Analizatorların struktur və funksional təşkili


Sensor sistemin funksiyası



Yüklə 31,78 Kb.
səhifə4/9
tarix17.05.2022
ölçüsü31,78 Kb.
#87168
1   2   3   4   5   6   7   8   9
serbest ish HEYVAN VE İNSAN FİZİOLOGİYASİ SERBEST İSH HAZİR

Sensor sistemin funksiyası. Sensor sistem bir sıra funksiyaları icra edir:1) aşkaretmə; 2) fərqləndirmə; 3) ötürmə və yenidən işləmə ; 4) kodlaşdırama ; 5) əlamətlərin detektrləşdirilməsi; 6) obrazın qavranılması.Aşkaretmə və siqnalların ilkin fərqləndirilməsində reseptorlar iştirak edir, siqnalların detektivləşməsi və qavranılması –böyük beyin qabığı neyronlarının sayəsində siqnalların ötürülməsi, yenidən şişlənməsi və kodlaşdırlması sensor sistemin bütün neyron laylarının sayəsində mümkün olur.

Siqnalların aşkar olunması.İxtisaslaşmış hüceyrələrin (reseptorların) səviyyəsindən başlanır. Reseptorlar təkamülündə xarici və daxili mühitin ünsiyyət (modallaşmış) qıcıqlarını qəbul etməyə uyğunlaşmışlar, həmçinin də qıcıqları fiziki və ya kimyəvi formadan sinir oyanmaları formasına çevrilirlər.

Reseptorların təsnifatı.Onların (reseptorların) qıcıqlanması zamanı yaranan hissetmə xarakterinə görə reseptorları praktik olaraq ən çox psixofizioloji baxımdan təsnif etməyə imkan verir.Göstərilən bu təsnifata əsasən insanda reseptorlar- görmə, eşitmə, iybilmə, dadbilmə, toxunma reseptorlarına,termoreseptorlara,proprioreseptorlara və vestibula reseptorlara (bədənin və onun hissələrinin fəzadakı vəziyyətinə görə) və ağrı reseptorlarına ayrılırlar.

Bundan əlavə reseptorlar xarici –eksteroreseptorlara və daxili –interoreseptorlarla təsnif olunur. görmə, Eşitmə, görmə, iybilmə, dadbilmə, toxunma xarici reseptorlara aiddir.İnteroreseptorlara – vestibuloreseptorlar və proprioreseptorlar (dayaq-hərəkət aparatının reseptorları). Həmçinin də visseroreseptorlar aiddir, isserroreseptorlar daxili orqanların vəziyyəti ilə əlaqəli olan siqnalları qəbul edir.Mühitlə olan əlaqələrin xarakterinə görə reseptorlar distant və kontakt qruplarına ayrılır.Distant reseptorlar kənarda yaranan oyanma mənbəyindən informasiyanı qəbul edir ( məsələn, görmə, eşitmə və iybilmədə olduğu kimi). Kontakt reseptorları toxunma mərkəzində yaranan qıcıqlarla toxunma təmasına daxil olur (dadbilmə, taktil). Bu zaman reseptorların quruluşuna təsir göstərən qıcıq faktorunun təbiətinə uyğun olaraq onlarda optimal dəyişilmə gedir. Ona görə də reseptorlar: fotoreseptorlara, moxanoreseptorlara, vestibulyar reseptorlara, taktil (dəri) reseptorlarına, dayaq-hərəkət aparatının reseptorlarına, baroreseptorlara (ürək-damar sistemində), xemoreseptorlara (dadbilmə, damar və toxuma reseptorları), termoreseptorlara (dəri və daxili orqanların, həmçinin də mərkəzi termohissi neyronlarda ): ağrı (nosiseptiv) reseptorlara ayrılırlar.

Bütün reseptorlar birincili-hissi və ikincili – hissi reseptorlara təsnif olunur. Birincilərə iybilmə, taktil və proprioreseptorlar aiddir.

Birincili reseptorlar onunla fərqlənir ki, qıcıq enerjisinin sinir impulsunun enerjisinə çevrilməsi sensor sisteminin ilkin neyronlarında gedir.

İnincil hissetmə reseptorlarına dadbilmə,görmə, eşitmə və vestibulyar aparatın reseptorları daxildir. Onlarda qıcıqlandırıcı və ilkin neyronların arasında impulsları generasiya etməyən, ixtisaslaşmış reseptor hüceyrələri yerləşir. Beləliklə, ilkin hissetmə neyronları bilavasitə deyil, reseptor (neyron olmayan) hüceyrələrin vasitəsilə oyanmağa uğrayırlar.

Görmə qabiliyyətinin təmin olunmasında fotoreseptorların əhəmiyyəti.




Yüklə 31,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə