Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə11/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   7   8   9   10   11   12   13   14   ...   138

32 

Ģəxsiyyət olan Atropatın adı da yəqin elə həmin köklə, odla bağ-

lıdır.  Bugünki dilimizdə  ilkin mənalarını qoruyan Az-ər-bay-can 

tərkibləri də göstərir ki, bu söz Atropatandan çox-çox qədimdir... 

“Cəmi ət-Təvarix” əsərinin müəllifi RəĢidəddin XIV yüz ildə 

və Məhəmmədhüseyn ibn Xələfi Təbrizi isə XVII yüz ildə yanlıĢ 

ənənələri  qıraraq  Azərbaycan  sözünün  mənasını  sözün  özündə 

axtarmıĢlar.  Adını sonuncu  çəkdiyimiz  alim qeyd edirdi ki,  azər 

türkcə  uca,  baycan  isə  böyük,  əsl-nəcabətli  adamlar  mənasını 

verir.  Bu  sözün  Atar-od  yozumunda  od  baĢlanğıcına  üstünlük 

verilir  və  ata  sözü  də  bu  köklə  bağlıdır.  Azərbaycan  alimlərinin 

sonuncu  araĢdırmalarında haqlı olaraq bu sözün kökü öz doğma 

dilimizdə axtarılır. Biz sonuncuların tərəfindəyik... 

Azərbaycan  –  yəni  azər  xalqının  tanındığı  və  sitayiĢ  etdiyi 

yer!..  Azər  od  sözündən  yaranmayıb-öz  xalqının  adıdır!  Lakin 

onlar bu odlu torpağa tapınıblar, bu torpağın üstündə yaĢayıblar. 

Təsadüfi deyil ki, bədii ədəbiyyatımızda, klassiklərimizin əsərlə-

rində  Azər  baba  elin  atası,  kökü,  ağsaqqalı,  soyun  baĢlanğıcı 

hesab edilir, azərbaycanlılar da Azər babanın törəmələri sayılır. 

Bu  fikri  Azərbaycan  sözünün  geniĢ  yayılmıĢ  Azərstan  variantı 

da  təsdiq  edir.  Bu  yozum  sayı  təxminən  iyirmi  milyondan  çox 

bir  xalq  üçün  əziz  olan  sözün  4000-5000  il  irəlidəki  köklərinə 

aparıb çıxarda bilir! (“Azərbaycan”, №8, 1986.s.152-153). 

Aqillər məsləhət gördülər ona: 

Oradan tərpənsin Azərbaycana (Ġ-174). 

Burada isə söhbət Ġskəndərdən gedir. 

 “Azərbaycan”  sözünün  qədimliyini  hazırda  Amerikanın  Met-

ropoliten muzeyində saxlanılan “ġərqin ən qədim xəritəsi”indən də 

bilmək olur... Xəritədə tarixi çox qədimə gedib çıxan ġumer, Misir, 

Urartu,  Assuriya,  Suriya  kimi  ölkələrlə  yanaĢı,  Azərbaycanın  da 

adı, onun yeri qeyd olunub. Bu xəritə bir daha sübut edir ki, “Azər-

baycan” sözü heç də güman edildiyi kimi  yaxın dövrlərin “tapın-

tısı” deyil, əksinə çox-çox qədimlərdən mövcuddur” (Əjdər Fərzəli. 

“Azərbaycan” sözünün iĢığında”, “Elm və həyat”, №8,1986. s.20). 

Göründüyü  kimi  Azərbaycan  sözünün  etimologiyası  haq-

qında çoxlu müxtəlif fikirlər vardır. Görkəmli türk tarixçisi Rza 




33 

Nur bu sözü Xəzər tayfasının adı ilə bağlayır. Onun dediyi kimi, 

eramızdan əvvəl ölkəmizin ərazisində haqqında məlumat verilən 

ilk türk tayfası xəzərlərdir. Rza Nura görə, bu söz xəzər-xazər və 

həzər-hazər  Ģəkillərində  olub;  sonralar  ilk  samit  -x  və  ya  -h 

düĢmüĢ, azər forması alınmıĢdır... 

Son  məlumatlara  görə,  hal-hazırda  dünyada  50  milyondan 

çox  azərbaycanlı  mövcuddur.  Ġranda  36,  Azərbaycanda  9,  Tür-

kiyədə 3, Rusiyada 3, ABġ-da 1,5, Ġraqda 1,5 milyondan çox və 

baĢqa ölkələrdə azərbaycanlı yaĢayır. 



AzərgüĢəsb  (top.)  –  Ġranın  qədim  padĢahlarından  sayılan 

GüĢtasbın  tikdirdiyi  məĢhur  bir  atəĢkədədir.  Iskəndər  onu  da-

ğıdıb, içindəki xəzinələri və nəfis Ģeyləri ələ keçirmiĢdir. 

Qızıldan nal vurmuĢ möbidin atı, 

 

 “AzərgüĢəsb” idi o yerin adı (Ġ-258). 



Demək,  “AzərgüĢəsb”  adı  “Azər”  (GünəĢ  və  od  mələyinin 

adı) və “GüĢtasb” adının fonetik cəhətcə dəyiĢməsindən və mü-

rəkkəb söz halında birləĢməsindən yaranmıĢdır. 

Azər  Humayun  (mif.)  –  Mifoloji  obraz  adı.  Ġsfahan  Ģəhə-

rində məĢhur bir atəĢgədəni dağılmaqdan qoruyan mələk. 

O cadunun adı Azər Humayun

Sam nəslindən idi nəsəbi onun (Ġ-175). 

Azər – qədim Ġran atəĢpərəstlərinin etiqadınca, GünəĢ və od 

vəkili  olan  bir  mələkdir.  Oda  və  payızın  üçüncü  ayına  da  azər 

deyilir.  Humayun  isə  farsca  uğurlu,  səadətli,  mübarək;  padĢaha 

məxsus  deməkdir.  Azərbaycan  klassik  muğamlarından  birinin 

adı da “Hümayun” adlanır. 

“Azər Humayun” – “uğurlu, səadətli Azər” deməkdir. Bu ad 

həmin obrazı da düzgün xarakterizə edir. 

Azəryun  (an.) – “Yeddi gözəl” poemasında Xəvərnəq (bax) 

sarayında Ģəkli çəkilən gözəllərdən biri və obraz adı. O, Məğrib 

padĢahının qızıdır. 

Məğrib padĢahının Azəryun qızı, 

Nura qərq eyləyən günü, ulduzu (YG-75). 

Bizə elə gəlir ki, “Azəryun” adı “Azər Humayun” (bax) adı-

nın qısaldılmıĢ formasıdır. 



34 



Babil  (məc.  top)  –  Babil  (Vavilon)  qədim  Babilistanın  (bax) 

paytaxtı  idi.  Yüksək  mədəniyyəti  ilə  tarixdə  Ģöhrət  qazanmıĢ  Ba-

bilistanın  və  qiymətli  sənət  abidələri  bu  Ģəhərdə  mərkəzləĢmiĢdi. 

Ġndi  tamamilə  məhv  olmuĢ  bu  Ģəhər  haqqında  qədim  ġərq  ədə-

biyyatında, dini əfsanələrlə əlaqədar bir çox rəvayətlər mövcuddur. 

Gəncə-Harut sehrli Babil deyil, bəs nədir? 

Ürəyim ulduzlara nur saçan bir Zöhrədir (SX-52). 

Babilin  Harut  sehrli  olması  haqqında  bax:  Harut.  Burada 

Gəncə Harut sehrli Babilə bənzədilir. 

Babil  dağları  (məc.  top.)  –  ġirin  Pəriyə,  ġirinin  vətəni  isə 

Pərilər məskəni olan Babil dağlarına bənzədilir. 

Var burda bir afət, gözəl, füsunkar

Babil dağlarından gəlib son vaxtlar (Xġ-98). 

Babil  Harutu  (məc.  mif.)  –  ġapur  ġirini  Babil  Harutuna 

bənzədir. “Babil Harutu” isə çox vaxt öz gözəlliyi ilə insanı əf-

sunlayan qadın və ya qız mənasında da iĢlənir.  

Babil Harutusa onun camalı, 

Hindu cadugərsə o qara xalı (Xġ-278). 



Babil  quyusu  (məc.  mif.)  –  Nizami  Gəncəvi  öz  Ģairlik  tə-

xəyyülünü  Babil  quyusuna,  Ģeir  və  əsərlərini  isə  Harut  və  Ma-

ruta (bax) bənzədir. 

Bilmirəm bir belə füsunkar sözlər 



Babil Quyusundan çıxır nə təhər? (Ġ-419). 

Əsatirə görə, qədim Babil Ģəhərində dərin bir quyu var imiĢ 

ki,  oradan  asılmıĢ  Harut  və  Marut  adında  sehrbaz  mələklər  də 

quyudan çıxa bilməzlərmiĢ. Nizami burada öz Ģeirlərinin o qu-

yudan çıxa biləcək dərəcədə qüvvətli  caduya,  yəni  təsirə malik 

olduğunu söyləyir. 



Babil mələyi (məc. mif.–MəĢuqə Babil mələyinə bənzədilir. 

Can - Babil mələyi, keĢikçisi – hindular (SX-64). 

Burada “Babil mələyi” dedikdə Babil quyusuna salınan Ha-

rut və Marut nəzərdə tutulur. 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə