Амеа фолклор институту



Yüklə 1,41 Mb.
səhifə4/9
tarix05.02.2018
ölçüsü1,41 Mb.
#24531
1   2   3   4   5   6   7   8   9

GÖRMƏDİM
Aləm içrə sən kimi təxt üzrə sultan görmədim,

Eşqin içrə bir mənim tək çeşmi-giryan görmədim.

Qamətin bağı ara sərvi-xuraman görmədim,

Mən sənin eşqin ilə heç yerdə dövran görmədim,

Gəşt edib aləmi, sən tək mahi-təban görmədim.
Hər görən vəsfin yazar, sultanı sənsən xubların,

Görənin canın alarsan, seyr edib mərkəblərin,

Xub çəkilmiş qamətin, nurdan bitilmiş ləblərin,

Yüz ölüyə can verər bu qönçeyi-qəbqəblərin,

Gəşt edib aləmi, sən tək mahi-təban görmədim.
Ağlayıb, arzu çəkib, şikəstə-bimar olmuşam,

Özgələr mədxuli, mən məhrumi-didar olmuşam,

Yüz görüb doymaz gözüm, bir görməyə zar olmuşam,

Dal boyuna, kakilinə mən ki giriftar olmuşam,

Gəşt edib aləmi, sən tək mahi-təban görmədim.
Ayna üz, ahu baxışlı, bir əcaib dilrüba,

Həsrətindən saralıb soldum da, oldum kəhrüba,

Xub yaraşır başa qalpaq, əyninə gülgün qəba,

Aşiqı-zarın mənəm, görsət üzünü hər səba,

Gəşt edib aləmi, sən tək mahi-təban görmədim.
Dolanıb boynuna düşcək sünbülü-tər kakilin,

Hüsnünə pərvanə mən, canım alar zər kakilin,

Ki siyah rəngdir gözümə, gəhi əhzər kakilin,

Əllərim bir dəyməyə olmaz müyəssər kakilin,

Gəşt edib aləmi, sən tək mahi-təban görmədim.
Şəmi-hüsnün qüvvəti bu təndə dərmanım alır,

Səf çəkib, kirpiklərin öldürübən, qanım alır,

Cəllad gözün, yay qaşın əks edib canım alır,

Kakilin hər yan dağılıb, nurı-imanım alır,

Gəşt edib aləmi, sən tək mahi-təban görmədim.

«Bi», «əlif», «ya» birlə ismini yazaram hər zaman,

«Mim» mübarəkdir camalın, qaşların misli-kaman,

«Ri», «əlif» yadıma düşcək, odlanaram hər zaman,

Der Nəfəs: ism axırın «dal» ilə qıldım bəyan,

Gəşt edib aləmi, sən tək mahi-təban görmədim.




QUBA QAZIM
Aldın səbri-qərarım, sevdiyim, sərvi-nazım,

Tavus quşum, humayım, ördəyim, quba qazım.

Mənim şunqar laçınım, ütəlgi bəhri-bazım,

Yatsam sənsən əhvalım, dursam, əlimdə sazım,

Yanan dərdli ürəkdən çıxsın odlu bəyazım.
Arzu edər hər aşiq öz yarının camalın,

Canın fəda eyləyib, arzu edər vüsalın,

Didara talib olan neylər bu dünya malın?

İki dünyaya verməm ağ üzün, iki xalın,

Mən Məcnunam eşqində, ey Leyli-dilnəvazım.
Qələm qaşın, surətın çəkərlər İsfahanda,

Bir gövhər-bibəhasan, oşol gənci-nihanda,

Xoş surətlı, xoş qamət sənsən yalan cahanda,

Müjganların bənd almaz bu bədəndə, bu canda,

Bir görsəm, canım versəm, oldur bu qula lazım.
Gül yüzünə gülablar, yaraşır qaşa sürmə,

Al yanağın almadır, ləbin qənd ilə xurma,

Əjdərha tək dolanıb, üzün bizdən çevirmə,

Nəgəh zülfün kəmənddir, könlümə salma burma,

Açgil şikəstə könlüm, açılan lələzarım.
Xidmətində payəndaz, əl-əl üstə duraram,

Qabili-xidmət olsam, yar camalın görərəm,

Tərk eyləyib dünyanı, vəslinə əl vuraram,

Bir canım dərkar olsa, yüz can olsa, verərəm.

Dildarım dərgahında oldur aciz niyazım.
Nəfəs deyər: hicrindən yandım işbu zamana,

Ey gözəl, sən tək gözəl gələrmi bu cahana,

Rəhmət nəzərin salgil mən qərib-natəvana,

Sənin vəsfin yazaram gər gəlsə söz zəbana,

Bülənd pərvaz eyləyib, ərşə çıxar avazım.


SEYR ETMƏZ
Sənin eşqində yanan gövhər-kanı seyr etməz,

Canana vasil olan şirin canı seyr etməz.

Cənnətdə cavidanlar bu məkanı seyr etməz,

Sənə düşən gözlərim qız-cüvanı seyr etməz,

Sən yaxşının yaxşısı, mən yamanı seyr etməz.
Cismim içində canım, can içrə ol canandır,

Mənim mehrim alıbdır, özü namehribandır,

Hər göz açsam, görməsəm, mənə axır zamandır,

Göz yumunca gözümdən qanlı yaşım rəvandır,

Rövzən kimin bu çeşmim özgə yanı seyr etməz.
Siyah zülfün vəl-leyli, camalın vəz-zühadır,

Pərilərin sultanı, hüsn içrə padişadır,

Sən tək yarın eşqində ölməkliyim rəvadır,

Mehrinə müştaqam mən, qəlbim dərdə yuvadır,

Nəzər salıb gözümdən axan qanı seyr etməz.
Kasə-kasə mey içsəm xınalı ağ əlindən,

Könlüm quşu çulğaşıb ayrılmaz kakilindən,

Xəcil olar şəkərlər dəhan içrə dilindən,

Xəlvət yerdə bəzm edib quçsam incə belindən,

Bağ-İrəmdə gül açan ərğüvanı seyr etməz.
Tərlan kimi uçaraq ağlım-huşum alıbsan,

Hər kim görsə camalın, canına od salıbsan,

Qəmzə ilə söz vurub, ciyər-bağrım dəlibsən,

Halıma xəlq ağlaşar, sən bu hala gülübsən,

Nəfəs hüsnün zarıdır, bəyi-xanı seyr etməz.

KİÇGİNƏ
Məni eşqində yaxan qəhri yaman kiçginə,

Xoş təkəllümginəsi şövqi-zəban kiçginə.

Qaşı qaraginəsi misli-kaman kiçginə,

Dişi dür, ləbginəsi qönçə-dəhan kiçginə,

Əlqərəz, yaxdı məni nari-suzan kiçginə.
Girib bağginəsinə, üzübən gülginəsin,

Quruban damginəsin, dinlər bülbülginəsin,

Töküb üzginəsinə zülfi-sünbülginəsin,

Gəh qısıb ləbginəsin, gəh açıb qolginəsin,

Saldı mənim sinəmə daği-nihan kiçginə.
Qısdı qolginəsinə məmeyi-kiçginəsin,

Tökdü üstginəsinə müşk-ənbər saçginəsin,

Gizlədi narginəsin, qoymadı heçginəsin,

Görmək istədim, söydü, yığaraq güçginəsin,

Saldı yumruqginəsin qəhri yaman kiçginə.
Tutdu hörükginəsin, hüllə, qunduzginəsin,

Geydi əyninə gözəl qırmız libasginəsin,

Gündə yüz bir paltarda görkəzir özginəsin,

Qucdum belginəsini, öpməyə üzginəsin,

Qıldı yalanginədən ahi-fəğan kiçginə.
Gəldi tez-çəbikginə, oturdu həmdəmginə,

Al yanaği tərginə, qəbqəbi-şəbnəmginə,

Bildim bu nə rəyginə, sordum oşol dəmginə,

Dedi əğyar, rəqibəm mən sənə həmdəmginə,

Atəşim yüksəlsə də, keçdi rəvan kiçginə.
Al-yaşıl bəzəndi ol qədginə, qamətginə,

Qoydu mənim canıma nazi-qiyamətginə,

Qurdu mənim qəsdimə yayi-xoşamədginə,

Atdı öldürmək üçün ol oxi-afətginə,

Nəfəs der: canım alan arami-can kiçginə.


