Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə33/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   39

1.  Düzgün tələffüz qaydası və intonasiyaya riayət edərək şeiri rollar üzrə oxuyun.
2.  Necə düşünürsünüz, M.Ə.Sabiri bu şeiri yazmağa nə vadar etmişdir?
3.  Şeirin əsas ideyasını müəyyənləşdirin.
4.  Şeirin “qəhrəman”larını “Yaxşılıq itmir” hekayəsinin qəhrəmanları İsrafil ağa və
Məşədi İbrahimlə müqayisə edin.
5.  Dialoqu nəqli mətn şəklində yazın.
6.  Şeir üçün açar sözlər seçin.
7.  Uşqol sözünün mənşəyini müəyyənləşdirin, şeirdə işlənmə şəraitini izah edin və
qarşılığını tapın.
8.  Babı sözünün mənasını aydınlaşdırın, ona yaxınmənalı söz tapın. Tapdığınız söz
şeirin hansı bəndində işlənmişdir?
9.  Şeirdə müraciət olunan ifadələri tapın və onlarda işlənən durğu işarələrinə 
diqqət edin.
Cümlədə müraciət olunan şəxsi və ya əşyanı büdirən sözlərə xitab 
deyilir. 
Xitablar, əsasən, adlıq halda olan isim, isimləşən sözlər və ismi
birləşmələrlə ifadə olunur. Məsələn:
Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş, 
Bəxtəvər olsun başım, bəxtimiz oğlan imiş. (M.Ə.Sabir)
Səndən danışıram, Araz, ay Araz, 
Bulan da, durul da, səsimi dinlə. (M.Araz)
Siz ey qədim əfsanələr, 
Şeirimə yağ, səsimə yağ! (M.Araz)
Xitablarla həm canlıya, həm də cansıza müraciət etmək olur.
Ey Vətən, torpağın əzizdir mənə.
Ayrılarını könül candan, 
Azərbaycan, Azərbaycan! (S. Vurğun)


10.  Xitabların ifadə vasitələrini müəyyənləşdirin. Bəzi cümlələrdə durğu işarələri
qəsdən buraxılmışdır. Onları bərpa edin.
Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Əmin ola bilərsiniz ki, biz
gənc əsgərlər vətənimizə layiqli xidmət edəcəyik”.
Uzanır danışıqlar, imzalanır sənədlər. 
Xəritədə aləmə göstərilir sərhədlər. 
Səsimizə səs verir dünya başbilənləri; 
Ümid sənədir ancaq Azərbaycan əsgəri! (Qabil)
Aşıq Şəmşir, Dəlidağdan keçəndə 
Kəklikli daşlardan xəbər al məni. (S. Vurğun)
Bülbül! Səhər-səhər qonaq budağa 
Günəşin eşqinə bir dastan qoşaq. (S. Vurğun)
K ə n d l i. Vidadi Vidadi Gözlərin aydın! 
                 Vaqif qonaq gəlir. 
V i d a d i. Canım, ciyərim! 
                 Yolunu gözləyən zəif gözlərim 
                 Artıq işıqlandı. 
V a q i f. Günah mənimkidir, əfv elə ustad! 
               Sənsiz olmamışdır bir gün könül şad. (S. Vurğun)
Hörmətli İnternet səhifəsi istifadəçiləri Böyük informasiya axınının
işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik, bəzi məhdudiyyətlərə
hörmətlə yanaşasınız.

 Üçüncü cümlədə vergül işarəsini atsaq, məzmun fərqi yaranacaqmı? Səbəbini
izah edin. Bu zaman sintaktik əlaqədə hansı fərq meydana çıxar? Eyni vəziyyəti
sonrakı (4-cü) nümunədə müşahidə etmək olarmı?

 Müraciət olunan sözlərə həm də müraciət etiketi demək olarmı? Sizcə, bu
müraciətlərdən hansı rəsmi, hansı qeyri-rəsmidir?
11.  “Molla Nəsrəddin” jurnalının 16 iyun 1906-cı il tarixli nömrəsindən götürülmüş
bu elana hansı müraciət bildirən sözü artırsaq, yerinə düşər?
Bakıda yeni üsul ilə çöp çıxardan arvad əmələ gəlmişdir. Südəmər uşağın
boğazından şaftalı çəyirdəyi, balıq gəmiyi, buynuz parçasını asan qayda ilə
çıxarır.


12.  Mətnləri müqayisə edin.
13.  Aşağıdakı mətni oxuyub nəticə çıxarın.
Nyu-Yorkda Azadlıq abidəsinin açılış mərasimində bir nitq söylənməsi
planlaşdırılır. Bunun üçün Amerikanın ən məşhur natiqi Corc Körtisə müraciət
olunur. Lakin o, təklifi rədd edir. Belə əhəmiyyətli təklif necə rədd edilə bilərdi?
Körtis bunu üç səbəbə görə rədd etmişdi:
- Nitq üçün mərasimdən ancaq bir ay əvvəl mənə xəbər verdilər. Əgər mənə üç
ay möhlət verilmirsə, ən vacib nitqləri belə rədd edirəm. Bəli, üç ay. Bir ay
araşdırmaq və diqqətli bir hazırlıq üçün; bir ay hazırladıqlarımı bir kənara
qoyub, beynimin mövzunu qavraması üçün və son bir ay da mükəmməl bir
nitqin tələb etdiyi əlavələr və son hazırlıq üçün.


14.  “Azərbaycan dili dünən və bu gün” mövzusunda inşa yazın və ya “Tarixdən
süzülüb gələn dilim” adlı təqdimat hazırlayın.
Bunun üçün 128-129-cu səhifələrdəki materiallardan və aşağıdakı plandan
istifadə edə bilərsiniz.

 Səh. 128-də verilən mətnləri diqqətlə oxuyun.

 Yazıların sonundakı tarixlərə əsasən dövr haqqında qısa məlumat toplayın.

 Mətnlərdəki əsas fikri müəyyənləşdirməyə çalışın.

 Mətnlərdən əsas faktları toplayın.

 Müəlliflərin oxucuya çatdırmaq istədiyi əsas fikir ətrafında düşünün.

 Daha sonra 129-cu səhifədə verilmiş məlumatları oxuyun. Əsas məqamlara
diqqət yetirin.

 Müdrik kəlamlardakı əsas fikirlərə diqqət yetirin. Yeri gəldikcə onlardan sitat
kimi istifadə edin.

 Topladığınız materialları əlaqələndirməyə çalışın.


BİZİM “OBRAZOVANNI”LAR
(ixtisarla)
Mənim bir rəfiqim var, özü də müsəlmandır. Amma məni görəndə rus dilindən
savayı özgə dildə danışmaz. Məsələn, söhbətimiz bu cür olur: mən onu görəndə
deyirəm: “Haradan gəlirsən?” O mənə belə cavab verir: “Ya xadil na poçtu”. Deyirəm:
“Dünən niyə bizə gəlmədin?” Cavab verir: “K nam prişli qosti”. Deyirəm: “Yaxşı,
qonaqlar gedəndən sonra gəleydin?” Cavab verir: “Net, uje bılo pozdno”. Deyirəm:
Söz verirsən ki, sabah gələsən bir az söhbət edək? Cavab verir: “Pastarayus, no slova
ne dayu”. Deyirəm: xudahafiz. Cavab verir: “Do svidaniya”.
Deyirlər ki, haman mənim rəfiqim rus işkolunda oxuyan vaxt bir gün anasına deyib:
“Ana! Pojalusta mənə bir şey “isvarit” elə (yəni bişir)”. Anası cavab verib: “Bala, nə
dedin?” Rəfiqim cavab verib: “Ox, ox, siz heç bir zad qanmırsınız, mən deyirəm bir
zad bişir”.
- Bala, nə bişirim?
- Çort evo iznaet. Yadımdan çıxıb. Yumru olur, əti döyüb salırlar çölməyə, ya qazana.
Bir cür adı var.
- Bala, küftə deyirsən?
- Hə... hə... qoftə, qoftə.
“Molla Nəsrəddin” jurnalı, 
14 aprel 1906-cı il
SUAL-CAVAB
Tiflisdə “Metex” dustaqxanasının rəisi
idarəmizə rəsmi surətdə bir kağız göndərib
təvəqqe edirdi ki, müsəlman içində təzə nəşr
olunan kitabların siyahısını yazıb ona məlum
edim. Çünki dustaqlar xahiş ediblər ki, onlara
oxumaq üçün türk dilində yazılmış kitablar
verilsin.
Siyahı əvəzinə idarəmizdən dustaqxana
rəisinə belə cavab yazıb göndərdik:
“Keçəl dava bilsə, öz başına sürtər”.
Mozalan. 
“Molla Nəsrəddin” jurnalı, 
21 iyul 1906-cı il


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə