Fuad Mammadov
Kulturologiya offcktivli hayat va faalivvata aparan vol klmi
• Dünya mədəniyyəti beynəlxalq universiteti layihəsindən iqtibaslar.... 196
o
Mədəniyyətin tarixi və
nəzəriyyəsi sahəsində elmi dərəcə
iddiaçılarına tövsiyyələr
................................................................... 202
•
Mədəniyyət və qloballaşma
■ Qloballaşma
şəraitində
beynəlxalq sosial-mədəni
siyasətin
vəzifələrinin görünüşü....................................................................... 203
o
Kulturologiyanın metodologiyası
■ Kulturologiyanın metodologiyası.............. i......................................... 204
o
kulturologiyanın piramidası
II
HİSSƏ.
AYRI-AYRI MƏQALƏLƏR, M ƏRUZƏLƏR, ÇIXIŞLAR.
1. Kulturologiya insan texnologiyaları və imkanları haqqında elm kimi...208
2. Dünya mədəniyyəti və elminin inkişafı tarixindən............................230
3. Dünya mədəniyyəti və Azərbaycan cəmiyyəti: müqaisəli təhlil,
problemlər və onların həlli yollan.....................................................259
4. Mədəniyyət siyasəti məsələsinə dair................................................... 272
5. Vətəndaş cəmiyyətində mədəniyyət siyasətinin fərmalaşdınlmasına
elmi yanaşma haqqında......................................................................280
6. Demokratik Azərbaycanda mədəniyyət inkişafının idarəolunmasına
yeni yanaşma haqqında......................................................................291
7. Qloballaşma şəraitində ruhi mədəniyyətin həyat və fəaliyyətin
fəlsəfəsi və texnologiyası kimi görünüşü haqqında........................ 305
8. Mədəniyyət sivilizasiyanın yaradıcı amili kimi, kamilliyə, sülhə və
çiçəklənməyə aparan yol kimi........................................................... 319
9. YUNESKO, mədəni dəyərlər və kulturoloji təhsil............................. 328
10. Azərbaycan mədəniyyəti dünya sivilizasiyası kontekstində.........Г336
11. Azərbaycan Respublikasında ruhi mədəniyyətin inkişafı problemləri,
üstünlükləri və texnologiyaları haqqında.....................
343
12. Azərbaycan mədəniyyətinin modemləşdirməsinin aktual problemləri
haqqında.............................................................................................. 373
13. Dünya mədəniyyəti və azərbaycanlıların özünüdərki..................... 389
14. XX əsrin əvvəllərində Azərbaycanda siyasi mədəniyyət haqqında...393
15. Mədəniyyət anlayışına elmi yanaşma və azərbaycan dilində
kulturoloji terminologiya haqqında................................................... 397
16.
Tövsiyyə olunan ədəbiyyat.
................................................................399
12
KuadjMammədpv
Kulturologiya cffektivli havat
уд
faalivvata aparan vol
G İR İŞ
Dünya sivilizasiya tarixinin müasir mərhələsində şəxsiyyət,
cəmiyyət və dövlətin həyatında
kulturologiyanın əhəmiyyəti
dönmədən artmaqdadır. İnsanın həyat fəaliyyətinin təkmilləşlməsi,
qloballaşmadan yaranan yeni tələblər, dövlət və cəmiyyətin inkişafı,
yeni texnologiyalardan düzgün istifadə üçün şəxsiyyət və liderlərin
hazırlanmasına olan ehtiyac siyasi, sosial-iqtisadi
və beynəlxalq
proseslərin sistemli kulturoloji təhlilinə xüsusi ehtiyac yaratmış, bu
isə, öz növbəsində humanitar elmlərin qovşağında yaranan bu sintezli
elm sahəsinin əhəmiyyətinin artmasına səbəb olmuşdur.Kulturoloji
tədqiqat, təhsil və maarifçilik olmadan balanslaşdırılmış siyasət və
effektli dövlət idarəçiliyi, rəqabətqabiliyyətli iqtisadiyyat və yüksək
sosial etika,
beynəlxalq münasibətlər və dünyada mədəniyyətin
bərqərar olmasını təsəvvür etmək mümkün deyil.Deyilənləri nəzərə
alaraq, professor Fuad Məmmədovun “Kulturologiya - effektli həyat
fəaliyyətinə doğru gedən yoldur ” monoqrafiyası Azərbaycanda elm,
təhsil və mədəniyyətin inkişafına qiymətli töhfədir.
Əsərdə mədəniyyətin modernləşdirilməsi və mədəni irsin
qorunmasının zəruriliyini qeyd edən müəllif, azərbaycanın qabaqcıl
alim və mütəfəkkirlərinin bir neçə nəslinin maarifçilik ideyalarının
məntiqi inkişafını
nəzərdən keçirir. Tədqiqat M.F.Axundovun.
A.A.Bakıxanovun , H.Cavidin, Əhməd Ağa oğlu.
Əli bəy
Hüseynzadə, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyov, S.Vurğun və digər
görkəmli ziyalıların ölkədə hökm sürən cəhalətin aradan qaldırılması
naminə
milli dirçəliş yollarım müəyyənləşdirməkdə mədəniyyət
anlamına düzgün yanaşdıqlarını və Azərbaycan xalqının tərəqqipərvər
inkişafında mədəniyyətin həlledici rolunu təsdiq edir.
Monoqrafiyada insanın təkmilləşməsi, cəmiyyətin sosial inkişaf
və tərəqqisi üçün yeni imkanlar açan bir çox əməli əhəmiyyətli
kulturoloji biliklər vardır. Monoqrafiya iki hissədən ibarətdir. Birinci
hissədə
insan, cəmiyyət və dövlətin həyat
fəaliyyəti haqqında
düzgün elmi təsəvvürlərin formalaşmasına yardım edən mədəniyyət
və kulturoloji konsepsiya,düstur və baza anlayışları verilmişdir. İkinci
hissədə insan və cəmiyyətin aktual problemlərindən olan sosial-
mədəni siyasət, idarəetmə, vətəndaş cəmiyyəti və demokratiya
13
Kuad Mammadov
Kulturologiva cffektivli ho vat v.i faalivvata anaran vnl
mədəniyyətinin həm milli , həm də qlobal miqiyasda
geniş
kulturoloji təhlilinə həsr olunmuş müxtəlif illərdə yazılan məruzə,
məqalə və çıxışlar verilmişdir.
Kitabın birinci hissəsində sistemləşdirilmiş biliklər ensiklopedik
xarakter daşıyır. Burada elmə əsaslanan metodologiya 'daxilində
kulturologiyanın predmet və elmi aparatı, insanın həyat fəaliyyətinin
müxtəlif sahələri, həyatı təmin edən sistemlər, sosial mədəniyyətin
komponentləri, mədəniyyətin yaradılması mexanizmi və funksiyaları,
“ruhi istehsal”, mədəniyyətin mənşə xüsusiyyətləri , yaradıcı təfək
kürün səviyyə və tipləri mədəniyyətin formalaşma səbəbləri haqqın
da məlumat verilir. Müəllif tərəfindən intellektual, etik, hüquqi, idarə
etmə, elitar, kütləvi mədəniyyət, ruhi (əqli və mənəvi) və maddi mə
dəniyyət, mədəniyyət və anti-mədəniyyət, sülh mədəniyyəti, qender
mədəniyyəti, mədəni tərəqqi və mədəni inqilabın
xüsusiyyətləri,
sivilizasiyanın əlamətləri və mədəniyyətin tarixi tipləri aşkar edilir.
Mədəniyyətin milli-etnik xarakteristikası və mədəni dəyərlərə həsr
olunmuş bölmədə Şərq və Qərb mədəni inkişafının xüsusiyyətlərinin
araşdırılması böyük maraq doğurur. Əsərdə L.A.Uayt, A.Maslou,
L.E.Qertman. M.B.Yeşiç, Q.A.Antipova, A.N.Koçergina, V.S.Polikar-
povanın mədəniyyət konsepsiyaları nəzərdən keçirilir.
Müəllif
A.Toynbi, K.Yaspers, O.Şpenqler, H.Hesse, M.Haydegger, İ.Sabu-
ro.T.Parsons, Y. Şepanski, E.Giddens, Y.Heyzinq, S.Lemm, K.Levi-
Stros, N.Smelzer, P.Sorokina, V.Diltey, G.Zimmel, İ.Herder, F.Nitşe,
E.Orteqa-i-Qasseta. E.Qusserl, N.Danilevski, K.Leontyev, N.Trube-
tskoy, P.Sabitski, L.Qumilyov, M.Kim, M.Kaqan, Y.Lotman və digər
görkəmli alimlərin mədəniyyət anlamına yanaşmalarını göstərir.
İnsanın həyat fəaliyyətinin müxtəlif sahələri haqqında məlum
ictimai-elmi bilıiklərin sintezi və yaradıcılıqla işlənməsi ilə bərabər,
müəllif
ictimai-mədəni tərəqqinin
imkanları, texnologiyaları,
xüsusiyyət və mahiyyətini daha yaxşı anlamağa imkan verən şəxsi
şərh və təriflərini də yaratmışdır. Onların içərisində mədəniyyətin
elmi anlamını və kulturologiyanın “piramidasını” qeyd etmək olar.
Müəllif kulturologiya elmində ilk dəfə olaraq, mədəniyyətin, insan
fəaliyyətinin, istehsalın, idarəetmənin effektivliyi, mədəniyyətin
entropiyası, mədəni insanın səadət düsturu və faydalı iş əmsalını şərh
etmişdir. Kitabın yeni biliklər bloku insan həyatını təmin edən ruhi
14
Fuad IVUmmadov
Kulturologiva effektivli havat va faalivvata aparan yol
və maddi komponentlər, mədəni inkişafın obyektiv-tarixi faktorları,
Azərbaycanın mədəni inkişaf tarixinin
ayn-ayn dövrlərinin
kulturoloji təhlilinin nəzədən keçirilməsi ilə tamamlanır. Mədəniyyəti
bütöv sosial sistem kimi nəzərdən keçirən müəllif, ilk dəfə olaraq,
iqtisadiyyatın mahiyyətini mədəniyyətin sosial institutu baxımından
aşkarlamış,
mədəniyyət
sahəsində
dövlətin prioritetlərini
müəyyənləşdirmiş, ölkə inkişafının keyfiyyət və sürət artımını təmin
edən tövsiyələr hazırlamışdır. Müəllif mədəniyyətin öyrənilməsinin
əsas prinsip və metodlarını, onun inkişaf dinamikasını göstərən
kulturoloji metodologiyanın mahiyyət, məqsəd və imkanlarını təsvir
edir, sistemli kulturoloji təhlilə əsaslanan kulturologiya piramidasının
məntiqi pillələri baxımından, mürəkkəb sosial-mədəni
və siyasi
problemlərin həlli yollarını meydana çıxarır. Dövlət və cəmiyyətin
aktual problemlərinin tədqiqi əsasında, müəllif,
Azərbaycanda
mədəniyyətin modernləşdirilməsi, eləcə də qloballaşma şəraitində
beynəlxalq sosial-mədəni siyasət üzrə təkliflər hazırlamışdır.
Fuad Məmmədovun dünya mədəniyyətinin fundamental tarixi
və nəzəri problemlərinin təhlili üzrə Azərbaycanda və xarici ölkələrdə
etdiyi çıxış, məruzə və
nəşr olunmuş, dünya mədəniyyətinin
fundamental tarixi və nəzəri problemlərinin təhlilinə yönələn elmi
məqalələrinin vahid monoqrafiyada toplanması kultirologiya üçün
mühüm əhəmiyyət daşıyır. Əsasən kitabın ikinci hissəsində toplanmış
bu çıxış və məqalələr insanın inkişafi, sosial-mədəni siyasət,
idarəetmə mədəniyyəti və sülh mədəniyyəti məsələlərinə həsr
olunmuşdur. Müəllif mədəniyyət siyasəti və mədəniyyətin idarə
edilməsinin
əsas prinsipləri, demokratik cəmiyyətdə
idarəetmə
mədəniyyətinin mahiyyəti və texnologiyalan,
qlobal idarəetmə
mədəniyyətinin
xüsusiyyətləri,
liderlik
problemləri
və
digər
məsələlərə elmi yanaşmanı əsaslandırmışdır. Əsərdə qloballaşma
şəraitində
həyat fəaliyyəti texnologiyalan və ruhi mədəniyyətin
fəlsəfi problem kimi nəzərdən keçirilməsi yenilik xarakteri daşıyır.
Adı çəkilən əsərlərdə Şərq və Qərbin elmi-mədəni inkişafi və tarixi
nailiyyətlərinin mərhələləri
nəzərdən keçirilir. Müəllif, bununla,
mədəniyyəti
sivilizasiyanın yaradıcı faktoru, kamillik, sülh və
tərəqqiyə doğru alternativi olmayan yol olduğunu göstərməyə can
atır. Yaratdığı konsepsiya, tərif, düstur və mexanizmlərin mahiyyət və
15
Dostları ilə paylaş: |