xan o vaxt ki, o imarətlərdə əyləşərmiş, hər nə xəzinəsi varmış, o
yerlərdə dəfn elədibdir. Çünki oralar çox möhkəm yerdir və o xəzinəni
dəfn elədən Batmanqılınc Məhəmməd bəy imiş. Neçə nəfər adamla
basdırandan sonra o adamları tamam öldürüb ki, məlum olmasın. Sonra
İbrahim xan və Məhəmməd bəy - hər ikisi qəflətən ölüblər və o xəzinə
məlum olmayıb və ələ düşməyibdir ta bu vaxtacan. Çox adamlar gedib
orada olan evləri və kahaları axtanblar, bir şey ələ düşməyibdir. Həmin
belə söhbət etdi ki, bir nəfər erməni cüt əkdiyi vaxtdabir göyüm pul
tapıbdır. Həmən o Daşaltıh erməni gəlib qalada yaxşı ev aldı və bir para
işlər gördü. Onda məlum oldu. Qərəz, tamam xəzinə meşələrdə və
qayalarda qaldı.
Belə ki, o kahalar ki, Xəznə qayasında var, çox qəribə yerdir. Allah-
təalanın qüdrətidir ki, zahir olub. Əvvəl o kahalar elə yerdədir ki,
əslində bəni-adəm ayağı olara düşməyibdir, ta İbrahim xan o imarətləri
ki, çətinlik ilə təmir edib və o kahalara çox çətinlik ilə bir balaca çuxur
açdırıb. Ondan sonra o kahalara bəni-adəm ayağı düşübdür ta güman
olmur ki, ondan əqdəm onlara insan getmiş ola.
Qərəz, o kahanın biri ki, sulu kaha deyirlər, onun dərinliyi on beş
arşından artıqdır. Və eni altı arşın olar və içinin qəlbliyi səkkiz arşından
artıqdır və ortasından bir böyük bulaq axır, çox soyuq və şirin. Elə ki
onun ağzında durub yuxarı tərəfinə baxarsan, altı arşın olur ki, ta üstəki
meşəyəcən və elə ki aşağa tərəfinə baxarsan, adamı vəhşət tutar və göz
qaralar. Həmin çayın qıraqlarında olan adamları görürsən və belə güman
olur ki, üç yüz arşından artıqdır.
Və yenə birisi bu kaha ilə yan-yana var ki, həmin arası beş və altı
arşın ola. O da belə düşüb ki, gərək dörd arşın qədəri aşağı pilləkən ilə
yenəsən. O vaxt İbrahim xan daş pilləkən bağladıbdır. Elə ki içəri
yetirsən adamı vəhşət tutar. Belə ki, çox qəlbi və enni kahadır. Üç
küncündə əlavə bir kaha var çox dərin və qaranlıq ki, dibin dərk etmək
olmur və çox soyuq gəlir. O da həmən tövr ilə düşüb. Ya üst tərəfi və ya
aşağı tərəfi. Bu iki kahalar İbrahim xanın imarətlərinin yanındadır.
Amma birisi bunlardan əlavə qala tərəfindədir ki, bunlar ilə qabaq-
qabağa düşübdür və qalanın altı tərəfidir.
Belə ki, bu kahanın təhəri bu tövridir. Neçə dəfə qala əhlindən
gediblər məşəl və fanus yandırıblar ki, bir qədəri o kahanın içinə gedə
bilələr, mümkün olmayıbdır. Çünki o kaha o qədər dərindir və
qaranlıqdır ki, içinə girmək olmur və onun dibindən bir elə bərk külək
52
gəlir ki, nə məşəl davam eləyir və nə fanus. Və böyüklüyündən əlavə elə
soyuqdur ki, yayda adam onun içinə girə bilməz. Qərəz, Xəznə qayası
və bu kahalar və İbrahim xanın o yerlərdə o tövr evlər bina etməyi çox
qəribə və tamaşah yerlərdirlər. Ta adam görməsə, bilməz.
Və bir də belə nəql edirlər ki, İbrahim xanın cəmi ixtiyarı
Batmanqılınc Məhəmməd bəy imiş. Məhəmməd bəyin arxasını hökumət
edərmiş. Sonra Məhəmməd bəyi İbrahim xanın yanında müttəhim
ediblər və mərhum xanı müştəbeh eləyiblər ki, Məhəmməd bəy özgə
fikirdədir. Bu sözə İbrahim xan inanıb, bu fikrə düşübdür ki,
Məhəmməd bəyi öldürə. Məhəmməd bəy qardaşı ilə qaçıblar və övrətin
də aparıb, qaçaq olub. Məhəmməd bəy İbrahim xanın qardaşı oğlu imiş.
Qərəz, məlumdur ki, o vaxtda hər bir şəhərə bir xan təsərrüf edib,
əyləşmişdi. Belə ki, Şirvanda Mustafa xan, Şəkidə Səlim xan, Gəncədə
Şahverdi xan. Bu xanların heç birisi bir-birilə dost deyilmişlər.
Məhəmməd bəydən həmişə bu xanlara zərər olurmuş. Təmamən bu
xanlar Batmanqılınc Məhəmməd bəyin əlinin zərbini görmüşdülər. O
cəhətə Məhəmməd bəy cəmi xanlardan qaçaq olub və hər yerin
ixtiyarında olan camaatları cəpavül edərmiş və üstə neçə nəfər adam
varmış. Bu əhval Şirvan xanı Mustafa xana məlum olubdur. Mustafa
xan neçə nəfər atlı göndərib ki, gərək ya Məhəmməd bəyi diri tutasız və
ya öldürəsiz. Bu yüz nəfər atlı düşürlər Məhəmməd bəyin dalma. Bir
yerdə düçar olurlar. Bir neçə nəfər adam Məhəmməd bəy onlardan
öldürür. Onlar da Məhəmməd bəyin qardaşın öldürürlər. Sonra bir şey
bacarmayıb qayıdırlar. Bu işdən Məhəmməd bəy çox pərişan olur.
Mustafa xan ilə artıq ədavətli olur.
Elə ki bir müddət keçir, bir gecə Məhəmməd bəy neçə nəfər atlı ilə
gəlir Şirvana ki, Mustafa xanı öldürsün. Şirvanın iki verstliyində atlıları
öz atı ilə qoyur və özü piyada belində bir xəncər gəlib Mustafa xanın
barısından aşır və qapısın bir tövr ilə açır, girir evlərə. O gecə qəzadan
Mustafa xanın ömrü tamam olmamağa görə evində yox imiş.
Məhəmməd bəy tamam əhli-əyalın öldürür. Belə nəql edirlər ki, o gecə
Mustafa xanın iki nəfər oğlun və üç nəfər qızın və bir neçə nəfər övrətin
və dörd nəfər müqənib nökərlərin və dörd nəfər qulluqçularının
tamamən başların kəsib və bir kağız yazıb qoyub bir məlum yerə ki,
filan-filan olmuş, bu fikir ilə gəlmişdim ki, səni öldürəm. Nə fayda, ələ
düşmədin. Hərgah ölmərəm, səni də bir tövr edərəm. Bu kağızı qoyub,
yenə barıdan aşıb, qayıdır.
53
Elə ki sabah olub bu əhvaldan tamam Şirvan əhli xəbərdar olur.
Mustafa xan gəlib əhl-əyalın bu növ ilə görüb və dünya malın yerbəyer
görəndə yəqin edir ki, bu iş Batmanqılınc Məhəmməd bəyin işidir.
Həmən saat deyir ki, bu iş heç kəsin işi deyil, məgər Məhəmməd bəyin
işidir. Bu sözdə həmən kağızı tapırlar, oxuyub məzmunundan xəbərdar
olurlar. Mustafa xan üç yüz atlını cəm edib yollayır mahallara ki, gərək
hər tövr olsa, ya bu üç yüz nəfər tamam öləsiz və ya Məhəmməd bəyi
öldürüb və ya sağ tutub mənim yanıma gətirəsiniz. Bu atlılar üz qoyurlar
mahallara. Bu əhval Batmanqılınc Məhəmməd bəyə yetişir. Məhəmməd
bəy öz övrətin və nökərlərin götürüb Şəki xanı Səlim xana pənah
aparır
1
. Səlim xan mühafizət edib öz yanında saxlayır. Bir müddətdən
sonra bu əhval Mustafa xana məlum olur ki, Məhəmməd bəy Şəki xanı
Səlim xanın yanındadır. Mustafa xan götürüb Səlim xana bir tuğra kağız
yazır. Bu məzmun ilə ki, Səlim xan hərgah Məhəmməd bəyi qolubağlı
Şirvana göndərəsən; və hərgah ya qaçırdıb və ya göndərmiyəsən, o vaxt
hazır ol ki, qoşun çəkib gəlirəm Şəkini tamam at torbasında daşıyam.
Xəbərdar olub öz işin tədarükündə hazır ölginən!
Elə ki bu kağız Səlim xana yetişir, məzmunundan xəbərdar olur. Belə
fikir edir ki, bir nəfər cəmi xanlardan qaçaq olan adamı mən saxlaya
bilməyəcəyəm. Yaxşı budur ki, bəlasız başımı bəlaya salmayıb,
Məhəmməd bəyi tutub, göndərim. Həmən gün Məhəmməd bəyi
tutdurub qolu bağlı iki yüz nəfər atlı ilə və Məhəmməd bəyin övrətilə
gətirib Şirvana, Mustafa xanın qulluğuna. Elə ki Şirvana yavuq olublar
tamam Şirvan əhli tamaşaya çıxıblar. Məhəmməd bəyi övrəti ilə at üstə
gətirirlər Mustafa xanın həyətinə. Mustafa xan evdən çıxıb Məhəmməd
bəyə söyür ki, a filan-filan olmuş! Sən gəlib mənim əhli-əyahını
qırmısan. Məhəmməd bəy deyir ki: filan-filan olmuş, gəlmişdim səni
öldürəm. Nə fayda, əlimə düşmədin. İndi məni qolu bağlı görübsən. Bir
qolum açıq olaydı tamam Şirvanı qılınca çəkəydim. Ta görəydin
dünyada necə oğullar var. Nə edim ki, Səlim xan namərdlik etdi. Məni
sənin qabağına qolubağlı göndərdi. Bu sözdə Mustafa xan içəri girib, bir
tüfəng əlində çıxıb çölə və Məhəmməd bəyi at üstə vurub öldürür və
Səlim xana çox razılıq yazır.
1 Məhəmməd bəy Səlim xana yox, kor Məhəmmədhəsən xana pənah aparmışdı. Məhəmmədhəsən xan xəyanət edib
onu Mustafa xana verdi.
54
Dostları ilə paylaş: |