Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə3/41
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4433
1   2   3   4   5   6   7   8   9   ...   41

   
11
əsasən hərbi-sənaye kompleksində  və dövlət təşkilatlarında 
istifadə olunurdu. Bu kompüterlər böyük həcmə  və kütləyə 
malik idi. Elektron lampalar böyuk həcmli elektrik enerjisi sərf 
edirdi və tez qızırdı. Buna görə də əlavə soyutma sistemindən 
istifadə olunurdu. Məsələn,  ENIAC kompüterində 178468 
elektron lampa, 7200 kristallik diod, 4100 maqnit elementləri 
istifadə olunmuşdur və o, 30 ton ağırlığında olub, 200 kvadrat 
metr sahəni tuturdu, 150 Kvt elektrik enerjisi sərf edirdi
1
.  
Birinci nəsil kompüterlər yalnız saniyədə 10-20 min 
əməliyyat yerinə yetirə bilirdi. Belə ki, adicə loqarifmik və 
triqonometrik funksiyaların hesablanması üçün bir dəqiqədən 
artıq vaxt tələb olunurdu. Əməliyyatlar yalnız ardıcıl – bir 
əməliyyat qurtardıqdan sonra digər əməliyyat yerinə yetirilirdi. 
Elektron lampaların istismar müddəti qısa olduğundan 
kompüterlər texniki cəhətdən də etibarlı deyildi. Kompüterlərin 
operativ yaddaşı  zəif olub, 512-2048 bayt
2
 təşkil edirdi. 
Operativ yaddaş qurğusu olaraq ilk vaxtlar civə doldurulmuş 
kicik diametrli borulardan, sonra isə ferromaqnitlərdən istifadə 
olunmuşdur.  
Birinci nəsil kompüterlər üçün proqramlar konkret 
kompüter üçün unikal olan “maşın dilində” tərtib edilirdi. Bu 
proqramlar həddən artıq mürəkkəb olub, onları yazmaq üçün 
proqramlaşdırıcıdan kompüterin arxitekturasını  dəqiq bilməyi 
tələb edirdi. Proqramın daxil olunması  və yerinə yetirilməsi 
idarəetmə blokunun açarları vasitəsilə  həyata keçirilirdi. Bu 
proses mürəkkəb olduğundan və proqramda meydana çıxan 
səhvlərin aradan qaldırılması zərurəti proqramın daxil edilməsi 
və yerinə yetirilməsi prosesinin proqramlaşdırıcı  tərəfindən 
yerinə yetirilməsini tələb edirdi.  
Bu nöqsanlara baxmayaraq birinci nəsil kompüterlər o 
dövr üçün elmi-texniki tərəqqinin  ən böyük nailiyyəti hesab 
olunur və mürəkkəb,  əvvəllər həlli mümkünsüz hesab edilən 
                                                 
1
 ENIAC kompüteri 9 il – 1955-ci ilə qədər fəaliyyət göstərmişdir. 
2
 Bayt informasiyanın ölçü vahididir. 


 
12
elmi, mühəndis məsələləri həll etdi. Bunun nəticəsində bir sıra 
elm və  sənaye sahələrində fundamental nəticələr  əldə olundu. 
Xüsusilə, atom fizikası və energetikası, riyaziyyat, astronomiya 
və hərbi-sənaye kompleksi sürətlə inkişaf etməyə başladı.   
Qərb dünyası ilə müqayisədə kecmiş SSRİ-də, o 
cümlədən Azərbaycanda kompüterlər bir qədər gec, keçən əsrin 
50-ci illərinin  əvvəllərindən başlayaraq istifadə edilmişdir.  
Sovet sənayesi  MESM
1
, BESM, Strela, M-1, M-2, M-3, 
Minsk-1, M-20, Ural-1, Razdan və s. birinci nəsil kompüterlər 
istehsal etmişdir.
 
II nəsil kompüterlərin istehsalı.  Bu mərhələ  1955-
1967 –ci illəri  əhatə edir. İkinci nəsil kompüterlər element 
bazası  əsasən yarımkeçiricilərdən ibarət kompüterlərdir. Bu 
kompüterlərdə elektron lampaları Bell Laboratories (ABŞ) 
firmasında Nobel mükafatı laureatları Uilyam Şokli, Uolter 
Bratteyn və Con Bardin tərəfindən yaradılmış tranzistorlar əvəz 
etdi.Tranzistorlar kiçik ölçüyə malik olub, daha davamlı, 
elektrik enerjisinə az tələbkar idi və təqribən 40 ədəd elektron 
lampanı  əvəz edə bilirdi. Bunun nəticəsində kompüterlərin  
həcmi və kütləsi dəfələrlə kiçildi, elektrik enerjisinə  tələbat 
azaldı, maya və istismar dəyəri ucuzlaşdı. Eyni zamanda 
məhsuldarlığı, funksional imkanları, etibarlığı on dəfələrlə 
yüksəldi. Məsələn, Mark-1 adlı birinci nəsil kompüter 
m
17
5
,
2
×
 ölçüyə malik olub, maya dəyəri 500 min dollar idisə, 
PDP-1 ikinci nəsil kompüteri artıq məişət soyuducusu 
həcmində  olub 20 min dollara satılırdı.  
İkinci nəsil kompüterlərdə displeylərdən istifadə 
edilməyə başlandı. Bu informasiyanın etibarlı qorunmasını 
təmin etməklə,  informasiyanın daxil və xaric olunmasını xeyli 
                                                 
1
 MESM  (Малая  Электронная  Счетная  Машина) 1950-ci ildə S.A. 
Lebedevin rəhbərliyi altında Ukrayna Elmlər Akademiyasının 
Elektrotexnika  İnstitutunda hazırlanmışdır və SSRİ-də yaradılan ilk 
komputer hesab edilir. 


   
13
asanlaşdırdı. Operativ yaddaşın həcmi artaraq minimum 32 
kbayt
1
 oldu.  
İkinci nəsil kompüterlər üçün xüsusi
 
sistem proqram 
təminatı, o cümlədən informasiyanın paket emalı sistemləri, 
sonralar 
əməliyyat sistemləri yaradıldı. Kompüterin 
arxitekturasından asılı olmayan yüksək səviyyəli alqoritmik 
dillərin
2
 (Fact, MathMatic, Algol, Fortran, Kobol və s.) 
yaranması  və onlar üçün müvafiq kompilyatorun
3
 və standart 
altproqramlar kitabxanasının yaradılması ilə proqramlaşdırılma 
olduqca asanlaşdı  və  həll olunan məsələlərin  əhatə dairəsi 
genişləndi.   
 Kompüterlərin ucuzlaşması  və   proqram təminatının 
inkişafı onların tətbiq sahəsini xeyli genişləndirdi. Kompüterlər 
artıq elmi-texniki hesablamalar aparmaqla yanaşı maliyyə-
iqtisadi, istehsal-texnoloji proseslərin avtomatlaşdırılması üçün 
tətbiq edilməyə başlandı. Artıq onlar daha çox biznes
 
müəssisələrində, təhsil və layihələndirmə  mərkəzlərində geniş 
istifadə olundu. Azad kompüter bazarı formalaşdı, kompüter 
istehsalı sürətlə artdı. Bir sıra böyük firmalar, məsələn,  IBM, 
CDC, DEC və s. kompüter istehsalına başladı. 
Keçmiş SSRİ-də BESM-3,4, Ural-11,14,16, Minsk-22, 
M-222, Mir, Nairi ikinci nəsil kompüterlər istehsal olunmuş və 
istifadə edilmişdir. Onların məhsuldarlığı saniyədə 50-100 min 
əməliyyat olmuşdu.  
 
III nəsil kompüterlərin istehsalı
. Bu mərhələ 4-1975-
ci illəri  əhatə edir. Üçüncü nəsil kompüterlərin  element 
bazalarını inteqral sxemlər və ya mikrosxemlər təşkil edir
4
. İlk 
mikrosxemlər 1958-ci ildə Cek Kilbi və Robert Noys 
tərəfindən yaradılmışdır. Mikrosxemlər təqribən 10 мм

ölçüyə 
malik olub, on min tranzistoru əvəz etməyə qadirdir. Bu isə 
                                                 
1
 Kbayt informasiyanın ölçü vahididir və 1024 bayta bərabərdir. 
2
 Bax: Alqoritmik dillər. 
3
 Bax: Proqram təminatı. 
4
 Bir sıra ingilis dilli ədəbiyyatlarda mikrosxem əvəzinə Chip işlədilir. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə