306
Mənbəşünaslıq, Tarixşünaslıq
Tarix və onun problemləri,
№ 3 2013
TAHIR CƏFIYEV
AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi
E-mail: TarixVeOnunProblemleri@gmail.com
ÇALDIRAN MEYDAN SAVAŞINDAN SONRAKI HƏRBİ-SİYASİ,
DİPLOMATİK VƏZİYYƏT XOCA SƏDƏDDİN ƏFƏNDİNİN
«TACÜT-TƏVARİX» ƏSƏRİNDƏ
Açar sözlər: Çaldıran döyüşü, I Şah İsmayıl, I Sultan Səlim, Qansu Quri, Bığlı Məhəmməd
paşa, Qara xan Ustaclu, Səfəvilər, Məmlüklər, Osmanlı imperiyası, Azərbaycan, Təbriz, Bay-
burd, Kəmax qalası, Trabzon, Diyarbəkir, Amasiya, Sivas, Mardin, Amid, Kərkük, Dədə Qar-
ğın düzü, qızılbaşlar
Ключевые слова: Чалдранская битва, Шах Исмаил I, Султан Селим I, Кансу Кури,
Быглы Мехмет паша, Кара хан Устаджлы, Сефевиды, Мамлюки, Османская империя,
Азербайджан, Байбурт, Кемахский крепость, Трабзон, Дийарбекр, Амасия, Сивас, Мар-
дин, Амид, Керкюк, Деде Каргынская равнина, кызылбаши
Key words: Chaldiran Battle, Shah Ismail I, Sultan Selim I,Gansu Gury, Bighli Mahhammad
pasha, Gara khan Ustaclu, Sefevids, Mamluks, Ottoman empire, Azerbaijan, Tebriz, Bayburd,
Kamakh tower, Trabzon, Diyarbekir, Amasia, Sivas, Mardin, Amid, Kerkuk, Dede Garghin
plain, ghizilbashs
XVI əsr Osmanlı tarixləri arasında əzəmətli yer tutan əsərlərdən biri Xoca Sədəddin Əfən-
dinin «Tacüt-təvarix» adlı əsəridir. Zamanının görkəmli dövlət xadimi olmuş Xoca Sədəddin
Osmanlı imperiyasının xarici siyasətində mühüm rol oynayan şəxslərdən olmuşdur. Onun ata
və babasının Səfəvi sarayında çalışmaları, Çaldıran meydan savaşına (23 avqust 1514) şahid-
lik etmələri də Azərbaycan tarixinə dair qiymətli materialların osmanli tarixçisinin əsərində
yer almasına səbəb olmuşdur. Müəllifin Çaldıran döyüşündən sonra Azərbaycan Qızılbaş-Sə-
fəvi imperiyası ilə Osmanlı imperiyası arasında olan münasibətlərə geniş yer verməsi əsərdə
həmin dövr tariximizə dair qiymətli məlumatları qoruyub saxlayır. Bu məlumatlar dövrün dol-
ğun mənzərəsinin yaradlmasına xidmət edir.
H.920-ci il Rəcəb ayının 3-də (24 avqust 1514) Sultan Səlim Çaldıranda Divan çağırıb
gələcək işlərini bildirərək fəthnamələr (mətndə – bəşarətnamələr) yazılmasını əmr etdi. Qərara
uyğun olaraq Divan vəzirlərindən Duqin oğlu Əhməd Paşanı dəftərdar Piri Çələbi sekbenba-
şını beş yüz yeniçəri ilə Təbrizə göndərdi. Hərbi qüvvədən əlavə «Bayanduri sultanları zamanı
uzun müddət divanda mövqeyi olmuş» İdris Bidlisi yerli əyanlarla tanışlığı olduğu üçüno,
«aman xəbəri» ilə Təbrizə göndərildi(1, c.II,279, 2, c.IV,218,219).
Rəcəb ayının 25-də (15 sentyabr 1514)«doqquz gündən artıq Təbrizdə qalmayan» Sultan
Səlim şəhəri tərk etdi (1, c.II, 282,283;2, c.IV, 223, 224). Ərzaq və ehtiyatın hazırlanmaması,
həmçinin ölkədəki qıtlıq və bahalıq Sultan Səlimi Azərbaycanı tərk etməyə vadar etmişdi.
Sultanın Şah İsmayılı təqib etmək fikri olsa da reallıq nəzərə alınmış və sultan vəzirlərin
məsləhəti ilə geri dönmək qərarını qəbul etmişdi (1, c.II,281;2, c.IV,221; 3, c.II, 158/163).
Təbrizin Osmanlı qoşunu tərəfindən tərk olunması Şah İsmayılın strateji qələbəsi idi (4, 40,41;
5, 241). Sultan Səlim burada qalmağın mümkün olmaması üzündən tutduğu torpaqları Səfə-
vilərə verdi (6, c.II, 110). Osmanlı sultanı qışı əcəm sultanlarının qışlağı Qarabağ vilayətində
qışlamaq fikri ilə yola çıxmışdı. Təbrizi tərk edərkən o, mindən çox ev alim və sənətkar İstan-
Mənbəşünaslıq, Tarixşünaslıq
307
Tarix və onun problemləri,
№ 3 2013
bula köçürdü (1, c.II, 282; 2, c.IV,223). Sultan Səlim Qaqızman və Qarabağ istiqamətində
hərəkət etməyi əmr etdi. Mərənddən keçib Araz çayına çatdıqda yeniçərilər qiyam edərək
Sultanı yolundan döndərdilər. Sultan onun otağının gülləyə tutulması faktını Xocanın babası
Hafiz Məhəmməd İsfahaniyə danışmış və demişdi: «Bu hərəkət yeniçərilərin ittifaqı var ikən
divanın nifaqı ilə olmuşdur» (1, c.II,260; 2, c.IV, 194). Ordu və divanın qəzəbindən qorxan
Sultan Səlim Naxçıvan (2 şaban (22 sentyabr)) – Rəvan qəsəbəsi (8 şaban (28 sentyabr)) –
Talin (11 şaban (1 oktyabr)) – Çin ağılı (1 ramazan (19oktyabr)) marşrutu üzrə geri qayıtdı.
Buradan Bayburda gələn sultan Sınur adlı kənddə Trabzonun, Qarahisarın, Canikin də daxil
olacağı, yeni yaratdığı Bayburd və Ərzincan əyalətini Bığlı Məhəmməd paşaya verdi.
Şəvvalın 6-da (25 noyabr) Sultan Amasyaya gəldi (1, c.II, 283, 284; 2, c.IV,224, 226).
Sultan Səlimin Təbrizi tərk etməsindən sonra Şah İsmayıl İraqdan Azərbaycana gəldi (1,
c.II, 288,305; 2, c.IV, 230,252; (Dərgzindən) - 7, 70). Təbrizə gələn şah osmanlılarla əmək-
daşlıq etmiş şəxsləri cəzalandırmaq istəyir. Lakin vəzirləri: «Xalqı əzmək dövlətin əsasını
xarab və Azərbaycan torpağınıxarabaya çevirməkdir» -deyəməsləhət verərək onu bu fikirdən
çəkindirirlər(1, c.II,305; 2, c.IV, 252).
Təbrizdəngeri qayıdarkən Sultan SəlimHikməddin İdris Bidlisini Mərənddən ayırıb
Diyarbəkr tərəfə«kürd bəylərinin könlünü almağa» göndərdi (1, c.II, 288; 2, c.IV,231). Şah
İsmayıl öz növbəsində Diyarbəkr üzərində nəzarəti saxlamaq üçün vilayət hakimliyinə Ustaclu
Məhəmməd xanın qardaşı Qara xanı təyin etdi. Ruha hakimi Durmuş bəy də həmin istiqa-
mətdə göndərildi. Mardin, Həsənkeyf, Xarput və Ərğənədə olan şah qüvvələri də Qara xana
kömək etməli idilər. Beş min qızılbaş Çəpəkçur yolundan Amidin mühasirəsinə yönəldi (1,
c.II, 305; 2, c.IV,252). Amid əyyanları Sultan Səlim hələ Təbrizdə olarkən Ustaclu Məhəm-
məd xanın adamlarını öldürüb ona tabelik bildirmişdilər (1, c.II, 304; 2, c.IV, 251). Beləliklə,
Kiçik Asiyanın cənub - şərqi qızılbaşlarla osmanlılar arasında müharibə meydanına çevrildi.
Osmanlı sultanı burada qızılbaşlardan narazı olan kürd əmirlərindən istifadə edə bildi.
Xoca Əfəndi sultan Amasyada olarkən Şah İsmayılın Təbrizdən Mir Abdulvahab, Sahib
əl-Havinəslindən Qazi İshaqı (o, «Qazi paşa» adı ilə məşhur idi), Mövlana Şükrullah Muğani,
Heydəriyyə xəlifələrindən Həmzə Xəlifə adlı bəyi, seyyid və alimlərdən ibarət böyük bir
elçiliklə, «təzərrö» (üzr məktubu) ilə göndərdiyini yazır. Sülhüçün gəlmiş bu elçiliyin təklifi
qəbul edilmədi. SeyyidAbdulvahabla Qazi paşa İstanbul boğazında olanYenihisarda,
yoldaşları isə Dimitoqa qalasında həbs edildilər (1, c.II, 288; 2, c.IV, 230). Şah İsmayıl ikinci
dəfə də sultandan sülh istədi. H.921-ci ilin şəvval ayının 3-də (8 noyabr 1515) Kəmaləddin
Hüseyn bəy və Bəhram ağanın elçiliyini «sarsılmaz hakimiyyət qazanmış Şah İsmayıldan»
gətirdiyi məktubdada sülh istəyi və Seyyid Abdulvahabın şəxsində birinci elçiliyin taleyindən
narahatlıq ifadə olunurdu. (bax: 8, c.I, 413,414; 9, 238; 10, 184-190; 11, 102,103; 12, 165).
H.921-ci şəvvalın 15-də (20 noyabr 1515) Sultan Səlim Diyarbəkrdə olan İdris Bidlisiyə
yazdığı məktubunda Şah İsmayıl tərəfindən Hüseyn bəy və Bəhram ağadan ibarət elçiliyin
gəldiyini bildirmişdi. Sultan sülh təklifi ilə gəlmiş bu elçiləri də Dimitoqa, elçiliyin digər
üzvlərini isə Kilidəl-Axir qalasında həbs etdiyini yazır (1, c.II, 323; 2, c.IV, 272; 10 noyabr (5
şəvval)-12, 166). Deməli, sülh təklifləri Osmanlı sultanı tərəfindən hər dəfə rədd edilmiş və
dövlətlər arasında müharibə davam etmişdir.
Amidin mühasirəsi zamanı qalanın təslim olmaması üçün Sultan Səlim İgid Əhməd adlı
əslən amidli olan birisini İdris Bidlisinin müraciətindən sonra ora göndərdi. Sultan həmçinin
qaladakılara növbəti ildə (1516 – T.C.) «Əcəm diyarına hərbi yürüş edəcəyi barədə xəbərlər
göndərməklə» onları qızılbaşlara qarşı mübarizəyə ruhlandırdı. Şah İsmayıl da kürd əmirlərin-
dən istifadə etməyi qərara aldı. Ərcişvə Adilcəvaz hakimi olmuş Pajuki tayfasından Xalidin
308
Mənbəşünaslıq, Tarixşünaslıq
Tarix və onun problemləri,
№ 3 2013
oğlu Bidlis və Xiznə əmiri Kürd bəyi Amidə köməyə göndərdi. İdris Bidlisi Sarı su üstündə
gələn qüvvəni qarşılayıb onları köməyə getməyi qoymadı (1, c.II, 306, 307, 309; 2, c.IV, 254,
255,257). Amasyaya gedən sultanın qüvvələri Bayburd və Ərzincanı tutmuşdular. Lakin Kə-
max qalasında olan qızılbaşlar müvəffəqiyyətlə bu qalalara basqın edirdilər. Cavab olaraq
Qurban bayramı günü (24 fevral 1515) Osmanlı qüvvələrinin Kəmaxa uğurlu yürüşündən
sonra qalanın alınmasının mümkün olduğunu görən Sultan Səlim Trabzon hakimi Bığlı Mə-
həmmədə qalanı almaq əmrini verdi. O, özü isə bu məqsədlə h.921-ciil rəbiül-əvvəl ayının 5-
də (19 aprel 1515) Amasyadan çıxdı. Rəbiül-axır ayının 5-də (19 may 1515) Kəmax qalası
süqut etdi (1, c.II, 289-291; 2, c.IV, 231-234; 9, 261; 13, v.86; 12, 90; 7, 73,74; 3, c.II,
159/164). Bu zaman osmanlı əlaltısına çevrilmiş İdris Bidlisi sultana onu Azərbaycana yürüş
etməyə təhrik edən məktublar göndərirdi. Kəmaxla Əlbistan arasında olan Səlim cavab yaza-
raq Zülqədər bəyliyi üzərinə getdiyini və Əcəm səfərinin bundan asılı olduğunu ona bildirir.
Bığlı Məhəmməd paşa və beş sancaqbəyini (bir sancaqbəyi min atlı çıxarırdı) Amidə yardıma
göndərdi. İdris Bidlisi Məhəmməd Paşanın başçılıq etdiyi və Ərciş – Adilcəvaz yolundan gə-
lən ordunu «Diyarbəkri Qara xandan qurtarmaq üçün» İsmasək yolundan o tərəfə yönəltdi.
Amasya və Sivas bəyi Şadi bəy vəbeş sancaqbəyi də onlara qoşuldu. Gələn qüvvənin çoxluğu
üzündən Qara xan Mardinə çəkildi. H 921-ci il şəban ayının əvvəlində (10 sentyabr1515)
Amid osmanlıların əlinə keçdi (1, c.II, 305-310; 2, c.IV, 255 - 258; 14, 37). Təqib olunan Qara
xan Mardini tərk edib Sincər düzünə gedir. Lakin osmanlı qüvvələrinin geri çəkilməsi ona
yenidən qala üzərində nəzarəti bərpa etməyə imkan verdi (1, c.II, 311-313; 2, c.IV, 258-261).
1516-cı ilin baharında Sultan Səlim qızılbaşlılarla olan cəbhəyə yeni qüvvələr göndərdi.
Amidə gedən Xərput və Ərcəni qalalarından keçən təhlükəsiz yolu almaq bu qüvvənin qarşı-
sına məqsəd qoyulur. Qaraman bəylərbəyi Xosrov paşa qarşısına qoyulan vəzifəni yerinə yeti-
rir. «Bu əsnadaŞah İsmayıl Həmədan hakimi Yegan bəy, İraqda Kəlhar və Kərad hakimi olan
Çuqa Sultanı, 600 qorçusunu Sinə dərbəndi və Kərkük yolundan Bağdada göndərir ki, Bağdad
hakimi Qıyğur Sultan ilə Mardinə Qara xana köməyə getsinlər» (1, c.II, 314; 2, c.IV, 262).
Kürd bəyləri mühüm keçid məntəqələri olan dərbəndləri tutaraq Azərbaycandan gələn yolları
bağladılar. Bu qüvvələrlə döyüşən qızılbaşlar dövrə vurub Mardinə gəlmək məcburiyyətində
qaldılar. Kürd əsgərlərinin Amidə gedən yolunu kəsmək üçün bu qüvvələr Mardinlə Həsən-
keyf arasında olan Kərx qalasına gəldilər və bir ay burada qaldılar. Xosrov paşa gözləmə
mövqeyi tutdu. Bığlı Məhəmməd paşa hücum etmək qərarına gəldi. Qızılbaşlar tərəfindən
aldadılaraq tələyə salınan osmanlı qüvvələri ağır itki verdilər (1, c.II, 313-316; 2, c.IV, 261-
265). Sultan Bığlı Məhəmməd paşaya yeni qüvvələr göndərdi. Qara xan onların gəlişindən xə-
bər tutduqdan sonra Birəcik tərəfə gedib vuruşa hazırlaşmağa başladı. Qoçhisar yaxınlığında
Dədə Qarğın düzündəiki tərəf qarşılaşdı (1, c.II, 314; 2, c.IV, 265). Şah İsmayıldan qorçu
gəldi və qızılbaşlara kömək gələnədək gözləməyi bildirdi. Lakin Qara xan yanında olan Qu-
durmuş Sultanın məsləhəti ilə düşmənə gözlənilməz zərbə vurmağı qərara aldı (7, 76).
Çaldıran vuruşmasını xatırladan bu döyüşdə də cinahlardan hücum planı tətbiq olundu. Lakin
min yeniçəri tüfəngçisinin olduğu osmanlı qüvvələri yenə də qələbə çaldılar. Qızılbaş qüvvə-
ləriiki üç fərsəxlikdə olan (12-18 km) Mardin qalasına çəkildilər. Qara xan bu döyüşdə tüfəng
möhrəsindən aldığı yaradan öldü (1, c.II, 317-319; 2, c.IV, 265-267; 15, 28). 16 iyun 1515-cı
ildə (4 cümadə əl-əvvəl h.921) Üsküdarda Bığlı Məhəmməd paşanın qasidi Kamaxın süqutu
barədə qələbə xəbərini sultana çatdırdı (1, c.II, 329; 2, c.IV, 279). Mardin qalası Qara xanın
qardaşı Süleyman bəyin başçılığı iləbir ilə qədər Osmanlı ordusunun mühasirəsinə dözdü (1,
c.II, 319, 320;2, c.IV, 268, 269). 7 aprel 1517-ci ildə Mardin osmanlılar tərfindən fəth olundu
(12, 109). Bunun ardınca Həsənkeyf, Savər, Urfa, Mosul, Sincar, Telafər, Ərğani, Sivrək,
Mənbəşünaslıq, Tarixşünaslıq
309
Tarix və onun problemləri,
№ 3 2013
Birəcik qalaları tutuldu. Urmi, Eşni, Ərbil, Çemişgəzək və Ərəbgir osmanlılara keçdi (1, c.II,
320, 321;2, c.IV, 269, 270). Bu xəbərlər Sultan Səlimə Hicaz səfəri zamanı (1517-ci ilin yayı)
çatdırıldı (1, c.II, 372; 2, c.IV, 333).
Müharibə təkcə hərbi əməliyyatları əhatə etmirdi. Osmanlı hücumu Şah İsmayılı Misirlə
ittifaq axtamağa məcbur etdi. Şah İsmayılın Qansu Quridən (1501-1516) Sultan Səlimi sülhə
razı salmasını xahiş etməsi Xocanın nəzmlə yazdığı hissədən məlum olur. Şah İsmayılın Misir
sultanına olan məktubunu ifadə edən parçada Sultan Səlimin yeni yürüşə başlayacağı təqdirdə
nəinki Şərqə, həm də Şama ziyan dəyəcəyi barədə xəbərdarlığa rast gəlirik. Misir sultanına
ittifaq təklif olunur. Şah İsmayılın Misir sultanını ittifaqa cəlb etməsi də buradan aydın olur.
Qansu Quri əhd-peyman bildirən məktub (misaqnamə) vasitəsilə Osmanlı qoşunu Qeysəridə
olarkən Sultan Səlimə Əcəm ölkəsinə getməməyi məsləhət bildi (1, c.II, 326, 327; 2, c.IV,
276, 277). Qansu Quri həmin məktubunda Sultan Səlimi müharibə apararsa Uzun Həsənin
Əbu Səidə etdiyini onun başına gətiriləcəyi barədə xəbərdarlıq edir, hücumun istiqamətini
Rodos adasındakı xristianlara yönəltməyi məsləhət görür (8, c.I, 423, 424; 9, 238; 11, 103).
Təbii ki, Qansu Qurinin Osmanlı – Səfəvi münasibətlərinə qarışması təsadüfi deyildi. H.921-ci
il rəbiül-əvvəl ayının 29-da (13 may1515) Əlaüddövlə Zülqədər Osmanlı ordusu ilə döyüşdə
həlak oldu, Sultan Səlim Zülqədər bəyliyinə son qoydu, Misir sultanını «qorxutmaq və
hürkütmək üçün» Əlaüddövlənin başını və öz Fəthnaməsini Qansu Quriyə göndərdi (1, c.II,
293;2, c.IV,239; 9,261).
Şah İsmayıla kömək etdiyi üçün Sultan Səlim məmlüklərlə müharibəni qanuni sayan
fitvanın verilməsinə nail oldu (16,60).
Osmanlı sultanı 1516-cı il hərbi kampaniyasını Misirə qarşı yönəltdi. 24 avqust 1516-cı
ildə Mərc Dabikdə Qansu Qurini məğlubiyyətə uğradaraq Məmlük dövlətinə son qoydu (17,
107; 3, c.II, 160/161; 18, 173). Beləliklə, o, Şah İsmayılı Misir dövləti kimi müttəfiqdən
məhrum etdi.
Misir kampaniyasını başa vurub geri qayıdan Sultan Səlimin əsas məqsədinin «İran və
Turan məmləkətləri»ni tutmaq olduğunu Şah İsmayıl da bildi. 1518-ci ilin fevral ayında
Sultan Səlim səfərdən qayıdarkən ona Şah İsmayıl tərəfindən təbrik məktubu (təhniyyətnamə)
göndərildi. Xoca Şah İsmayılın bu məktubundada sülh istədiyini bildirir. Lakin Sultan Səlim
yenə də əvvəlki kimi hərəkət edərək elçiləri həbs edib İstanbula göndərir (1, c.II, 380; 2, c.IV,
342, 343).
XVI - XVII əsrlərin Osmanlı-Səfəvi müharibələrinin səbəblərindən biri də tranzit ticarət
yolları uğrunda mübarizə idi (19, 14). Avropa ilə ədviyyat ticarətinin mühüm nöqtələri
İskəndəriyyə və Beyrut limanlarını nəzarətə alan Osmanlı dövləti dəniz quldurluğu üzündən
Aralıq dəniz ilə ticarət aparmırdı. Bu yalnız 1522-ci ildə Rodos adası alındıqdan sonra
mümkün oldu (20, 191). Sultan Səlim Kiçik Asiyanın cənub-şərqini tutmaqla mühüm ticarət
yollarına nəzarəti öz əlinə aldı. Təbriz - Hələb və Təbriz - İznik ticarət yolunun mühüm hissəsi
hərbi əməliyyatlar zonasında idi (19, 20-21). Bu zaman o, «Əcəm diyarında mədən və xəracın
olmadığını, əksər gəlirin bacdan olduğunu nəzərə alıb, hətta, Ərəb yolundan Əcəmə gediş-
gəlişi dayandırmaq üçün Ərəb diyarına ticarəti belə dayandırmışdı» (1, c.II, 271, 272; 2, c.IV,
215). Sultan Səlimin ticarətə qadağa qoymasını Oruc bəy Bayat da təsdiq edir (21, 72/116).
Onun ticarətə, silaha yasağı tətbiq etməsi gələcəkdə də böyük planlar olduğundan xəbər
verirdi (24, 57). Şah İsmayıl sultana ikinci məktubunda «karvanların və yolçuların gediş-
gəlişinə icazə veriləcəyinə» ümid etdiyini bildirirdi (8, c.I, 414; 9, 238; 10, 187). Sultan Misiri
fəth etdikdən sonra tacirlərə Misirdə ticarət etməyə icazə verdi (1, c.II, 272; 2, c.IV, 215).
Sultan Səlim geniş işğallar aparmağı planlaşdırırdı. Bu məqsədlə o, Əcəmə (Azərbaycana -
310
Mənbəşünaslıq, Tarixşünaslıq
Tarix və onun problemləri,
№ 3 2013
T.C.) üç illik səfər ehtiyatının hazırlanması üçün Divana tapşırıq vermişdi (1, c.II, 324; 2,
c.IV, 273). Misirdən qayıdan Osmanlı sultanı ordunun üzücü səfərdən qayıtmasını nəzərə alıb
bu səfərini növbəti ilə planlaşdırmışdı (1, c.II, 380, 381; 2, c.IV, 343). 1519-cu ildə artıq yeni
müharibə təhlükəsi gerçəkləşməkdə idi. Venesiya Respublikasının Nikosiyada canişini olan
Alvikos dArmer iyulun 7-də Hələbdən aldığı xəbər barədə öz respublikasına məlumat verib
Böyük Türkün Sufi üzərinə hücuma hazırlaşdığını yazırdı (11, 105; 22, 151).
Növbəti hücum qarşısında qızılbaşlar Anadolunu yenidən qiyam yerinə çevirdilər. Qızıl-
başlar bu zaman Osmanlı şahzadəsi Muradın adından istifadə etdilər. Qaramanı «babası Bayə-
ziddən qalmış qanuni mülk» (21, 72/116) sayan Sultan Murad hələ 1512-ci ildə Nur Əli xəli-
fənin Ruma yürüşü zamanı qızılbaşlara qoşulmuş və Toqatın alınmasına kömək etmişdi (bax:
23, 111-112). Sultan Səlimin tələblərinə baxmayaraq o, Şah İsmayılın yanında qalmış, hətta
Çaldıranda şahın qərargahıqda olmuşdu (21, 73/117). Şah İsmayıl tərəfindən Farsa hakim
təyin olunan Murad həmin vilayətə gedərkən yolda ölmüşdü (23, 191). Şah İsmayılın Sultan
Səlimin Şah İsmayılın yanında olan qardaşı oğlu kimi təqdim olunan Düzmə Murad
Amasyada peyda oldu. Osmanlı dövləti yenidən daxili çaxnaşma ilə üz-üzə qoyuldu (1, c.II,
388; 2, c.IV, 351). Bu hadisəni «fitnəyə bəhanə istəmək» kimi qiymətləndirən Sultan Səlim
1520-ci ildə vəfat etdi. Nəinki, Azərbaycan və Türkiyə tarixini, həm də dünyanın tale yüklü
dövrünün «Tacüt-təvarix»də təsviri bununla da bitir.
«Tacüt-təvarix»in Çaldıran döyüşündən (23 avqust 1514) sonra Anadoluda aparılan hərbi
əməliyyatlar barədə məlumatları və İdris Bidlisinin Diyarbəkrdə kürd əmirləri arasındakı
fəaliyyətini təsvir edərkən hadisələrin ardıcıllığı müəllif tərəfindən ciddiliklə gözlənilməmiş,
hadisə tarixlərinin qeyd olunmaması onlar arasında ardıcıllığı izləmədə çətinlik törədir. Lakin
bütün bunlara baxmayaraq «Tacüt-təvrix» Səfəvi-Osmanlı müharibəsinin aparıldığı Şərqi
Anadoludakı hərbi əməliyyatlar haqqında ətraflı məlumatlar verən bir əsərdir.
XVl əsrin əvvəlinin etno-geosiyasi mənzərəsinin təsviri Xoca Sədəddin Əfəndinin
«Tacüt-təvarix» adlı əsərində öz əksini tapır. İki yüz illik Səfəvi – Osmanlı müharibələriin
başlanğıcını qoymuş bu dövr hadisələrinə nəzər bəlalarımızın kökünü təkcə Avropadan uza-
nan fəsad əlində axtarmamağa sövq edir. Etnosiyasi, geosiyasivə iqtisadi amillərin daha də-
rindən öyrənilməsi cəmiyyətin tarixi inkişafının qaranlıq nöqtələrini daha dərindən öyrən-
məyə, dünyanın inkişafında yer və rolumuzu daha dəqiq müəyyən etməyə imkan verə bilər.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI
1.
سرُو ِرظاو ًيمُمع فراعم ،
اﭘ
جات ُبشا يذىتراظو كيىهترضحاش
ﻳﺦ راَتها
جات
ﺧﻮﺍﺟﻪﺳﻌﺪﺍﻟﺪﻳﻦﺍﻓﻨﺪﻯ
اخعبط ّواسذهج كواُىع تغلاب باتك واو خيراُتنا
ًو
،رذشموُناعبط ەدرمعء
ًوس
١٢۸۰
،
٥۸٢
ص
2.
Hoca Satettin Efendi.Tac üt-tevarih / yalınlaştıran I.Parmaksızoğlu. c. IV, İstanbul: Milli
Egetim basım evi, 1979, 407 s.
3.
Шарафхан бин Шамсаддин Бидлиси Шарафнаме / Перевод, предсловие,
примечания и приложения Е.И.Васильевой. т.II, Москва, Наука,1976, 350 с.
4.
РахманиА.А.“Тарихи алам ара-и Аббаси” как источник по истории Азербайджана.
Баку: Изд-ва АН Аз.ССР, 1960, 192 с.
5.
Петрушевский И.П.Азербайджана в ХVI-ХVII вв. / Сборник статей по истории
Азербайджана. Баку: Изд-во АН Аз.ССР, 1949, с.225 – 297
6.
Akşin Sina.Türkiye tarihi: Osmanlı devleti. c.ll, Istanbul: Doğan Ofset, 1989, 356 s.
7.
Ahsan ut tevarih / translated by Ch.Seddon, Critical editions on unprinted and original
works of Oriental literature, edited by competent scholors and published by oriental
Mənbəşünaslıq, Tarixşünaslıq
311
Tarix və onun problemləri,
№ 3 2013
Inistitute.Baroda: Printed by P. Knightat the Baptist Mission Press, 1934, 302 p.
8. .
رﻔ
َ
ذ
نَ
لاسنا ﺕاعشومﻙب
ط
هي
،
ج
١
،لُبواتسا ،
١٢٧٤،٢٦٢
ص
9.
ُِﻔط ميعمسا ياشيياُو هيسحناذبع
(
یهيظﻔت ی اٍتشاد داياب يارمٌ یخيرات ﺕ ابتاكم َ داىسا
)
،نارٍت ،
ًىاﺧﭙاﭼ
اراشتوا
ّسمش ِرجٌ ،نارا گٌرف دايىب ﺕ
١٣٤
،
۴١۹
10. Vilayəti Ə.Ə.Şah İsmayıl Səfəvi dövründə İranın xarici əlaqələr tarixi. Bakı: əl-Hoda,
1998, 421 s.
11. Fərzəlibəyli Ş.F.Azərbaycan və Osmanlı imperiyası (XV - XVl əsrlər). Bakı: Elm, 1995,
198 s.
12. Haydar Çelebi Ruznamesi. Ankara: Kervan kitapçılık A.Ş., 1960, 221 s.
13.
اشو
یﭼىاشى خيراتيذاﺯهاﺿمر یﭼو
،
خيرات
،كهمناَ ايبوا ضظق
/M.Füzuli adına Əlyazmalar inistitutu,
728/ 2301.
14. SolakzadəM.Tarix / Tərcümə edən Z.M.Bünyadov. Bakı:Elm, 1992, 84 s.
15. Qızılbaşlar tarixi / Tərcümə və şərhlər M.Ə.Məmmədinindir. Bakı: Azərbaycan, 1993,
48 s.
16. Бартольд В.В.Халиф и Султан. Сочинения, т.VI, Москва: Наука, 1966,с.17 – 78
(784 с.)
17. Gelibollu Mustafa Ali.Halet ül Kahire min’l-adati’z-zahire / Sadelehtiren: Orhan Şaik
Gökyay. Ankara: Başbakanlık basım evi, 1984, 164 s.
18. Семенова Л.А.Салах ад-дин и мамлюки в Египте. Москва: Наука, 1966, 173+22 с.
19. ПапазянВ.А.Торговые магистрали Табриз-Алеппо и Табриз - Смирна в системе
торговых отношений Сефевидского государства с Западом: Автореферат на соискание
кандидата исторических наук. Тбилиси, 1986, 24с.
20. Орешкова С.Ф. Из истории посреднической торговли в Османской империи в
конце XV – начале ХVI в. / Товарно-денежные отношения на Ближнем и Среднем
Востоке в эпоху средневековье, Бартольдовские чтения, 1976, Москва: Наука, 1979,
с.187-194
21. Книга Орудж бека Байата Дон Жуана Персидского / Перевод с английского,
введение и комминтарий д.и.н.Октая Эфендиева, к.и.н.Акифа Фарзалиева. Баку: Язычы,
1988, 216 с.
22. Махмудов Я.М.Взаимоотношения государств Ак-коюнлу и Сефевидов с
Европейскими странами (II половина XV - XVII вв.). Баку: Изд-во БГУ, 1991, 264 с.
23. Эфендиев О.А. Образование Азербайджанского государства Сефевидовв начале
XVI века.Баку: Изд-во АН Аз.ССР, 1961,208 с.
24. Erendil M.Tarihde Türk-İran ilişkileri. Ankara: Gnkur basımevi, 1976,157s.
Т.Р.ДЖАФИЕВ
Научный сотрудник Института Истории имени А.Бакиханова НАНА
ВОЕННО-ПОЛИТИЧЕСКОЕ И ДИПЛОМАТИЧЕСКОЕ ПОЛОЖЕНИЕ ПОСЛЕ
ЧАЛДЫРАНСКОЙ БИТВЫ В ИСТОРИЧЕСКОМ СОЧИНЕНИЕ «ТАДЖ УТ –
ТЕВАРИХ» ХОДЖА САДЕДДИНА ЭФЕНДИ
В публикуемой статье рассматривается военные действия и дипломатические от-
ношения между Азербайджанским государством Сефевидов и Османской империей.
События происходившие в начале XVI века Азербайджане, Восточной Анатолии и
Ближнем Востоке анализируется на основании данных источника. На основе мате-
312
Mənbəşünaslıq, Tarixşünaslıq
Tarix və onun problemləri,
№ 3 2013
риалов труда «Тадж ут – Теварих» анализируется дипломатические действия государств
– Египетских Мамлюков, Азербайджанского государства Сефевидов и Османской
империи.
T.R.JAFIYEV
The research assistant of Institute of History named after A.Bakikhanov, ANAS
MILITARY–POLITICAL AND DIPLOMATIC STATUS AFTER
CHALDIRANFIGHT IN HISTORY ACCORDING TO “TAJ UT-TEVARIKH”
WRITTEN BY KHODJA SADEDDIN EFENDI
Military operations and diplomatic relations between Azerbaijan Sefevids state and
Ottoman empire have been considered in this article. Events occuring in Azerbaijan, East
Anatolia and the Near East at the beginning of XVI centuries have been analyzed on the basis
of the source data. Diplomatic relations among the states-Egypt Mamluks, Azerbaijan
Sefevids state and Ottoman empire have been investigated on the basis of materials of “Taj ut-
Tevarikh”.
Rəyçilər: t.ü.f.d. T.Nəcəfli, t.e.d.Q.Ə.Əliyev
AMEA A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbə-
sinin 10.09.2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr. №05).
Dostları ilə paylaş: |