Andrey Sizov Uğurlu satış üçün 55 məsləhət Андрей Сизов



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə1/23
tarix24.01.2023
ölçüsü0,85 Mb.
#99095
  1   2   3   4   5   6   7   8   9   ...   23
Mir.az ugurlu-satis-ucun-55-meslehet (1)





Andrey Sizov
Uğurlu 
satış üçün 
55 məsləhət 


Андрей Сизов
55 советов 
для успешных 
продаж 


"Uğurlu satış üçün 55 məsləhət" adlı bu kitab, 
peşəkar bir satıcının illər ərzində qazanmış olduğu 
bilgiləri paylaşma arzusundan yaranmışdır. Burada satış 
deyərkən, hər bir məhsulun birbaşa satışı və müxtəlif 
xidmətlərin daha yüksək səviyyədə göstərilməsi üçün 
çox sadə üsullar nəzərdə tutulur. Həmçinin müxtəlif 
sahələri əhatə edən satıcı-müştəri münasibətlərinin 
tənzimlənməsi, müştərinin hər bir xidmətdən razı 
qalmasını təmin edəcək vasitələr və bu münasibətlərin 
uğurlu sonluğa çatdırılma yolları göstərilmişdir. 
Məmnun müştəriləri yola salmaq istəyən hər bir xidmət 
obyekti və hər bir satıcı bu kitabdakı məlumatlardan 
faydalana bilər! 


Andrey Sizov UĞURLU SATIŞ ÜÇÜN 55 MƏSLƏHƏT 
Андрей Сизов 55 СОВЕТОВ ДЛЯ УСПЕШНЫХ ПРОДАЖ 
Bakı, Qanun Nəşriyyatı, 2014.104 səh., 1000 tiraj 
Ruscadan tərcümə: 
Redaktor: 
Korrektor: 
Ayla Əliqızı Xalid 
Kazımlı Ceyran 
Abbasova 
ISBN 978-9952-26-751-8 
© Qanun Nəşriyyatı, 2014 
© Андрей Сизов, 2010 
Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım hüquqları Qanun 
Nəşriyyatına məxsusdur. 
Kitabın təkrar və hissə-hissə nəşri «Müəlliflik hüququ və əlaqəli 
hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu»na ziddir. 
Qanun Nəşriyyatı 
Bakı, AZ 1102, Tbilisi pros., 76 
Tel: (+994 12) 431-16-62; 431-38-18 
Mobil: (+994 55) 212 42 37 
e-mail: info@qanun.az 
www.qanun.az 
www.fb.com/Qanunpublishing 


İthaf
Mən hər zaman satıcı işləmişəm, bununla fəxr 
etmişəm və hələ uzun müddət də bu sənətdə 
qalmaqda davam edəcəm. Bununla fəxr edirəm, bu 
mənim işimdir. Bu iş dünyanı dəyişmək bacarığına 
malikdir. 
Bu kitabı mən, müasir zamanda bir çox çətin-
liklərlə qarşılaşan və varlıqlarından çox şey asılı olan 
öz satıcı qardaşlarıma ithaf edirəm. Onlar bəzən 
kədərlənirlər, onları bu şəkildə görmək mənə də pis 
təsir edir. Məhz buna görə bunları yazmaq qərarına 
gəldim. 
Mən sizin özünüzlə qürur duymanızı, zəh-
mətinizin dəyərini haqqı ilə almanızı və daha çox 
gülümsəməyinizi istəyirəm. Daha tez-tez, daha 
ürəkdən. Bu sizə yaraşır. 
Mən bunları sizin üçün yazmışam, bəli, bəli. 
Məhz sizin üçün, ətrafa göz gəzdilməyə ehtiyac 
yoxdur. Ola bilsin ki, burada hər şey bütünlüklə sizə 
aid olmasın, amma çox hissəsinin olacağından 
əminəm! 
5
 


Andrey Sizov 
Gəlin belə edək, mən bir balaca sizin haqqınızda 
danışım, oradan məhz sizin üçün maraq doğuran 
hissələri birlikdə tapaq, daha sonra isə nəyi istifadə 
edib-etməmək qərarını özünüz verərsiniz. Razısız? 
Beləliklə, onlara ehtiyacımız olduğu üçün - 
satıcılara həsr olunur! 
Andrey Sizov Yer planetindən 
olan adi bir satıcı
6
 


Uğurlu satış üçün 55 masləhət 

N° li məsləhət 
inansan, görərsən... 
Dərhal əsas məsələyə keçək. Sevgi, sədaqət, 
vicdan, gözəllik, harmoniya - bunlar hamısı 
mövcuddur. Əks təqdirdə, yaşamağın mənası ol-
mazdı. Bu anlayışlar və onların təzahürü həyatda var. 
Onları görmək istəyən kəs hər yerdə və hər zaman 
görə bilir. Burada danışılanlar, sizin ona inanıb-
inanmamağınızdan, istifadə edib-et- məməyinizdən 
asılı olmadan mövcuddur. 
Burada işləyən bu prinsipdir - inansan, görərsən! 
Buna inansanız, onları görəcəksiz və həyatın 
istədiyiniz sahəsində istifadə etmək imkanını 
qazanacaqsız. İnanmayacaqsız, heç biri həyatınızda 
olmayacaq. Bu sizin üçün xülyadır, bu səbəblə onu 
görmürsünüz, elə ona görə də bu anlayışlardan 
özünüz üçün heç bir fayda çıxara bilmirsiniz. 
Özünüz seçin, seçim sizindir. Siz indi sanki 
qatarları müxtəlif istiqamətlərə hərəkət edən 
vağzaldasınız. O sizi müxtəlif ünvanlara çatdıra 
7

Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə