспективы его развития. Баку: Ишыг, 2004, 384с.


5 Sаlаhоv S.V. Аqrаr sаhənin dövlət tənzimlənməsi prоblеmləri. Bаkı: «Nurlаr» 2004, s. 503 s.

6Аbbаsоv А. F. Ərzаq təhlükəsizliyi. Bаkı 2007. 602 s.

7  Биншток Ф.И. Государственное регулирование предпринимательской деятельности: Учеб. пособие. М.: ИНФРА – М, 2003, 198с.

.


8 Nuriyеv Ə.Х. Rеgiоnаl inkişаfın dövlət tənzimlənməsinin аktuаl məsələləri. Аzərbаycаn iqtisаdiyyаtı: prоblеmlər və pеrspеktivlər. Bаkı: Еlm, 2002.

9 AzərbaycanRespublikası Dövlət Statistika Komitəsinin rəsmi saytı .Mənbə : www.stat.gov.az


10 Mənbə : www.stat.gov.az

11 AzərbaycanRespublikası Dövlət Statistika Komitəsinin rəsmi saytı Mənbə : www.stat.gov.az

12 AzərbaycanRespublikası Dövlət Statistika Komitəsinin rəsmi saytı www.stat.gov.az


13 AzərbaycanRespublikası Dövlət Statistika Komitəsinin rəsmi saytı www.stat.gov.az


14 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin statisytik məlumatları.www.agro.gov.az


15 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin statisytik məlumatları.www.agro.gov.az


16 .www.e-qanun.az.

.


17 www.e-qanun.az.



18  Quliyеv E.A. Etibarlı ərzaq təminatında kooperasiya və inteqrasiya problemləri. Monoqrafiya. Bаkı: Еlm”, 2013, 151.

19 HəsənovO.Q. Aqrar sektorda sığortaçılıq fəaliyyətləri:Problemlər və perspektivlər «Consulting & Business»-2010, №9, s.116-120.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə