Asiya regionu, Monqolustan, Mərkəzi Asiya, Cənubi Qafqaz regionu ölkələrinin Hokkaydo ilə özəl sektor sahəsində əməkdaşlığı ilə bağlı məlumatların toplanması və dəqiqləşdirilməsi məqsədi ilə



Yüklə 440,43 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix29.01.2018
ölçüsü440,43 Kb.
#22856
1   2   3   4   5   6   7   8   9   10   ...   15

 

14 


 

Rəsim 5-5  BTC və SCP(BTE) boru kəmərləri 

British Petroleum sənədlərindən 

 

 



Rəsim 5-6  Bakıdan Avropa Birliyinə istiqamətlənmiş Trans Anadolu qaz boru kəmərinin (TANAP) xəritəsi 

(WWW.TANAP.com) 

 

Həmçinin,  Azərbaycan  höküməti,  ölkənin  əsas  sənayesi  olan  neft  sənayesinin  uğurlu  idarəetməsini 



həyata keçirtmək üçün, Azərbaycan Respublikası Dövlət Neft Şirkətini (SOCAR) təsis etmişdir. Hökümətlə 

razılaşdırılmış istehsal planına uyğun olaraq, qarışıq neft enerjisi inkişafını irəlilədib, neft, təbii qaz, neft 

istehsal edən yerlər, boru kəmərləri və s ölkə siyasətinin bazası kimi idarə olunur.   

Neft və təbii qazı əsas götürməklə resursların istismarı layihələri ilə iqtisadi inkişaf etmiş Azərbaycanda 

son  illər,  xam  neft  qiymətlərinin  ucuzlaşması  ilə  bütün  ölkə  iqtisadiyyatı  mənfi  təsir  altına  düşmüşdür. 

2015-ci  ilin  dekabr  ayının  21-də  Azərbaycanın  milli  əskinazı  olan  manat  47.6  %  qiymətdən  düşmüş, 




 

15 


Mərkəzi Bankın 2016-cı il Yanvar ayının sonuna xarici valyuta ehtiyatı 618 milyon dollar azalmış, ötən ilin 

eyni dövrü ilə müqayisədə 8 milyard 300 milyon dollar azalmaqla 4 milyard 300 milyon olmuşdur. Bunun 

təsiri  nəticəsində,  Azərbaycanda  neft  istismarı,  elektrik  enerjisi  və  dəmir  yol  və  s  dövlət  və  ictimai 

müəssisələrin dövlət istiqrazları və kredit reytinqi aşağı salınmışdır. Üstəlik, hökümətin vergilərin azaldığı 

zamanda, xam neft 1 bareli 50 dollardan hesablanmış 2016-cı il dövlət büdcəsinə yenidən baxılmış və 1 

barel 25 dollardan hesablanması üzrə yeni büdcə planı ölkə prezidentinə təqdim edilmişdir.   

Belə şərtlər altında, Azərbaycan höküməti sənayenin  müxtəlifləşməsi üçün  kənd təsərrüfatı sektorunun 

inkişafına can atır. Kənd Təsərrüfatında çalışanlar ölkənin əmək qabiliyyətli əhalisinin 40%-ni təşkil etsə də, 

Kənd Təsərrüfatının ÜDM-da payı cəmi 5-8% olmaqla olduqca aşağı göstəriciyə malikdir. Digər tərəfdən 

suvarma üsulları inkişaf etmiş, buğda, pampıq, meyvəçilik və çayçılıq inkişaf etmişdir. Dağlıq ərazilərdə 

heyvandarlıq  inkişaf  etmişdir.  Ölkə  ərazisi  Hokkaydo  ilə  demək  olar  ki,  eyni  olmasına  rəğmən, 

Azərbaycanda 9 iqlim qurşağı vardır. Temperaturun yüksək olduğu ərazilərdən aşağı olduğu ərazilərə qədər 

müxtəlif  növ  bitkilər  yetişdirilir.  Həmçinin,  hal-hazırda  İnkişaf  Etmiş  Ölkələrin  kənd  təsərrüfatı 

texnologiyalarından  fəal  şəkildə  istifadə  etməklə  istehsal  effektivliyinin  artırılmasına  çalışılır.  Cənubi 

Qafqaz regionu bir çox dərman bitkilərinin və şimal mühitinə məxsus meyvələrin vətəni kimi tanınır.   

Gələcək iqtisadi strategiya  üçün Azərbaycan  höküməti, son illər enerji qiymətlərinin aşağı düşməsi ilə 

qeyri-enerji  sektorunun  inkişafını  qarşısına  məqsəd  qoymuşdur.  2015-ci  il  dekabr  ayının  31-də  yeni  il 

münasibətilə  Prezident  Əliyevin  xalqa  müraciətində,  kənd  təsərrüfatı,  turizm  və  xidmət  kimi  qeyri-neft 

sektoru sahələrinin inkişafını başlıca məqsəd qoyduqları qeyd edilmişdir.   

