Azərbaycan diLİ I


mətndə işləndiyi. kontekstə uyğun



Yüklə 98,88 Kb.
səhifə2/5
tarix22.03.2024
ölçüsü98,88 Kb.
#183281
1   2   3   4   5
IX sinif FƏRİD XƏDİC

mətndə işləndiyi. kontekstə uyğun
mənası mənasının şərhi
A)həqiqi kəmiyyətcə yekə, iri, vacib
B)həqiqi vacib, lazımlı
C)məcazi sayca çox, külli miqdarda
D)məcazi çox mühüm, əhəmiyyətli
E)məcazi siyasi əhəmiyyəti olan
5. Mətndəki əsas fikrə daha uyğundur:
A)bədən tərbiyəsini sevən yunanlar
B)gimnaziyanın yaranma tarixi
C)yunanların məşhur oyunları
D)yunan mədəniyyətinin geniş ərazilərə yayılması
E)gimnaziyaların şöhrət qazanması
6. Tünd-qara hərflərlə verilmiş sözləri cədvəldəki müvafiq xanalara yazın.
Həqiqi mənalı—
Məcazi mənalı —
7. Mətnə əsasən cədvəli tamamlayın.
Səbəb Nəticə
1.Selevkilərin çarı IV
Antiox Yerusəlimdə
gimnaziya tikdirdi.

2. Asiya və Afrikanın


idmanın müxtəlif
növləri ilə məşğul
olmağa meyli olmayan
xalqları qorxu keçirirdilər.
8. “Müasir dövrdə bəzi xalqlar “gimnaziya” sözünü fərqli anlamda işlədirlər” fikri mətnin hansı tərkib hissəsini genişləndirə bilər?
9. Neçənci abzasların yeri dəyişdirilsə, mətnin tərkib hissələri arasında əlaqə bərpa olunar?

10. Qarşısında işarəsi olan sözü hansı sözlə əvəz etmək olar?


11. Mənsubiyyət şəkilçisi qəbul etmiş məsdərin işləndiyi cümləni müəyyən edin.


A)Yol getməkdən yorulmuş, nəfəsi təngimişdi.
B)Qayıtmağına inansaydım, yüz il də gözlərdim.
C)Səni uzaqdan da, olsa görmək özü də səadətdir.
D)Gözləri yaxşı görmədiyindən mütaliə etməyi sevmirdi.
E)Əşyalarınızı götürməyi unutmayın.
12. Hansı sözlər feili bağlama deyil?
1.get-gedə
2.gülə-gülə
3.gedər-gəlməz
4.gəldi-gedər
5.baxarkən
6.gəlincə
13. Hansı nümunədə “tək” bitişik yazılmalıdır?
A)Könlümə (tək) sirdaş bildim səni mən.
B)İndi bildim (tək) bulaqlar nə çəkir,
Əl uzanmır, dodaq dəymir gözünə.
C)İraqa, İrana eyləsəm səfər,
Başıma yağış (tək) yağar simu-zər.
D)(Tək) əldən səs çıxmaz.
E)Yollarda dayanıb (tək), səni kim gözləyəcək?
14. Hansı qoşmalar həm yiyəlik, həm də yönlük halda olan sözlərə qoşulur?
1.kimi 2.qədər 3.tərəf 4.doğru 5.tək
15. “Ki” hansı cümlədə bağlayıcı kimi işlənməmişdir? (Vergüllər buraxılıb)
A)Elə düşüb ki qonşum işdən gələndə mən işə gedirəm.
B)Birinci dəfədir ki Əşrəf öz evlərində yatmır.
C)Bir şagird ki dərslərini vaxtında hazırlamır, o, imtahanlarda çətinlik çəkəcəkdir.
D)Mənə elə gəlir ki bu xasiyyət Mürsələ yaraşmır.
E)Səltənət başını qaldırmışdı ki həyat qapısı açıldı.
16. Cümlələrin birində “elə” sözü ədat mövqeyindədir:
A)Əgər qoçular olmaya idi, onda elə qapaz ilişdirərdim ki, gözləri axund fanarı kimi yanardı.
B)Axırda barmağını da qarpızla bir yerdə elə dişlədi ki, qanı axdı.
C)Sən elə yüz ildir, gözünü bir qələmdan ilə bir kitaba dikibsən.
D)Hər nə bilirsən, bundan sonra elə!
E)Sizi yoldan elədim.
17. Yer zərfi işlənmiş cümlələri müəyyən edin.
1.Əmimgil Gəncədə yaşayır.
2.İrəlidə böyük çuxurlar vardı.
3.Evimiz çayın kənarında yerləşir.
4.Yuxarıdan küçəyə zəif işıq düşürdü.
5.Kursumuzun yeni tədris binası Bakıxanov qəsəbəsində yerləşir.
18. Fərqləndirilmiş sözlərdən biri feili bağlama deyil:
A)Gəlsin bir azcada duraq yan-yana
Uğrunda qalmışam mən yana-yana
B)Gözündən yaş dama-dama
Şam da dilə gəldi birdən.
C)Ceyranları qova-qova
Cavab gəldi güllələrdən.
D)Son dəfə seyr edib göy zəmiləri
Öpdü dönə-dönə, öpdü baharı.
E)Yollarda gözümə qaranlıq çökdü,
Yanıram odlana-odlana, dağlar.
19. Fərqləndirilmiş zərflərdən biri mənə növünə görə digərlərindən fərqlənir:
A)Sərhəddə tez-tez gözlənilməz hadisələr baş verir.
B)Onu başsız qoymayacağam, tez-tez göz olacağam.
C)Elə tez-tez danışıram ki, heç nə başa düşməsin.
D)Əbil mədəniyyət evində tez-tez mühazirələr oxuyurdu.
E)Qabaqlar tez-tez bizə gələrdiniz.
20. “Döyüldü” feilindəki “l” hərfi “n” ilə əvəz edilərsə, feildə hansı dəyişiklik baş verər?
A)Heç nə dəyişməz.
B)Quruluşca növü dəyişər
C)Feilin şəkli dəyişər
D)Feilin zamanı dəyişər
E)Feilin qrammatik məna növü dəyişər

21. Şərt şəklində olan feillər sırasını seçin.


A)oynaya, gülə, sevə
B)alasıdır, görəsidir, yazasıdır
C)getməlidir, almalısan, bilməliyik
D)ağlasa, göndərsə, yollansa
E)yazasıdır, oxuyaram, sevinə
22. Uyğunluğu müəyyənləşdirin.
1.məsdər
2.feili sifət
3.feili bağlama
a.Cümlədə yalnız zərflik olur.
b.İndiki, keçmiş və gələcək zaman məzmunu ifadə edir.
c.Feil və ismin xüsusiyyətini daşıyır.
d.Yalnız feilin xüsusiyyətini daşıyır.
e.Təsriflənən formalarla dörd ortaq şəkilçisi var.
23. “Qoy axşamadək Əli də işləsin” cümləsində hansı köməkçi olacaq nitq hissələri işlənmişdir? (Tam cavabı seçin)
A)qoşma, ədat
B)ədat, qoşma, ədat
C)qoşma, bağlayıcı
D)ədat, bağlayıcı
E)ədat, qoşma, bağlayıcı
24. “İlə” hansı cümlədə bağlayıcıdır?
A)Gəzintiyə gəmi ilə getmişdik.
B)Çoban əli ilə bizə işarə elədi.
C)Əli ilə çoban meşəyə getdilər.
D)Dağ yolu ilə kimsə gəlirdi.
E)İnsan öz ağlı ilə ucalır .
25. Mənsubiyyət şəkilçisinin iştirakı ilə yaranmış zərfləri müəyyən edin.
1.ürəyiaçıq
2.canısulu
3.dilucu
4.üzüaşağı
5.bağayarpağı
6.əliaçıq
7.əlüstü


Yüklə 98,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə