Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə18/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   14   15   16   17   18   19   20   21   ...   64

37 
 
soran  quzğunluq!”  Müəllif  məqaləsində  “pətənələri  çuvaldan  geniş  olan,  insaf, 
vicdan,  mürvət  bilməyən  “quzğunlara”  birbaşa  müraciət  edir:  “Amandır, 
quzğunlar!  Vətən  əldən  gedər,  yaman  günlərə  qalarıq.  Balalarımızın  xatirinə, 
gələcəkdə  övladlarımızın  xatirinə  rəhm  edin  millətə,  əl  çəkin  mürtəd  işlərdən, 
yoxsa gələcək tarixində adınız çəkiləndə lənət oxunacaqdır...” (87.səh.389-390). 
1905-ci  il  inqilabından  sonra  Azərbaycanda  bir  neçə  bolşevik  qəzeti  çap 
olunmağa  başladı.  Bu  qəzetlər  özlərinin  üsyankar  ideyaları  ilə  seçilirdi.  1906-cı 
ildən  M.Əzizbəyov  və  S.M.Əfəndiyevin  rəhbərliyi  ilə  nəşr  olunan  ilk  leqal 
bolşevik  qəzeti  “Dəvət-Qoç”  əsas  ideyanı  19  iyul  1906-cı  il  19-cu  sayında  belə 
müəyyən edirdi: “Camaətin nicatına və rahatlığına ancaq bir çarə var, o da camaəti 
müsəlləh etməkdir, yəni, hamısına silah verməkdir” (123). Göründüyü kimi, siyasi 
platformaların  formalaşdığı  ilkin  mərhələdən  başlayaraq  bolşeviklər  hakimiyyəti 
ələ  almaq  üçün  silahlı  qarşıdurma  yaratmaqla  vətəndaş  müharibəsi  törətməkdən 
belə  çəkinmirdilər.  Məhz  silahlı  üsyanla  Rusiyada  hakimiyyəti  ələ  almış 
bolşeviklər,  sonrakı  fəaliyyət  dövründə  də  marksizm-leninizm  ideyalarının  digər 
dövlətlərə ixracını yalnız silahlı təcavüz kimi təsəvvür edərək, kütləvi informasiya 
vasitələrində  demokratik  siyasi  marketinq  imkanlarından  istifadə  olunmasını 
ağıllarına  belə  gətirmirdilər.  Bu  isə  inzibati  amirliyin  tüğyan  etdiyi  bir  ölkədə 
məmurlar  ordusunun  özbaşınalığı    və  vətəndaşdan  sakinə  çevrilmiş  qara  kütlənin 
yaşamaq  uğrunda  mübarizədən  üz  döndərib  içkiyə  qurşanması  üçün  üzdəniraq 
“məhsuldar” mühit yaradırdı. 
Leninin  şərqdə  ən  ağıllı  adam  saydığı  əsl  demokrat  Məhəmməd  Əmin 
Rəsulzadə (1884-1955) “İrşad” qəzetinin 26 noyabr 1906-cı il 272-ci sayında “Dur 
ay  yatmış”  jurnalındakı  “Araq  içməyiniz”  məqaləsini  tərcümə  etmiş:  “Hər  bir 
butulka  araq  içməyinizlə  siz  camaətin  xoşbəxtliyini  və  azadlığını  içirsiniz.  Siz 
bununla ilanı, balığı bankada spirtləyən kimi öz hürrüyətinizi spirtliyorsunuz. Hər 
bir  butulkasına  verdiyiniz  123  qəpik  pulun  11  qəpiyi  bürokratlara  çatıyor  (...) 
məlumdur ki, piyan camaət ilə dolanmaq bürokratlara çox asandır (...) öz ailəsinin 
səadəti  də  piyana  lazım  deyil”  cümlələrindən  sonra:  “Bu  tərcüməyə  əlavə  olaraq 
biz də öz tərəfimizdən “Araq içməyiniz!” əvəzində “Araq içməyə öyrətməyiniz!” – 
desək daha yaxşı, daha müsəlmanlara münasib olar zənnindəyiz. Həqiqətən də biz 
müsəlmanlar  içkiçi  olmasaq  da,  buna  başlamışıq.  Hətta  Kazan  tatarları,  türkmən 
təkələri, ləzgilər bu babətdə heç rus mujikindən geri qalmazlar, amandır, arkadaşlar, 
araq içməyə öyrənməyiniz, öz səadətinizi içməyiniz!” (70.səh.69) - əlavə etməklə 
artıq  gündəmə  gəlməkdə  olan  bu  problemə  özünün  sağlam  münasibətini  bəyan 
etmişdir. 
Məhəmməd Əmin Rəsulzadə “Tərəqqi” qəzetinin 30 sentyabr 1908-ci il 65, 
68-ci  saylarında  dərc  etdirdiyi  “Kooperativ  cəmiyyətləri”  məqaləsində  bazar 
iqtisadiyyatının  tələblərini  aydın  şəkildə  şərh  edir:  “Fabrikaçının  imkanı 


38 
 
olduğundan maşın vasitəsi ilə  müdam işləyib məta hazırlıyor. Məta hazırlıyor da, 
satılacağını heç bilmiyor. Buna  görə    də  ona  lazımdır ki,  azad olsun,  yollar rahat 
olsun,  insanların  bir-birilə  rəftarı  və  əşyanın  hüsulu  asan  vəchə  düşsün.  Ona 
gərəkdir  ki,  hər  yerdə  müəyyən  bir  qanun  mühafizəsi  görsün”  (70.səh.197).  O 
dövrdə sənayeləşmə nəticəsində yeni peyda olmuş reklam agentlərini arxaik dildə 
dəllal  adlandıran  müəllif  yazır:  “Bir  nəfər  dəllalı  güdəndə  görün  ki,  o,  dükanları 
qapı-qapı  gəzib  nələr  qayırır?  Baxınız  ki,  o  nə  yollar  ilə  mağazalara  girib  vəkil 
olduğu ticarətxanənin, yainki, fabrikanın mətaını nə dillərlə tərif edib nə üsullar ilə 
işə verir” (70.səh.202). 
Naməlum  şəxs  tərəfindən  Nobel  şirkətinin  mühəndisi  Maksimova  atılan 
gülləyə  görə  iki  yüz  fəhlənin  işdən  atılmasına  münasibətini  Məhəmməd  Əmin 
Rəsulzadə  “Tərəqqi”  qəzetinin  16  fevral  1909-cu  il  37-ci  sayında  dərc  etdirdiyi 
“Açıq terror” məqaləsində: “Bir nəfər caniyə qisas etmək üçün iki yüz nəfərə cani 
olmaq  nə  böyük  istibdad!  Haqsızlıq!”  –  deyə  qətiyyətlə  bildirir.  Bütövlükdə 
mütərəqqi  dövrü  mətbuatda  gəlmə  şirkətlərin  yerli  xalqların  taleyinə  biganə 
qalmaları  tez-tez  işıqlandırılırdı.  Təsadüf  deyil  ki,  adı  çəkilən  şirkətlər  fəhlələr 
üçün  eyni  tipli  baraklardan,  xarici  rəislərin  yaşadıqları  saray  və  bağdan  savayı 
şəhərdə  heç  bir  tikinti  aparmamışdılar.  Fəaliyyətlərində  daim  müstəmləkə 
siyasətindən  doğan  sərt  siyasi  və  iqtisadi  qanunların  yaratdığı  məhdudiyyətlə 
buxovlanan  yerli  sərmayədarlar  gəlmələrdən  fərqli  olaraq  tək  maddi  qazancla 
kifayətlənməyərək öz talelərinin doğma xalqla bağlı olduğunu dərk edirdilər. Məhz 
bu zəmində formalaşan strateji təfəkkür tərzi onların bir çoxunu maarifçiliyi təbliğ 
etmək  məqsədi  ilə  yaranan  mətbuatın,  təhsilin,  mədəniyyətin,  elmin,  texnikanın 
inkişafını nizamlayan, hüquqi status qazanmış mütərəqqi cəmiyyətlərin himayədarı 
etdi.  Milli  kapitalizmin  formalaşması  artıq  dövrün  tələbinə  çevrilir  və  Hacı 
Zeynalabdin  kimi  xeyriyyəçilər  örnək  hesab  olunurdular.  Bununla  belə  öncə 
dünyaya,  sonra  millətə  sevgini  önə  çəkən  mütərəqqi  ziyalılarımız  millətçiliyi 
qətiyyən qəbul etmirdilər. Məhəmməd Əminin  “Tərəqqi” qəzetinin 29 iyun 1909-
cu il 143-cü sayında dərc etdirdiyi “Qəribə bir baykot” məqaləsindəki: “Millətçilik! 
İnsan-insanlar əvəzində utanıyor, xəcalət çəkiyor” (70.səh.378) sözləri buna parlaq 
misaldır.  1910-cu  ildən  milli  müstəqillik  ideyalarını  önə  çəkən  “Açıq  söz”  qəzeti 
Məhəmməd  Əmin  Rəsulzadənin  simasında  Azərbaycan  xalq  Cümhuriyyətinin 
mənəvi təməlinin qoyulmasına başladı. 
Y.V.Çəmənzəminli  də  “Açıq  söz”  qəzetində  çap  olunmuş  “Bizə  ciddi 
mətbuat  çoxdan  lazım  idi”  məqaləsində  müharibə  meydanındakı  məğlubiyyətdən 
laxlamış məmur idarəçiliyinin zəifləməsi nəticəsində yaranmış və demokratik fikir 
təməlində  bərqərar  olmuş  kütləvi  informasiya  vasitələrinin  imkanlarını 
dəyərləndirir:  “Rus-yapon”  müharibəsi  bizə  “Həyat”  ilə  “İrşad”ı  bəxş  etmiş  idi. 
Böyük  Avropa  dalğası  da  “Açıq  söz”ü  vücuda  gətirdi.  Məsləksiz  mətbuatdan 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə