299
Mirzə Tağı Avşar
Tağı Hüseyn oğlu 1775-ci ildə Dəmirçihəsənli mahalının Av-
şar obasında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.
Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı.
Mirzə Tağı İbrahimxəlil xanın divanxanasında vəzir kimi
çalışmışdı. Baba bəy Şakir yazırdı:
Kişilər var idi xan əyyamında,
Əyləşmişdi hər kəs öz məqamında,
Beş yüz nəf olurdu hər kəlamında,
Handa idi onda belə həşarat.
O cümlədən biri Molla Kəlbəli,
Düz yüyən Xanməmməd hər işdən halı,
Avşar Mirzə Təqi, Şeyx Dünyamalı
Məsləhət görərdi daimül-ovqat.
Mirzə Pirəli bəy Avşar
Pirəli bəy Avşar obasında anadan olmuşdu. Mükəmməl məd-
rəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı da-
şıyırdı. Bir müddət obalarının yüzbaşısı olmuşdu. Məhəmməd bəy
Cavanşirin yaxın dostlarından sayılırdı.
Mirzə Pirəli bəy Ağaməhəmməd şahın başını Car-Balakənə
İbrahimxəlil xana aparmışdı.
Mirzə Pirəli bəyin Kərim bəy, İsmayıl bəy, Ələsgər bəy
Həsənqulu bəy adlı oğulları vardı.
300
İsmayıl bəy Avşar
İsmayıl bəy Mirzə Pirəli bəy oğlu 1804-cü ildə Qarabağın
Dəmirçihəsənli mahalının Avşar obasında doğulmuşdu. İlk təhsilini
molla yanında almışdı. Sonra çar ordusunda xidmət etmişdi. 1838-ci
ildə iyul ayının 12-də gümüş medal almışdı. 1840-cı ildə oktyabr
ayının 31-də praporşik hərbi rütbəsinə layiq görülmüşdü.
Aşıq Fərhad Səlimoğlu
Aşıq Fərhad Səlimoğlu 1894-cü
ildə Urmunun Dol mahalında olan Sa-
mırtı kəndində dünyaya göz açmışdı.
Öz dövrünün ən adlım aşığı olan
Fərhad, ömrü boyu beş səfər Borçalı
və Tiflisə getmişdir və elə buna görə
də həyat yoldaşı Gürcüstandan idi.
Aşıq Fərhad 1963-cü ilin yanvar
ayının 22-ci günündə bu dünyadan
göz yumaraq, əbədi dünyaya köçmüş-
dü.
Xatırlatmalıyıq, aşıq Fərhadın səsi indiyədək yox idi və o
ustadın səsinin olmadığı düşünülürdü. Amma Urmiyanın ağsaqqal-
larından o ustadın səsini bir dəfə Tehrandan gəlib və qədim qra-
mafon səhifələrində zəbt etmişdilər sözünü duyduq. Elə bu söz bizi
araşdırmağa məcbur etdı və nəhayət neçə müddət axtarılan səslər,
Əhməd Əsədi tərəfindən Tehran radyosunun arxivindən bulundu və
Urmiyada bu səslər yayımlandı. İki havadan təşkil tapan bu səs,
"Taciri" və "cəmşidi" havalarından ibarətdir.
301
Ağa Ələkbər Mükərrəməssəltənə
Ağa Ələkbər Ağa Səməd oğlu
Təbrizi (?-?) – diplomat.
Ağa Ələkbər Ağa Səməd oğlu
Təbriz şəhərində anadan olmuşdu.
Mükəmməl mədrəsə təhsili almışdı.
O, Nasirəddin şah Qacar hakimiy-
yəti dövrünun ictimai xadimləri
icərisində öz bacarığı və nüfuzu ilə
seçilən səxsiyyət idi. Mükərrəməs-
səltənə ləqəbini daşıyırdı.
Ağa
Ələkbərin
ailəsi
Azərbaycanın
tanınmış
sulalələrindən olub, sonra Mümtaz
adlanırdı. Atası Ağa Səməd sərraf
olsa da, savadı ilə seçilirdi.
Xarici İslər nazirliyinin əməkdaşı idi və İranı bir sıra xarici
dövlətlərdə diplomat kimi təmsil etmişdir. İstanbul şəhərində konsul
olmuşdu.
Ağa Ələkbər Təbrizi sonra Tehran şəhərinə dönmüş, Xarici
İslər nazirliyində şöbə müdiri kimi çalışmışdı.
Ağa Ələkbər Təbrizi İsmayıl xan, Səməd xan adlı oğlanları
vardı.
302
Səməd xan Mümtazəssəltənə
Səməd xan Mümtazəssəltənə –
Qacarlar və Pəhləvilər dönəmində dip-
lomat, İranın baş naziri.
Səməd xan Əliəkbər xan oğlu
1869-cu ildə Təbriz şəhərində anadan
olmuşdu. Mükəmməl mədrəsə təhsili al-
mışdı. Sonra Avropa oxumuşdu. Diplo-
matik fəaliyyətə Sultan Əhməd şah Qa-
carın hakimiyyəti illərində başlamışdı.
Sonra şahın xas qvardiyasında yüksək
post tutmuşdu.
Səməd xan 1955-ci ildə Paris şə-
hərində vəfat edib.
Mirzə İsmayıl xan Mümtazəddövlə
Mirzə İsmayıl xan Əliəkbər xan
oğlu Mümtazəddövlə (1880-1933) –
İranın dövlət xadimi, nazir, hüquqşü-
nas, tərcüməçi. O, əslən Avşar elin-
dəndir.
Mirzə İsmayıl xan Əliəkbər xan
oğlu 1880-ci ildə Təbriz şəhərində ana-
dan olmuşdu. İbtidai təhsilini doğma
şəhərində, ali hüquq təhsilini İstanbul
şəhərində almışdı. İran Dövlət Depar-
tamentində işləmişdi. Azərbaycan De-
mokratik Respublikasında baş konsul
olmuşdu. Sonra İstanbul şəhərində İran
dövlətini təmsil etmişdi.
303
Mirzə İsmayıl xan Mümtazəddövlə 1906-cı ildə İran Milli
Məclisinə Cənubi Azərbaycandan nümayəndə seçilmişdi. O, bir ne-
çə kabinetdə mədəniyyət, maliyyə, təhsil və ədliyyə naziri postunu
tutmuşdu. İran Konstitusiyasının müəllifi idi. Fransız dilini bilirdi.
Mirzə İsmayıl xan Mümtazəddövlə 1933-cü ildə vəfat edib.
Mahmud xan Avşar Tus
Mahmud xan Həsən xan oğlu 1908-ci
ildə Tehran şəhərində doğulmuşdu. Hərbi
təhsil almışdı. General-mayor rütbəsinədək
yüksəlmişdi. Məhəmməd Musəddiq höku-
məti zamanı İran polisinə rəhbərlik etmişdi.
Mahmud xan soylu bir ailəyə mənsub
idi. Atası Həsən xan Şiblüssəltənə, Əmir
İsa xan Vəli Ehtişamüddövlənin altıncı oğ-
lu və Əmir Məhəmmədqasım xan Qovanlı-
Qacarın nəvəsi idi. Anası isə Fatimə Soltan
xanım idi.
Mahmud xan Avşar Tus 24 aprel
1953-cü ildə vəfat edib.
Ələkbər xan Qasımlı-Avşar
Ələkbər xan Məhəmmədhəsən xan oğlu 1883-cü ildə anadan
olmuşdu.
Ələkbər xan Seyf Qasımlı Avşar, Seyfəssəltənə ləqəbi ilə
Məhəmmədhəsən xan Sərdare Kollun oğlu
70
və ya Hüseyn Vəzir
Nizam oğlu Dar-əl Fünun və Rusiyanın Sankt-Peterburq şəhərinin
hərbi məktəbində təhsil almışdı. Tədricən İran Kazak diviziyasında
70
http://www.rasekhoon.net/mashahir/show-119440.aspx Rasexun saytı
Dostları ilə paylaş: |