_______________________________________________
Nazim Hikmət qalaktikası
3
Nazim Hikmətli günlərimin
canlı Ģahidi ömür dostum
Müzəyyən xanıma ithaf edirəm.
_______________________________________________
Nazim Hikmət qalaktikası
5
Amma inanıram ki, Aqşin Babayevin bu kitabı Azərbaycanda da,
Türkiyədə də tanınan, bilinən və etiraf olunan bir nazimşünasın (və
türkoloqun) əsəri olaraq faktlarının, təhlillərinin, yeniliklərinin ciddi
mahiyyətinə, ən başlıcası, Nazim Hikmətin təəssübünü çəkərək yazıldığına
görə çağdaş fikir həyatımızın dəyərli örnəklərindən biri kimi qarşılanacaq.
Aqşin Babayev “Nazim Hikmət qalaktikası”nı zadəgan bir üslubda,
təvazökar ahəngdə, elmi səbatla yaradıb və təkcə nazimşünaslığa deyil,
Azərbaycan filolojisinə etibarlı bir kitab bəxş edib.
Tale bu kitabın müəllifinə Nazim Hikmətin ocağı başında olmaq,
onunla duz-çörək kəsmək səadətini də nəsib edib və elə buna
görə də Aqşin
Babayev başqa tədqiqatçılardan fərqli olaraq, Nazim Hikmətlə bağlı
araşdırmasında təkcə arxiv sənədlərinə, Nazim Hikmət haqqında yazılmış
başqa kitablara, yaxud Nazim Hikmətin əsərlərinə deyil, eyni zamanda
Nazim Hikmətlə canlı ünsiyyətdən doğan yaddaş materiallarına da istinad
edə bilir və bu cəhət “Nazim Hikmət qalaktikası”nın orijinal və müstəsna
mahiyyətinə ayrıca bir cazibədarlıq gətirir.
Sovetlər dönəmində Azərbaycanın efir məkanında Türkiyə türkcəsini
maneəsiz təmsil edən yeganə səs Nazim Hikmətə məxsus idi və Aqşin
Babayevin hətta bu kitabında belə təvazökarcasına arxa plana keçirdiyi, (az
qala, görünməz etdiyi) ən ciddi faktlardan biri, bəlkə də birincisi ondan
ibarətdir ki, Nazimin bizim üçün doğma və canlı türkcəsini-səsini lentə alıb
əbədiləşdirən bir başqası deyil, məhz qarşınızdakı “Nazim Hikmət
qalaktikası” kitabının müəllifi professor Aqşin Babayevin özü olmuşdu.
Bu mənada Aqşin Babayev təkcə Nazim Hikmətə deyil, bəlkə daha
geniş ölçüdə o zaman sovet Azərbaycanında türk ruhunun qorunub
saxlanmasına, türk yaddaşının diri qalmasına əvəzsiz xidmət göstərmişdir.
Aqşin Babayev_______________________________________________
6
“Nazim Hikmət qalaktikası”nın məhz Bakıda meydana çıxması
istər-istəməz mənə (Süleyman Rüstəmin ruhuna rəhmət və ehtiramla)
Nazimin ilk kitabını-“Günəşi içənlərin türküsü”nü xatırlatdı. “Günəşi
içənlərin türküsü” ilə XX əsrə (və öz tragik aqibətinə) doğru böyük səfərinə
Bakıda
başlayan Nazim Hikmət, “Nazim Hikmət qalaktikası”ilə XXI yüzilə
də Bakıdan uğurlanır. Fərq isə çox ciddidir: 1928-də Nazimi XX əsrə sovet
Bakısı, XXI yüzilə isə milli və bağımsız Azərbaycan yola salır.
Bu kitabın məziyyətlərini bir-bir sayıb təfsilata varmaq istəmirəm.
Amma inandığım bir gerçəyi etiraf etməklə yazımı tamamlayıram.
Ziyalılığın, aydınlığın və alimliyin alplıq mərtəbəsində asudə ömür sürən
professor
Aqşin Babayevin varlığını qapsamış əhval Nazim
Hikmətcəsinədir və mənə elə gəlir ki, indi başqa dünyada, ayrı bir aləmdə
olan Nazim Hikmətin bu dünyada, bizim aləmə yansıyan ruhunun bir şöləsi
də elə Aqşin Babayevin özüdür.