13
bağlı təklifi, Çinin həm iqtisadi, həm də siyasi və hərbi baxımdan Orta Asiyada
möhkəmlənməsinə imkan yaradacaq. Bu layihə Çinin Xəzər dənizi vasitəsilə
Azərbaycana və oradan da Aralıq dənizi hövzəsinə çıxış əldə etməsinə imkan
verəcək. Bu istiqamətdə Bakı-Tbilisi-Qars dəmir yoluna Çin də böyük maraq
göstərir. BTQ işə düşdükdən sonra Çin Orta Asiya ərazisindən istifadə etməklə
ildə milyonlarla ton Avropa bazarına əmtəə göndərə biləcək. BTQ-in fəaliyyətə
başlaması Çinin “İpək Yolu İqtisadi Kəməri” layihəsinin reallaşdırılmasına təkan
verəcək. Çin hazırda BTQ dəmiryoluna qoşula bilmək üçün Orta Asiyada yeni
dəmiryolları inşa etməkdədir. Ümumi uzunluğu 1100 kilometr olacaq yeni
dəmiryolunu Çin üçün Avropaya açılan pəncərə adlandıra bilərik. Layihənin
reallaşdırılması Çinin Avropayla münasibətlərinin genişləndiirlməsi və ümumi
ticarətin həcminin artmasına təsir edəcək. Çin rəhbərliyinin layihə ilə bağlı
məqsədlərinin ciddiliyini iqtisadi kəmərin tikintisi Çin Xalq Respublikasının
sistem müəyyənləşdirici siyasi sənədlərinə - 2015-ci il üçün sosial-iqtisadi inkişaf
planı və hökümətin işi haqda hesabat daxil edilib. Orada qeyd olunub ki, İpək yolu
iqtisadi kəməri Çinin gələcəkdəki beynəlxalq əməkdaşlıqlarının inkişafında əsas
alətlərdən biri olacaq və bu inisiativin həyata keçirilməsi Çinin 2015-ci ildəki
xarici siyasi fəaliyyətinin əsas nəzər nöqtəsi olacaq. Bu böyük layihənin hətta
2016-cı ildə qəbul olunacaq “13-cü beşillik” planına salınacağı da təsdiqlənib.
TRASECA layihəsindən fərqli olaraq hələki Rusiyanın da İpək yoluna qoşula
biləcəyi bildirilir. TRASECA layihəsinin həyata keçirilməsində ABŞ-ın da
maraqları olduğundan, həmin layihəyə Rusiyanın da aid ediləcəyi gözlənilmirdi.
İpək yolunun dirçəldilməsi üzrə layihələr çərçivəsində Qazaxıstan da
müəyəən tədbirlər həyata keçirməyə hazırlaşır. Ölkənin qərbindəki Aktau dəniz
limanı genişləndiriləcək və Aktobedə yeni logistika mərkəzi tikiləcək. Bu
obyektlər Qazaxıstanın Avropaya çıxışı üçün qərb darvazaları olacaq. Çin üçün də
layihədə Qazaxıstanın iştirakı vacibdir. Çinlə həmsərhəd olan üç Mərkəzi Asiya
dövlətindən məhz Qazaxıstan daha cəlbedicidir. Birincisi, Qazaxıstanda likvid təbii
resurslar daha çoxdur, Qırğızıstanda azdır, Tacikistandasa az olmağıyla yanaşı,
14
onları əldə etmək də daha çətindir. İkincisi, Qazaxıstan Çinlə həmsərhəd olmayan
Mərkəzi Asiya dövlətləri – Özbəkistan və Türkmənistanla həmsərhəddir. Deməli,
onun ərazisindən həmin dövlətlərin bazarına da çıxış əldə etmək olar. Çinin
Türkmənistan qazıyla bağlı da böyük planları var. Üçüncüsü isə, ərazisinin relyefi
daha çox düzənlikdən ibarət olduğundan dəmiryollarının çəkilişi daha ucuz başa
gələcək. Sonunda isə, Mərkəzi Asiya dövlətlərindən iqtisadi cəhətdən Qazaxıstan
daha güclü inkişaf etmiş struktura malikdir.
“Böyük İpək Yolu” layihəsinin həyata keçirilməsi üçün OPEK fondu,
Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər xarici
qurumlar maliyyə vəsaitləri ayırmışdır. “Böyük İpək Yolu”nun 503 km – lik
hissəsi Azərbaycan ərazisindən keçəcək olan Bakı – Ələt – Qazıməmməd
magistralınn tikintisi yerli şirkətlərlə yanaşı, Türkiyə və İtaliya şirkətləri həyata
keçirir.
Dünya Bankı da “Böyük İpək Yolu” layihəsinin maliyyələşdirilməsi üçün
Azərbaycana kredit ayırıb. Dünya Bankının maliyyələşdirdiyi "Qafqaz Magistral
Yolları Layihəsi" çərçivəsində Gəncə-Şəmkir avtomobil yolunun bərpası və
yenidən qurulması işləri aparılıb. Bu yolun tikintisi üçün Dünya Bankı $7 milyon,
Şəmkir – Qazax magistral yolunun tikintisi üçün isə $33 milyon kredit ayırmışdır.
Son illərdə Çinin Qazaxıstanla neft, enerji və infrastruktur sahələrində birgə
əməkdaşlıq layihələri artmaqdadır. 2006-cı ildə Qazaxıstan-Çin neft nəqliyyat
layihəsinin ikinci sırası olan illik 10 mln. ton gücə malik Atasu-Alaşankou neft
boru kəməri istifadəyə verilmişdir. 2013-cü ildə keçiricilik qabiliyyəti 20 mln.
tonadək artırılmışdır. Qazaxıstanda neft və qaz kondensatının hasilat həcmi 2013-
cü ildə 81, 73 mln. ton (3,2% artım), ixrac həcmi isə 72,08 mln. ton (2012-ci ildə
68,6 mln. ton) olmuşdur.
Qazaxıstan yeni “Beyney-Jezkazqan” dəmir yolunun, habelə Çindən İran
körfəzi və Qafqaz istiqamətində tranzit imkanlarını maksimum cəlb etmək üçün
Çinə ikinci keçidin tikintisinə böyük vəsait yatırıb. Bu iki layihənin həyata
15
keçirilməsi və Aktau limanının genişləndirilməsi Qafqaz istiqamətində böyük
nəqliyyat axını cəlb etməyə şərait yaradacaq.
Bugün Avropa və Çin arasında əmtəə dövriyyəsi təxminən 600 mlrd.
dollardır. Bu yüklərin əsas hissəsi dəniz vasitəsilə nəql edilir. Əmtəələrin Mərkəzi
Asiyadan və Cənubi Qafqazdan daşınmasını nəzərdə tutan İpək yolu, məhsulların
nəqliyyatı müddətini 2 dəfədən daha artıq 12-15 günə qədər azaltmaq imkanı
verəcək. Əgər bu layihə gələcəkdə Avropa-Çin əmtəə dövriyyəsinin heç olmasa
10%-i özünə çəkə bilsə, hər bir tranzit ölkə üçün yaxşı qazanc olacaq. Bununla
yanaşı Avropayla Çin arasındakı əmtəə dövriyyəsinin də sürətli artım tempini
nəzərə almaq lazımdır.
2013-cü ildə Rosneft Kazmunayqaz və Kaztransoyl şirkətləri ilə
Qazaxıstanın əzasizindən illik 7 mln. ton (10 mln. tonadək artırılma imkanıyla)
neftin nəqliyə bağlı müqavilə imzaladı. Çin özü də Qazaxıstandan keçən marşrutda
maraqlıdır, çünki Çinin CNPC şirkəti Atasu-Alaşankou neft boru kəmərinin 50%-
in sahibidir. Bu kəmər isə hazırda tam gücü ilə yüklənməyib və öz bütün
potensialından istifadə edilmir.
Son illər ərzində Türkmənistan qazının tədarükü üçün İrana ikinci qaz xətti,
Çinə isə üç beynəlxalq qaz kəməri inşa edilib. Hazırda boru kəmərinin dördüncü
xəttinin inşasına hazırlıq gedir. Perspektivdə beynəlxalq və regional əhəmiyyətli
“Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan” (TAPI) qaz kəməri layihəsinin
tikintisi də planlaşdırılır. Təbii qaz ehtiyatına görə ilk 4-lükdə olan
Türkmənistanda 2014-cü ildə 76 mlrd. kubmetr qaz hasil olunub ki, onun 45 mlrd.
kubmetri ixrac edilmişdir. Bundan əlavə Türkmənistanın Çinə 65 mlrd. kubmetr
qaz nəqliylə bağlı layihəsi də var. Türkmənistan Qərb istiqamətində də təbii qazın
nəqlinin tərəfdarı olduğunu bildirsə də, TransXəzər layihəsinin gecikdirilməsi və
qeyd olunan layihələr Türkmənistanın hazırda daha çox Şərqə istiqamətləndiyini
deməyə əsas verir.
Avropada da yaxın zamanlarda yeni transregional layihənin başlanılması
nəzərdə tutulub. Yeni layihə Avropanın çatışmayan qaz infrastrukturu
Dostları ilə paylaş: |