AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
89
deyildir. Göründüyü kimi, dil struktur vahidlərinin iştirakı
ilə (vokal və ya vizual-vokal) daxil olan məlumatlarda
belə, bu vahidlərin rolu analoji informasiya daşıyan digər
üsul və növlər qədərdir. Dolğunluq və tamlıq baxımından
isə, hətta dil struktur vahidləri və ya nitq onlardan bir
qədər zəifdir.
İnsan yarandığı gündən ünsiyyət mühitinə düşür. Bu
onun həyat tərzinə çevrilir. Cəmiyyət daxilində yaşayan
insan istənilən vaxt ya aktiv, ya da passiv ünsiyyətdə olur.
Başqaları ilə söhbət edərkən, bildiklərini yazarkən və ya
danışarkən o, aktiv kommunikant, danışılanları dinləyər-
kən, yazılmışları oxuyarkən passiv kommunikant funk-
siyasında olur. Ünsiyyət insanın və insanlığın atributla-
rından biridir. Buna görə də insanın hər hansı fəaliyyətini,
o cümlədən də təfəkkür prosesini tam olaraq ünsiyyətsiz,
nitqsiz, dilsiz, sözsüz təsəvvür etmək çətindir.
Artıq qeyd olunduğu kimi, ümumi təfəkkür proseslə-
rinin dərketmə mərhələsində dil struktur vahidləri yalnız
birinci və dördüncü fazalarda və illüstrativ şəkildə iştirak
edir. Amma bununla belə, diqqətlə fikir versək, görərik ki,
dil struktur vahidləri ilə heç bir əlaqəsi olmayan şeylər
haqqında düşündükdə, məsələn, çoxdan görmədiyimiz
köhnə bir tanışın sifətini yada salmağa çalışanda belə, biz
öz-özümüzə bəzi sözlər deyirik: “Yox, o deyil,... yox, ...
yox,
bu da o deyil, ... hə, yadıma düşdü”.
Bu kimi sözlər mahiyyət etibarı ilə kiminsə sifət ciz-
gilərinin xatırlanmasında heç bir rol oynamır. Amma elə
sözlər də vardır ki, onlar sifət cizgilərini xatırlamaq üçün
bir
növ açar, xüsusi kod rolunu oynayır.
Belə deyə bilərik ki, hər hansı bir xarici əlamətinə uy-
ğun ləqəbi olan insanları xatırlamaq, ləqəbi olmayan digər