Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə2/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   2   3   4   5   6   7   8   9   ...   43

 

Türkiyə Batum və Qars vilayətlərini aldı ki, bu da Almaniya hökümətinin 21 fevral 



1918-ci ildə təklif etdiyi sülh şərtlərində nəzərdə tutulmamışdı. 

Sözsüz  ki,  bağlanmış  sülh  müqaviləsi  bilavasitə  bütün  Qafqaz 

dövlətlərinin mənafeyinə toxunur, yenicə əldə edilmiş suverenliyin müdafiəsi üçün 

geniş  siyasi,  hərbi  və  diplomatik  fəaliyyət  sahəsi  yaradırdı.  Qeyd  etmək  lazımdır 

ki,  hələ  Brest-Litovsk  sülh  müqaviləsi  bağlanadək  Zaqafqaziya  Seymi  dövlət 

sərhədlərinin  nizama  salınması  haqqında  Türkiyə  ilə  müqavilə  bağlamağa  səy 

göstərmişdi.  Bu  məqsədlə  də  Zaqafqaziya  Seyminin  16  fevral  1918-ci  ildəki 

iclasında xüsusi nümayəndə heyəti seçildi, A.İ Çxenkeli nümayəndə heyətinə sədr 

təyin  edildi.  Türkiyə  ilə  aparılan  sülh  və  sərhədlər  haqqındakı  danışıqlarda 

Azərbaycandan M.D Hacınski, M.Q Heydərov, M.Y Mehdiyev, X.Q Məmmədov, 

A. Şeyxülislamov, M.Ə. Rəsulzadə və Ə.B Pepinov iştirak edirdilər. 

13 mart 1918-ci ildə Zaqafqaziya Seyminin nümayəndə heyəti Trabzonda 

sülh  konfransında  iştirak  edir.  Eyni  zamanda  3  mart  1918-ci  ildə  Brest-Litovsk 

müqaviləsinin  bağlanmasına  etiraz  olaraq  bütün  dövlətlərə  teleqram  göndərir: 

“Zaqafqaziya  və  onun  sərhədlərinə  aid  olan,  müstəqil  Zaqafqaziya  hökümətinin 

razılığı və təqdiri olmadan bağlanan hər bir müqavilə beynəlxalq əhəmiyyətdən və 

mütləq  qüvvədən  məhrum  hesab  edilir,  çünki  Zaqafqaziya  heç  vaxt  bolşevik 

hakimiyyətini və Xalq Komissarları Sovetini tanımamışdır”

1



Zaqafqaziya  ərazisinin  Rusiyadan  ayrıldığını  bilən  Türkiyə  “onlarla  tanış 



olmağı  və  mehriban  qonşuluq  münasibətləri  yaratmağı”  arzuladı.  Danışıqlar 

nəticəsində  martın  21-də  Türkiyə  nümayəndə  heyəti  Batum,  Ərdahan  və  Qars 

sancaqlarına  olan  iddiasından  imtina  etdiyi  haqqında  bəyannamə  təqdim  etdi, 

bundan  əlavə  martın  23-də  yeni  ərazi  güzəştləri  –  Kağızman  dairəsinin  qərb 

hissəsinin Zaqafqaziya Seyminə verilməsi haqqında bəyanat verdi. 

Lakin Zaqafqaziyanın bütün siyasi və milli qüvvələri Türkiyə  dövlətinin 

bu  sülhsevər  qərarını  eyni  cür  qarşılamadılar.  Brest-Litovsk  müqaviləsinin  ağır 

şərtlərindən  can  qurtaran  ekstremist  erməni  qüvvələr  çox  düşünmədən  yeni  əldə 

edilmiş  vilayətlərdə  müsəlman  əhaliyə  qarşı  təcavüzə  başladılar.  O  günlərdə 

“Azərbaycan”  qəzeti  (25  sentyabr  1918)  yazırdı:  “Türkiyənin  Avropa 

müharibəsində iştirakında daşnaklar özlərinin böyük arzularını  ən yaxın vaxtlarda 

həyata  keçirtmək  imkanı  gördülər.  Lakin  “Böyük  Ermənistsn”  xülyası  etnik 

cəhətdən  təmiz  ərazinin  yaradılmasını  tələb  edirdi.  Və  əvvəlcə  Qars  və  Qars 

vilayətinin  müsəlman  əhalisinin  sistematik  sürətdə  döyülməsi  başlayır”.  Burada 

oxucunun  diqqətini  belə  bir  fakta  cəlb  etmək  lazımdır  ki,  rəsmi  tarixdə  dəfələrlə 

göstərildiyi kimi türk qoşunu yox, məhz erməni qoşunu Qars vilayətində cinayət və 

dəhşətlər törətmişdi. Türk qoşunları gələnə kimi “quberniyanın (İrəvan quberniyası 

nəzərdə  tutulur-  A.H)  hər  yerində  müsəlmanların  həyatı  tükdən  asılı  idi;  bu  vaxt 

erməni  ştabının  əmrilə  200-dən  çox  müsəlman  kəndi  qılıncdan  keçirilmiş, 

                                                           

1

 “

Документы и материалы по внешней политике Закавказъя и Грузии». Tiflis, 1919, s. 87-88. 




 

yandırılmış  və  200  minə  yaxın  müsəlman  kəndlisi  evsiz-eşiksiz  qalmışdı;  bütün 



bunlara  aclıq  və  xəstəlik  də  əlavə  edilmişdi”  (“Azərbaycan”  qəzeti,  13  noyabr 

1918). 


Yeri  gəlmişkən  qeyd  etmək  istərdik  ki,  erməni  hökümətinin  bu  cür 

hərəkətlərinə  RSFSR  Xalq  Komissarları  Sovetinin  29  dekabr  1917-ci  il  tarixli 

“Türkiyə Ermənistanı haqqında” dekreti əsas verə bilərdi. Bu dekretdə elan edilirdi 

ki, Rusiyanın Fəhlə və Kəndli  höküməti Rusiya tərəfindən işğal edilmiş “Türkiyə 

Ermənistanı” ermənilərinin tam  müstəqilliyə qədər azad sürətdə öz müqəddəratını 

təyinetmə  hüququnu  müdafiə  edir.  Xalq  Komissarları  Soveti  hesab  edirdi  ki, 

qoşunun çıxarılması, dərhal erməni xalq milisinin yaradılması və müxtəlif ölkələrə 

səpələnmiş  bütün  ermənilərin  maneəsiz  buraya  qayıtması  bu  məqsədlərə  çatmağa 

zəmin  ola  bilər.  Dekretin  mühüm  bəndlərinin  həyata  keçirilməsində  “Türkiyə  

Ermənistanı”  əhalisinə  hər  cür  yardım  etmək  Qafqaz  işləri  üzrə  müvəqqəti 

komissar S.Şaumyana tapşırılırdı. 

Təəccüblü  odur  ki,  Zaqafqaziya  ərazisində  yalnız  Ermənistan  Xalq 

Komissarları  Sovetinin  xüsusi  dekretinin  obyekti  olmuşdu  və  onun  öz 

müqəddəratını  təyinetmə  hüququ  formal  sürətdə  elan  edilməmişdi,  məhz  bu 

vilayətlərdə erməni müstəqilliyinin təmin edilməsi üçün Sovet höküməti tərəfindən 

bir  sıra  konkret  tədbirlər  nəzərdə  tutulmuşdu.  Baxmayaraq  ki,  Azərbaycan  milli 

müstəqilliyinin  də  bu  cür  zəmanətə  ehtiyacı  vardı.  Buna  əmin  olmaq  üçün 

“Zəhmətkeş  və  istismar  olunan  xalqın  hüquq  bəyannaməsi”nin  hazırlıq  və  yekun 

mətninə baxmaq kifayətdir. 

Lakin  RSFSR  xalq  xarici  işlər  komissarının  müavini  G.  Çeçerinin 

Almaniyanın  diplomatik  nümayəndəsi  Mirbaxa  göndərdiyi  11  may  1918-ci  il 

tarixli  notası  “Rusiya  Sovet  hökümətinin  Zaqafqaziyanın  ayrılmasını  heç  vaxt 

tanımadığını” göstərirdi ki, bu da tarixi hadisələrin təhlilinə bəzi mənasızlıq gətirir. 

Əgər  bu  bəyanat  “Türkiyə  Ermənistanı”  haqqında      dekretə  və  “Zəhmətkeş  və 

istismar olunan xalqın hüquq  bəyannaməsi”nə (12 mart 1918-ci ildə Ümumrusiya 

III  Sovetlər  qurultayında  qəbul  edilmişdir)  zidd  deyildisə,  onda  biz  kifayət  qədər 

mürəkkəb formulanı  -  “Ermənistan  və  Zaqafqaziya”  formulasını həyata keçirmək 

səyilə  razılaşırıq.  Burada  Zaqafqaziya  dedikdə  Ermənistana  bitişik  bütün  ərazi 

nəzərdə tutulur. 

Belə ərazilərdən biri də Qars vilayəti idi ki, burada erməni qoşunları dinc 

əhaliyə  qarşı  qəddarlığının  həddi  olmayan  vuruşa  başladılar.  Bu,  həmin  erməni 

hərbi  hissələri  idi  ki,  Brest-Litovsk  sülh  müqaviləsinə  görə  Rusiya  Respublikası 

bunları tərxis edib buraxmalıydı. 

Beləliklə,  müqavilə pozulurdu  və Türkiyə  müəyyən qərarlar qəbul etmək 

zəruriyyəti qarşısında qalırdı. 

Bununla bərabər, Türkiyə hökümətinin sonrakı addımlarına Bakıdakı mart 

hadisələri  təsir  göstərdi.  Bu  hadisələrlə  əlaqədar  19  sentyabr  1918-ci  ildə 

“Azərbaycan”  qəzeti  ürək  ağrısı  ilə  yazırdı:  “Daşnaksütyun  partiyasının  hərbi 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə