İnvestisiya təşviqi sənədi və təsdiqedici sənəd əldə edən hüquqi şəxs və ya fərdi
sahibkarın əldə edəcəyi güzəştlər
1. “Gömrük tarifi haqqında” AR Qanunu üzrə:
20.0.17. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada investisiya təşviqi sənədini almış
hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi
əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — investisiya təşviqi sənədinin
alındığı tarixdən 7 il müddətinə. (gömrük rüsumundan azaddır)
2. “AR Vergi Məcəlləsi” üzrə:
102.1.23. investisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin
50 faizi - 7 il müddətinə; (gəlir vergisindən azaddır)
106.1.17. investisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi
mənfəətin 50 faizi - 7 il müddətinə. (vergidən azaddır);
164.1.26. investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra
hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların
idxalı – investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə; (idxal ƏDV-dən azaddır);
199.11. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən
müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır;
207.5. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən
mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini
ödəməkdən azaddır.