Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə18/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   39

12.  Mətni oxuyun. Təyinləri seçib onların nə ilə ifadə olunduğunu deyin.
Fərqləndirilən cümlələrdəki təyinləri seçib yazın, müqayisələr aparın.
Azərbaycanın ilk vitse-admiralı İbrahim bəy Aslanbəyov 1822-ci ildə Bakıda
anadan olmuşdur. Üç il Peterburqda təhsil alan İ.Aslanbəyov Peterburqdakı
dənizçilik məktəbini adı “Qırmızı lövhə”yə yazılmaqla bitirmişdir.
Hələ sağlığında - 1882-ci ildə Saxalində bir yanmada, Oxot dənizində isə bir
körfəz onun adı ilə adlandırılmışdır. Boris Maslennikovun 1986-cı ildə nəşr
etdirdiyi “Dəniz xəritəsi nəql edir” kitabında həmyerlimiz haqqında verdiyi qısa
bioqrafik məlumat xüsusi əhəmiyyət kəsb edir.
İbrahim bəy həmyerlimiz Mirzə Kazım bəylə dost olmuşdur. Dahi rus yazıçısı Lev
Tolstoy Aslanbəyovu axtarıb tapmış, admiral Naximovun həlakolma səhnəsini
ona danışmasını xahiş etmişdir. L.Tolstoy özünün məşhur “Sevastopol
hekayələri”ni yazarkən admiral İ.Aslanbəyovun xatirələrindən bəhrələnmişdir.
əmistan Nəzirli)

 Sizcə, bunları bədii təyin adlandırmaq olarmı? Yoldaşlarınızla fikir mübadiləsi
aparın.
13.  Bədii təyinlərlə qrammatik təyinləri fərqləndirin. Oxşar və fərqli xüsusiyyətlərini
deyin.
 
bədii təyin
təyin
Başına döndüyüm gülüzlü sona, 
Ömrümün ilk çağı yadıma düşdü. (S. Vurğun)
Bilik öyrənməyi ar bilən hər kəs 
Dünyada mərifət qazana bilməz. (N. Gəncəvi)
Böyük ixtiraçı dünyadan heç nə ummur, əksinə, öz 
kəşfləri ilə onu irəli aparır. (P.Hill)
Ən iti qılıncı cəsur əsgərə verirlər. (Çin atalar sözü)
Qızıl payız nəğmə deyir 
Qızıl qəlbli insanlara! (N.Xəzri)
Şəhərə sarı şütüyən maşınların işıqları yuxarıdan 
baxanda yanıb-sönən ulduzları xatırladırdı.
14.  “Səadət günəşi birlikdən doğar” adlı nəqli xarakterli inşa yazın. “El bir olsa, zərbi-
kərən sındırar” atalar sözündən sitat kimi istifadə edin.


QARANQUŞLARIN ÖMRÜ 6 AYDIR.
Qaranquş ikinci mərtəbədə yaşayan və pəncərəsi küçəyə baxan bir adamla dost
olmaq istəyirdi. Bir gün bütün cəsarətini toplayıb onun pəncərəsinin qarşısına
qondu. Dərin bir nəfəs aldıqdan sonra pəncərənin şüşəsini döyməyə başladı: tık...
tık... tık...
Adam bərk məşğul idi. Səsi eşidib pəncərəyə yaxınlaşdı. Qaranquşu gördü.
Qaranquş həyəcanla: “Ey insan, mən səninlə dost olmaq istəyirəm. Nə olar, məni
içəri burax, bir yerdə yaşayaq”, - dedi. Adam isə tərs-tərs: “Sən haradan çıxdın, bircə
sən çatmırdın. Heç quşdan da insana dost olar?” - deyə cavab verdi. Qaranquş
məyus oldu. Ancaq ruhdan düşmədi. Bəxtini sınamaq üçün yenə pəncərəyə qondu:
“Ey insan, pəncərəni aç, məni içəri burax. Sənə sirdaş olaram. Səni darıxmağa
qoymaram”. Adam isə çox inadkar idi: “Boş yerə özünü yorma. Səni içəri buraxa
bilmərəm”. Balaca qaranquş fikrindən dönmək istəmirdi: “Bir bax, havalar
soyumağa başlayır, burada üşüyürəm. Məni içəri burax, yoxsa isti yerlərə uçmalı
olacağam.
Çünki mən ancaq isti ölkələrdə yaşayıram. Peşman olmazsan. Görürəm, sən də
təksən, mənimlə tənhalığını unudarsan...”
Bəzən insanlar həqiqəti eşitməyi sevmirlər. Odur ki qaranquşun son sözü adamı
özündən çıxardı, hirslə: “Mən tənhalığımdan razıyam”, - deyərək quşu qovdu.
Qaranquş adamın inadkarlığından əl çəkmək istəmədiyini görüb uçub getdi...
Nəhayət, yaz gəldi. Qaranquşlar köhnə yuvalarına qayıtdılar. Ancaq onun axtardığı
quş hələ də gözə dəymirdi. Yaz qurtarana qədər pəncərəsini açıq qoydu. Ancaq nə
fayda?
Aradan xeyli vaxt keçmişdi. Bir gün qaranquş adamın yadına düşdü. Düşündü...
düşündü... Nəhayət, öz-özünə: “Ey ağılsız insan, gör sən nə qədər düşüncəsizsən.
Belə gözəl fürsəti əldən buraxdın. Niyə onun təklifini qəbul etmədin? İndi oturub
düşünməkdənsə, onunla yaxşı vaxt keçirərdin”, - dedi. Adam peşman olmuşdu,
ancaq iş-işdən keçmişdi. Sonra öz-özünə təskinlik verməyə başladı: “Havalar qızanda
mənim qaranquşum da uçub gələr. Mən də onu içəri buraxaram, bir yerdə xoşbəxt
yaşayarıq”. Oturub havaların qızmağını gözləməyə başladı.
Necə bilirsiniz quşla insanın dostluğu tutarmı?


Qaranquş hələ də yox idi. Axırda dözmədi və dərdini dünyagörmüş bir qocaya açdı.
Qoca onu dinlədi, sonra da bir kəlmə ilə: “Qaranquşların ömrü 6 aydır”, - dedi...
“Füyuzat” jurnalından
Həyatda elə fürsətlər var ki, ancaq bir dəfə ələ düşür və qədrini bilməyəndə “uçub
gedir”. Həyatda elə insanlar var ki, ancaq bircə dəfə qarşımıza çıxır, qiymətini və
dəyərini bilməyəndə çıxıb gedir. 
Diqqətli olun və bir də düşünün, bu günə qədər pəncərənizdən neçə qaranquş
qovdunuz?
1.  Çərçivədə verilmiş hissə mətnin əsas ideyası ola bilərmi? Fikirlərinizi
əsaslandırın.
2.  Mətndə hansı abzas yerində deyil? Onu yerinə qoyub məntiqi ardıcıllığı bərpa
edin.
3.  Həyatınızda belə hadisələr olubmu? Kimisə haqsız yerə incitmisinizmi?
4.  Hansı atalar sözü mətnin ideyasına daha çox uyğun gəlir?
Ehtiyat igidin yaraşığıdır.
Sonrakı peşmançılıq fayda verməz.
Nə tökərsən aşına, o da çıxar qaşığına.
5.  C.Novruzun “Sağlığında qiymət verin insanlara” şeirini tapıb oxuyun. Şeirin
ideyasını mətnin ideyası ilə əlaqələndirin.
6.  Mətndən frazeoloji birləşmələri seçin və onların qarşılığını tapmağa çalışın.
7.  Məyus və kədər sözləri sinonim hesab edilirmi? Fikirlərinizi əsaslandırın.
8.  Tək sözünün omonimliyini əsaslandırın.
9.  Altından xətt çəkilmiş cümlələrdə təyinin hansı cümlə üzvünü izah etdiyini
müəyyənləşdirin.
10.  Mətndə çərçivəyə alınmış cümlələrdə təyinin hansı sözlərə aid olduğunu və
həmin sözlərin nə bildirdiyini müəyyənləşdirin.
Sizcə, qoca bununla nə
demək istədi?


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə