AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
172
1) gerçəklik elementi, 2) gerçəklik elementinin yadda
qalmasını təmin edən 1-ci sıra intellekt obrazı, 3) gerçəklik
vahidinin adı, 4) adın yadda qalmasını təmin edən 2-ci sıra
intellekt obrazı.
Sinktual dərketmə nəticəsində yaranan sözlər üç qrupa
ayrılır:
leksik, leksik-qrammatik və qrammatik formalar.
Leksik forma 1) müstəqil gerçəklik elementinə, 2) gerçəklik
elementinin yadda qalmasını təmin edən 1-ci sıra intellekt
obrazına, 3) müstəqil sözlə ifadə olunan ada, 4) adın yadda
qalmasını təmin edən 2-ci sıra intellekt obrazına malikdir.
Leksik-qrammatik forma 1) əmələ gəldiyi forma ilə ortaq və
ya abstrakt təsəvvür mahiyyəti daşıyan gerçəklik elementinə,
2) gerçəklik elementinin yadda qalmasını təmin edən 1-ci sıra
intellekt obrazına, 3) şəkilçi formasında ada, 4) adın yadda
qalmasını təmin edən 2-ci sıra intellekt obrazına malikdir.
Qrammatik formalar 1) abstrakt təsəvvür mahiyyəti daşıyan
gerçəklik elementinə, 2) gerçəklik elementinin yadda qalmasını
təmin edən 1-ci sıra intellekt obrazına, 3) şəkilçi formasında
ada, 4) adın yadda qalmasını təmin edən 2-ci sıra intellekt
obrazına malik olur.
Adı olan gerçəklik vahidləri ilə bağlı bütün dərketmə və
təfəkkür prosesləri 4 elementli intellekt kodları vasitəsilə
həyata keçir. Bütün psixoloji proseslər bu kodların tərkibindəki
birinci sıra intellekt obrazları vasitəsilə reallaşır. Bu prosesdə
ikinci sıra intellekt obrazları və onlara ekvivalent olan
sözlər də
kod daxilində aktiv vəziyyətdə olduğuna görə belə bir yanlış
təsəvvür yaranır ki, düşünmə və təfəkkür prosesləri sözdən və
nitqdən istifadə yolu ilə baş verir. Əslində isə aktivləşmiş
kodlardakı sözlər sadəcə təfəkkür prosesini müşayiət edir.
Sözlərin bu şəkildə təfəkkür prosesini müşayiət etməsi, klassik
psixolinqvistikada yanlışlıqla “daxili nitq” kimi izah olunur.
Amm nə
daxili nitq, nə də
düşünmə və təfəkkür proseslərinin
reallaşmasına xidmət edən nitq deyə bir şey, ümumiyyətlə,
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
173
mövcud deyil. Təktərəfli ünsiyyətə xidmət edən kimmunikativ
nitq var. Tam yaranma anına qədər bəzən danışan şəxsin özü
ilə mübahisəsi mahiyyəti daşıyan intellektual nitq də var.
Amma bunları klassik psixolinqvistikada işləndildiyi mənada
“daxili nitq” hesab etmək bağışlanılmaz bir səhvdir. Düşünmə
və təfəkkür proseslərinə gəlincə, artıq dəfələrlə qeyd edildiyi
kimi, onlar istisnasız olaraq hər zaman intellekt kod və ya
obrazları vasitəsilə həyata keçir.
Bütün söz və ya formalar sinktual dərketmə nəticəsində
yaranır və yarandığı andan etibarən müstəqil gerçəklik ele-
menti mahiyyəti daşıyır. Bütün digər gerçəklik elementləri
kimi sözlər də dərketmə aktının birinci yarımaktında mənim-
sənilərək dərk olunur. Sözlər bir qayda olaraq vizual (görərək)
və ya vokal (eşidərək) dərketmə nəticəsində mənimsənilir.
Altıncı nəticə: söz leksik, leksik-qrammatik və qrammatik
formalara malik olmaqla sinktual dərketmə nəticəsində yaranır,
vizual və ya vokal dərketmənin birinci yarımaktında mənimsə-
nilərək dərk olunur; söz dərketmə və təfəkkürün vasitəsi yox
son məhsuludur.
İnsan informasiya mübadiləsini nitq və ya söyləm vasitəsilə
qurur. İnformasiya mübadiləsinə xidmət edən kommunikativ
nitq və ya söyləm dərketmə aktının dördüncü fazasında ardıcıl
şəkildə cərəyan edən dörd pillə nəticəsində yaranır.
Birinci pillədə aktiv yaddaşa gətirilmiş intellekt kodları və
kod silsilələri söylənəcək nitqin ümumi planına və məntiqinə
uyğun şəkildə sıralanır.
İkinci pillədə nitqin aktiv yaddaşda olan ümumi sxeminin
əvvəlində, yəni nitq planının başlanğıcında yer alan gerçəklik
elementinə aid intellekt kod və silsilələri daha detallı şəkildə
açılır
və bununla da söylənəcək əsas fikir formalaşmış olur.
Üçüncü pillədə formalaşmış əsas fikrə ekvivalent olan
birinci intellekt obrazları nitq vahidi mahiyyəti daşıyan