|
Avropa iTTİfaqinin iQTİsadiyyati (qrup 828 II kurs)
|
tarix | 28.11.2017 | ölçüsü | 24,48 Kb. | | #13093 |
|
AVROPA İTTİFAQININ İQTİSADİYYATI (qrup 828 II kurs)
-
Maastrix müqaviləsi neçənci ildə imzalamış və qüvvəyə minmişdir? Müqavilənin mahiyyəti və əsas məzmununu şərh edin.
-
Avropa İttifaqının sənaye siyasətinin prinsiplərini və modellərini sadalayın, bu modellərin əsas xüsusiyyətlərini xarakterizə edin.
-
Avropa İttifaqının iqtisadiyyatı üçün “vergi rəqabəti” anlayışını izah edin.
-
İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının Avropa İttifaqı iqtisadiyyatına təsirlərini şərh edin.
-
Vilynusda keçirilmiş III Şərq Tərəfdaşlığı Sammitinin əsas nəticələri sadalayın.
-
Maastrix müqaviləsinin Avropa İttifaqı inteqrasiyası prosesində əhəmiyyətini və rolunu şərh edin.
-
Avropa İttifaqının enerji siyasətinin başlanğıcını qoymuş müqavilələri sadalayın.
-
Avropa İttifaqının iqtisadiyyatı üçün “vergi koordinasiyası” anlayışını izah edin.
-
İdxal mallarına qarşı Avropa İttifaqında tətbiq olunan qorumacılıq tədbirlərini açıqlayın.
-
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında potensial təchizatçı kimi Azərbaycanın rolunu şərh edin.
-
Amsterdam müqaviləsinin Avropa İttifaqının inkişafındakı əhəmiyyətini izah edin.
-
Avropa İttifaqı çərçivəsində enerji resurslarının əsas ixracatçı, idxalatçı və tranzit ölkələrini müəyyənləşdirin.
-
Avropa İttifaqının iqtisadiyyatı üçün “vergi harmonizasiyası” anlayışını izah edin.
-
Avropa İttifaqının əsas ticarət tərəfdaşlarını sadalayın.
-
Avropa İttifaqının Qafqaz və Xəzər regionunda strateji geosiyasi və geoiqtisadi maraqlarını şərh edin.
-
Nitsa müqaviləsinin Avropa İttifaqının inkişafındakı əhəmiyyətini izah edin.
-
Avropa İttifaqının enerji siyasətinin mahiyyətini və məqsədlərini açıqlayın.
-
Avropa İttifaqının regional siyasətinin əsas məqsədlərini açıqlayın.
-
Avropa İttifaqının MDB ölkələri arasında əsas tərəfdaşları hansılardır?
-
Avropa İttifaqının Azərbaycanla bağlı çoxtərəfli şəbəkə layihəsi olan İNOGATE layihəsinin məzmununu açıqlayın.
-
Lissabon müqaviləsinin Avropa İttifaqının inkişafındakı əhəmiyyətini izah edin.
-
Avropa İttifaqının nəqliyyat kompleksi inkişafının əsas problemlərini şərh edin.
-
Avropa İttifaqının regional siyasətinin əsas prinsiplərini açıqlayın.
-
Avropa İttifaqının (Aİ) MDB ilə əlaqələri hansı Aİ konsepsiyaya əsaslanır?
-
Avropa İttifaqının enerji sektorunda Azərbaycanla reallaşdırılmış əməkdaşlıq layihələrini sadalayın.
-
Avropa inteqrasiyasının inkişafı prosesində ilk olaraq hansı ittifaq təsis olunmuşdur? Bu ittifaqın təsisçi ölkələrini və ittifaqın quruluş məqsədlərini müəyyənləşdirin.
-
“Vahid transavropa nəqliyyat sisteminin yaradılması” üzrə Avropa İttifaqının nəqliyyət siyasəti konsepsiyasını açıqlayın.
-
Avropa İttifaqının regional siyasəti çərçivəsində maliyyə yardımının əsas alıcıları olan ölkə və regionları sadalayın.
-
Almaniyada sosial bazar iqtisadiyyatının təkamülü prosesini açıqlayın.
-
Avropa İttifaqının Azərbaycanla bağlı çoxtərəfli şəbəkə layihəsi olan TRASECA layihəsinin məzmununu şərh edin.
-
Avropa İttifaqı çərçivəsində qanunvericilik, icra və məhkəmə funksiyalarını həyata keçirən idarəetmə orqanlarını sadalayın. Avropa İttifaqının bu institutları və idarəetmə orqanlarının digər beynəlxalq təşkilatlardan fərqini müəyyənləşdirin.
-
Avropa İttifaqının innovasiya siyasətinin formalaşdırılmasında təşkilati və institusional özəllikləri xarakterizə edin.
-
Avropa İttifaqının regional siyasətinin əsas təkamül mərhələlərini göstərin.
-
Böyük Britaniya Krallığının Avropa valyuta ittifaqına daxil olmaması və vahid avropa valyutasına keçməkdə istəkli olmamasının səbəblərini şərh edin.
-
Avropa Komissiyasının Tvinninq proqramının mahiyyətini izah edin.
-
Avropa Parlamentinin Avropa İttifaqı çərçivəsində qərarların qəbulundakı rolunu şərh edin.
-
Avropa İttifaqının innovasiya siyasətinin prioritetlərini, əsas mexanizmi və alətlərini açıqlayın.
-
Avropa İttifaqının pul-kredit siyasətinin mahiyyətini izah edin.
-
İspaniya və Portuqaliyanın Avropa İttifaqına daxil olmaqla əldə etdikləri üstünlükləri müəyyənləşdirin.
-
Avropa Qonşuluq Siyasətinin tərəfdaş ölkələr üçün əhəmiyyətini şərh edin.
-
Avropa İttifaqının əsas institut və idarəetmə orqanlarını, onların funksiyalarını sadalayın.
-
Avropa İttifaqının üzv ölkələri arasında innovativ inkişafın qeyri-bərabərliyi məsələsini şərh edin.
-
Avropa valyuta inteqrasiyasının müasir problemlərini müəyyən edib şərh edin.
-
Şengen müqaviləsi nədir? Müqavilənin mahiyyət və məzmununu izah edin.
-
Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında “Şərq Tərəfdaşlığı” təşəbbüssünün mahiyyətini izah edin.
-
Digər inteqrasiya birlikləri ilə müqayisədə Avropa İttifaqının dünya iqtisadiyyatındakı yeri və rolunu açıqlayın.
-
Avropa İttifaqının vahid aqrar siyasətinin əsas məzmunu açıqlayın.
-
Avropa İttifaqının rəqabət siyasətinə istinadən regional təsərrüfat subyektinin rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edəcək amilləri xarakterizə edin.
-
Avropa Mərkəzi Bankının funksiyaları və fəaliyyət istiqamətlərini müəyyənləşdirin.
-
Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”nin mahiyyətini izah edin.
-
XXI əsrin əvvəllərində Avropa İttifaqı iqtisadiyyatında baş vermiş kəmiyyət və keyfiyyət dəyişikliklərini müəyyənləşdirin.
-
Avropa İttifaqının aqrar-sənaye kompleksi, onun strukturu, məqsəd və vəzifələrini açıqlayın.
-
Avropa Valyuta İttifaqının əsas struktur elementlərini sadalayın.
-
Avropa İttifaqının ümumi maliyyə planı çərçivəsində tərtib olunmuş Delor Komitəsi məruzəsinin mahiyyətini izah edin.
-
Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında reallaşdırılmış TACİS proqramının məzmun və mahiyyətini açıqlayın.
-
Avropa İttifaqının Lissabon strategiyasının başlıca prioritetlərini açıqlayın.
-
Avropa kənd təsərrüfatı modelinin fərqləndirici özəlliklərini xarakterizə edin.
-
Avropa İttifaqının ümumi maliyyə planı çərçivəsində təklif olunmuş Verner planının mahiyyətini izah edin.
-
Benilüks Gömrük İttifaqının fəaliyyətini şərh edin.
-
Avropa Qonşuluq Siyasətinin mahiyyətini izah edin.
-
Avropa İttifaqının davamlı inkişaf strategiyası
-
Avropa İttifaqında kiçik biznesin inkişafı dəstəklənməsi
-
Avropa İttifaqının nəqliyyat siyasətinin əsas istiqamətləri
-
Azərbaycan -Avropa İttifaqı əməkdaşlığının inkişaf mərhələləri
-
Avropa İttifaqının genişləndirilməsinin əsas şərtləri və perspektivləri
-
Almaniya iqtisadiyyatının xarakterik cəhətləri
-
Avropa İttifaqında innovasiya sisteminin formalaşdırılması üçün həyata keçirilən tədbirlər
-
Avropa İttifaqında kənd təsərrüfatının inkişafında kontraktasiya sistemi
-
Avropa İttifaqının sənaye siyasətinin strukturunun optimallaşdırılması
-
Avropa İttifaqının enerji siyasətinin əsas məqsədləri
-
Avropa İttifaqının nəqliyyat problemləri
-
Avropa İttifaqının innovasiya sisteminin ümumi xarakteristikası
-
Avropa İttifaqının innovasiya siyasətinin reallaşdırılmasında Avropa Komissiyasının rolu
-
Böyük Britaniyanın xarici ticarət və iqtisadi əlaqələri
-
İtaliyanın xarici iqtisadi fəaliyyəti
Dostları ilə paylaş: |
|
|