 



 

Ticarət 


Son  illər  ticarət  gəlirlərinə  nəzər  saldıqda,  iqtisadi  durumun  olduqda  yaxşı  olduğunu  (ixracat  üstünlük 

təşkil  edir)  müşahidə  edirik.  İxracatda  neft  və  neft  məhsulları,  təbii  qaz,  metallar  (dəmir  daxil  metallar) 

kimya, avadanlıqlar, buğda, pambıq, kömür daha çoxdur. İxrac etdiyi ölkələrə əsas etibarilə, Çin, Rusiya, 

Almaniya, Fransa, İtaliya, Yunanıstan, Rumıniya daxildir. Digər tərəfdən əsas idxal məhsulları, avadanlıq 

qurğuları, metal məhsulları, ərzaqdır. İdxal ölkələrinə Rusiya, Çin, Almaniya və s aiddir.   

 

Rəsim 5-7 Son illər üzrə ticarət gəlirinin inkişafı 



(mlrd dollarla, göy rəng: ixracı, qırmızı rəng: idxalı, yaşıl rəng: ticarət gəlirlərini göstərir) 

 



 

16 


 

Xarici ölkələrdən birbaşa investisiyalar 



1990-cı  illərin  ortalarından etibarən,  Bakı  ətrafı  Xəzər  dənizi  hövzəsində  neft  mədənlərinin  istismarına 

əsas  etibarilə  Qərb  ölkələrindən  birbaşa  investisiyalar  yatırılmağa  başladı.  2007-ci  ildən  etibarən  zəngin 

təbii qaz yataqları da istehsal edilməyə başladı. Həmçinin qeyri-neft sektoruna olan investisiyalarda, dövlət 

orqanlarının sifariş verdikləri layihələr əsas olmaqla, tikinti  əlaqəli işlər əsas olmaqla,  mediaya da xarici 

özəl  sektordan  investisiyalar  kifayət  qədər  yatırılmaqdadır.  Ölkələr  üzrə  baxdıqda,  Azərbaycana  ən  çox 

investisiya yatıran dövlətlər Türkiyə, İngiltərə və Amerikadır.   

Son illər, Azərbaycana olan xarici investisiyalara nəzər saldıqda 2013-cü ildə əvvəlki illə müqayisədə iki 

dəfə  aşağı  düşdüyünü  müşahidə  edirik.  Azərbaycana  xarici  birbaşa  investisiyaların  təxminən  80%-i  xam 

neft və qaz kimi resurslarla bağlı sahələrə aiddir. 2013-cü ildə ona qədər artmaqda olan neft qiymətləri pik 

həddinə çatmış və qiymətlərin kəskin şəkildə düşəcəyi 2014-cü ildən öncəki il olduğuna görə xaricdən olan 

birbaşa investisiyalar artıq pik həddini keçmişdi deyə düşünülə bilər. 2013-cü ildə Qazaxıstan kimi digər 

resurslardan asılı ölkədə də eyni hal yaşanmışdır

4

.   


 

Rəsim 5-8    Son illər xaricdən olan birbaşa investisiyaların inkişafı (mlrd dollarla göstərilib) 

Mənbə: Dünya Bankı 

 



 

Əsas xarici investisiya siyasəti 

Azərbaycan höküməti qeyri-neft sektoruna investisiyaların artımına çalışır. Buna uyğun olaraq, 2003-cü 

ildə  İqtisadi  İnkişaf  Nazirliyinin  nəzdində  Azpromo  (Azərbaycanda  İxracın  və  İnvestisiyanın  Təşviqi 

Fondu) təsis edilmişdir. Azpromo-nun vəzifələrinə qeyri-neft sektoruna xaricdən investisiyaların qoyulması 

işini sürətləndirmək, qeyri-neft sektorunun ixracını sürətləndirmək, Azərbaycanın iqtisadi inkişafına töhvə 

verməkdən ibarətdir. Ölkənin reklam edilməsi, beynəlxalq iclasların layihələndirilməsi, idarə olunması və 

biznesdə uyğunluqların tapılmasına çalışır.   

Xarici  investisiyalarla  bağlı qanuna  gəlincə,  1992-ci  ildə  yaradılmış  və  2007-ci  ildə  dəyişiklik  edilmiş 

Xarici  İnvestisiyanın  Qorunması  hüququ  mövcuddur.  Bu  qanuna  görə,  xarici  kapitalistlərə,  ölkə  daxili 

kapitalistlərlə  eyni  bərabər  hüquqlar  verilir  və  vergi  sahəsində  üstünlüklərlə  təmin  olunurlar.  Bu 

                                                   

4

  *ADB: Asian Development Outlook 2014(Azerbaijan) 



http://www.adb.org/sites/default/files/publication/31241/ado2014-azerbaijan.pdf 


Yüklə 440,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə