Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə30/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   26   27   28   29   30   31   32   33   ...   138

90 

mıĢdır. Bəhram Gurun Nemana verdiyi hədiyyələr içərisində bu 

cür zirehlər də var idi. 

Qılınc – Hindustani, geyim – Davudi (YG-124). 



Dehistan  (top.)  –  Cərcan  ilə  Xarəzm  arasında  bir  Ģəhər  ol-

muĢdur; indi ona Astrabad da deyilir. 

Reydən Cənd, Dehistan, Xarəzmə qədər 

Yoxdur sel izindən baĢqa bir əsər (Ġ-44). 



Dehqan (an.) – ZərdüĢt dininin ruhanisi, muğ mənasındadır. 

Diniylə atəĢə çöküncə dehqan 

Həm atəĢ söndü, həm ona inanan (Ġ-171). 

“Dehqan” iki sözdən – deh(kənd) və xan sözlərindən ibarət olub, 

“kənd  xanı”  deməkdir.  Lakin  “dehqan”  lüğətlərdə  fars  sözü  kimi 

izah  olunur:  1)  əkinci,  kəndli;  2)  orta  əsrlərdə:  kənd,  bağ  və 

əkinəcək sahibi, mülkədar; 3) bağban kimi mənaları olduğu göstə-

rilir. XIX əsrdə isə “dehqan” sadəcə olaraq “əkinci” (S.Ə.ġirvaninin 

“Xan və dehqan” əsərində olduğu kimi) mənasını ifadə etmiĢdir. 

“Dehqan” sözündə əmələ gələn bu məna dəyiĢikliyi, bizə elə 

gəlir  ki,  atəĢpərəstlik  dininin  islam  dini  ilə  əvəz  olunmasıyla 

bağlıdır. AtəĢpərəstlik ruhanilərinin çoxlu torpaq sahələri olduğu 

üçün  onlar  “dehqan”  (kənd  xanı),  sonralar  isə  mülkədar  adlan-

mıĢlar. 


Nizaminin təsvirlərində bəzən “dehqan” Ģairin müraciət etdi-

yi tarixi mənbələrin müəllifi kimi göstərilir. 

Ən qoca bir dehqan vermiĢdir xəbər; 

Tiflisi ilk abad etmiĢ Ġskəndər (Ġ-202). 

Sözə yağ, bal qatan o dehqan yenə 

Belə yağ, bal qatır iĢin məğzinə (Ġ-259). 

Göründüyü  kimi,  Ģairin  istifadə  etdiyi  tarixi  mənbələr  Zər-

düĢt  dininə  aid  olmuĢdur.  Bu  mənbələr  isə  sonralar  xristianlar 

tərəfindən  kilsə  salnamələri  Ģəklində  davam  etdirilən  atəĢgah 

salnamələri olmuĢdur. AtəĢgah salnamələrini isə ancaq muğlar – 

dehqanlar yaza bilərdilər. 

Dey ayı (xron.) – ġəmsi (GünəĢ) təqviminin onuncu ayı, de-

kabrın 22 – dən yanvarın 22 – nə müvafiq gəlir. Bu ayda günlər 

çox qısa olur. 



91 

Dey ayında günlər gödəkdir, gödək, 

Bir gün çox qısaydı Tir gecəsitək (YG-341). 



Deyləm (top.) – Ġranın Ģimal-qərb tərəfində və Xəzər dənizi-

nin cənub-qərb sahilində bir əraziyə verilən addır. Bədii ədəbiy-

yatda  hərbculuqda  onları  misal  çəkmiĢlər.  Deyləmdə  ən  qədim 

türk qəbilələri yaĢamıĢlar. Cod saçlı qul mənasında da iĢlənilir. 

Bayraq qotazıtək əyib papağı 

Deyləmilər kəsdi tez solu, sağı (Xġ-285). 

ġair mərzənkuĢun saçaqlarını deyləmilərin hörüklərinə bənzədir. 

Siçan qulağı da saçını aldı, 

Hörüb deyləmlitək çiyninə saldı (YG-273). 

Siçan qulağı – mərzənkuĢ(mayoran) – nanə cinsindən ətirli, 

təbabətdə geniĢ surətdə iĢlənən, ağ balaca gülü və gülün nisbətən 

uzun saçaqları olan bir illik, ya çoxillik göy bitki. 

Dəbis (an.) – Ġskəndərin Mədaindən olan pəhləvanının adı. 

Dəbis Mədayindən,Vəlid Yəməndən... (Ġ-323). 

Dəccalın  təbili  (məc.  mif.  ktem.)  –  ġair  Ġskəndərin  ordu-

sunda çalınan təbilləri Dəccalın təbilinə bənzədir. 

Səsdən bütün Ģəhər cuĢə gələrək, 

Dəydi bir- birinə məhĢər günütək. 

AxıĢdı buraya həm pir, həm cavan, 

Dəccalın təbliydi sanki çalınan (Ġ-566). 

Dəccal  dinə  görə,  yalançı, ziyankar, taygöz bir  adam imiĢ.  Ġsa 

və  Məhəmməd  peyğəmbərin  düĢməni  olmuĢdur.  Güya  o  da  dün-

yanın axırında zühur edib, özünü Mehdi adlandıracaq, lakin Mehdi 

Sahib-əz-zaman  tərəfindən  öldürüləcəkdir.  “Dəccal”  xristianlarda 

“antixrist “ sözünə uyğun gəlir (10- 78).  



Dəclə (məc. top.) – Türkiyə və Ġranda çay. Fərat çayı ilə qo-

vuĢandan sonra ġəttülərəb adı ilə Ġran körfəzinə tökülür. “ Dəc-

lə“  sözü  qədim  fars  dilində  “ox”  deməkdir.  Bu  da  çayın  iti  və 

düz axması ilə əlaqədardır(19-76). 

ġair Qızıl Arslanın qılıncının rəngini Dəclə çayının rəngi ilə 

müqayisə etmiĢdir. 

Qılıncının rəngi bir nilufərdir

O, Nildən, Dəclədən təzədir, tərdir (Xġ-44). 




92 

Ġskəndər və Dara qoĢunlarının vuruĢduqları vaxt tökülən qan 

metaforik    Ģəkildə  Dəclə  çayına,  su  üzərindəki  qan  isə  qayığa 

bənzədilmiĢdir. 

O qan Dəcləsini günəĢ almıĢdı, 

Suya neylufərtək qayıq salmıĢdı (Ġ-152). 



Dəqyanus  (xat.  an.)  –  Roma  imperatoru  Hay  Messi  Tvint 

Troyan  (200-251).  Rəvayətə  görə,  o,  çox  zülmkar  bir  hökmdar 

olmuĢdur.  Hətta  belə  bir  dini  əfsanə  də  mövcuddur  ki,  onun 

zülmündən  altı  nəfər  vəzir  qaçaraq  yolda  rast  gəldikləri  bir 

çoban  və  onun  iti  ilə  birlikdə  bir  mağarada  daldalanmıĢlar. 

Büdpərəst hökmdarın dinini qəbul etməyib Bəncavüs adlı dağın 

mağarasında  onlar  guya  Allahın  əmri  ilə  üç  yüz  doqquz  il 

yuxuya  dalmıĢlar.  Bir  gün  bir  çoban  həmin  mağaraya  yaxın-

laĢmıĢ, lakin oraya yol tapa bilməmiĢ, Əshabi-kəhf, yəni mağara 

sakinləri onunla salamlaĢmamıĢ və belə güman etmiĢlər ki, onlar 

bircə  gün  yatıblarmıĢ.  Ölkənin  padĢahı  və  adamlar  onların  ta-

maĢasına  gələrək  görmüĢlər  ki,  libasları  cır-cındır,  özləri  vəhĢi 

halda  və  üstlərində  Dəqyanusun  möhürü  olan  pullar  vardır. 

Onlar  ciblərində  olan  pulları  xərcləmək  istəmiĢlər.  Lakin  əhali 

bu pulun heç bir qiyməti olmadığını demiĢlər. Onlar elə güman 

etmiĢlər  ki,  dinindən  boyun  qaçırdıqları  hökmdarla  görüĢürlər. 

Ona əhəmiyyət verməyib, yenidən yuxuya gedirlər. PadĢah əbə-

di  yuxuya  gedənləri  dəfn  etdirərək  həmin  mağaranın  üstündə 

məbəd tikdirir. 

Bədii ədəbiyyatda “Dəqyanus zamanı” ən qədim zaman mə-

nasında iĢlədilir. Zənnimizcə, “Dəqyanus” adı “dağ” və “Yunis” 

sözlərindən  düzəlmiĢdir.  Yerli  əhalinin  dediklərinə  görə  ,  Nax-

çıvanda da eyni adlı dağ vardır. 

Deyirəm ki, dövran dəyiĢəndə bəs 



Dəqyanus pulu bir arpaya dəyməz (Xġ-362). 

Dəllək (ap. an.) – “Harun ər-RəĢid ilə dəlləyin hekayəti”ndə 

obraz adı. 



Dəllək onun baĢını kəliməyə baĢladı, 

Kəlidiyi tük qədər ləliməyə baĢladı (SX-147). 

“Ġqbalnamə” əsərində də Dəllək obrazına təsadüf olunur. 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə