Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə14/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   10   11   12   13   14   15   16   17   ...   64

29 
 
Müxtəlif  problemlərin  həllinə  yönəlmiş  mövzular  arasında  qəzet  teatrla 
bağlı  bir  sıra  məsələləri  öz  səhifələrində  işıqlandırırdı.  “Şərqi-Rus”un  4  fevral 
1904-cü il 13-cü sayında “Hacı Qara” tamaşasına həsr olunmuş “Müsəlman teatrı” 
resenziyasında  oxuyuruq:  “Təəssüf,  çox  təəssüf  ki,  oyun  nə  qədər  yaxşı  idisə, 
camaatın  tərtib  və  oturuşları  o  dərəcədə  biqaidə  və  səliqəsiz  idi,  hətta  bu 
qaidəsizlik  o  mərtəbədə  idi  ki,  bu  dəfə  teatra  çox  az  gələn  mötəbər  familiya  və 
şəxslər  birinci  pərdədən  sonra  teatrdan  çıxıb  getməyi  özlərinə  fərz  bildilər” 
(68.səh.151). 
Nəcəf bəy Vəzirov özünün “Tərcümeyi-halım” adlı xatiratında ilk milli teatr 
tamaşasının  meydana  çıxması  barədə  yazır:  “Qırx  il  bundan  əqdəm  1873-cü  ildə 
altıncı  klasda  olduğum  halda  birinci  dəfə  rus  teatrına  getdim.  Bu  gecə  mənə 
nəhayət  dərəcədə  əsər  elədi.  Onun  necə  bir  nəsnə  olduğunu  başa  düşdüm.  Sabahı 
günü gimnaziya müəllimi Həsən bəy Məlikov cənablarına rucu edərək sordum ki: 
Aya  bizim  dilimizdə  teatr  əsərləri  ya  məzhəkə    və  ya  faciə  varmıdır?  Mümaileyh 
Məlikov  mərhum  Mirzə  Fətəli  Axundovun  “Hacı  Qara”  komediyasını  tapdı.  Bu 
komediyanı  pansionda  olan  müsəlman  şagirdləri  ilə  bir  yerdə  oynamaq  üçün 
hazırlanmağa  başladıq.  Hər  gün  nahardan  sonra  pansionun  nahar  otağında 
hazırlanırdıq.  Bizim  hazırlanmamıza  Həsən  bəy  Məlikov  tamaşa  edirdi.  Amma 
şagirdləri mən hazırlayırdım. Hacı Qara rolunu sabiq Gəncə şəhər qlavası mərhum 
Əsgər  bəy  Adıgözəlov  Gorani  oynayırdı.  Mən  isə  arvad  rolu  götürdüm...”  Əsgər 
ağa  Gorani  kimi  məşhur  ictimai  xadimin  aktyor  olaraq  səhnəyə  çıxması 
ziyalılarımız  arasında  teatr sənətinə  olan  marağın  miqyasından xəbər verir. Lakin 
savadlı  zümrənin  bu  marağı  müqabilində  tamaşaçı  kütləsinin  qeyri-millətlərdən 
olması  acı  təəssüf  hissi  yaradır:  “Tamaşa  günü  çox  adam  var  idi.  əksəri 
ermənilərdən  ibarət  idi.  Bakı  qubernatoru  mütəvəffa  Staroselski  öz  əyalı  ilə  hazır 
idilər.  Bizim  bu  teatrımız  camaata  nəhayət  dərəcədə  xoş  gəldi.  Tamaşadan  sonra 
qubernatorun  dilmancı  mərhum  Həsən  bəy  Həbibəyov  bizi  qonaq  elədi.  Haman 
gecə  müəllimimiz  Həsən  bəy  Məlikov  teatr  müsənnifi  Mirzə  Fətəli  Axundova 
təbrik  teleqramı  göndərdi.  Müsənnif  Axundov  iki  vərəqə  dolusu  böyük  bir 
rizaməndlik kağızı yazmışdı. Axırda bunu əlavə etmişdi ki, “Bu gün “Hacı Qara”nı 
səhnədə göstərməklə mənim ömrümün üzərinə on il daha artırdınız” (87.səh.399). 
Mirzə  Fətəli  Axundovun  bu  hadisəyə  həssas  münasibəti  maarifçilik  məktəbimizin 
banisinin öz əməyinin bəhrəsinə sevincinin təsdiqidir. 
Dramaturq  və  ədəbiyyatşünas  Ə.Haqverdiyev  “Azərbaycanda  teatr” 
məqaləsində  teatr  tariximizə  nəzər  salır:  “Knyaz  Vorontsovun  Tiflisdə  bütün 
Qafqazda  ilk  dəfə  olaraq  teatr  yaratmaqda  məqsədi  Zaqafqaziyada  çarizimin 
möhkəmləndirilməsi  üçün  teatrdan  bir  vasitə  kimi  istifadə  etmək  idi.  Bu  vəzifə 
Mirzə Fətəli Axundova izah edilmişdi, o da vicdanla bu vəzifəni yerinə yetirirdi. O 
zaman  Zaqafqaziyada  ən  qüvvətli  və  nüfuzlu  ictimai  qrup    ruhanilik  idi.  Knyaz 


30 
 
Vorontsov ikibaşlı bir oyun oynayırdı: bir tərəfdən o, Zaqafqaziya şeyxül-islamının 
simasında ruhaniliyə hər cür hörmət edirdi, digər tərəfdən isə Axundova, əhalinin 
gözündə ruhaniliyi nüfuzdan salmağı təklif edirdi” (27.səh.421). Göründüyü kimi, 
sadəcə  faktları  sadalamaqla  kifayətlənməyən  Ə.Haqverdiyev  məharətlə  dövrün 
sosial-ictimai  portretini  yaratmaqla  M.F.Axundovun  da  faciələrinə  səbəb  olan 
çarizmin işğalçı siyasətinin iç üzünü açır. 
Ə.Haqverdiyev  “Mirzə  Fətəlinin  faciəsi”  məqaləsində  Qafqazda  teatr 
sənətinin  və  dramaturgiyanın  inkişafına  təkan  verən  bir  amili  xüsusi  vurğulayır: 
“1849-cu ildə canişin Vorontsovun əmri ilə Tiflisdə teatr binası tikilmişdi. Erməni, 
gürcü  və  azərbaycan  dillərində  teatr  əsərləri  yazmaq  üçün  canişin  üç  komisyon 
təşkilinə  əmr  verdi.  Erməni,  gürcü  komisyonları  çox  tezliklə  işə  başladılar. 
Azərbaycan komisyonunda işləmək üçün Mirzə Fətəlidən başqa bir adam tapılmadı. 
Axırda Mirzə Fətəli özü təklikdə komediyalar yazmağa başladı...” 
Mirzə  Fətəlinin  ömrünün  axırına  qədər  öz  əsərlərini  Azərbaycan  dilində 
səhnədə  görmədiyini  faciə  hesab  edən  Ə.Haqverdiyev  bu  məsələ  üzərində  də 
dayanır:  “1873-cü  ildə  Bakıda  indiki  Zəhmət  sarayında  birinci  dəfə  olaraq 
Azərbaycan  dilində  “Hacı  Qara”  komediyasının  oynanılmasının  xəbərini  Həsən 
bəy  Zərdabidən  alıb,  ona  belə  bir  cavab  verdi:  “Mən  qocalmışam  və  qəbr  evinə 
yaxınlaşmamı yəqin etmişdim. Əmma sizin bu xəbəriniz mənim ömrümün on sənə 
daha  uzanmasına  səbəb  oldu”.  On  il  yox,  beş  il  ondan  sonra  Mirzə  arzuları, 
əməlləri  ürəyində  qalaraq  gözlərini  həmişəlik  yumdu.  Mirzənin  vəfatı  da  faciəsiz 
keçmədi... Şeyxül-islam Molla Əhməd Mirzənin vəfat  xəbərini eşidib dedi: “Mən 
Mirzə  ilə  çox  müsahibətdə  olduğumdan  onun  əqidələrinə  dürüst  bələdəm.  Bu 
bələdiyyət,  məni  onun  namazını  qılmaqdan  imtina  etməyə  məcbur  edir”.  Bu  sözü 
eşidib qalan mollalar da Mirzənin namazını qılmaqdan boyun qaçırtdılar. Mirzəyə 
namaz lazım deyildi. Fəqət bu, onun əqrəbası üçün bir nisgil oldu. Çox danışıqdan 
sonra əməleyi-mövtadan Molla Hüseyn adlı bir kişi gedib onun namazını qıldı.  
Mirzə  ömrünün  axırına  qədər  camaatı  bürümüş  zülmət  və  mövhumatla 
mübarizə  etdi.  Amma  xalq  onun  bu  mübarizəsini  dinsizlik  adlandırıb  cənazəsini 
yerdən  götürmək  istəmədi.  Üç  gün  cənazəsi  evdə  qalandan  sonra  canişin 
divanxanasının  qulluqçuları  tərəfindən  qaldırılıb  qəbiristana  aparıldı.  “Möminlər” 
onun cənazəsinin dalında da getmədilər. Bir neçə nəfər hər birisi üç rublə alıb, onu 
qəbrə  qoymağa  razı  oldular”  (27.səh.386-387).  Ürək  yandıran  faktları  qələmə 
almaqla  Ə.Haqverdiyev  tarixi  gerçəklikləri  önə  çəkərək  maarifçiliyin  qarşısına 
çıxan  çoxsaylı  əngəlləri  göstərir  və  davamçısı  olduğu  Axundov  məktəbinin 
həmişəyaşarlığı ilə qürur duyurdu. 
Təkcə Azərbaycanda deyil, bütün Şərqdə teatra reqressiv münasibəti tənqid 
edən  Ə.Haqverdiyev  “Müsəlmanlarda  teatro”  məqaləsində  islam  aləmində 
mədəniyyət  sahəsində  irəli  getmiş,  böyük  şairlər,  filosoflar  yetişdirmiş  qədim 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə