Aynurə paşayeva


Məni nə vədə Şuşaya yetirərsən?



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix11.07.2018
ölçüsü1,03 Mb.
#54796
1   ...   22   23   24   25   26   27   28   29   30

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
129 
mövzularında,  bədii  qəhrəmanlarında,  hətta  üslubla-
rında belə böyük yaxınlıq yaratmışdı.  
Ə.  Haqverdiyev  xalqının  qədim  mədəniyyətini, 
tarixini,  ədəbiyyatını  çox  gözəl  bilən,  xalqını  sonsuz 
məhəbbətlə  sevən  və  bütün  qabiliyyətini,  istedadını 
tükənməz bir qüvvə ilə milli tərəqqi və intibah yolun-
da əsirgəməyən sənətkar idi. O, bir sənətkar kimi həm 
də XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbayca-
nın  gərgin  ictimai-siyasi  həyatında  istiqamətverən 
şəxsiyyətlərdən biri olmuşdur.  
Ə.  Haqverdiyev  həyatda  müşahidə  etdiyi  mənfi 
tipləri  «cəhənnəm»  adlanan  məkanda  cəmləşdirərək 
təsvir  etmişdir.  Bu  mənfi  tipləri  tənqid  etmək  isə 
əsərin əsas ideyasını təşkil edir. Cəhənnəm barədə da-
nışan zaman yazıçının islam dininə necə yaxından bə-
ləd  olması  üzə  çıxır.  Ancaq  çox  təəssüflər  olsun  ki, 
Sovet  dövründə  aparılan  tədqiqatlarda  Ə.  Haqverdi-
yevin bu cəhəti tam aydın şəkildə diqqətə çatdırılmır, 
hətta təhrif də olunurdu. ««Xortdanın cəhənnəm mək-
tubları»  povestində  ideya,  mövzu,  kompozisiya»  adlı 
fəsildə  yazıçının  şəxsi  arxivindən  əldə  olunan  məlu-
matlar əsasında onun həm islam dinini, həm də mifo-
logiya  və  folklor  sahəsində  mükəmməl  biliyi  əyani 
şəkildə sübuta yetirilir. Tədqiqatda əsərin bəzi motiv-


Aynurə  Paşayeva 
 
 
130 
ləri A. Dantenin  «İlahi komediya», Ə. Nesinin  «Tax-
talıköydən  məktublar»,  İ.  Muğannanın  «Cəhənnəm» 
romanı və Ə. Haqverdiyevin digər əsərləri ilə də mü-
qayisə olunmuşdur.  
Ə. Haqverdiyev yaradıcılığının ən səciyyəvi xüsu-
siyyəti  həqiqətpərəstlik  idi.  Onun  üçün  bədii  yaradı-
cılıq xalqı ilə dərdləşmək, onu böyük tərəqqiyə, təka-
mülə yetirmək vasitəsidir. Ədibin nəsr yaradıcılığında 
məhəbbət mövzusu geniş yer tutmasa da, bütün möv-
zuları  xalqın  həyatından,  məişətindən  qaynaqlanırdı. 
Həyat həqiqətlərini olduğu kimi əks etdirən bu böyük 
sənətkarın  mövzuları  cəmiyyətdəki  zəhmətkeş  insan-
ların  faciəli  taleyindən,  yaşamağın  ləzzətini  nataşa-
ların  dizləri  üstündə  xumarlanmaqda  görən  məşədi-
lərin  əyyaşlığından,  dövlət  məmurlarının  özbaşınalı-
ğından,  Azərbaycan  qadınlarının  haqsızlıqlara  məruz 
qalmış  taleyindən  və  ən  nəhayət,  fırıldaqçı,  dələduz 
din  xadimlərindən  bəhs  edirdi.  «Xortdanın  cəhənnəm 
məktubları»  povesti  Ə.  Haqverdiyevin  bir  nasir  kimi 
kamil bədii xarakterlər yaratmaq məharətini də nüma-
yiş etdirir. 
Povestin  dil  və  üslub  xüsusiyyətlərindən  danışan 
zaman  yazıçı təhkiyəsinin zənginliyi, xalq dilinin də-
rin  köklərinə  bağlılığı,  bədii  təsvir  və  ifadə  vasitələ-


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
131 
rindən,  milli folklorumuzdan  məharətlə  istifadə baca-
rığı özünü göstərir.  
«Xortdanın  cəhənnəm  məktubları»  povesti            
Ə. Haqverdiyevin ən iri həcmli nəsr əsəridir. Təbii ki, 
ədibin  nasirlik  məharəti  də  burada  daha  geniş,  daha 
müfəssəl  nəzərə  çarpmaqdadır.  Əsər  həmçinin  Haq-
verdiyevin  tənqidi  gülüşünün  zənginliyi,  rəngarəngli-
yi, kəskin satirası, mərhəmətli yumoru, müxtəlif into-
nasiyalı kinayələr ilə də diqqəti cəlb edir.  
Bir sözlə, Ə. Haqverdiyev böyük istedadla  yarat-
dığı əsərləri ilə ədəbiyyat tariximizdə həmişəyaşar bir 
yazıçı kimi qalacaqdır. 
 
 


Aynurə  Paşayeva 
 
 
132 
 
İSTİFADƏ  EDİLMİŞ  ƏDƏBİYYAT 
 
1.
 
Abdulla  B.  Kitabi-Dədə  Qorqudda  rəng  sim-
volikası, Bakı, Çaşıoğlu, 2004, 127 s. 
2.
 
Abdulla  B.  Folklorda  say  simvolikası,  Bakı, 
Elm, 2006, 
147 s.
 
3.
 
Ağayev  İ.  Molla  Nəsrəddin  poetikası.  Bakı: 
Elm, 1985, 168 s. 
4.
 
Axundov  A.  Azərbaycan  dilinin  izahlı  lüğəti. 
Bakı: Elm, 2005, 451 s. 
5.
 
Aligyeri D. İlahi komediya. Bakı: Öndər, 2004, 
592 s. 
6.
 
Aristotel. Poetika. Bakı: Şərq-Qərb, 2006,  
120 s. 
7.
 
Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə, II c., 
Bakı: Şərq-Qərb, 2006, 792 s. 
8.
 
Azərbaycan  ədəbi  dil  tarixi.  Bakı:  Elm,  1991, 
282 s. 
9.
 
Azərbaycan xalq cümhuriyyəti ensiklopediyası. 
2 cilddə, I c., Bakı: Lider, 2004, 439 s. 
10.
 
Babayev  B.  Azərbaycan  realist  nəsrində  sa-
tira. Bakı: Elm, 2008, 324 s. 
11.
 
Behbudov  Ə.  Ə. Haqverdiyevin din və möv-
humat,  cəhalətə  qarşı    mübarizəsi  //  Azərbaycan  dili 
və  ədəbiyyatı  tədrisi  metodik  məqalələr  məcmuəsi, 
1970, № 4, s. 81-91. 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
133 
12.
 
Bəkirqızı  (İsayeva)  P.  Ə.  Haqverdiyevin 
«Xortdanın  cəhənnəm  məktubları»  əsərinin  mifopo-
etik strukturundan o biri dünyaya səyahət motivi  
// AMEA məruzələr, 2009, № 5, s. 176-181. 
13.
 
Bəydili C. Türk mifoloji sözlüyü, Bakı:  Elm, 
2003, 418 s. 
14.
 
Bualo.  Poeziya  sənəti.  Bakı:  Şərq-Qərb, 
2006, 112 s. 
15.
 
Cavid  H.  Seçilmiş  əsərləri.  5  cilddə,  III  c., 
Bakı: Lider, 2005, 304 s. 
16.
 
Cəfərov  S.  Müasir  Azərbaycan  dili.  Bakı: 
Şərq-Qərb, 2007, 191 s. 
17.
 
Əfəndiyev H. Azərbaycan bədii nəsrinin tari-
xindən. Bakı: Azərnəşr, 1963, 236 s. 
18.
 
Əfəndiyev  P.  Azərbaycan  şifahi  xalq  ədə-
biyyatı. Bakı: Maarif, 1982, 478 s. 
19.
 
 Əlimirzəyev X. Ədəbiyyatşünaslığın elmi-nə-
zəri əsasları. Bakı: Nurlan, 2008, 431 s. 
20.
 
Əlimirzəyev X. Klassiklərimizin ideal və po-
etik sənəd dünyası. Bakı: Elm və təhsil, 2009, 668 s. 
21.
 
Əlişanoğlu T. Əsrdən doğan nəsr. Bakı: Elm, 
1999, 117 s. 
22.
 
Əlişanoğlu  T.  XX  əsr  Azərbaycan  nəsrinin 
poetikası. Bakı: Elm, 2006, 312 s. 
23.
 
Hacıyev M. Hər şeyi bəyan edən kitab. Bakı: 
2000, 87 s. 
24.
 
Haqverdiyev  Ə.  Xortdanın  cəhənnəm  mək-
tubları. Bakı: Azərnəşr, 1930, 24 s. 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə