398
Səməd Vurğunla deyişməsində Aşıq Şəmşir şairi şeiri-
mizin mayakı adlandırır, yolunun onun sənət çırağı ilə işıq-
landığını söyləyir:
Qoşqarla yanaşı duran başın var,
Bizim el tanıyır uca dağ səni.
Yanır yolumuzda sənət çırağın,
Bilirik şeirdə bir mayak səni. (3,s.83)
Aşıq Şəmşir üçün Qoşqar dünyanın ən uca dağıdır və
Səməd Vurğunun Qoşqarla yanaşı qoyulması onun bir şair
kimi ən uca zirvədə durduğuna işarədir.
Səməd Vurğunun ölümünə qoşduğu bir şeirdə Aşıq Şəmşir
onu Nizamiylə qoşa görür, dövrün Nizamisi adlandırır:
Dövrün Nizamisi edir əlvida,
Dünyanı təzədən səs tutub ağlar.
Ümidvar etdiyin qocaman aşıq
Kimin ətəyindən bəs tutub ağlar. (2,s.47)
Aşıq Şəmşir “Vurğunun” şeirində Səməd Vurğunun bir
şair kimi böyüklüyünü ifadə etmək üçün onu “şeir xəzinəsində
ləl hökmdarı” adlandırmışdır. Xəzinənin içində qiymətli,
qiymətsiz çox şeylər saxlanır. Ancaq hər bir xəzinənin dəyəri
onda saxlanan ləllə ölçülür. Aşıq Şəmşir də Səməd Vurğunu
ona görə bütün xəzinənin yox, onda saxlanan ləlin hökmdarı
adlandırmışdır ki, şairin yaradıcılığının ləldən ibarət olduğunu
nəzərə çatdırsın:
Dərya fərasəti, söz sənətkarı,
Cavahir kəlməli, nitqi mirvarı.
399
Şeir xəzinəmin ləl hökmdarı,
Çox böyükdü səadəti Vurğunun. (2,s.33)
Aşıq Şəmşir Səməd Vurğunun coşub-çağlayan, daşıb-qay-
nayan çağlarını görmüş, onu şeir dəryası adlandırmışdır:
Şəmşirin dilində ustadın adı,
Bir şadlıq başladı, ellər oynadı.
O şeir dəryası daşdı-qaynadı,
Görüşünə min bir adası gəldi. (2,s.35)
Aşıq Şəmşir yuxarıda nümunə verdiyimiz bəndlərdə,
həmçinin digər şeirlərində Səməd Vurğunun bir şair kimi əsl
obrazını yaratmaq, onun qüdrətini, böyüklüyünü, bənzərsiz-
liyini, ucalığını olduğu kimi ifadə etmək üçün “uca dağ”,
“sənət çırağı”, “şeirin mayakı”, “kamil sərraf”, “”göz ustadı”,
“qabil sənətkar”, “söz ustadı”, “böyük şair”, “şeirin şirin
süxəndanı”, “təbimin piri”, “şeir dəryası”, “Nizami yurdunun
yadigarı” kimi epitetlərdən böyük ustalıqla, yerli-yerində
istifadə etmişdir.
II.
Vətəndaş Səməd Vurğun obrazı.
Tanrı Səməd Vurğuna təkcə şairlik verməmişdir, onu
hərtərəfli kamil yaratmışdır. Səməd Vurğun böyük şair olduğu
qədər də böyük vətəndaş idi. Bəlkə də böyük vətəndaş olma-
saydı, Səməd Vurğun çox cavan yaşında bu qədər şöhrət-
lənməzdi. O doğma Azərbaycanı canı qədər yox, canından
daha artıq sevirdi. “Azərbaycan” şeiri düşünülüb yazılmamışdı,
şairin sevgisindən yaranıb qəlbindən dodaqlarına, dodaqların-
dan qələminə süzülmüşdü. Səməd Vurğun Azərbaycana böyük
məhəbbətlə ana deyirdi, özünü fəxrlə, qürurla onun övladı
400
sayırdı. Bütün bunları Aşıq Şəmşir gözəl bilirdi və bir şeirində
deyirdi:
O ana deyibdi Azərbaycana,
Cənnətə yol alıb süd verən ana.
Vətən torpağına oldu pərvana,
Xalq üçündü sədaqəti Vurğunun. (2,s.33)
Bəli, Səməd Vurğun vətənin pərvanəsiydi. Vətən də baş-
dan-başa Səməd Vurğunun pərvanəsinə dönmüşdü. “Vurğun”
ləqəbi bir qız sevgizindən yox, vətən, el-oba, yurd-yuva vur-
ğunluğundan göyərmişdi. Səməd Vurğun uşaqdan böyüyə bü-
tün insanları sevirdi. Onun bütün varlığı sevgiylə yoğrul-
muşdu. Xalq da sevgiyə sevgiylə cavab verirdi. Azərbaycanda
Səməd Vurğun qədər sevən və sevilən bir şair olmayıb və
yoxdur. Söhbət vətən, el-oba, yurd sevgisindən, insanlara mə-
həbbətdən gedir. Səməd Vurğunun bu sevgisi onun vətəndaş
kimi böyüklüyündən mayalanmışdır. Ustad Aşıq Şəmşir
Səməd Vurğunun vətənə, xalqa, el-obaya, vətənin, xalqın, el-
obanın da Səməd Vurğuna sonsuz məhəbbətini görmüş, duy-
muş, onu öz şeirlərində böyük ustalıqla ifadə etmişdir. Səməd
Vurğun hara getsə böyük sevgiylə, isti məhəbbətlə, güllə,
çiçəklə qarşılanmışdır. Ona görə Aşıq Şəmşir yazırdı:
Alqışladıq mahal ilə, el ilə,
Qarşıladıq çiçək ilə, gül ilə.
Saz ilə, söz ilə, şirin dil ilə
Şəmşir deyir bu sərrafa: xoş gəlib! (2,s.31)
Səməd Vurğunun qəlbindəki sevgiyə, məhəbbətə cavab
olaraq Şəmşirin də ona qanı qaynamışdı. Aşıq elə ilk görüşdən
Səməd Vurğunun qəlbindəki məhəbbəti doğru duymuşdu:
401
Mənə yol göstərdi təbimin piri,
Gördüm məhəbbətdi meyli, fikiri. (2,s.32)
Səməd Vurğun ellərin halına yanıb, ayaqyalına ayaqqabı
verdi, başıaçığın başına papaq qoydu, zəncinin də dərdini
çəkdi. Sevgisiylə, məhəbbətiylə hamının qəlbində həmişəlik
solmayacaq bir bağ əkdi. Bunu da yenə Aşıq Şəmşir gördü,
Aşıq Şəmşir duydu:
Solmaz həmişəlik-elə bağ əkdi,
Onun hər misrası bir gələcəkdi.
Qara zəncinin də dərdini çəkdi,
Dövlətindən var baratı Vurğunun. (2,s.34)
Bunun ardınca Aşıq Şəmşir bir sualın cavabını axtarır:
görəsən Səməd Vurğunu bu qədər sevdirən nədir? Axı bu sevgi
hər sənətkarın bəxtinə düşməyib. Xalqın sevgi, məhəbbət oca-
ğından bircə çınqı götürən sənətkar xoşbəxtdir. Səməd Vurğun
isə bu ocaqdan odlu-alovlu kösöyləri qoşa-qoşa götürüb. Aşıq
Şəmşir də Səməd Vurğunun sinəsindəki bu odu-alovu çox
görmüşdü. Ona görə bir şeirində deyirdi:
Adı cahan kimi qaldı əbədi,
Şəmşir ona az ha tərif demədi.
Bəs onu bu qədər sevdirən nədi?
Sadə qəlbi, pak sənəti Vurğunun! (2,s.34)
Səməd Vurğunla Aşıq Şəmşirin görüşlərini və sonrakı
münasibətlərini diqqətlə izləyəndə qəribə bir mənzərənin şa-
hidi oluruq. Səməd Vurğun Aşıq Şəmşirlə ilk dəfə görüşəndə
yazdığı şeirin elə ilk misralarında əbədi ayrılığı duyduğunu
402
gizlətməmişdir. Şairin “Aşıq Şəmşir, Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni” misralarının arxasında əbədi
ayrılıq hisslərinin gizləndiyini duymaq o qədər də çətin deyil.
Çünki Səməd Vurğun sonuncu bəndində bu hissini bir daha
“Unutmaz bu oba, bu mahal məni” şəklində dilə gətirmişdir.
Qəribədir ki, üstündən illər keçib, Səməd Vurğun dünyadan
köçüb. İndi Aşıq Şəmşir şairi kəklikli daşlardan soruşmaq əvə-
zinə, bütün təbiət dilə gəlib aşıqdan Səməd Vurğunu soruşur:
Necə cavab verim, səni soruşur,
Suala çağırır lalalar məni.
Deyir, hayandadı şeirin ustadı?-
Dindirir al-əlvan talalar məni. (2,s.42)
Aşıq Şəmşirin poeziyasında Səməd Vurğunun çox dolğun
bir vətəndaş obrazı yaradılmışdır və onu bütün cizgilərinə
qədər görmək olur.
III.
Dost Səməd Vurğun obrazı.
Səməd Vurğunla Aşıq Şəmşir arasında gözəl bir dostluq
olmuşdur. Səməd Vurğun elə ilk görüşdən bir dost kimi Aşıq
Şəmşirin qəlbində özünə əbədi yuva qurmuşdur. Hətta bu
dostluq Şəmşir üçün qardaşlıqdan da əziz olmuşdur. Ona görə
Aşıq Şəmşir Səməd Vurğunun ölümündən sonra ona yazdığı bir
şeiri məhz “Qardaş” adlandırmışdır. Bu şeirin “Qardaş” ad-
lanması qətiyyən təsadüfi deyil. Səməd Vurğunun ölümündən
sonra Aşıq Şəmşir çox soyuq üzlərlə, yad baxışlarla qarşılaşmış,
Səməd Vurğunun ona qardaş olduğunu daha yaxından hiss
etmişdir. Səməd Vurğunun ölümü bütün Azərbaycanı sarsıt-
mışdır. Bir tərəfdən insanlar, bir tərəfdən də təbiət böyük şairə
yas saxlayır. Böyük-kiçik bir-birindən Vurğunu soruşur. Dağlar
Vurğun deyib haray çəkir. Bülbüllər inləyir, lalələr qan ağlayır.
403
Buludlar qaralıb, havanın gözləri dolub. Bütün bunları görən
Aşıq Şəmşir sinəsinə qardaş dağı çəkildiyini yaxşı duyur:
Sən ki, söz vermişdin bizim mahala,
Bizə gəlməliydin, gəldin zavala.
Firqətin Şəmşiri salıb nə hala,
Belə dağ çəkərmi qardaşa qardaş? (2,s.40)
Səməd Vurğunun nə sözündə, nə də işində saxtakarlıq
olmayıb. Saxtakarlıq onun varlığına, ruhuna yaddır. O nə desə
ürəkdən deyib, nə eləsə ürəkdən eləyib. Təəssüflər olsun ki,
Səməd Vurğundan sonra hansı şairsə Aşıq Şəmşirin üzünə sax-
ta baxıb, onunla saxta danışıb. Aşıq da bunu çox yaxşı duyub:
Aşıq qardaş, deyib özümə mənim,
Şəmşirəm, şahid ol sözümə mənim.
Qələm yurdçuların üzümə mənim
Yad kimi baxdılar, bilməyə nə var?! (4,s.125)
Aşıq Şəmşirin ürəyindən keçirmiş ki, o öləndə qəbrinin
üstündə son sözü Səməd Vurğun söyləsin. Axı son sözü ən
yaxın adam söyləyə bilər. Aşıq Şəmşir də Səməd Vurğunu
özünə ən yaxın dost, qardaş bildiyinə görə deyirdi:
Hicranın atəşi yamandır, yaman,
Əyir qamətini, verməyir aman.
Şəmşiri torpağa tapşıran zaman
Son söz deyən Səməd Vurğun olaydı. (2,s.45)
IV. Şəmşir poeziyasında Səməd Vurğunun təsiri.
Aşıq Şəmşirin poeziyasında Səməd Vurğunun bütöv bir
obrazı var. Bundan başqa, Aşıq Şəmşirin ayrı-ayrı şeirlərində
Səməd Vurğun yaradıcılığından və şəxsiyyətindən bəhrələnmə-
404
lərə, təsirlənmələrə də tez-tez rast gəlinir. Mövzusundan asılı
olmayaraq Aşıq Şəmşirin qoşduğu şeirlərdə bir də görürsən ki,
Səməd Vurğunun misraları gizlin-gizlin boy göstərir. Məsələn,
Aşıq Şəmşirin “Şəmşir, sözlərinin bir hökmü vardı, İnsan
gedərgidi, söz yadigardı” misralarını oxuyanda istər-istəməz
yaddaşımızda Səməd Vurğunun “De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır”, “Cahanda hər hökmü bir zaman verir”
və “Biz gəldi-gedərik, sən yaşa dünya” misraları oyanır.
Aşıq Şəmşirin “Hanı” divanisindən “Əhdi-peyman bağ-
lamışdıq, verdiyin ilqar hanı?” (2,s.449) misrasını oxuyanda
Səməd Vurğunun “Fələk möhür basdı düşmən deyənə, Bəs
mənim verdiyin etibar hanı?” misrası yada düşür. Aşıq Şəm-
şirin “Danışaq” rədifli qoşması da Səməd Vurğunun eyni adlı
və rədifli qoşması ilə yaxından səsləşir. Bu şeirlərdə həm də
çox böyük ruh doğmalığı var.
Aşıq Şəmşirin şeirlərində Səməd Vurğun poeziyasından
bəhrələnmələr və təsirlənmələr genişdir, çoxdur. Onların
hamısını saymağa ehtiyac yoxdur. Aşığın Səməd Vurğuna bir
böyük şair, bir qüdrətli vətəndaş və yaxın dost kimi sevgisi,
məhəbbəti həm onun obrazını yaratmış, həm də Aşıq Şəmşirin
şeirlərində bəhrələnmələr şəklində dərin iz buraxmışdır.
QAYNAQLAR:
1.
Məmməd Aslan. Zirvədən zirvəyə səsləniş//Aşıq Şəm-
şir. O Kürün, Arazın Tərtəriyəm mən. Bakı. 2004. S. 19-27.
2.
Aşıq Şəmşir. O Kürün, Arazın Tərtəriyəm mən. Bakı.
2004. 510 səh.
3.
Aşıq Şəmşir. Seçilmiş əsərləri. Bakı. “Azərnəşr”.
1973. 416 səh.
4.
Aşıq Şəmşir. Qoşmalar. Bakı. “Azərnəşr”. 1971. 160
səh.
405
Islam Sadıg
CHARACTER OF SAMAD VURGUN
IN THE POETRY OF ASHUG SHAMSHIR
Abstract: Great saz (Azerbaijani folk musical instrument
like guitar)-word master Ashug Shamshir after meeting with
Samad Vurgun fortune smiled at him, suddenly gained great
fame. After this Ashug Shamshir was friends with Samad
Vurgun, devoted him about 20 poem. In these poems were
created perfect character of Samad Vurgun.
In the article was investigated Ashug Shamshir’s poem’s
about Samad Vurgun, was given opinions about poet Samad
Vurgun, citizen Samad Vurgun, friend Samad Vurgun characters.
Key words: Ashug Shamshir, Samad Vurgun, poet, citi-
zen, friend, character.
Ислам Садыг
ОБРАЗ САМЕДА ВУРГУНА В ПОЭЗИИ
АШУГА ШАМШИРА
Резюме: После встречи с Самедом Вургуном судьба
улыбнулась к лице великого мастера саза и слова Ашуга
Шамшира. Ашуг Шамшир в дальнейшем дружил с Саме-
дом Вургуном, посвятил ему около 20-ти стихов. В этих
стихах он сотворил совершенный образ Самеда Вургуна.
В данной статье анализируются стихи Ашуга Шам-
шира о Самеде Вургуна, исследуется образ поэт Самеда
Вургуна, гоажданин Самеда Вургуна, друг Самеда Вургуна.
Ключевые слова: Самед Вургун, Ашуг Шамшир,
поэт, гражданин, друг, образ.
406
MÜNDƏRİCAT
Muxtar Kazımoğlu-İmanov. Ustad aşıq və tarixi
ənənə. (Ön söz əvəzi) .................................................... 7
Adil Cəmil. Aşıq Şəmşir poeziyasında xalq
gülüşünün izləri ............................................................ 24
Afət Haşimi. Qaraçay-malkar epik söyləyiciləri:
jırçılar..................... ....................................................... 34
Ali Yaman. Geçmişten bugüne Kızlbaş-Aleviler’de
dedelik kurumu ve aşıklık (ozanlık) işlevi.................... 43
Almaz Həsənqızı. Qopuz Azərbaycan mühacirət
folklorşünaslığında ....................................................... 76
Aqşin Ağkəmərli. Şəbüstərli Aşıq Qəşəm Cəfəri ......... 89
Aynur Qəzənfərqızı. Aşıq Camal və onun
yardıcılığı ...................................................................... 106
Aynurə Səfərova. Neftçala-Salyan aşıq mühiti: tarixi
və nümayəndələri........ .................................................. 118
Aytac Abbasova. Aşıq Şəmşir və Kəlbəcər mühiti ...... 133
Enver Uzun. Âşık Şemşir geleneğinde Âşık Hasan
İskenderi ....................................................................... 148
Fəxrəddin Atayev. Göyçə aşıq mühitinin
formalaşması ........................................................................ 160
Füzuli Bayat. Aşıqlıq sənətinin ötürülməsində
usta-şagird ənənəsinin funksional rolu ......................... 172
Həsən Cəmşidi ( Anar Binevli). Aşıq Bahar Amusi .... 186
İsmayıl Məmmədli. Aşıq Şəmşirin dil sənətkarlığı ...... 192
Qalib Sayılov. Azərbaycan aşıq sənətində dini və
irfani görüşlər ................................................................ 207
Qumru Şəhriyar. Türk aşığı Dadaloğlu: həyatı
və yaradıcılığı ............................................................... 221
Leyla Kərimova. Aşıq sənəti Səməd Vurğun poeziyasının
milli koloriti kimi .......................................................... 232
407
Ləman Vaqifqızı (Süleymanova). Molla Cümənin
yaradıcılığında bayatı janrı ........................................... 248
Məhəmməd Rəzzaqi. Zəngan aşıq mühiti .................... 258
Nailə Əskər. Aşıq rəvayətlərində tarixi gerçəklik ........ 280
Nəbi Kobotarian. Kültür taşıyıcı olan
âşıkların dili .................................................................. 274
Nigar Həsənova. Aşiq Şəmşir şeirlərinin dili
və üslubu ....................................................................... 293
Руганият Мусаева. Особенности кумыкского
музыкального фольклора ........................................... 305
Səbinə İsayeva. Aşıq Şəmşir yaradıcılığında təsəvvüf
ənənəsi ilə bağlı obrazlar .............................................. 313
Şəhla Hüseynli. Aşıq dastanlarında formullar ............. 334
Бакчиев Талантаали. Сказитель – душа и дух
народа ........................................................................... 339
Yeganə İsmayılova. Uzun bir yolun yolçuları:
Dədə Qorqud... Aşıq Şəmşir ......................................... 356
Zümrüd İbrahimqızı. “Aşıq Mədət və Bəhrinaz”
dastanı haqqında ........................................................... 363
Babək Qurbanov. Tarixi-estetik baxımdan
aşıq musiqisi ................................................................. 374
İslam Sadıq. Aşıq Şəmşir poeziyasında
Səməd Vurğun obrazı ................................................... 395
408
Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş
“Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir
mərhələsi” mövzusunda Beynəlxalq
Elmi Konfransın materialları.
Bakı, 2013.
Nəşriyyat direktoru:
Prof. Nadir Məmmədli
Kompyuterdə yığdılar:
Aynur Qəzənfərqızı
Ruhəngiz Əlihüseynova
Korrektoru:
Afət Həşimi
Kompyuter tərtibçisi və
texniki redaktoru:
Aygün Balayeva
Kağız formatı: 60/84 32/1
Mətbəə kağızı: 1
Həcmi: 408 səh.
Tirajı: 200
Kitab AMEA Folklor İnstitutunun Redaksiya-nəşriyyat
bölməsində yığılmış, səhifələnmiş, “Nurlan” NPM-də hazır
diapozitivlərdən ofset üsulu ilə çap olunmuşdur.
Dostları ilə paylaş: |