Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə17/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   13   14   15   16   17   18   19   20   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
54 
 
SÜD VƏZI XƏRÇƏNGININ DIAQNOSTIKASINDA MRT MÜAYINƏSININ ROLU 
 
Xəyalə İsmayılzadə 
 
İşin rəhbəri: Dos.Dr.Rasim Bayramov 
 
ATU TCK, Şüa-diaqnostikası və şüa-terapiyası kafedrası 
 
 
Açar sözlər: Süd vəzi xərçəngi, MRT, göstərişlər, müayinə texnikası 
Giriş: Süd vəzi xərçənginin rastgəlmə tezliyinin yüksək olduğunu, son dövrlərdə daha erkən yaşlarda rast 
gəlindiyini  nəzərə  alsaq,  erkən  diaqnostikanın  xəstəliyin  müalicə  və  profilaktikasındakı    rolu  danılmazdır.    Bu 
baxımdan  süd  vəzinin  maqnit  rezonans  tomoqrafiyası  (MRT)    bir  sıra  üstünlüklərə  malikdir.  Süd  vəzinin 
xərçəngində arterio-venoz şuntların inkişafına bağlı olaraq intravenoz kontrast maddə yeridilməklə aparılan MRT 
müayinəsi  zamanı  xarakter  kontrast  tutulumlarının  izlənilməsi  ultrasəs  və  mammoqrafiya  müayinələri  ilə  aşkar 
edilməyən və ya differensasiya edilməyən hallarda dəqiq diaqnoz qoymağa imkan verir. 
 
Tədqiqatın  məqsədi:  Süd  vəzi  xərçəngində  MRT  müayinəsinin  rolunu  və  digər  müayinə  üsullarından 
üstünlüyünü araşdırmaq. 
 
Material  və  metodlar:  15.02.2016-10.02.2017  tarixlərində  İstanbul  Universitenin  Cərrahpaşa  Tibb 
fakultəsində orta yaş həddi 45-55 olan 167 xəstə süd vəzi MRT müayinəsindən keçirilmişdir. Müayinələr Siemens 
Magnetom Symphony 1.5 T aparatında 0.2 mmol/kq İV kontrast maddə yeridilməklə aparılmışdır. Kəsik qalınlığı 
3  mm olan prekontrast  aksiyal T1, T2, dinamik  kontrastlı T1, postkontrast sagital STIR və aksiyal substraksion 
sekanslar alınmışdır. Aparılan müayinələr nəticəsində 26 xəstədə dinamik kontrastlı kəsiklərdə erkən dövrdə güclü 
kontrast  tutulumu  izlənmiş,  gec  dönəmdə  isə  “wash-out”  görülmüşdür.  Bu  xəstələrin  3-ündə  şiş  multifokal 
xarakterdə,  5-ində  isə  multisentrik  xarakterdə  olmuşdur.  Xəstələrin  2-sində  şişin  döş  qəfəsi  divarına  invaziyası 
görülmüşdür.  5  xəstədə  öncədən  bilinən  süd  vəzi  xərçəngi  olub,  neoadyuvant  kimyəvi  terapiyaya  uyğunluğu 
məqsədilə MRT müayinəsi aparılmışdır. 1 xəstədə iltihablaşmış xərçəng və granulomatoz mastit differensasiyası 
məqsədilə biopsiya məsləhət görülmüşdür. 
 
Nəticə:  Beləliklə,  süd  vəzisinin  MRT  müayinəsi  ultrasəs  və  mammoqrafiya  vasitəsilə  aşkar  edilə 
bilinməyən kiçik ölçülü şişlərin diaqnozunun qoyulmasında, residiv və rezidual şişlərin aşkarlanmasında, müsbət 
aksilyar  metastazı  olan  xəstələrdə  süd  vəzisində  olan  ilkin  ocağı  müəyyənləşdirməkdə,  neoadyuvant  kimyəvi 
terapiyaya  uyğunluğu  müəyyən  etməkdə  və  müalicə  dinamikasını  izləməkdə,  şişin  multifokal  və  multisentrik 
xarakterli, kontralateral yerləşimli olmasının müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edir.  
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
55 
 
KAROTİS ARTERİYA STENOZLARININ DƏYƏRLƏNDİRİLMƏSİNDƏ  
DOPPLER MÜAYİNƏSİNİN  
ROLU 
 
Vüsalə HƏSƏNOVA 
 
İşin rəhbəri: Rasim BAYRAMOV 
 
ATU TCK , Şüa diaqnostikası və Şüa terapiyası kafedrası 
 
Açar  sözlər.  Kommon  karotis  arteriya  (CCA),  internal  karotis  arteriya  (İCA),  eksternal  karotis  arteriya 
(ECA), stenoz, Rəngli Doppler Ultrasəs (RDUS), pik sistolik sürət (PSV), diastola  sonu sürət  (EDV), Consensus 
kriteriya - NASCET kriteriya 
Giriş.  Beyin  iki  ədəd  internal  karotis  arteriya  və    iki  ədəd  vertebral  arteriya  olmaq  üzrə  dört  damar 
tərəfindən  qidalanır.Arkus  aortanın  ilk  və  ən  geniş  şaxəsi  braxiosefalik  trunkus  olub,  sağ  ana  karotis  arteriya  və 
sağ subklavian arteriya  şaxələrinə ayrılır.  Arkus  aortanın  ikinci  əsas şaxəsi sol ana karotis arteriya, üçüncü  əsas 
şaxəsi  isə  sol  subclavian  arteriyadır.  Hər  iki  ana  karotis  arteriyalar  boyunda  C4  vertebra  səviyyəsində  internal 
(İCA)  və  eksternal  karotis  arteriya  (ECA)  şaxələrinə  ayrılır.Ana  karotis  arteriyadan  gələn  qanın  80%  internal 
carotis arteriyaya, 20% isə eksternal karotis arteriyaya gedir.  
 50%-in altındakı  stenozlar ciddi  hemodinamik dəyişikliyə  səbəb olmadığından, kilinik önəm daşımır. 50-
99%  arasındakı  darlıqlar  klinik  əhəmiyyətlidir  və  bunların    aşkar  edilməsində    PSV,  EDV,  İCA/CCA(sistolik), 
İCA/CCA (diastolik), plakın olma ehtimalı kimi  göstəricilərindən istifadə olunur.  
Tədqiqatın məqsədi. İnternal karotis arteriya stenozlarının Doppler müayinəsi ilə dəyərləndirilməsi   
Material və metodlar. Təcrübə İstanbul Universiteti Cərrahpaşa tibb fakultəsi xəstəxanasında 19.12.2016-
10.03.2017 tarixləri  arasında  64  xəstə  üzərində  aparılmışdır.Müayinə  olunan  xəstələrdən    9-də  (13% )  70%  -dən 
çox darlıq, 12 xəstədə(18%) 50-69% darlıq, 21 xəstədə (32%)  50%-dən az darlığa səbəb olan plaklar, 22 xəstədə 
isə (34%) plak aşkar edilməmişdir.  
Nəticə. Gri- skala ve rəngli Doppler və ya power mode Doppler müayinəsi  aşağı dərəcəli, spektral Doppler 
müayinəsi  isə yüksək dərəcəli stenozların  aşkarlanmasında daha həssasdır.  
 
İCA  stenozlarının  dərəcələndirilməsi  üçün  bütün  dünyada  qəbul  olunmuş  və  ən  çox  istifadə  olunanı 
Consensus  kriteriya  -  NASCET  kriteriyasıdır    (Cədvəl).  Burada  əsas  götürülən  göstəricilər  sürət,  dalga  formu 
analizi və spektral kriteriyalar, eləcə də plak ehtimalıdı. 
 
Cədvəl 
Stenoz dərəcəsi 
İCA PSV 
İCA EDV 
İCA/CCA 
PSV 
nisbəti 
Plak  
Stenoz % 
Normal 
<125 sm/san 
<40 sm/san 
<2 
Yox 
50% 
<125 sm/san 
<40 sm/san 
<2 
50% dən az  diametr 
azalması 
50-69% 
125-230 sm/san 
40-100 sm/san 
2-4 
50%-dən 
çox 
diametr azalması 
70% 
(preokluzia 
olmadan) 
>230 sm/san 
>100 sm/san 
>4 
50%-dən 
çox 
diametr azalması 
Preokluziya 
Düşük, 
amma 
ölçüləbilən 
Dəyişkən 
Dəyişkən  
İzlənəbilən 
açıq 
mənfəz görünür 
Okluziya 
Ölçüləbilən deyil 
Ölçülə bilmir 
Ölçülə bilmir 
İzlənəbilən 
açıq 
mənfəz yoxdur 
 
Müzakirə.  RDUS,  sadəcə  karotis  arteriya  xəstəliklərinin  aşkarlanmasında  deyil,  ayrıca  müalicə  sonrası 
müşahidədə    də  önemli  rol  alır.  Həm  cərrahi,  həm  də  endovaskulyar  müalicə  sonrasında  invaziv  olmaması 
səbəbiylə xəstəliyin proqressiyasını  izləməkdə geniş tətbiq olunur.  
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə