18
metallik parıltının əmələ gəlməsini təmin edir. Qiymətli metalların pardaxlanmasında pasta
şəkilli abrazivlərdən istifadə olunur. Bu abrazivlər parafindən, stearindən, texniki piydən, olein
turşusundan və s. ibarətdir. Abrazivlərin növləri:
T
əbii abrazivlərə – krokus, təbaşir, ven əhəngi, talk, diatomit və trepel.
Krokus təbii
üyüdülmüş dəmir oksidinə bənzəyir. Təbaşir incə üyüdülmüş şəkildə olur, nəinki qiymətli
metalların pardaxlanmasında
istifadə olunur, həmçinin mis və onun ərintilərinin
pardaxlanmasında istifadə olunur. Ven əhəngi qızdırılmış dolomitdən hazırlanır və kalsium və
maqniumun oksidl
ərinin qarışığına bənzəyir. Talk çox yumuşaq
abrazivdir və qalvanik
örtüklərin pardaxlanmasında istifadə edilir. Diatomit və trepel xırda dənəvər müxtəlif mövlü
silisium anhidridi, kristallik kvars v
ə s. qarışığına bənzəyir.
Süni abrazivlər – dəmir oksidi (krokus) metallik dəmirin oksidləşməsindən və ya qızdırılmış
d
əmir hidroksidindən hazırlayırlar. Xrom oksidi tünd yaşıl narın tozdur. İkioksidli qalay ağımtıl
boz r
əngli xırda dənəvər toz şəklində olur və yüksək olamayan sərtliyə malikdir. Bu da
z
ərgərlik məmulatının tamamlanmasında istifadə edilir. Süni pardaxlama materialları kimi
h
əmçinin sirkonium, sink, maqnium, alüminiumun oksidlərindən də istifadə edilir.
Dostları ilə paylaş: