Atu-da “Düzgün kliniki Praktika” seminarı keçirilib



Yüklə 319,53 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix02.01.2018
ölçüsü319,53 Kb.
#19074
1   2   3   4   5   6   7

http://www.amu.edu.az

30 noyabr  2016-cı il

6

Mütəxəssis sözü

u

 

    



Yüksək sürətlə inkişaf edən cəmiy yətimizdə öz bacarı-

ğı, dərin zəkası, məharətlə idarə qabiliyyəti ilə seçilən

müxtəlif vəzifələrdə çalışan və onların öhdəsindən 

layiqincə gələn qadınlarımızı gördük də hədsiz sevinc, qürur his-

si duyuruq. Və bu zərif cinsin numayəndələrinin gördükləri işlərə 

heyran olur, onları alqışlayırıq.

Belə  bir  yüksək  idarəetmə  qabiliyyətinə  malik  olan  qadınlarımızdan  biri  də 

Azərbaycan Tibb Universitetinin xarici dillər kafedrasının müdiri, filologiya elmləri 

doktoru, professor Zemfira xanım Məmmədovadır.

Zemfira xanım 15 ildən artıqdır ki, öz aramızda “qadınlar ordusu” adlandırdığı-

mız bu səmimi, eyni zamanda həssas kollektivə başçılıq edir. Bu illər ərzində kafed-

ranın elmi-pedaqoji fəaliyyətində bir sıra uğurlara imza atılmış,  gənc müəllimlərin 

bir qismi elmi işlərə cəlb olunmuş, elmi adlar almışlar.

Təkcə  onu  demək  kifayətdir  ki,  ATU-nun  iştirak  etdiyi  TEMPUS-FLEPP 

layihəsinin xarici dillər kafedrasında müvəffəqiyyətlə həyata keçirilməsinə Zemfira 

xanım bilavasitə rəhbərlik etmişdir.

Zemfira xanımın elmi fəaliyyəti və təşkilatçılıq bacarığından çox danışmaq olar. 

Amma düşünürəm ki, bu sadə, bacarıqlı, incə yumor hissli, ancaq işində çox ciddi 

olan xanım alimi yaxından tanımaq üçün onun həyat yoluna qısaca nəzər salmaq da 

yetər.

Z.Məmmədova 1983-cü ildə M.Əzizbəyov adına Neft-Kimya İnstitutunun (indiki 



Neft Akademiyası) xarici dillər kafedrasında fəaliyyətə başlamışdır. 1987-ci ildə filo-

logiya elmləri namizədi elmi dərəcəsi almaq ücün dissertasiya müdafiə edən Zemfira 

xanım 1989-cu ildə müsabiqə yolu ilə xarici dillər kafedrasında müəllim vəzifəsinə 

seçilmiş və 2002-ci ilə kimi burada fəaliyyət göstərmişdir.

Z.Məmmədova 2002-ci ildən Azərbaycan Tibb Universitetinin xarici dillər kafed-

rasının müdiri vəzifəsində  çalışır.

2003-cü ildə dosent elmi adına layiq ğörülən Zemfira xanım 2006-ci ildə Milli 

Elmlər Akademiyasının Koordinasiya Şurasına üzv seçilmişdir.

Z.Məmmədova    2012-ci  ildə  “Bədii  əsərlərdə  personaj  nitqinin  xarakteroloji 

xüsusiyyətləri” mövzusunda doktorluq işini müdafiə edərək fıloloqiya elmləri dokto-

ru alimlik dərəcəsini almışdır. 2015-ci ildən ATU-nun professorudur.

Z.Məmmədova  bir  çox  elmi  əsərlərin,  o  cümlədən  elmi  və  tədris-metodiki 

əsərlərin, dərsliklərin, lüğətin, monoqrafiyaların, metodik tövsiyə və proqramların 

müəllifidir.

Bu gözəl xanım alimi yubileyi münasibəti ilə kafedranın bütün əməkdaşları adın-

dan səmimi qəlbdən təbrik edir və ona öz ülvi arzularımızı bildirərək belə deyirik:

- Qoy şirin ömrünüz qünəş şəfəqli, bahar nəfəsli, sübh nəğməli olsun!

İradə Rza,

kafedranın əməkdaşı

BAHAR NƏFƏSLİ ÖMÜR...

u

 



 

Qarının ön divarında 

yerləşən irihəcmli yırtıq-

ların cərrahiyyə yolu ilə aradan 

qaldırılmasının optimal üsulla-

rının işlənib hazırlanması təkcə 

tibbi yox, həm də sosial əhəmiyyət 

kəsb edir. Bu kateqoriyadan olan 

xəstələrin əksəriyyətində əmək 

qabiliyyəti xeyli məhdudlaşır, 

onların bədbinliyə qapanmaları 

psixoloji kompleks yaradır, hətta 

həyat üçün təhlükə törədə bilən 

hallara gətirib çıxarır.

Bunu Azərbaycan Tibb Universi-

tetinin ümumi cərrahlıq və anestezi-

ologiya kafedrasının assistenti, tibb 

üzrə fəlsəfə doktoru Elnur Qasımov 

deyib.


Onun  sözlərinə  görə,  xəstəliyin 

əsas və yeganə müalicəsi cərrahiyyə 

yolu  ilə  aparılır.  Müalicənin 

nəticəsinin  yaxşı  alınması  üçün 

mütləq  şəkildə  müxtəlif  tərkibli 

və  ölçülü  torlardan  istifadə  olunur. 

İndiyədək cərrahiyyə praktikasında 

istifadə edilən torlar primitivlikdən 

təkmilləşməyə  doğru  uzun  bir 

yol  keçib,  lakin  hələ  də  bu  torlar 

həkimləri  və  xüsusən  də  xəstələri 

tam  qane  edəcək  bir  səviyyəyə 

çatdırılmayıb.  Hazırda  istifadə 

edilən  torların  müəyyən  qismi 

əməliyyatdan sonra həcmcə kiçilir, 

onlarda  büzüşmə  gedir  və  təkrar 

yırtıqların  əmələ  gəlməsinə  zəmin 

yaradır.  Eyni  zamanda,  torlar  yad 

cisim  olduğuna  görə  müxtəlif  növ 

ağırlaşmalar yarada bilir. Belə ağır-

laşmaların ən təhlükəli növlərindən 

biri anibiotiklərin enteral və paren-

teral təyin edilməsinə baxmayaraq, 

kəskin və xroniki infeksiyanın ətraf 

toxumalardan torun üzərinə yayılıb 

həmin nahiyədə irinli proses yarat-

masıdır.  Bu  da  bəzi  hallarda  torun 

təkrar əməliyyatla çıxarılmasına və 

yenidən  yırtığın  əmələ  gəlməsinə 

səbəb  ola  bilir.  Buna  görə  istifadə 

edilən  torların  optimal  variantları-

nın işlənib hazırlanması herniologi-

ya elminin qarşısında duran priori-

tet məsələlərdəndir.

“Qeyd  olunanları  nəzərə  ala-

raq  son  bir  ildə  Azərbaycan  Milli 

Elmlər  Akademiyasının  nəzdində 

fəaliyyət göstərən və yeni texnologi-

yalar yaratmağa imkan verən, eləcə 

də  zəngin  elmi-praktiki  potensiala 

malik  olan  Qeyri-Üzvi  Kimya  və 

Kataliz İnstitutunun laboratoriyası-

nın  əməkdaşları  ilə  əlaqə  saxladıq, 

artıq bu istiqamətdə elmi işlər apa-

rırıq. Hazırda Almaniyada, ABŞ-da 

və  digər  ölkələrdə  istehsal  olunan 

torların  eksperimental  yolla  ha-

zırlanmasına  və  cərrahi  təcrübədə 

tətbiqinə elmin inkişafı naminə bö-

yük  maliyyə  vəsaitləri  sərf  edilir. 

Bizim bu sahədə atdığımız addım-

lar Sankt-Peterburq alimləri ilə bağ-

lanmış  müqavilə  əsasında  aparılır. 

Diqqətimizi  cəlb  edən  müasir  tex-

nologiyalardan biri ondan ibarətdir 

ki,  ölkəmizdə  inkişaf  etmiş  kimya 

sənayesinin  imkanlarından  istifadə 

edərək  keyfiyyətlə  hazırlanan  tor-

ların üzərinə kimyəvi üsulla yüksək 

dərəcədə  bakterisid  xassəyə  malik 

olan  antibakterial  komponentlər 

hopdurulur.  Belə  bir  torun  ha-

zırlanması  əməliyyatdan  sonrakı 

mərhələdə  plastika  sahəsinin  pato-

gen  mikroorqanizmlərdən  qorun-

masında və təkrar yırtıqların əmələ 

gəlməsinin  qarşısının  alınmasında 

mühüm əhəmiyyət kəsb edə bilər”, 

- deyə E.Qasımov bildirib.

Azərbaycanda  belə  torların  is-

tehsalının  mümkünlüyünə  gəlincə, 

həkim  qeyd  edib  ki,  əvvəllər 

ölkəmizdə  yırtıqların  plastika-

sı  üçün  torlardan  istifadə  fai-

zi  çox  cüzi  idi,  lakin  son  10  ildə 

beynəlxalq  əlaqələrin  qurulması 

nəticəsində  cərrahların  inkişaf  et-

miş  xarici  ölkələrin  müasir  kli-

nikalarında  təkmilləşmə  kursla-

rı  keçmələri  onların  imkanlarını 

genişləndirib. Bu da bizi torların ha-

zırlanması istiqamətində tədqiqatlar 

aparmağa  sövq  edib.  “Ümidverici 

məqamlardan  biri  odur  ki,  bizdə 

bu  istiqamətin  işlənilməsi  Elmin 

İnkişaf Fondu tərəfindən qranta la-

yiq  görülüb.  Aparılan  tədqiqatlar 

müsbət  nəticələr  versə,  ölkəmizdə 

də  belə  torların  istehsalının  re-

allaşması  mümkün  ola  bilər.  Bu 

sahədə  Azərbaycan  Tibb  Universi-

tetinin  Elmi-Tədqiqat  Mərkəzində 

apardığımız 

eksperimentlərdən 

əldə  etdiyimiz  preparatlar  histoloji 

müayinədən keçirilib. Hesab edirik 

ki,  belə  torların  işlənib  hazırlan-

ma  texnologiyasının  bir  hissəsinin 

ölkəmizdə  aparılmasına  şərait  ya-

ransa,  bu,  xaricdə  hazırlanan  tor-

lardan nisbətən ucuz başa gələr”, - 

deyə E.Qasımov əlavə edib.



Günel ASLANOVA

E.Qasımov: 

«Qarın yırtıqlarının müalicəsinin optimal 

üsullarının işlənib hazırlanması sosial əhəmiyyət kəsb edir»

Əvvəlcə 


mikrobiologiya 

və  immunologiya  kafedra-

sında  olan  hörmətli  qo-

naq  II  müalicə-profilaktika 

fakültəsinin III kurs tələbə lə-

rinə  müasir  təbabətin  qlobal 

problemlərindən 

birinə 


mikroorqanizmlərin 

dərman 

davamlılığına 



həsr  olunmuş  maraqlı 

mühazirə oxumuşdur. 

Sonra  Tədris  Terapevtik 

Klinikada Azərbaycan Tib-

bi  Mikrobioloqlar  və  İm-

munoloqlar  Cəmiyyətinin 

üzvləri, 

Mikrobiologiya 

və  immunologiya  kafed-

rasının,  ATU  klinikaları-

nın,  eləcə də Bakı şəhərinin 

müxtəlif  klinikalarının  in-

feksion  nəzarət  şöbələrinin 

əməkdaşlarının  iştirakı  ilə 

dəyirmi  masa  keçirilmişdir. 

Dəyirmi  masanın  aparıcısı, 

Mikrobiologiya  və  immuno-

logiya  kafedrasının  dosen-

ti,  ESCMID-in    Azərbaycan 

üzrə  nümayəndəsi  dosent 

Vidadi Nərimanov xarici qo-

nağı  və  tədbir  iştirakçılarını 

təqdim  etmişdir.  ATU-nun 

beynəlxalq əlaqələr üzrə pro-

rektoru,  dosent  Rəhimə  Qa-

bulova  və Azərbaycan Tibbi 

Mikrobioloqlar  və  İmmuno-

loqlar  Cəmiyyətinin  sədri, 

AMEA-nın  müxbir  üzvü, 

professor  Zakir  Qarayev 

qonagı  salamladıqdan  son-

ra    ESCMID  və  Azərbaycan 

arasındakı  əlaqələrin  mü-

asir  vəziyyəti,  onun  inki-

şaf  perspektivləri  və  yolları 

müzakirə edilmişdir. Profes-

sor  C.Cornaglia  ESCMID  ilə 

ATU  arasındakı  gələcək 

münasibətlərin əhəmiyyətinə 

toxunaraq  bu  cəmiyyətin 

xüsusilə gənclərin cəlb olun-

ması  ilə  Klinik  Mikrobiolo-

giya və İnfeksion Xəstəliklər 

üzrə  mütəxəssislər  hazırlan-

masına yardım etməyə hazır 

olduğunu qeyd etmişdir.

Dəyirmi  masada  ESCMID-

in 


beynəlxalq 

əlaqələr 

şöbəsinin  əməkdaşı  Ədalət 

Abdullayev,  EUCIC  (Euro-

pian  Committee  on  İnfec-

tion  Control)  Azərbaycan 

nümayəndəsi  professor  Akif 

Qurbanov iştirak etmişlər.



“TƏBİB”

Tanınmış professor Cuzeppe Cornaglia ATU-da qonaq olub

 Noyabrın 25-də Avropa 



Klinik Mikrobiologiya və İnfeksion 

Xəstəliklər Cəmiyyətinin (Europi-

an Sociaty of Clinical Microbiology 

and İnfectious Diseases - ESCMID) 

beynəlxalq əlaqələr şöbəsinin mü-

diri, professor Cuzeppe Cornaglia 

ATU-da qonaq olmuşdur.


Yüklə 319,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə