Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə4/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   2   3   4   5   6   7   8   9   ...   38

-Aman Tanrım! Bu çox pisdir! Əlahəzrət həqiqətən  dü-
şüncəsizcə hərəkət edib. 
-Dəli olmuşdum. Ağlım başımda deyildi. 
-Özünüzü ciddi bir təhlükəyə atmısınız. 
-O zaman Vəliəhd idim. Çox gənc idim. İndinin özündə 
də otuz yaşımdayam. 
-Fotoşəkli geri almaq lazımdır. 
-Cəhd elədik, amma alınmadı. 
-Əlahəzrət pulunu ödəməklə, satın alınmalıdır. 
-Satmaq istəmir. 
-Elə isə oğurlasınlar.  
-Beş dəfə cəhd edilib. Mənim tutduğum oğrular iki dəfə 
evini  soyub.  Bir  dəfə  səyahətdə  olanda  çemodanını  dəyiş-
dirdik. İki dəfə yolunu kəsdilər. Heç bir nəticə əldə edilmədi. 
-Fotoşəkli görmüsünüzmü? 
-Heç görməmişik. 
Holms güldü: 
-Olduqca xoş və kiçik məsələdir. 
-Ancaq  mənim  üçün  çox  önəmlidir.  Kral  narahatçılıqla 
dilləndi. 
-Belə də olmalıdır. Qadın fotoşəkli nə edəcək? 
-Məni məhv edəcək. 
-Axı necə? 
-Evlənməyə hazırlaşıram. 
-Eşitmişdim. 
-Skandinav kralının ikinci qızı Kotilde Lotman fon  Sak-
sen-Miningenlə.  Ailəsinin  qatı  prinsiplərini  bilirsiniz  bəlkə 
də.  Gələcək  həyat  yoldaşım  özü  də  çox  həssas    ruhludur. 
Sədaqətimlə bağlı ən xırda şübhə kölgəsi evlilik planlarımın 
sonu ola bilər. 
-Bəs İren Adler?  
16
 
 


-Onlara  fotoşəkli  göndərəcəyi ilə  təhdid  edir  və  bunu 
edəcək. Göndərəcəyini bilirəm. Siz onu tanımazsınız, polad 
kimi sərt ruhu var. Üzü qadınların ən gözəli, ağlı isə kişilərin 
ən  prinsipialıdır.  Başqa  bir  qadınla  evlənməyim deyə,  edə 
bilməyəcəyi iş yoxdur. 
-Hələ ki, göndərmədiyinə əminsiniz? 
-Əminəm. 
-Bəs sizcə niyə indiyədək göndərməyib? 
-Çünki nişanın rəsmən açıqlandığı tarixdə göndərəcəyi-
ni deyib. Bu da qarşıdakı bazar günü ilə uyğun gəlir. 
-Hələ  üç  günümüz  var  demək.  -  Holms  əsnəyərək dil-
ləndi. - Bu çox yaxşıdır, çünki indi məşğul olmalı olduğum 
bir neçə vacib işim var. Əlahəzrət bir neçə gün Londonda qa-
lacaqdır, elə deyilmi? 
-Əlbəttə. Məni Lenghemdə Qraf fon Kramm adı ilə tapa 
bilərsiniz. 
-Elə isə prosesin necə davam etməsi ilə bağlı sizə teleq-
ram göndərəcəyəm. 
-Lütfən, Mən səbirsizliklə gözləyəcəyəm. 
-Bəs pul məsələsi? 
-Olduqca rahat olun. Xərcləməkdə sərbəstsiniz. 
-Tamamilə? 
-Sizə belə izah edim: O fotoşəkili əldə etmək üçün kral-
lığımın əyalətlərindən birini verərdim. 
-Bəs xərclər üçün? 
Kral plaşının altından dəri çanta çıxarıb, masanın üstünə 
qoydu: 
-Üç yüz qızıl və yeddi yüz banknot var, - dedi. 
Holms dəftərin vərəqinə bir qəbz yazaraq ona uzatdı:  
-Madmazelin ünvanı, - deyə sual verdi. 
-Birioni qəsri, Serpentine prospekti, Sent-Consvud. 
17
 
 


Holms qeyd etdi: 
-Son sual. Fotoşəkil böyük ölçülüdür? 
-Bəli. 
-Elə isə gecəniz xeyirə qalsın əlahəzrət, sizə tezliklə gö-
zəl xəbərlər gətirəcəyimə inanıram. 
Krallıq arabası küçədə  yola düşərkən mənə tərəf dönə-
rək: 
-Sənin də  gecən  xeyirə,  Uatson,  dedi.  Əgər  sabah  gü-
nortadan  sonra  saat  üçdə  bizə  gəlsən,  bu  kiçik  məsələ  ilə 
bağlı səninlə söhbət edə bilərik. 
 
 
 
18
 
 


 
II 
 
 
Ertəsi  gün  üç  tamamda  Beyker  küçəsində  idim,  ancaq 
Holms hələ qayıtmamışdı. Ev sahibi, saat səkkizdən keçmiş 
çıxdığını dedi. Nə qədər olsa gözləməyə qərar verərək buxa-
rının  yanında  oturdum.  Bu  araşdırma  çox  diqqətimi  çək-
mişdi. Düzü əvvəl danışdığım iki hekayədəki qəribə və qa-
ranlıq  xüsusiyyətlər  yox  idi.  Amma  məsələnin təbiəti və 
müştərinin  yüksək  mövqeyinə  görə  dolayısıyla  bu  hekayə-
nin  özünəməxsus  bir  forması  vardı.  Aparılan  araşdırma-
lardan  daha  çox,  dostumun  hadisələrə  vaqif  olması,  kəskin 
ağlı  və  iş  sistemi  və  ən  qarmaqarışıq  sirləri  sürətli və  mü-
kəmməl üsulları ilə çözməsi məni çəkirdi. 
Qeyd-şərtsiz  uğuruna  o  qədər  alışmışdım  ki,  uğur-
suzluq ehtimalı ağlımdan da keçmirdi. 
Saat dördə doğru qapı açıldı və qırmızı üzlü, pis geyin-
miş  və  sərxoş  görkəmli  bir  mehtər  otağa  girdi.  Dostumun 
cilddən-cildə  girmək məsələsində  xüsusi  qabiliyyətləri 
olduğunu  bilməyimə  rəğmən  Holms  olduğuna  əmin  olana 
qədər  onu  diqqətlə  nəzərdən  keçirmək məcburiyyətində 
qaldım. Mənə salam verib, yataq otağına girdi və beş dəqiqə 
sonra  hər  zamanki  təmiz  və  səliqəli  paltarları  ilə  çıxdı. 
Əllərini cibinə soxub buxarının qarşısında ayaqlarını uzatdı 
və bir neçə dəqiqə qəhqəhə çəkərək, güldü. 
-Ola bilməz,  -  deyə  bağırdı  və  nəhayət  heydən  düşənə 
qədər gülməyə başladı. 
-Necə oldu? 
-Çox əyləncəli. Əminəm ki, sabahdan bəri nə ilə məşğul 
olduğumu təxmin edə bilməzsən. 
19
 
 


-Təxmin edə bilmirəm. Düşünürəm ki, Xanım İren Ad-
lerin vərdişlərini, kim bilir, bəlkədə evini müşahidə edirdin. 
-Demək olar ki. Amma proses olduqca qəribə idi. Sənə 
danışacağam onsuz da. Bu gün səhər səkkizdə işdən çıxmış 
mehtər cildində evdən çıxdım. Mehtərlərə hər zaman rəğbət 
ilə  yanaşırlar.  Onlardan  biri  olsan,  öyrənməli  olduğun  çox 
şeyi öyrənə bilərsən. Brioni qəsrini dərhal tapdım. Arxasında 
bağçası olan, önü küçəyə baxan iki mərtəbəli gözəl bir villa 
idi. Qapısında böyük bir qıfıl asılmışdı. Evin sağ tərəfindəki 
zalın  hardasa  yerə  çatan  uzun  pəncərələrinin  qıfılları  isə 
uşaqların belə aça biləcəyi gündə idi. Arxadan, yan tərəfdəki 
fayton dayanacağının taxtapuşundan evin dəhlizinə keçmək 
mümkündür.  Başqa diqqət çəkəcək heç nə görünmürdü. Ət-
rafında  fırlanıb  hər  künc-bucağı  araşdırdım,  amma  diqqət-
çəkən heç nə görmədim. 
Sonra  küçə  ilə  aşağı  düşərkən,  baxçanın  bir  divarının 
başqa bir küçəyə baxdığını fərq etdim. Atları qaşovlamaqda 
mehtərlərə  kömək etmək  qarşılığında  bir  az  pul,  bir stəkan 
içki,  iki  eşməlik  sərt  tütün  və  xanım  Adler  haqqında  mənə 
lazım olacaq qədər məlumat əldə etdim. Təbii ki, fürsətdən 
istifadə  edib,  qonşuluqda  yaşayan,  məni ümumiyyətlə  ma-
raqlandırmayan insanların həyat hekayələrini də dinləməyə 
məcbur oldum. 
-Yaxşı, İren Adler haqqında nə öyrənə bildin, - deyə sual 
verdim. 
-Bu mövzuda hamının ağzının suyu axır. O, bu kainatda 
ən  sevimli  canlıdır  –adamlardan  biri  belə  deyirdi.  Sakit  bir 
həyatı var. Konsertlərdə mahnı oxuyur, hər gün saat beşdə 
evdən çıxır və düz yeddidə axşam yeməyi üçün geri dönür. 
Mahnı  oxumayacağı  vaxtlarda  nadir  hallarda  evdən  çıxır. 
Yanına cəmisi bir adam gəlib gedir, o da kişidir. Əsmər, ya-
20
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə