Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə87/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   80   81   82   83   84   85   86   87   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
307 
 
 
Qısa  ön  sözdə  görkəmli  sənətkarın  yaradıcılığındakı  bəşəri 
dəyərlərdən, humanizm ideyalarından və mübarizlik ruhundan, onun dünya 
ədəbiyyatındakı  yerindən  bəhs  olunur.  Burada  kitabın  mütərcimi  Aslan 
Kavlakın  yığcam  tərcümeyi-halı  da  verilir.  Öyrənirik  ki,  o,  1951-ci  ildə 
doğulub, Qazi Müəllimlər İnstitutunu və Anadolu Universitetinin Türk dili 
və Ədəbiyyatı fakültəsini bitirib. Kənd məktəblərində müəllimlik edib. 90-
cı  illərin  ortalarında  Bakıya  gəlib.  Burada  1999-cu  ilə  qədər  Bakı-Türk 
Anadolu liseyində işləyib. “Bakıya gedirəm, ay balam” adlı bir kitabı var. 
Hal-hazırda Nazim Hikmətlə bağlı yeni bir əsər üzərində işləyir.  
 
Kitabın “Müəllifdən” başlıqlı ikicə səhifəlik yazısı insanı öz aurasına 
salmağa,  təsirləndirməyə  kifayət  edir.  Burada  Nazimin  paşalar-bəylər 
nəslindən  olmasına,  elə  onlar  kimi  də  yaşamaq  imkanlarına  baxmayaraq, 
kommunist  əqidəsi  uğrunda  özünü  bilə-bilə  Vətəninə  və  xalqına, 
mütərəqqi-demokratik  və  sosialist  yönümlü  ideyalara  fəda  etməsinin 
səbəbləri  dilə  gətirilir.  Şairin  məşəqqətli  ömür  yolu,  61  illik  ömrünün  13 
ilini  həbsxana  divarları  arxasında  keçirməsi,  son  13  ilini  də  yurdundan, 
xalqından,  çox  sevdiyi  xanımı  Münəvvərdən  və  yeganə  ciyər-parası 
Mehmetdən 
ayrı  yaşaması,  “vətən  xaini”  damğasıyla  Türkiyə 
vətəndaşlığından çıxarılması vurğulanır.  
 
Əlbəttə,  bütün  bunlar,  eləcə  də  dünyada  30-40  dildə  çap  olunduğu 
halda,  doğma  Türkiyəsində  türkcə  əsərlərinin  nəşr  edilməməsi  faciə  idi. 
Lakin faciələrin ən müsibəti, şübhəsiz, uğruna hər şeyini verdiyi sosializmi 
quran  ilk  ölkədə  onun  yaşadığı  siyasi-ideoloji  xəyal  qırıqlığı,  sənətkar 
məyusluğu  idi.  Bütün  ümidlərinin  boşa  çıxmasından  qaynaqlanan 
sarsıntının nəticələri özünü çox gözlətmədi. Moskvaya gəlişindən cəmi bir 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
308 
 
il sonra ürək infarktı keçirdi (sonralar iki dəfə də təkrarlanacaq bu mərəzə 
şair “ürək çatlaması” deyirdi).  
 
Kitabda  50-dən  artıq  yazı  yer  alır:  bəzisi  bir-iki  səhifəlik  miniatür 
esse,  bəzisi  qısa  ədəbi  portret  oçerk,  bəzisi  müsahibə,  bəzisi  xatirə,  bir 
qismi  isə  müəllifin  N.  Hikmət  poeziyası  və  dramaturgiyasına  dair 
mütəxəssis  təhlil  və  şərhləri,  sənətkara  öz  vətənindəki  birmənalı  olmayan 
münasibətlərə dair etüdlərdir.  Kitabın sonunda müəllifin şəxsi arxivindən 
təqdim  etdiyi  və  çoxu  ilk  dəfə  geniş  ictimaiyyətə  çatdırılan  Nazim 
Hikmətin  Azərbaycan  yazıçıları,  elm  və  incəsənət  adamları  ilə  əlaqələrini 
əks etdirən təxminən 40-a yaxın fotoşəkil də öz əksini tapmışdır. 
 
Kitabı  küll  halında  dəyərləndirmək  istərsək,  qısaca  bunu  demək 
mümkündür  ki,  əsər  şairin  Azərbaycanla,  habelə  Azərbaycan  yazıçıları, 
şairləri,  incəsənət  ustaları,  alimlərilə  əlaqələrinin,  Nazim  Hikməti  şəxsən 
tanıyan,  onunla  Bakıda  və  Moskvadakı  evində  görüşən,  bütün  elmi 
fəaliyyətini 
sənətkarın 
geniş  diapazonlu  bədii  irsinin,  xüsusən 
dramaturgiyasının  baxış  bucağından  təqdimatıdır.  Aqşin  müəllim  bütün 
qələmə  aldıqlarını  –  Vətənimizin  və  xalqımızın  yaxın  dostu  Nazim 
Hikmətin 
yaradıcılığında 
Azərbaycan 
mövzusunu, 
azərbaycanlı 
müəlliflərin  şair-dramaturqla  bağlı  tədqiqatları  haqqında  elmi  qənaətlərini 
Azərbaycan-türk ədəbi əlaqələrinin fonunda təqdim etmişdir. A. Babayevin 
bütün əsərləri kimi,bu kitabı da doğma respublikamızı özünə ikinci Vətən 
hesab edən ustad sənətkar haqqında Türkiyədə, Rusiyada və Azərbaycanda 
yazılan yüzlərlə kitab və elmi-tədqiqat işi, minlərlə publisistik məqalə, şeir, 
bədii  nəsr  və  memuar  nümunələri  içərisində  öz  alimlik  səriştəsi,  movzuya 
vaqiflik dərəcəsi, kamil yazıçı dəst-xətti, bənzərsiz fərdi üslubu ilə seçilir.  
 
Kitabdakı  yazılar  içərisində  ən  böyük  yeri  “Nazim  Hikmət  və 
Azərbaycan  ədəbiyyatı”mövzusu  tutur.  Bu  məqalələrdə  N.  Hikmətin 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
309 
 
Azərbaycan  ədəbiyyatına  vurğunluğu,  onun  klassiklərimiz  Füzuli,  Vaqif, 
Mirzə Fətəli Axundzadə, Sabir, Cəlil Məmmədquluzadə haqqında söylədiyi 
fikirlərin  bənzərsizliyi  və  orijinallığı  ilə  seçilməsi  qeyd  olunur.  Müəllif 
yazır  ki,  N.  Hikmətin  1927-ci  ildə  Bakıya  gəlişi,  1928-ci  ildə  onun  ilk 
“Günəşi içənlərin türküsü” kitabının Azərbaycanda  nəşri poeziyamıza yeni 
nəfəs, yeni ruh gətirmişdi. Sonrakı illərdə bu ruh, bu yeni nəfəs Azərbaycan 
şairlərindən  Mikayıl  Rəfilinin,  Süleyman  Rüstəmin,  Səməd  Vurğunun, 
Rəsul Rzanın, Nigar Rəfibəylinin yaradıcılığında xüsusilə bariz şəkildə öz 
təcəssümünü  tapmışdı.  Adları  çəkilən  şairlərin  hər  birinin  yaradıcılığında 
Nazim  poeziyasının  ətri  duyulur.  Bu  şairlərin  içərisində  Rəsul  Rzanın 
özünəməxsus yeri vardır. Bunu diqqətə alan Aqşin müəllim kitabda Rəsul 
Rzaya  iki  məqalə  həsr  etmişdir.  O  haqlı  olaraq  qeyd  edir  ki,  Türkiyədə 
Nazim  Hikmət  şeirləri  top-tüfənglə  qarşılandığı  kimi,  Azərbaycanda  da 
Rəsul Rza poeziyası bir vaxt hücumlara məruz qalmışdı. Amma neçə illər 
sonra  başa  düşüldü  ki,  Rəsul  Rza  təkcə  bu  günün  deyil,  həm  də  sabahın 
şairidir. (“Sabahın şairidir” kəlamı Nazim Hikmətə aiddir).  
 
1950-ci ildə Nazim həbsxanadan azad olunduqdan sonra onun 48, S. 
Rüstəmin  isə  44  yaşı  vardı.  Bundan  sonra  onların  dostluğunun  ikinci 
mərhələsi başlandı.  
 
Kitabda  Nazim  Hikmətlə  dostluq  edən,  onun  təsiri  ilə  şeirlər  yazan 
qələm  ustalarından  Mikayıl  Rəfili  haqqında  da  bir  oçerk  var.  Müəllif 
vurğulayır  ki,  “Sərbəst  şeir  haqqında  ilk  söz”  adlı  məqaləsində  Mikayıl 
Rəfilinin  Nazim  haqqında  fikirləri,  bu  böyük  şəxsiyyətə  və  onun  sənətinə 
olan  rəğbəti,  məhəbbəti  bütün  aydınlığı  ilə  görünür.  Bu  sevgi  və  rəğbət 
qarşılıqlı  idi.  Xatırladaq  ki,  N.  Hikmətin  məşhur  “Başlandı  nəslimizin 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə