Aqşin Babayev_______________________________________________
54
qatlaşan Münəvvərini xatırlarkən dərin peşimançılıq hissi ... Bütün bunlar
Nazimi sarsıtdı və Vala Nurəddinin sözləri ilə desək: “Bu dünyadan Nazim
geçdi”.
Nazimin bədxahları arasında onun öz ana dilinə xor baxmasını belə
iddia edən insafsızlar var. Halbuki, Nazim belə deyirdi: "Dünyanın ən yaxşı
insanlarından olan türk xalqının və dünyanın ən gözəl dillərindən biri və
bəlkə də ən başda gələnlərindən olan türk dilinin yabançı diyarlarda
tanınmasına vəsilə ola bilmək ömrümün ən böyük sevinci və şərəfidir. Bir
kəndli torpağını və öküzünü, bir dülgər taxtasını və rəndəsini necə sevirsə,
mən də türk dilini elə sevirəm."
Türkiyədə bir Pəyami Səfa vardı. Nazim Hikmətin qatı düşməniydi.
Nazim Hikmətlə onun arasında hər iki şairin gənclik illərində elə
mübahisələr olurdu ki, bu çəkişmələr bütün ədəbi ictimaiyyətin müzakirə
obyektinə çevrilirdi. Sənətin fövqündə dayanan iki böyük şəxsiyyətin, iki
türkün bir-birinə qarşı hücumları ideya mübarizəsi idi. Nazim solçu idi,
Pəyami sağçı. Onların həyata baxışları zidd qütblərdə idi. Bu
çəkişmələrdən ləzzət alanlar, bunu şişirdənlər də az deyildi və bu gün də
keçmişə nəzər salıb həmin münaqişələri meydana çıxarmağa çalışanlar var.
1969-cu ildə İstanbulda tədqiqatçı Əngin Gözenin "Pəyami Səfa
Nazim Hikmət qovğası" adlı bir kitabı işıq üzü gördü. Həmin kitab üç il
sonra, 1972-ci ildə təkrar nəşr edildi. Müəllif bu iki böyük sənətkarın bir-
birinə olan münasibətini subyektiv yöndə işıqlandırmış, daha çox Pəyami
Səfaya üstünlük vermiş, Nazim Hikməti tənqid etmişdi. "Tənqid" yumşaq
ifadədir. Əngin Göze gücü çatdıqca Nazimə qarşı ən təhqiramiz ifadələr
işlədərək bu böyük sənətkarı xalqın gözündən salmaq istəmişdi. Ancaq
təbii ki, bacarmamışdı. Bu tənqidə ən tutarlı cavabı türk ədəbiyyatşünası
Kamal Sülkər vermişdi.
_______________________________________________
Nazim Hikmət qalaktikası
55
Ümumiyyətlə, bu gün türk ədəbi mühitində Nazim Hikməti sevənlər
və sevməyənlər məfhumu formalaşmışdır. Ancaq son söz həmişə xalqın
olub. Əngin Gözenin cidd-cəhdinə baxmayaraq onun yazdıqları Nazim
dühasının əzəmətindən heç bir şey qopara bilməyib və bilməyəcək də. Bu
sözləri eynilə Kazım Gültəpə haqqında da demək olar. Əngin Göze öz
kitabında bu iki şəxsiyyəti "Yan-yana tərs axan sular" adlandırmışdır.
Müəllifin ən çox hədəf seçdiyi nöqtə Nazimin guya, Vətənini sevmədiyi,
unutduğu iddiası ilə bağlıdır. Guya, Nazim Hikmət Moskvaya gəldikdən
sonra Türkiyəni unutmuş, öz şöhrətinin nurunda uyuyub, hər şeyi yaddan
çıxarmışdır. Amma Nazim haqqında bayaq dediklərimiz bir yana dursun,
onun şeirləri bu yalanın tam əksini deyir.
Əgər bir gün Nazimin Vətən həsrətinə həsr olunmuş şeirləri ayrıca
kitab şəklində nəşr olunsa, o zaman şairin çəkdiyi iztirablar daha aydın
şəkildə gözlərimiz önündə canlanar. Həmin şeirlər bir deyil, beş deyil.
"Ağcaqayın meşəsində", "Yeni il", "Gəmi", "Balkon", "Ceviz ağacı",
"Mavi liman", "Münəvvərə məktub yazdım, dedim ki...", "Sağ əlim",
"Dağın üstündə", "Sebastyan Baxın bir nömrəli Dominor konserti", "Dunay
çayı", "Məmləkətim haqqında", "Bir Üsküdar balkonunda", "Faustun evi"
və s. sənət nümunələri buna sübutdur. Bu şeirlərdə qürbət eldə yaşayan
Nazimin böyük həsrəti ürək ağrısı ilə verilmişdir.
Bir gün, yəqin ki, Nazimin "Məmləkətim" adlı bir kitabı çapdan çıxar.
Və o kitabda təkcə Nazimin şeirləri deyil, Türkiyə haqqında düşüncələri,
uca kürsülərdən Vətən haqqında söylədiyi sözləri, dostlarına, yaxınlarına
yana-yana açıb dediyi ürək duyğuları öz əksini tapar.
Nazimin Vətən həsrətini onun mavi gözlərində, titrək dodaqlarında
görən insanlardan biri də mənəm. Moskvada, 1961-ci ildə Nazimin "Qəribə
Aqşin Babayev_______________________________________________
56
adam" pyesinin 250-ci tamaşasından sonra, onun dediyi "pyeslərimi sevgili
İstanbulumda görə biləydim" sözləri indi də qulaqlarımda səslənir və
Nazim Hikmətin heykəltəraş Münəvvər Rzayevaya dediklərini dönə-dönə
xatırlayıram: "Heykəlimi mən öləndən sonra yaradarsan. Özü də bilirsən
necə? Yalnız iki gözlərimi verərsən. Bilinsin ki, mənəm baxan. Bilinsin ki,
bu şəffaf damcılar ömrünün sonuna qədər Vətən həsrəti ilə yanan bir
insanın gözləridir."
2002-ci il dünya miqyasında Nazim Hikmət ili elan olundu. 100 yaşlı
Nazimin yubileyi təkcə Türkiyədə və Azərbaycanda deyil, dünyanın bir
sıra başqa ölkələrində də qeyd edildi.
Gəlin, hamımız Nazimi sevək. Əsərləri ingilis, fransız, alman, italyan,
ərəb, fars və başqa dillərə çevrilən, bütün dünyada tanınan Nazim Hikmətə
ləkə gətirəcək heç bir söz işlətməyək. Başqa millətlər özününkü olmayanı
mənimsəyir. Biz, gəlin, soyu soyumuzdan, dili dilimizdən olan türk oğlu
Nazim Hikmətlə fəxr edək! Onu həmişə yaşadaq!”
***
“İki sahil” qəzetində çap etdirdiyim bu məqaləmə cavab verən tapıldı.
Bu, “Ədalət” qəzeti idi. Nazim Hikməti də, Yazıçılar Birliyini də, məni də
“qınayan” qəzet hətta təhqirlərə də yol verdi. Dostlar, tanışlar, Nazim
Hikməti sevənlər bu məqaləyə cavab verməyimi istədilər. Mən cavab
vermədim. Amma bir neçə qələm sahibi “Ədalət” qəzetinin əleyhinə
məqalələr çap etdirdi, Nazim Hikməti və onun haqqında yazı yazan, şairin
düşmənlərinə meydan oxuyan məni müdafiə etdilər. Bu haqda bir az sonra
danışacağam. İndi isə “Yeni Azərbaycan” qəzetinin müxbiri Səlim adlı
qələm sahibinin Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çevikgözlə
Dostları ilə paylaş: |