Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə13/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   9   10   11   12   13   14   15   16   ...   64

27 
 
haqqında  ilk  məlumat  isə  1858-ci  ildə  Qafqaza  səyahət  etmiş  məşhur  fransız 
yazıçısı  A.Dümanın  “Qafqaz  səfəri”  kitabında  qeyd  edilmişdi.  Elə  həmin  kitabda 
A.Düma  kiçik  Mehdiqulunun  xəncər  gəzdirməsindən,  Xasay  xanın  fransızca  əsl 
parisli  kimi  danışmasından  heyrətləndiyini  bildirərək  yazır:  “Qəşənglikdən  daha 
çox  bahalı  olması  ilə  seçilən  nazik  paltarda  cazibədar  görünən  gənc  xanımın 
yanında iki uşağı da vardı. Anası kimi milli geyimdə olan üç-dörd yaşlı qız uşağı 
maraq  dolu,  böyük  qara  gözlərini  bizdən  çəkmirdi.  Beş-altı  yaşlı  oğlan  uşağı  isə 
nənəsinin  dizinə  sıxılmış  və  sövqitəbii  ilə  kiçik  əlini  belindən  asılan  xəncərin 
üstünə  qoymuşdu.  Mən  mat  qalmışdım.  Bu,  fransız  qadınının  uşağın  oynamasına 
icazə  verə  biləcəyi  oyuncaq  xəncər  deyildi.  Oğlanın  belindəki  əsl  iti  xəncər  idi. 
Gənc  xanımın  həyat  yoldaşı  Xasay  xan  Usmiyev  ürəyə  yatan,  gözəl  insanlarla 
yolda  baş  çəkdiyimiz  Andreyevo  kəndində  anadan  olmuşdur...  Fransızca 
parislilərdən  heç  də  pis  danışmayan  Xasay  xan  ləyaqətli  adam  idi.  Mən  onun 
mədəniyyətinə, ağlına, fransızca təmiz danışmağına heyran qalmışdım” (18.səh45).  
Xan  qızı  Natəvan  kimi  xalqın  dərdinə  qalan  mənsəb  sahiblərinin  və 
ziyalıların maddi-mənəvi təcavüzə uğradıqları bir şəraitdə biçarə insanların hüquq 
müdafiəsindən  söz  açılması  üçün  milli  mətbuata  ehtiyac  var  idi.  Nəhayət  ki, 
məzlum  xalqın  içərisindən  çıxmış  milli  burjuaziyanın  mətbuat  bazarına  maraq 
göstərməsi ictimai şüurun oyanmasına əsaslı şərait yaratdı. Lakin hələ ki, çarizmin 
müstəmləkə  siyasəti  bu  işin  hasilə  gəlməsi  üçün  iynənin  ucu  qədər  belə  işıq  ucu 
qoymurdu. “Kavkaz” qəzetinin 1896-cı il 262-ci sayındakı: “Nikolayev kilsəsinin 
baş  keşişi  A.İ.Yunski  kilsə  və  dini  məktəbin  tikintisi  məqsədilə  sahə  ayrılması 
üçün  məsələ  qaldırıb.  İndi  demək  olar  ki,  Bakının  bütün  hissələrində  provaslav 
kilsələri  olacaq”  (137)  məlumatında  göstərildiyi  kimi  müstəmləkəçilik  siyasəti 
açıq-aşkar baş alıb gedirdi. 
Əsrin  əvvəlində  İ.Aşurbəylinin  və  Orucov  qardaşlarının  mətbəələrinin  işə 
düşməsi Azərbaycanda mətbuatın inkişafına real şərait yaratsa da, qəzet nəşri üçün 
rəsmi icazə almaq müşkül məsələ idi.  
1883-cü  ilin  əvvəlindən  jurnal,  1884-cü  ilin  mart  ayından  qəzet  kimi 
Tiflisdə  çıxan  “Kəşkül”  1891-ci  ilin  oktyabrında  bağlandıqdan  sonra  müstəmləkə 
siyasəti Azərbaycanda milli dildə qəzet nəşrinin qarşısına sədd çəkdiyindən on illik 
bir dövr ərzində ana dilimizdəki mətbuat aləmində sükunət yarandı.  
“Füyuzat”ın  21  dekabr  1906-cı  il  5  sayındakı  “Şiller”  məqaləsində 
Ə.Hüseynzadə  aktyor,  tərcüməçi,  publisist  Mehdi  bəy  Hacınskinin  “Qaçaqlar” 
pyesini  dilimizə  çevirməsini  alqışlamaqla  yanaşı,  maarif  və  mədəniyyət 
tariximizdə  zorən  yaradılmış  bu  dövrü  belə  səciyyələndirir:  “Bizim  Qafqaz 
müsəlmanları arasında, tənviri-əfkarın vasitələrindən biri qəzetə olduğunu ilk əvvəl 
Həsən  bəy  Məlikov  dərk  etmiş  bulunduğu  kimi,  təhzibi-əxlaqın  da  vasitələrindən 
biri  teatr  və  darülbədaye  olduğunu  ən  əvvəl  mərhum  Mirzə  Fətəli  Axundov 


28 
 
anlamış  idi.  Bunların  hər  ikisi  də  öz  məsləklərində  böyük  bir  istedad,  qabiliyyət 
göstərmiş  olduqları  halda,  təşəbbüs  etdikləri  iş  paydar  olmayıb  tərk  edildi.  İki 
işığın  ikisi  də  söndü,  həm  də,  bir  xeyli  müddət  şölələnməmək  üzrə  söndü” 
(34.səh.95). 
Çar üsul-idarəsinin maarif və mədəniyyətin qarşısına sədd çəkməsi dövlətin 
strateji  marağına  uyğun  gəldiyindən  məmurlar  müxtəlif  bəhanələrlə  mətbuatın 
inkişafına  mane  olurdular.  Onlardan  biri  yerli  ziyalıların  artıq  rusca  qəzet  oxuya 
bilmələri,  digəri  isə  geniş  kütlələrin  savadsızlığı  idi.  Mətbuat  işləri  üzrə  baş  idarə 
rəisi irticaçı professor M.P.Solovyovun M.Şahtaxtlıya dediyi: “Ziyalılar qoy sizdən 
nümunə  götürüb  rusca  oxusun,  sadə  tatarlar  isə  öz  sürülərini  otarmaqla  məşğul 
olsunlar” (68.səh.31) sözləri dövlətin siyasətini əks etdirirdi. Çar üsul-idarəsinin bu 
addımı  azsaylı  savadlı  təbəqəni  rus  dilli  mətbuata  yönəltmək  məqsədi  daşısa  da, 
oxucular müsəlman dünyasında çap olunan mətbu orqanlara üz tutdular. 
Naxçıvandakı  ata  mülkünü  18  min  manata  sataraq  Tiflisdə  mətbəə  açan 
M.Şahtaxtlı  (1846-1931)  1903-cü  il  martın  30-dan  “Şərqi-Rus”  (1903-1905) 
qəzetini nəşr etdirdi. Qeyd edək ki, Leypsik Universitetinin fəlsəfə, tarix və hüquq 
fakultəsini  bitirən  Məhəmməd  ağa  1899-cu  ildə  Beynəlxalq  Fonetika,  bir  il  sonra 
Beynəlxalq  Asiya,  1903-cü  ildə  isə  Rusiya  İmperator  Coğrafiya  Cəmiyyətinin 
Qafqaz şöbəsinin həqiqi üzvü seçilmişdi. Maarifçi-demokrat M.F.Axundovun fəal 
ardıcılı  kimi  M.Şahtaxtlı  1979-cu  ildə  Tiflisdə  əlifba  islahatı  tarixində  ilk  kitab 
olan “Təkmilləşmiş müsəlman əlifbeyi”ni nəşr etdirmişdi. XIX əsrin 80-ci illərində 
“Moskovskiye  vedemosti”  qəzetinin  İstanbul  üzrə  xüsusi  müxbiri  kimi  çalışmış, 
1891-93-cü illərdə “Kaspi”nin müvəqqəti redaktoru olmuşdu. 
Az vaxtda geniş populyarlıq qazanaraq Rusiyada, Avropa və Yaxın Şərqdə 
yayılmağa başlayan, 1500 nüsxə ilə çıxan bu qəzetin abunəçilərinin sayı get-gedə 
artırdı.  1904-cü  ilin  193-cü  sayında  artıq  hər  gün  çıxan  qəzetin  gərgin  iş  prinsipi 
redaktorunun yazdığı sətirlərdə özünün parlaq əksini tapır: “Qəzeti gündəlik etdik. 
Kağız pulu, poçt pulu, hamıdan artıq idarə və mətbəə mübaşirlərinin və əmələlərin 
ticarəti  yarıdan  daha  ziyadə  artdı...  Mühərrir,  mütərcim,  mürəttib,  maşinist  və 
qeyriləri  gecə  yarıya  qədər  gözləyirlər  ki,  teleqraf  gəlsin.  Tərcümə  edirlər,  təshih 
edirlər,  tərtib  edirlər,  maşına  qoyurlar,  gün  çıxana  qədər  çalışırlar.  Bu  günün 
nömrəsi  çıxır,  amma  gün  çıxmamış,  yəni  iş  vəqti  başlamış,  gərək  sabahın 
nömrəsini hazırlayaq. Dünənin yorğunluğu bu günə keçir, taqət azalır, bəzən kəsilir. 
Amma  nə  etməli,  işləməli  ki,  müsəlmanlar  da  heç  olmazsa  bu  üzdən  mədəni 
qövmlər  kimi  yaşaya  bilsinlər,  yəni,  yerlərindən  qalxanda  bizim  canımız, 
sinirlərimiz,  beyinlərimizlə  hazırlanan  “Şərqi-Rus”  nömrəsini  ələ  alıb  dünya  və 
mafihanın o  günkü vüquatına öz  dillərində  asanlıqla,  gülə-gülə, çay  içə-içə  etella 
kəsb etsinlər” (68.səh.74). 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə