Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə5/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   39

12.  Aşağıdakı sxemlərə uyğun I növ təyini söz birləşmələri düzəldin.

 “Ana dili ” şeirində bu sxemlərə uyğun söz birləşmələri varmı?
13.  Uyğunluğu müəyyənləşdirin.

 Yaranan birləşmələr haqqında fikir mübadiləsi aparın. Hansı birləşmə məcazi
mənalıdır?
14.  “Dilim varsa, yaşayıram” adlı mühakimə xarakterli inşa yazın
Birinci növ təyini söz birləşməsi xüsusi şəkilçi olmadan formalaşır. Asılı tərəfi
müxtəlif nitq hissələri ilə (isim, sifət, say, əvəzlik, feili sifət, bəzi zərflər) ifadə
olunur. Belə birləşmələrin əsas tərəfi, əsasən, isimdən ibarət olur. Məsələn: 
gümüş (isim) qaşıq (isim
həmin (əvəzlik) qız (isim
çalman (feili sifət) musiqi (isim)
hündür (sifət) bina (isim
aşağı (zərf) mərtəbə (isim
xeyli (say) kitab (isim)
Sözlərin düzgün tələffüz
qaydasını göstərin.


MƏDİNƏ XANIM QİYASBƏYLİ
maarifçi qadın
Azərbaycanda mənalı həyat yolu keçən dəyərli, ziyalı qadınlarımızdan biri Mədinə
xanım Qiyasbəyli olmuşdur.
Mədinə xanım Qiyasbəyli 1889-cu ilin aprelində Qazax qəzasının Salahlı kəndində
Mehdi ağa Vəkilovun ailəsində dünyaya gəlmişdir. Mədinə xanım Qiyasbəylinin
maarifpərvər bir nəsildə, elmə, biliyə dəyər verən Mehdi ağanın ailəsində dünyaya
gəlməsi onun gələcək həyatında mühüm rol oynamışdır.
Mədinə xanım ilk təhsilini evdə valideynlərindən almış, sonra Tiflisdə “Müqəddəs
Nina” qız məktəbində oxumuşdur. Təhsilini əla qiymətlərlə başa vuran Mədinə
xanım kənddə qızlar üçün məktəb açmaq qərarına gəlir. Ancaq mollaları, gerilik
tərəfdarları çox olan, insanları cəhalət məngənəsində sıxılan bir əyalət kəndində
bunu həyata keçirmək o qədər də asan deyildi.
Camaat qızlarını Mədinə xanımın məktəbinə verməyə cəsarət etmirdi. Bunu görən
gənc Mədinə işə yaxın qohumlarının uşaqlarından başlayır. Əlbəttə ki, uğur qazanır.
Yavaş-yavaş uşaqların sayı 30-a çatır.
* * *
1.
 Müəyyən müddətdən sonra Mədinə xanım Qazaxda Xalq məktəbləri inspektoru
təyin edilir və maarif işlərinin genişlənməsi üçün əlindən gələni əsirgəmir. Bacarığı
və savadı onu tezliklə tanıdır. Bakıya köçən Mədinə xanım 1920-ci ilin martında
burada savad kursunun açılmasına nail olur. Martın 10-da kurs milli hökumətin
qərarı ilə rəsmiləşdirilir. Mədinə xanımı sayca ikinci olan qadın axşam kursunun
müəllimi təyin edirlər. Az müddətdə 20-yə qədər savadlanmaq istəyən qadın buraya
müraciət edir. Kursda Üzeyir Hacıbəyli, Xədicə xanım Ağayeva, Şəfiqə xanım
Əfəndizadə dərs deyirlər.
2.
 Beləliklə, Salahlıda ilk kənd qız məktəbi formalaşır. Məktəbdə türk dili, hesab,
təbiətşünaslıq, rus dili fənləri ilə yanaşı, musiqi dərsləri də tədris olunurdu.
3.
 1910-cu ildə Mədinə xanım Şəhriyar bəy Qiyasbəyovla evlənərək Dağ Kəsəmən
kəndinə gəlin köçür. Canı ilə, qanı ilə işinə bağlı olan biri dağ kəndində boş durarmı?!
Orada da tezliklə qızları təhsilə cəlb etməyin yolunu axtarmağa başlayır. Nəhayət,
qısa zaman içində Dağ Kəsəməndə qız məktəbi açmağa nail olur.


1.  Abzasların ardıcıllığını bərpa edin.
2.  Hansı abzasda təkrarlar vardır? Onları aradan qaldırmağa çalışın.
3.  Mədinə xanımı savad kursları açmağa nə vadar edirdi?
4.  Sizcə, nə üçün insanların, əsasən, qadınların savadlanmasına imkan verilmirdi?
Bu gün belə hallarla rastlaşırsınızmı?
5.  Hər abzasdakı əsas fikri müəyyənləşdirib 1-2 cümlə ilə ifadə edin. Aşağıdakı
sxemdən istifadə edin.
6.  Dağ, qız sözlərinin omonim olduğunu əsaslandırın.
7.  Cəhalət, əyalət, məngənə sözlərinin leksik mənalarını izah edin.
8.  Ziyalı sözünün sinonimini müəyyənləşdirin
9.  Mətndə fərqləndirilmiş birləşmələrin tərəflərini qrammatik cəhətdən təhlil edin.
Əsas və asılı tərəflərdəki ortaq və fərqli cəhətləri göstərin.
Birinci tərəfi qeyri-müəyyənlik bildirən yiyəlik halda olan, ikinci tərəfi
mənsubiyyət şəkilçili ismi birləşmələrə ikinci növ təyini söz birləşmələri
deyilir. 
II növ təyini söz birləşməsinin ikinci tərəfi yalnız III şəxsin təkinin
mənsubiyyət şəkilçisini qəbul edir.
II növ təyini söz birləşmələrinin hər iki tərəfi, əsasən, isimlə ifadə olunur.
Məsələn: ata öyüdü, məktəb həyatı, Azərbaycan ordusu.


10.  Tərkibindəki sözlərdən biri səhv yazılmış söz birləşmələrini müəyyənləşdirib
düzgün yazın. Söz birləşmələrinin tərəflərini qrammatik mənalarına görə təhlil
edin.
Sinifdəki səs-küy ətrafı bürümüşdü. Bu an xoşsifət bir məllim sinif otağına daxil
oldu. Uşaqlar bu məllimi ilk dəfə görürdülər. Çünki o bu məktəbə təzə təyinat
almış Asif müəllim idi. Asif müəllim bu nadinç uşaqlar haqqında xoş sözlər
eşitməmişdi. Ona görə də onlara bir ibrət dərsi vermək istədi. Təbaşiri götürüb
löhənin qarşısına keçdi. “1” rəqəmini yazıb dedi:
Baxın, bu gördüyünüz insanlıqdır. Həyatda sahib ola biləcəyiniz ən dəyərli bir
şeydir. Sonra “1”in yanına “0” yazdı. Bu, uğurdur. Uğur qazanmış insan biri on
edər.
Sonra müəllim bir “0” da əlavə edir: “Bu gördüyünüz isə təcrübədir. 10
olduğunuz vaxt sizi 100-ə qaldırar”. Beləliklə də, sıfırlar hər dəfə yeni məzmun
yaradır: bacarıq, ciddiyyət, sevgi... Fikrini izah etdikdən sonra müəllim silgisini
əlinə alaraq ən başdakı “1”i silir və söylədiyi fikiri sona çatdırır:
"İnsanlıq yoxdursa, “0”ların əhəmiyyəti yoxdur".

 Mətndəki əsas fikri şərh edin və əsas mətnlə əlaqələndirin.

 Fərqləndirilmiş sözlərin tələffüz formasını yazın. Fərqli tələffüzün səbəbini izah
edin. Mətndəki ikinci növ təyini söz birləşmələrini tapın. Onların tərəfləri arasına
söz artırılıb-artırılmamasının mümkünlüyünü izah edin.
11.  Savad kursu, qız məktəbi, sinif otağı birləşmələrinin tərəflərini ayrı-ayrılıqda və
eyni zamanda cəm şəkilçisi ilə işlətməyə çalışın. Nə müşahidə etdiniz?
Fikirlərinizi əsaslandırın.
12.  “Maarifçi qadınlarımız” mövzusunda nəqli xarakterli qısa mətn yazaraq qəzet
materialı hazırlayın.
İkinci növ təyini söz birləşmələrinin tərəfləri arasına, əsasən, söz daxil etmək
olmur. 
İkinci növ təyini söz birləşməsinin tərəfləri eyni zamanda cəmlənə bilmir.
Məsələn: aqillər sözü, aqil sözləri. 
Ancaq dilimizdə elə ikinci növ təyini söz birləşmələri vardır ki, onların hər iki
tərəfi eyni zamanda cəm şəkilçisi ilə işlənə bilir. Məsələn: atalar sözləri,
həmkarlar ittifaqları, elmlər doktorları.


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə