Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə100/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   ...   93   94   95   96   97   98   99   100   101

 

339 


ləri sayılan muğamlardan məharətlə istifadə edir. Üzeyir bəy-

hər iki əsərə yüksək qiymət verir.  

Ərtoğrol vakal janrından da böyük həvəslə yazıb -yara-

dır,tez-tez yazdıqları notlarla sevimli müəlliminin yanına ge-

dir,  ondan  faydalı  məsləhətlər  alır.  Gənc  bəstəkarın  böyük 

mütəfəkkir  şairimiz  Nizami  Gəncəvinin  anadan  olmasının 

800-illiyi münasibətiylə onun qəzəllərinə «Sevgili yar gəlmiş 

idi...» romansı sözün əsl mənasında milli vokal lirikasının ən 

gözəl  səhifələrini  təşkil  edir.  Azərbaycanın  xalq  şairi  Nigar 

Rəfibəylinin sözlərinə «Eşq olsun!»,türkmən şairi Kəminənin 

sözlərinə  «Leylanın  vəsfi»və  Tahir  Rasizadənin  sözlərinə 

«Səninlə olaydım» mahnı, romans və serenada vokal janrında 

yazılmış ən uğurlu əsərlərdir. Hələ bəstəkarın arxivində araş-

dırılmamış, natamam qalmış və heç kəsin eşitmədiyi əsərləri 

demirik.  Şübhəsiz  ki,  həmin  əsərlər  gələcəkdə  musiqi  tədqi-

qatçılarımızın  və  bəstəkarlarımızın  səyi  nəticəsində  səhmana 

salınacaq,  nəşr  ediləcək  mahir  ifaçılarımız  tərəfindən  səslən-

diriləcək,radiomuzun musiqi fonotekası üçün lentə yazılacaq. 

Bir sözlə, Ərtoğrol Cavidin musiqisi onu parlaq və rəngarəng 

yaradıcılıq  irsi  dərindən  öyrənilməli  və  təbliğ  olunmağa  bö-

yük ehtiyacı var. Bununla Azərbaycan Bəstəkarlar İttifaqının 

musiqişünasları, musiqi tədqiqatçıları yaxından məşğul olma-

lıdırlar. 

...1941-ci il. Böyük cahan müharibəsi başlanır. Ərtoğrol 

vətənpərvərlik ehtirası ilə dolu bir sıra qəhrəmanlıq və cənga-

vərlik ruhunda mahnı- marşlar bəstələyir. Həmin vaxt  yarat-

dığı «Cəbhədən məktub» adlı simfonik balladası böyük bəstə-

karımız  Üzeyir  bəy  Hacıbəylinin  diqqətini  cəlb  edir.  O,  bu 

əsərə  yüksək  qiymət  verərək  gənc  bəstəkara  tezliklə  ona  or-

kestrləşdirməyi məsləhət görür. 

Böyük nəfəsli orkestr üçün bəstələnmiş daha başqa bir 

əsər - «Vətənpərvərlik marşı «nı not vərəqinin üstündə Ərtoğ-

rol  Cavidin  öz  əli  ilə  yazılmış  və  bizə  yadigar  qalmış:  «Ana 

vətən hərbinin oğul qəhrəmanlarına ithaf elilir», 21.07.1941-




 

340 


ci il, Bakı - sözləri bir daha sübut edir ki, bu istedadlı gənc, 

böyük gələcəyə ümidlər bəsləyən sənətkar öz doğma vətənini

igid  oğullarını  necə  də  böyük  ehtirasla  sevirdi.  Bu  marş  da 

Ərtoğrolun başqa əsərləri kimi həyat üzü görmür, axı o, «xalq 

düşmənin  oğlu»  kimi  hər  şeydən  əvvəl  mərhum  olan  kimi, 

əsərlərinin  səhnədən,  konsert  salonlarlarından  ifasından  da 

mərhum  idi.  Həmin  «Vətənpərvərlik  marş»ın  taleyi  yazılan 

vaxtı,  yəni  müharibənin  düz  bir  ay  başlanan  vaxtına  təsadüf 

edirsə,  bu  əsər  düz  52  ildən  sonra  atası  Hüseyn  Cavidin  Ba-

kıda  1993-cü  ilin  mayın  27-də  açılan  abidəsi  önündə  prezi-

dent  nəfəsli  orkestrinin  təntənəli  açılışda  ilk  dəfə  əzəmətlə 

səsləndi. Bu təntənəli marşı Cavidlər nəslindən yeganə yadi-

gar  qalmış  böyük  Hüseyn  Cavidin  qızı  -  Turan  xanıma  eşit-

mək nəsib oldu... 

Ölməz müğənnimiz Bülbülün Konservatoriyada yarağt-

dığı  Azərbaycan  xalq  musiqisinin  tədqiqatı  ilə  məşğul  olan 

kabinənin fəaliyyətində Ərtoğrolunda misilsiz xidmətləri var. 

O,  böyük  sənətkarla  Azərbaycanın  bir  çox  rayon  və  kəndlə-

rinə folklor ekspedisiyalarında iştirak edir, xeyli xalq mahnı-

ları,  el  havaları  və  rəqslərini  nota  köçürür.  Deyilənlərə  görə 

Ərtoğrol 200-dən çox havasını nota köçürmüş, onları redaktə 

etmiş, çapa hazırlamışdır.  

1942-ci  ilin  fevralın  28-i  Ərtoğrol  da  xalqımızın  igid 

oğulları kimi ordu sıralarında Böyük cahan müharibəsinə ge-

dir. Ərtoğrol oradan böyük müəllimi Üzeyir bəy Hacıbəyliyə 

məktublar yazır. Birincisini hələ Bakıda olarkən yazmışdı:  

«Hörmətli Üzeyir bəy

Əsgərliyə getməzdən əvvəl  sizinlə görüşmək istədimsə 

də, qismət olmadı. Yeganə narahatçılığım ana və bacımın acı-

nacaqlı halıdır. Rica edirəm keçirdiyimiz səmimi dərs günləri 

və  ümidli  gələcək  xatirinə,  mümkün  ola  biləcək  yardımınızı 

əsirgəməyin. 

 Anam uşaq baxçalarında işləyə bilər. Bacım həm bax-

çada, həm maşinistkalıq, həm də ibtidai məktəbdə dərs (mate-




 

341 


matika, dil) deyə bilər. Lakin  ən lazım  məsələ çətin hallarda 

nəzər  etmək,  ürək  vermək  mənəvi  yardımdır.  Zənn  edirəm 

rədd etməzsiniz.  

 Hörmətlə, Ərtoğrol. 25 fevral 1942» 

 Sevimli  müəllimim  Üzeyir  bəyə  yazdığı  üç  məktubun 

üçü də ehtiraslı , üçü də oğul nəvəzişi, üçü də dərin duyğulu, 

mənalı, kamallı... Dahi sənətkarın arxivində - vaxtı ilə 1937-

ci ilədək ailəsi ilə yaşadığı ata ocağındı - indi də göz bəbəyi 

kimi qoruyub saxlanılır bu məktubların üçü də... 

Bu məktublara cavab almasa də Ərtoğrol, ölməz bəstə-

kar  öz  xeyirxah  yardım  əlini  artıq  uzatmışdı  Cavid  ocağına. 

Anası Mişkinaz xanımın, sevimli bacısı Turanın işə düzəldir 

o qoxulu və pis vaxtlarda... 

24 il ömür sürmüş bu gənc fitri istedada malik sənətkar 

özündən sonra həm iz qoyub, həm də irs qoyub getdi... Onun 

qarlamalarda  və  eskizlərdə  qalmış  «Şeyx  Sənan»  və  «Məh-

səti»  operaları,  gələcək  balet  üçün  düşünülmüş  «Adajio», 

«Babəkin andı» simfonik poeması müxtəlif instrumental pyes-

lər,  sonatina,  prelüdlər,  vokal  janrında  isə  gözəl  və  ecaskar 

mahnı  -  marşlar,  romanslar.  Böyük  ilhamla  yazılmış  təravətli 

və həzin lirik musiqi inciləri, həyat üzü görməmiş bəstələr!..  

Bu  qısa,  lakin  mənalı  və  zəngin  yaradıcılıq  yollarında 

Ərtoğrol özünü parlaq və məğrur bir musiqi qoyub getmişdi 

öz əsərlərində. Həmin abidə dahi Üzeyir bəy Hacıbəyli bəstə-

karlıq məktəbinin ölməzliyi və əbədiliyidir! 

...İstiqlaliyyət  küçəsində  bir  lövhə  hamının  diqqətini 

özünə cəlb edir hər gün. Həmin lövhənin yanında böyük dra-

maturq  və  yazıçı  H.Cavidin  barelyefi  diqqət  mərkəzindədir. 

Bu binanın üçüncü mərtəbəsində 1937-ci ilədək ölməz Cavi-

din  ailəsi:  ömür  yoldaşı  Mişkinaz  xanım,  oğlu  Ərtoğrol,  se-

vimli  qızı  Turan  xanım  və  şairin  özü  yaşayardı.  İndi  həmin 

mərtəbədə H.Cavidin ev muzeyi yerləşir. Və həmin muzeyin 

direktoru,onun  yaradıcısı,  gecəsini-gündüzünü,  bütün  həya-

tını- ömrünü atasının unudulmaz və müqəddəs xatirəsinə həsr 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə