Atu-amu net



Yüklə 382,78 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix10.11.2017
ölçüsü382,78 Kb.
#9508
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

212. Geniş təsir spektrli antibiotiklər qəbul etməyən yüngül nozokomial

pnevmoniyalı pasientə hansı antibiotiki təyin etməli:

A) imidazollar

B) III nəsil sefalosporinlər

C) aminoqlikozidlər

D) respirator ftorxinolonlar

E) anti göy-yaşıl irin çöpləri penisillinlər



213. T dişciyi V

1

-V

4

 aparmalarında mənfidirsə, infarkt hansi lokalizasiyaya

uyğundur?

A) zirvə-yan

B) ön arakəsmə, yaxud zirvəüstü ön divar

C) zirvəüstü, yaxud arxa divar

D) arxa arakəsmə, yaxud arxa-yan divar

E) arakəsmə, yaxud ön-arxa



214. Pnevmoniya zamanı təyin edilmiş antibiotiklərin davametmə müddəti:

A) temperatur normallaşana kimi;

B) ağciyərdə infiltrat tam sorulana kimi;

C) EÇS normallaşana kimi;

D) öskürək yox olan ana kimi.

E) bədən temperaturu normallaşandan 4-5 gün sonra;



215. Xroniki hepatitin aktivlik dərəcəsi aşağıdakılardan birinə görə təyin olunur:

A) Hemoqlobinin azalma səviyyəsi

B) Qanda transaminazaların səviyyəsi

C) Qanda bilirubinin yüksəlmə səviyyəsi

D) Qanda albuminin azalma səviyyəsi

E) EÇS-nin artma səviyyəsi



216. Kəskin pnevmoniyanın diaqnostikasında hansı vacibdir?

A) Rentgenoskopiya

B) Spiroqrafiya

C) EXO-KQ

D) Bronxoqrafiya

E) EKQ


217. Krupoz pnevmoniya üçün xarakter olmayan simptomu göstərin.

A) Güclənmiş bronxofoniya




B) Münasib payda kütləşmə

C) Tənəffüs aktı zamanı döş qəfəsinin bir hissəsinin geri qalması

D) Xırda qabarcıqlı yaş xırıltılar

E) Kütləşmiş nahiyyədə bronxial tənəffüs



218. Pnevmoniyanın diaqnostikasında əsas instrumental metod hansıdır:

A) döş qəfəsi orqanlarının KT-si

B) Spiroqrafiya

C) döş qəfəsi orqanlarının rentgenoloji müayinəsi

D) torakoskopiya

E) bronxoskopiya



219. Pnevmoniyanın rentgenoloji şəklinin meydana çıxmasının orta zaman müddəti:

A) 10 sutka

B) 21 sutka

C) 7 sutka

D) 3 ay

E) 4 sutka



220. Miokardda nekrotik dəyişikliklərin aşkar olunmasının ən informativ üsulu

A) Qanda laktatdehidrogenaza

B) Qanda transaminazaların miqdarı

C) EÇS və leykositlərin miqdarı

D) Qanda KFK

E) Qanda troponinlərin miqdarı



221. Xronik bronxit zamanı xarakterik olmayan auskultativ göstərici:

A) Zirvədə sistolik küy

B) Ağciyər arteriyası üzərində II tonun aksenti

C) Sərt tənəffüs

D) Quru və fitverici xırıltılar

E) Yayılmış quru və yaş xırıltılar



222. Xronik bronxit– budur:

A) bronxial ağacın selikli qişa və digər qatlarının geri dönməyən diffuz iltihabı

B) bronxial ağacın selikli qişa və digər qatlarının geri dönməyən lokal iltihabı

C) bronxların selikli qişasının geri dönən diffuz iltihabı

D) bronxların selikli qişasının geri dönən lokal iltihabı

E) ağciyərin intestisial toxumasının diffuz iltihabı




223. «Birincili» bronxit termini altında başa düşülür :

A) Uremik bronxit

B) Durğun bronxit

C) Peşə zərərləri nəticəsində yaranan bronxit

D) Bronxların şişləri

E) Xronik pnevmoniya nəticəsində yaranan bronxit



224. Hansi əlamətə hipertoniya xəstəliyinin yalniz 2-ci mərhələsində rast gəlmək

olar?

A) ürək kameralarının dilatasiyası

B) sol mədəciyin hipertoniyası

C) AT-in sistolo-diastolik hipertenziya formasinda stabilizasiyası

D) stenokardiya tutmasının başlanması (ÜST)

E) hipertonik kriz



225. Burunun polipozu və bronxial astması olan, hipertoniyalı 190/110 mm c.s.

xəstəyə aşağıda göstərilən preparatlardan hansını təyin etmək olmaz?

A) Enolapril

B) Hipotiazid

C) klofelin

D) Atenalol

E) Amlodipin



226. Xronik bronxitin başlanğıc stadiyası üşün bəlğəm xarakterikdir:

A) axşam


B) gündüz

C) gecə


D) gün ərzində

E) səhər


227. Xronik bronxit zamanı xarakterikdir:

A) ekspirator təngnəfəslik

B) inspirator boğulma tutmaları

C) ekspirator boğulma tutmaları

D) qarışıq təngnəfəslik

E) inspirator təngnəfəslik



228. Kəskin qlomerulonefrit zamanı qlukokortikoidlərin təyinatı üçün göstəriş:


A) arterial hipertoniya

B) makrohematuriya

C) hiperkaliemiya

D) hipertoniya və hematuriyasız nefrotik sindrom

E) ödem

229. Xronik bronxitdə nadir hallarda qeyd olunan auskultativ əlamət:

A) Fitverici xırıltılar

B) Yaş xırıltılar

C) Distansion xırıltılar

D) Sərt tənəffüs

E) Nəfəsalma zamanı yaxşı eşidilən quru xırıltılar



230. Miokard infarktının ən kəskin mərhələsi hansıdır?

A) 10-dəq 2 saatadək

B) 10 gündən 4 həftəyədək

C) 2-6 ay

D) 10 günə qədər

E) 2 ay


231. 38 yaşlı xəstə öskürək və son 2 ildə zamanla selikli-irinli bəlğəmin olması

şikayəti ilə həkimə müraciət edir. 15 ildir ki,siqaret çəkir. Son 3 ayda qaçarkən və 3-

cü mərtəbəyə qalxarkən ekspirator təngnəfəslik meydana çıxıb. Auskultasiyada: sərt

tənəffüs, quru xırıltılar.Hansı ilkin diaqnoz daha inandırıcıdır:

A) Xronik bronxit

B) ağciyərlərin sarkoidozu

C) bronxial astma

D) kisəvari plevrit

E) kəskin bronxopnevmoniya



232

. 23 yaşlı xəstəni qida qəbulundan sonra epiqastral nahiyədə ağırlıq və siyrilmə

hissi, yanğı, turş gəyirmə və ürəkbulanma narahat edir. Xəstə çoxlu siqaret çəkir.

Qəhvədən sui-istifadə edir. Bəzən baş ağrıları ilə əlaqədar diklofenak qəbul edir.

Dörd ildir ki xəstədir. Müayinə və müalicə olunmayıb. Endoskopik müayinənin

nəticəsi: mədənin selikli qişası hiperemiləşib, acqarına çoxlu şəffaf maye var,

büküşlər qalınlaşıb, mədə peristaltikası artıb. Antral şöbədəhamar eroziyalar var.

Selikli qişa biopatının histoloji müayinəsində eroziyaların səthində və dərinliyində


Yüklə 382,78 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə