Aynurə paşayeva



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix11.07.2018
ölçüsü1,03 Mb.
#54796
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

Aynurə  Paşayeva 
 
 
44 
bu  dünya  və  o  dünya.  Bu  dünya  Tiflisə  qədər  olan 
mərhələdir.  O  dünya  Tiflisdə  olarkən  Xortdanın  dər-
manı  içib  cəhənnəmə  düşməyindən  başlayır.  Burada 
müəllifin  öz  dilindən  deyilən  sözlər  əsər  haqqında 
ümumi məlumat verir. Cəhənnəm sözünü «mənfi tip-
lər  cəmiyyəti»  mənasında  verdiyini  qeyd  edir.  Daha 
sonra müqəddimədə verilmişdir ki, burada da Xortda-
nın  cəhənnəmə  getmək  fikri,  onun  Şuşaya-Təbrizli 
Mirzə  Qoşunəlinin  yanına  gəlməsi,  ondan  dərmanı 
alıb Tiflisdə içməsi verilmişdir. Cəhənnəm göstərilən 
hissə  böyük  kinayələrlə  mənfi  insanların  cəzalarına 
çatması  səhnəsidir.  Müəllifin  1930-cu  ildə  povestə 
əlavə  etdiyi  «Odabaşının  hekayəsi»  hissəsi  mövzuca, 
ideyaca özündən əvvəlki tənqidi mətləbləri uğurla ta-
mamlayır. Povestin kompozisiyasını ona görə mürək-
kəb adlandırırıq ki, burada çoxlu hadisələr və surətlər 
var. Ağdamda məşədilərin, hacıların xarakteri haqqın-
da hekayələr, cəhənnəmdə ədibin verdiyi andlarla əla-
qədar  əhvalatlar  və  s.  əsas  süjeti  tamamlayır.  Bu  da 
süjetin  dinamikasını  daha  qüvvətləndirmiş,  bədii  for-
manı daha orijinal etmişdir. 
«Xortdanın cəhənnəm məktubları» əsəri zənginli-
yi  və  mürəkkəbliyi  etibarilə  Haqverdiyev  nəsrində 
müstəsna yer tutur. Ədibin əsas müxtəlif tənqidi mət-


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
45 
ləblər  haqqındakı  söhbətlər  əsas  süjet  xəttini  daha  da 
zənginləşdirir.  Onun  əsas  tənqid  hədəflərindən  olan 
vətən xainləri cəhənnəmin Veyl quyusunda göstərilir. 
Fırıldaqçı din xadimləri isə camaata təlqin etmək istə-
dikləri qıl körpüsündən yıxılmış vəziyyətdə göstərilir. 
Onlar  bütün  bunların  səbəblərini  isə  İblisdə  görürlər. 
Ədib  həmin  insanların  bəd  əməllərini  öz  dilləri  ilə 
etiraf etdirir. Ancaq İblis onları bu cür cavablandırır:  
«  –  İndi  hər  bir  dünyada  törənən  bəd  əməli  mən 
bədbəxtdən  görürsünüz.  Doğrudur,  məndən  yaxşı 
əməl baş verməz, amma yenə sizi inandırıram ki, dün-
yada baş verən bəd əməllərin çoxundan nə mənim xə-
bərim var, nə də mənim övladımın. Gedin öz içinizdə 
axtarın,  görün  nə  qədər  şeytanlar  taparsınız  ki,  mən 
onların əllərinə su tökməyə  yaramaram» (31, s. 70). 
Haqverdiyev  cəhənnəmlinin  içdiyi  sudan  danışan 
zaman  yazır:  «Bu  binəva  su  istəyən  tək  bir  məlaikə 
əlində  bir  qab  ərimiş  qurğuşun  gətirib  ona  içirtdi.  O 
saat qarnı və bağırsaqları alışıb, qarnının ətrafından su 
axmağa başladı (31, s. 62). İslamın müqəddəs kitabın-
da  cəhənnəm  suyu  haqqında  danışılan  zaman  deyilir: 
«Onlar orada nə bir sərinlik, nə də içməyə bir şey ta-
pacaqlar.  Qaynar  sudan  və  irindən  başqa»  (Ən-Nəbə 
surəsi, 24-25-ci ayələr); «Hələ qarşıda Cəhənnəm var-


Aynurə  Paşayeva 
 
 
46 
dır. İrinli-qanlı sudan içirdiləcəkdir. O, irinli-qanlı su-
yu qurtum-qurtum içər, onu zorla udar. Ona hər tərəf-
dən ölüm gələr lakin ölməz» (İbrahim surəsi, 16-17-ci 
ayələr);  «Onlar  imdad  istədikdə  onlara  qətran  (yaxud 
yaradan  axan  irin  qan)  kimi  üzlərini  büryan  edən  bir 
su  ilə  kömək  ediləcəkdir.  O,  nə  pis  içki,  o  (Cəhən-
nəm) necə də pis məskəndir!» (Əl-Kəhf surəsi, 29-cu 
ayə); O su ilə qarınlarında olanlar (bağırsaqları, ciyər-
ləri)  və  dəriləri  əridiləcəkdir.  Hələ  onlar  üçün  (başla-
rına  vurulacaq)  dəmir  toppuzlar  da  vardır»  (Əl-Həcc 
surəsi, 19-21-ci ayələr). 
Haqverdiyev  cəhənnəmdəki  zəqqum  ağacından 
danışanda yazır:  
«  –  A  kişi,  hər  kəsin  ürəyi  yananda  bu  leymədən 
içirdirlər  və  acanda  zəqqum  ağacının  meyvəsindən 
verirlər, yeyir. 
 Zəqqum  ağacı  cəhənnəmin  VII  təbəqəsindədir. 
Onun  kökü  70  minillik  yolu  uzunluğundadır.  Kötü-
yünün uzunluğu, həmçinin 70 min il yolçaqdır. Onun 
70  min  şaxəsi  var.  Hər  şaxəsində  70  min  cür  meyvə 
var ki, hamısı acı, bədbuy və şeytan başına oxşayır...» 
(31, s. 64). 
Qurani-Kərimdə  zəqqum  ağacı  haqqında  yazılır: 
«(Ey  insanlar!)  Qonaq  olmağa  bu  Cənnət  yaxşıdır, 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
47 
yoxsa  zəqqum  ağacı?  Biz  onu  zalimlər  üçün  bir  bəla 
etdik. O, elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən 
çıxar.  Onun  meyvəsi  şeytanların  başı  kimidir.  Onlar 
ondan  yeyəcək  və  qarınlarını  onunla  dolduracaqlar. 
Sonra onlar üçün (içməyə) qaynar su ilə qatışmış irin 
vardır.  Daha  sonra  onların  qayıdacaqları  yer  mütləq 
yenə  Cəhənnəmdir!»  (Əs-Saffət  surəsi,  62-68-ci  ayə-
lər). 
Zəqqum  ağacının  meyvəsi  o  qədər  acıdır  ki,  hətta 
ondan  bir damcı  bu dünyaya düşsəydi,  o damcı dün-
yadakı  canlıların  yaşayışını  təmin  edən  hər  bir  şeyi 
məhv edər. 
Buradakı İblis H. Cavidin «İblis» faciəsindəki İb-
lisin  monoloqlarını  xatırladır.  Orada  İblis  özünün 
xarakterini  çox  müfəssəl  şəkildə,  bir  növ  etiraf  for-
masında açıqlamışdı. 
«İblis nədir? 

 
Cümlə xəyanətə bais... 
Ya hər kəsə xain olan insan nədir? 

 
İblis!» (15, s. 104). 
Cəhənnəmin  təsvirinin  sonunda,  əslində  ədib  bü-
tün  çar  ikinci  Nikolayın  özünün  cəhənnəmə  günah-
ların səbəbi olan varid olduğunu göstərir. 


Aynurə  Paşayeva 
 
 
48 
«Xortdanın cəhənnəm məktubları» povestində sa-
tirik  pafos  aparıcıdır.  Bununla  belə  məzmunla  əla-
qədar olaraq lirika Fərmanla Gövhərtac məhəbbətində 
də  görmək  olar.  Onlar  bir-birini  sevsə  də,  ancaq  za-
manın  yaratdığı  qanunları  qarşısında  aciz  qalırlar. 
Əsərdə Fərmanla Gövhərtacın böyük, müqəddəs eşqi, 
qovuşmaq  həsrətləri,  çırpıntıları  Hacı  Mirzə  Əhməd 
ağa  kimi  «mötəbər»  müctəhidlərin  ağalıq  etdiyi  mü-
hitin  zorakılığı  nəticəsində  faciənə  məhvi  çox  təsirli 
lirik səhnələrdə göstərilmişdir. «Odabaşının hekayəsi» 
povestində  lirika  çox  güclüdür.  «Odabaşının  hekayə-
si», bütünlüklə, Fərmanla Gövhərtacın nakam məhəb-
bətinə həsr olunmuşdur. 
«Odabaşının  hekayəsi»ndə  məhəbbət  lirikası  ilə 
ictimai  satira  qüvvətli  və  qəribə  bir  vəhdətdə,  uyuş-
mada  verilmişdir.  Daha  doğrusu,  lirik  məzmun  əsas 
ideyanın, satirik mətləblərin ifadəsi üçün çox əlverişli 
və təsirli bir vasitəyə çevrilmişdir. 
Xortdanın cəhənnəmdən qayıtması, yəni onun yu-
xudan  ayılması  əsərdə  epiloq  xarakteri  daşıyır.  O, 
ayıldıqdan sonra görür ki, dörd ildən çox vaxt keçmiş, 
artıq zəhmətkeşlər hakimiyyəti ələ almışlar. 
Ədib bəzən satirik mətləblərini daha müfəssəl ifa-
də etmək üçün ricətlərdən istifadə edir. 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə