http://www.amu.edu.az
15 noyabr 2016-cı il
4
P
rorektor ali məktəb qarşısında
duran ən böyük vəzifələrdən
birinin, bəlkə də birincisinin
istedadlı və ixtisaslaşmış kadrla-
rın hazırlanması olduğunu, bu ba-
xımdan aparılan işlərdə Tələbə Elmi
Cəmiyyətinin xüsusi rolunu diqqətə
çatdırdı: “Ölkəmiz möhtərəm pre-
zidentimiz İlham Əliyevin rəhbərliyi
altında bir çox beynəlxalq tədbirlərə,
forumlara
ev
sahibliyi
edir.
Beynəlxalq səviyyəli tədbirlərin ar-
dıcıl olaraq keçirilməsinin nəticəsidir
ki, artıq xarici tələbələrin ölkəmizə
marağı durmadan artır. Bugünkü
konqresə yaxın və uzaq xaricdən
xeyli sayda nümayəndənin qatılması
dediklərimizin əyani sübutudur”.
Təbabətin aktual problemlərinə həsr
olunmuş elmi müzakirələrin aparıla-
cağı konqresi açıq elan edən pro-
rektor onun işində iştirak edən hər
kəsə uğurlar arzuladı.
Daha sonra Türkiyə İstanbul Uni-
versitetinin tibb fakültəsinin pro-
fessoru Levent Aftan çıxış edərək,
tədbir iştirakçılarını səmimiyyətlə
salamladı və “Bu konqresdə sizlərlə
bərabər olmağın xoşbəxtliyini yaşayı-
ram” - dedi: “Bu konqresin beynəlxalq
səviyyədə təşkilini tibb elminə verilən
dəyər kimi qəbul edirəm. İnanıram ki,
bu gün burada iştirak edən gənclər
arasından tanınmış elm adamları çı-
xacaq”.
Professor Levent Aftan çalışdı ğı
universitetdə Azər-
baycan
kökənli
750 tələbənin ol-
duğunu və bunlar-
dan 150 nəfərinin
tibb fakültələrində
təhsil
aldığını,
həm çinin İstanbul
Uni versitetində 2
ti bb
fakültəsinin
-İstanbul və Cər-
rah paşa tibb fa kül-
tələrinin fəaliyyət
gös tərdiyini dedi.
Bil dirdi ki, hər iki
fakültədə 110 nəfər
azərbaycanlı tibb
doktoru müxtəlif
ixtisaslar üzrə tibb
təhsili alırlar.
Tula Tibb Universitetindən pro-
fessor Tatyana Subbotina çıxışında
dünya ölkələrinin tibb təhsili üzrə
təcrübə mübadilələrinin mühüm ro-
lunu qeyd etdi. Bakıya səfərindən
məmnunluğunu bildirən rusiyalı alim
gəncləri Tula Tibb Universitetində
dərc olunan jurnalda elmi məqalələrlə
çıxış etməyə dəvət etdi.
Çıxışlar zamanı ölkələrimiz arasında
elmi əlaqələrin qurulmasında, gənc
həkimlərin elmi tədqiqatlara cəlb
olunmasında və onlarda diskussi-
ya mədəniyyətinin formalaşmasında
belə tədbirlərin böyük əhəmiyyət da-
şıdığı vurğulandı.
Milli Onkoloji Mərkəzdə aparılan ge-
niş spektrli əməliyyatlar barədə Niya-
zi Əsgərov məlumat verdi. Almaniya-
nın Araşdırmalar Mərkəzindən Mehdi
Əhmədpur, Türkiyədən Tuğba Uysal
prezentasiya ilə çıxış etdilər.
Noyabrın 2-də yüksək səviyyədə
keçən beynəlxalq tədbirin təntənəli
bağlanışı oldu. TEC-in elmi rəhbəri,
professor Amaliya Əyyubova konq-
resin gedişatını diqqətdə saxladığına
görə ilk növbədə universitetin rek-
toru, professor Gəray Gəraybəyliyə
təşəkkürünü bildirdi. Plenar iclas-
larda tibbin bütün sahələrini əhatə
edən çox maraqlı məruzələrin
dinlənildiyini söyləyən Amaliya xa-
nım gənc tədqiqatçıların alimliyə
gedən yolda ilk addımlarını müsbət
qiymətləndirdi. O, çıxışında univer-
sitetin müəllim-professor heyətinin
böyük əksəriyyətinin Tələbə Elmi
Cəmiyyətində yetişdiyini xatıradaraq
tələbələrə bu istiqamətdə sərbəstlik
verilməsinin zəruriliyini önə çəkdi.
Eyni zamanda, uzun illərdir ki, onun-
la bərabər çalışan TEC-in sədri Müş-
fiq Həsənovun fəaliyyətini yüksək
qiymətləndirərək
istər
hazırlıq
mərhələsində, istərsə də konqre-
sin gedişində onun xüsusi fəallıq
göstərdiyini, təşkilatçılıq səriştəsi ilə
seçildiyini vurğuladı.
Təşkilat komitəsi adından tədqiqatçı
tələbələri, onların elmi rəhbərlərini,
valideynlərini təbrik edən Amaliya
xanım Əyyubova bütün konqres iş-
tirakçılarına, qonaqlara bu mötəbər
tədbirə qatıldıqları üçün bir daha
hörmət və ehtiramını ifadə etdi.
Tədbirin açılışının və bağlanışının
bədii hissə ilə müşayiət olunması iş-
tirakçılarda xoş ovqat yaratdı. Prezi-
dent təqaüdçüsü Çinarə Əzimovanın
ifasında Fikrət Əmirovun “Azərbaycan
elləri” əsəri, tarda İsmayıl Zülfüqa-
rov, kamançada Hikmət Abdullayevin
müşayiəti ilə Respublika müsabiqələr
laureatı Nigar Cəlilovanın ifasında
Azərbaycan xalq mahnısı “Sarı gəlin”
böyük maraqla qarşılandı. Beynəlxalq
müsabiqələr laureatı Nihad Oruco-
vun ifasında M.Maqomayevin “Azər-
baycan” əsəri, Bülbül adına orta ixti-
sas musiqi məktəbinin şagirdlərinın
ifasında “Qarabağ şikəstəsi” təkcə
milli musiqimizin əzəmətinin nüma-
yişi deyildi. Həm də nəzərləri Qara-
bağa yönəldərək bu tarixi torpaqla-
rın Azərbaycana məxsusluğu barədə
musiqi dilində bir çağırış idi.
II müalicə-profilaktika fakültəsi-
nin VI kurs tələbəsi O.Tapdıqlının
qiraətində şair Ramiz Qusarçaylının
“Azərbaycan bayrağı” şeiri və ATU-
nun Əminə Dilbazi adına qızlardan
ibarət “Çinar” rəqs ansamblının çıxış-
ları da tədbirə xüsusi rəng qatdı.
İki gün davam edən Tələbələrin və
Gənc Həkimlərin III Beynəlxalq Konq-
resi öz işini plenar və bölmə iclasla-
rında davam etdirdi. Sonda qaliblər
diplom və sertifikatlarla təltif olun-
dular.
Arif MƏMMƏDLİ
Fotolar Cənnətalı Çingizindir
Tələbələrin və Gənc Həkimlərin III
Beynəlxalq Tibb Konqresi keçirildi
A
zərbaycan Tibb Universitetində
Tələbələrin və Gənc Həkimlərin
III Beynəlxalq Tibb Konqresi öz
işinə noyabrın 1-də Azərbaycan
Respublikasının Dövlət Himninin
səsləndirilməsi ilə başladı. Tədbirin
aparıcıları Səmra Bağırlı və Oktay
Tapdıqlı konqresin açılış günündə
müxtəlif ölkələrdən təşrif buyurmuş
nümayəndələri, ATU-nun professor-
müəllim heyətini və tələbələrini
salamlamaqdan məmnunluq
duyduqlarını söylədilər. Təbrik üçün
ilk söz ATU-nun elmi işlər üzrə
prorektoru, dosent Rauf Bəylərova
verildi. Konqres iştirakçılarını
universitetin rektoru, professor Gəray
Gəraybəylinin və rəhbər heyətin
adından salamlayan prorektor
qeyd etdi ki, hər il ənənəvi olaraq
Azərbaycan Tibb Universitetində
Tələbələrin və Gənc Həkimlərin
Beynəlxalq Tibb Konqresi keçirilir:
“I Beynəlxalq Konqres 2014-cü ilin
mayında ulu öndər Heydər Əliyevin
əziz xatirəsinə həsr olunmuşdu.
Həmin konqresə 20-dən artıq xarici
universitetin təmsilçiləri qatılmışdı.
2015-ci ilin noyabrında keçirilən II
Beynəlxalq Konqresdə isə 30-dan
artıq universitetin nümayəndələri
iştirak etmişdi. Bu il 450-dən artıq
nümayəndə rəsmi qeydiyyatdan keçib
ki, bunlardan da 104 nəfəri ayrı-ayrı
xarici universitetlərin professor-
müəllim və tələbə heyətidir”.