OLUR
Cümleyi-kamil olan görsəm deyib, heyran olur,

Aşiq məstanə yürür, gül içrəyi-dövran olur.

Leyli ərkinə çıxanda, pərilərə fərman olur,

Vah, nə məcalım ötübdür, gözlərim ərman olur,

Qıldı ey tənlər sədəqə, canlarım qurban olur.
Zülfündən çıxmış ətir, ah, nə gözəl sünbülü!

Qıldı dustaq bir zaman tara bağlı bülbülü,

Tuti-göftar əzilmiş, nə şəkərdir yar dili,

Bir baxışda qurudub şöylə dəryayi-Nili,

Qovsalar rizvan olur, gər çıxsam ümman olur.
Doğdu asman bürcündən ol tutdu aləmin üzün,

Atdı ol dəsmalını, bağladı, bəs, aylar gözün,

Qıldı şöylə bir avaz, lal qıldı tutilər sözün,

Axırı əsir oluban, tapşırıbdır ol özün,

Uçdu aləm üzündən, bu cahan zindan olur.
Çıxmanam zindan içindən mən yasavul bənd olub,

Qaldıraram əllərimi zülfündən bir tar yolub,

Anrı getmiş ol yasavul şol zamanda saralıb,

Gözlərinə sürmə çəkib, bu cahana ol dolub,

Baxsam, ey dostlar, bu gün zindanında bustan olur.
Gəldi bağban gəşt edibən, baxdı güllər ruyuna,

Tökdü ənbərlər parasın hər dərəxtın sayına,

Bənd edib reyhanları Leyli-Şirin payına,

Yoluban kirpiyini, ol yar ox qılıb yayına,

Əgər dəysə ol kirişə, bu cahan duman olur.
Deyər Nəfəs dostlara, bu nə bəladır, bilmənəm,

Səkkiz il zindanda olub, nə səbəbdən ölmənəm?

Diriyəm, əmma ki mən heç özümə gəlmənəm,

Gəldi yar qucaq açıb, bəs qoynuma salmanam,

Çünki nari-əjdərdən çıx get deyə fərman olur.


ÜZRƏ
Nə eylədi dildarım, bu vəqti-zaval üzrə,

O göz qapaqlarıdır yazıldı qəzəl üzrə.

Nəzərə varıb durdum bu qəddi-nihal üzrə,

Neydir ki içi dolan şəkər üzrə, bal üzrə,

Ya rəb, nə üçün surət yetər bu misal üzrə.
Canımı fəda qıldım, eşqinə düşərək mən,

Can ayrıldı cisimdən, qəm etməsin aciz tən,

Can olmasa canan yox, olsa da əziz hər an,

Mindən bir cüzi hüsnü aləmi qılar rövşən,

Salıb şölə onunçün bu on dörd mahal üzrə.
Mey nuş edib ol məhvəş nərgizini oynatmış,

Zülfünə vurub şana, kakillərin fıtratmış,

Deyir, ki bulud içrə özünü nihan tutmuş,

Ol nüktə siyah xallar hüsnündə məkan tutmuş,

Hindi beççələr çıxmış gül xırmanı al üzrə.
Mey içsə araq ilə gül hüsnü olar həmdəm,

Bağlar ki, onlar sirab, güllərə düşər şəbnəm,

Üşşaqi havasında könlümdə solar yüz qəm,

Zülfü tamam açılsa, qaranlıq olar aləm,

Yelda gecəsi gəlmiş məcmuyi-ləyal üzrə.
Xaldan ki müzəyyəndir ol qönçeyi-qəbqəblər,

Asmana necə zinət vermiş ola kövkəblər,

Bəndəndir, yesirindir azadeyi-mənsəblər,

Dişlər ki dəhan içrə ol laleyi-gül ləblər,

Dürlər ki olub məzrub, bəs ləli-piyal üzrə.
Neylim, iki hiyləgər bir mürğə olur səyyad,

Bir quşa iki səyyad, harda görünüb bu zad,

Könlüm ki olub əzim, ol məhvəşi edib yad,

Huşum ki gedib sərdən, neylim, nə qılım fəryad,

Can birlə cəsəd qaldı bir quru xəyal üzrə.

Bəzən qılıb ol məhvəş qolların salar hər yan,

Sərvdə olur çün fərq, yel dəysə qılar cövlan,

Bəzminə rəqib daxil, mən mərhrumam, ey canan,

Ey bəndə Nəfəs, canın ol məhvəşə qıl qurban,

Şayəd, sən həm yetişsən ol bəzmi-vüsal üzrə.




OL SƏRVİ-XURAMANI
Sevin, sənə canü tən, gəldi ana cananı,

Arzuyu-vüsal ilən ol nazlı qədirdanı.

İstər ki doğa səndən, al ələ qələmdanı,

Barmağı qatıb yazgil yox olsa siyadanı,

Kağıza salıb nəqş et ol sərvi-xuramanı.
Ey göz, giley eyləmə, ol canan gedəndən son,

Bax yaxşı nəzər ilə, gülgün üzünü gör sən,

Göz-qaşına peşkəş de, göz nüktəsini ver sən,

Pərvanə sifət parlar, canandan yön çevirsən,

Məstanə basıb gəlmiş, bu kəklik xuramanı.
Ey qol, sənə rüxsətdir, dal gərdənə dolaşsan,

Ey ləb, sənə həm peşkəş, gülgün meyindən içsən,

Səbr eylə, tənim-canım, hər necə yanıb bişsən,

Könlünü alar dilbər, pünhan yerdə görüşsən,

İstəyər qara gözüm hər dərdinə dərmanı.
Sənsən pərilər şahı, əlbəttə, cahan içrə,

Dürdanə dişin qoymuş gül-qönçə dəhan içrə,

Aynacan gəlib düşdü tənha bu məkan içrə,

Məqsədli gözəl yarım, girsək bu gün don içrə,

Qulaq verib dinləyin bu dürlü süxəndanı.
Yar dedi ki: «Rüxsət ver, az söz ilə durmalı,

Dostlar azdır, düşmən çox, burda az oturmalı,

Hər gün gəlib görərəm səndəki hal-əhvalı»,

Tutdum əlindən onun, yaman dəyişdi halı,

Seyr eylədim, ey dostlar, bu bağ ilə bostanı.
Yar dedi: «Eyya dilbər, ah çəkmə əsla, hərgiz,

Bəxş eylə tamamını, sən qılma bu dəm pərhiz,

Düşmənlərə bildirmə, payını verim, al tez»,

Gərdana qolum saldım, məqsədə çatıb şəksiz,

Qoydum ləbim üstünə, ay tək görüb Aynanı.

Yar dedi: «Camalımdan nurlandı sənin cayın»,

Dedim: «Sənin heç olmaz, dünyada yoxdur tayın»,

Dedi: «Nə üçündür bu, ah ilə çəkən vayın»,

Dedim: «Halım yaxşıdır, yoxdur sənin pərvayın,

Rəhm et mənə, ey dilbər, aç bağü gülüstanı».


Ey Molla Nəfəs, eylə tanrıya şükür bərca,

Ayna ləbindən qandın, yox indi sənə pərvay,

Ayna, bu dəm rüxsət ver, yenə öpüm bircə pay,

Şu xəlvətin az deyil, içdin həm də yaşıl çay,

Şükür edək ki, yetişdi bu könlümün istəni.

FARS QIZI
Kamil-qafil olanlar can içrə pünhan, farsiyə,

Abi-kövsər narından oldum mən aman, farsiyə.

Nə qəflət içrə qalıban urdu ümman, farsiyə,

Dedim: ey, can şəhri içrə doldu duman, farsiyə,

Gözləmə, yaxdın məni, könlümdə güman, farsiyə.
Ah, yanıb mən, su alıban səpmədilər üstümə,

Təkrar bir közi-əcəli qoydular bu altıma,

İki şahmar qəsd edib, gəldi, yetişdi dəstimə,

Qəm ləşkəri tuğ götürüb, at salıban pəstimə,

Güllərimin bülbülü uçdu ki xəzan, farsiyə.
Növrəstəyəm, ağlaram mən, yoxdur ey atam-ənəm,

Əgər ki ruy döndərərsən, nə çarə vardır, sənəm?

Gündə yüz vəqt ərz edib, qəm atəşinə mən yanam,

Ki tutuşub zar ilə, tamam kül olam, sönəm,

Qılgil Nəfəsi mənə atəşi-rızvan, farsiyə.
Ruyi tutub mən fağır, dedim: ey vah, Süleyman!

Vergil, ey, ləşkər mənə, qəmi qılayım yeksan!

Şol zamanda yar ilə mən qalaram kamil-aman,

Götürər dəsmalı yarım, dağlarda qalmaz duman,

Çıxarıb ərk köşkünə mən qılaram xan, farsiyə.
Sərvi-dərəxt altında pərilər seyran gəzib,

Şəhdinə şəhdlər qoşar balıqları onda üzüb,

Fərman verər ol pəri təxt üzrə gözlərin süzüb,

Yetmənəm dost vəsfinə, onca dastanlar yazıb,

Qəhri-qəzəbə girsə, yanar cahan, farsiyə.
Deyər Nəfəs: bülbüləm, düşdüm qəfəsə ərman,

Baxışaram zar ilə, olsa deyibən fərman,

Yox, qorxmaram, qılaram mən canım yara qurban,

Tapmadılar dərdimə axtarıban bir dərman,

Biəlac torpağa girib, oldum qurban, farsiyə.


DEDİM-DEDİ
Dedim: «Aşiqlər şahı!» Dedi: «De ərzin, mehman!».

Dedim: «Keç günahımdan!» Dedi: «Ötdüm damla qan».

Dedim: «Təxtin bərqərar!» Dedi: «Bənzər, bipayan».

Dedim: «Sənin tək şahlar...» Dedi: «Yoxdur bigüman».

Dedim: «Gəldim. Qulun mən».

«Dur get, - dedi, - müsəlman!».


Dedim: «Ol nə püstədir?» Dedi ki: «Dəhan olar».

Dedim: «Ol nə qumrudur?» Dedi ki: «Zəban olar».

Dedim: «Ağ üzdə xallar...» Dedi ki: «Reyhan olar».

Dedim: «Bu necə dondur?» Dedi: «Zərəfşan olar».

Dedim: «Ölsəm ərman yox...» Dedi: «Tökmə nahaq qan».
Dedim: «Zülflər ovsunçu...» Dedi: «Dağdan gəldi mar».

Dedim: «Nə qoşa alma?» Dedi: «Ağ köksümdə nar...».

Dedim: «Ol nə əncirdir?» Dedi ki: «Bağda ənar».

Dedim: «Çillə qarıdır...» Dedi: «Onda gül-güzar».

Dedim: «Yoxdur günahım». Dedi: «Çoxlarda ərman».
Dedim: «Bir busə vergil!» Dedi: «Verim, güldürsən».

Dedim: «Haqq aşığıyam». Dedi: «Karın bildirsən».

Dedim: «Əziz mehmanam». Dedi: «Gəlib öldürsən»,

Dedim: «Bu nə sözdür, ey!...» Dedi: «Gəlib qaldırsan».

Aldım dərhal qoluma. Dedi: «Görəcək bağban...».
Qolum saldım boynuna, gəldi tavusum uçub,

Dedim: «Gəl indi tutum». Dedi: «Gül tək çulğaşıb...».

Dedim: «Vüsalın yetir». Dedi ki: «Ağlın çaşıb».

Çıxdı ürək yerindən, getdi qərar sıçraşıb,

Aşıq Nəfəs bu gecə sürdü belə çox dövran.

ODLANIR
Sallanıb keçsən qarşımdan, cism ara can odlanır,

Halqa-halqa kafiri-zülfündən iman odlanır.

Dür dişinin rəşkindən ləli-zərəfşan odlanır,

Cilvə edib qılsan təbəssüm, qönçə-xəndan odlanır,

Ləblərinin şərbətindən abi-heyvan odlanır.
Sən qılırsan gəhi nazü, gəhi lütfü, gəh qəzəb,

Şükür allahdan, sənin vəslin mənə oldu tələb,

Tiri-müjganın önündə bütün canlar tutdu səf,

Bağrıma xəncər vurub, qanım tökdün hər tərəf,

Laxta-laxta bağrımın pərkaləsi qan odlanır.
Pəs edər gün şöləsin xurşidi-taban üzlərin,

Təlx edər qəndü balını şəkəristan sözlərin,

Lal edər bülbülləri tuti kimin avazların,

Dinim-imanım yaxıbdır iki kafir gözlərin,

Dad, iki kafir əlində bir müsəlman odlanır.
Lütfünü aşiqlərə hər dəm firavan eyləsən,

Qəddini qalib qılıb, can içrə canan eyləsən,

Ta özün bəzm eyləyib, bir gecə mehman eyləsən,

Ol səba rəxşin minib, çün əzmi-cövlan eyləsən,

Yüz mənim tək çapığın sərgəştə, heyran odlanır.
Ey Nəfəs, dünya gəlib, eşqində yandım əlmüdam,

Hamıya dərdim əyandır, fəhm edərlər xasü-am,

Firqətindən vərdişim qan ağlamaqdır subhü şam,

Şöleyi-hüsni-çırağına yanar oldum dəvam,

Rəsm oldu şəm oduna, əlbəttə, pərvan odlanır.

SƏRBƏSƏR
Bir gözəl gördüm, bəhsi işbu cahana sərbəsər,

Külli-aləm ölkəsi yox ol canana sərbəsər.

Qaşlarının əyrisi əbru kamana sərbəsər,

Əllərinin xınası bağrımda qana sərbəsər,

Sözlərinin şirini bu şirin cana sərbəsər.
Bir əcəb surət yaratmışdır qadir qüdrətlı həqq,

Bütün xublar hüsni-rüxsarından alar şəfəq,

İncə bel, nazik bədən, alma yanaq, badam qabaq,

Dəstə-dəstə zülfü üz üzrə düşər başdan-ayaq,

Qaməti tubi-şəcər, sərvi-rəvana sərbəsər.
Bir nəzər qılsan, könül mülkün qılarsan laləzar,

Görmədim hərgiz cahan mülkündə sən tək gülüzar,

Dedilər, sən tək pəri Rum, İsfahan şəhrində var,

Hamısın gördüm gəzib, yalan imiş, nazik nigar,

Hər sözü yüz min gəlin, yüz min cüvana sərbəsər.
Boylanıb laçın kimi, hər baxışın yüz min tümən,

Qoynun üzrə açılar yüz dürlü əngür-əncümən,

Hüsnünə bənd olmuş ol, şəhri-Xotən, şəhri-Yəmən,

Cəhənnəm derlər yaman, eşq odu ondan da yaman,

Zövqi-vəslindir məgər darül-amana sərbəsər.
Köksün üzrə alma-narın düymeyi-abbasdan ağ,

Gecədən zülfün qaradır, üzlərin gündüzdən ağ,

Ləblərin güldən qızıldır, dişlərin ulduzdan ağ,

Vəsf edər mən bütün əndamın sənin kağızdan ağ,

Rəşk edib ay birlə gün girmiş fəğana sərbəsər.
Dürlü əlvanlar bəzəndin, geydiyin al eylədin,

Bizi qəmgin, pis rəqib könlünü xoşhal eylədin,

Zülfünə zinət verib, əl birlə dəsmal eylədin,

Yandırıb eşq əhlini, köyündə paymal eylədin,

Düşdü od can birlə cismü ustuxana sərbəsər.

Der Nəfəs: dünya güvəndi, gənci-Qarun keçdilər,

Vamiq ol Əzraya aşiq idi, məhzun keçdilər,

Zöhrə deb Tahir yanıb, göz yaşı Ceyhun keçdilər,

Arzu ol Qənbər deyib, bisərü saman keçdilər.

Yanmadı heç birisi mən natəvana sərbəsər.




PİYALƏ
Nərgiz demək xətadır ol vəhşiyi-qəzalə,

Tubi ki boynun əymiş, rəxnə qəddi-nihalə,

Gördüm ki, mah-ruyin saraldı, rəngi lalə,

Bülbüllər uçdu güldən, rüxsara oldu valə,

Nə olar, öz əlindən versən mənə piyalə!
Gül üzün şöləsindən zərrə tək müztərəf mən,

Bağrıma tiğ vuraram, özümə dərqəzəb mən,

Firqət zəhrin içərəm, səndən vüsal tələb mən,

Qıldım ki dadi-bidad, dedim ki təşnə ləb mən,

Nə olar, öz əlindən versən mənə piyalə!
Qəsdin nədir bu cana, ey yari-mahi-taban,

Mən çəkmişəm bu cəbri, çəkməsin heç müsəlman,

Ötməzmi şəmi-hicran, gəlməzmi dəli dövran,

Gülşən içrə seyr edib, tapıb bir cayi-pünhan,

Nə olar, öz əlindən versən mənə piyalə!
Qaşların mahi-tündür, üzün xurşidi-əla,

Gördüm şəmi-camalın, başıma düşdü qovğa,

Qarətçi küfr zülfün imana saldı yağma,

Muğ əlindən mey içib, huş əhli oldu rüsva,

Nə olar, öz əlindən versən mənə piyalə!
Nəfəs der: atəş içrə yanar oldum dəvamət,

Eşq odunun alovu həddən aşdı qiyamət,

Bu bəhrə qərq olanlar çıxmaz imiş səlamət,

Dedim yanmaq müddətim - gəldi vəqti-ziyafət,

Nə olar, öz əlindən versən mənə piyalə!

BİR GÖZƏL
Hüsni-gülşən bağı içrə qıldı seyran bir gözəl,

Qırmızı gül tək üzü, qəddi zərəfşan bir gözəl.

Zalimi-ədna əlində bəndi-zindan bir gözəl,

Vah, əcəb sahib tərəhhüm, məsti-məstan bir gözəl,

Dişi dürlərin dürüdir, gənci-pünhan bir gözəl.
Ayrı düşsəm bir zaman ki, ağlayıram zar-zar,

Xəstə könlüm çırpınır, sanki qulun tək biqərar,

Görmüşəm çaki-zənəxdan üzrə zülfün tarı-mar,

Tərk edə aşiqliyim desəm ki, yoxdur ixtiyar,

Tutdu könlüm, qoymadı getməyə hər yan bir gözəl.
Ya əcəb nəqşi-nigardır nüktə halı hüsn ara,

Saçları sünbülə oxşar, gözü nərgisdən qara,

Qaş dartıb, ləb dişləyib, sinəmə saldı çox yara,

Ömür salı odlanır, hicrində mən tək macəra,

Aşiq əhlini qılıb hüsnünə heyran bir gözəl.
Vədeyi-vəslində dedin, gündə qurbanın olam,

Vədə qıldın, dedin ki, gəhi ərmanın olam,

Ey gözəl, dedin yenə, can içrə cananın olam,

İldə bir qurban gəlir, mən gündə qurbanın olam,

Ləfzı şirin, xülqü xoş, sərvi-xuraman bir gözəl.
Çıxsa evdən dolun ay tək, qəddinə qıldım nəzər,

Görənin könlün pozar, geyən libası simuzər.

Sözləsə qaşın dartıb, göftarı bağrımı əzər,

Hiyləgər kafirdə yox nərgis gözün tək cadugər,

Der Nəfəs: yandırdı məni çeşmi-məstan bir gözəl.

DİLBƏR
Qadir haqqın sənətindən gəldin cahana, dilbər,

Aşiqlər göz yaşına sənsən bəhanə, dilbər.

Hüsn əhlində sən özün yek-yeganə, dilbər,

Əzm eyləyir bu canım, gəlsən zəbana, dilbər,

Bir bəri bax, sevdiyim, od düşdü cana, dilbər.
Qara saçın hörülmüş ağ üzündə taybatay,

Xal qoyulmuş al yanaqda dənə-dənə, caybacay,

Qara nərgis gözlərin can almağa çəkmiş yay,

Hicab çəkər üzünə şöləndən gün ilə ay,

Ləli-mərcan düzülmüş püstə dəhana, dilbər.
Dilbər, sifətın desəm, iki «əlif», bir «nundır»,

Sonrasında «qəyn» yaz, ol qəddinə mövzundır,

Eşqin odu sinəmdə gündən-günə füzundur,

Gözdən axar qanlı yaş, sanki abi-Ceyhundır,

Göz yaşıma rəhm edib, seyr et cahana, dilbər.
Yaxdın fani cahanı, göz altından süzərək,

Erdir, axşam çıxarsan, tavus kimi süzərək,

Kətən köynək əynində, baş-gözünü bəzərək,

Saz eyləyər kərkaran, seyrə çıxsan gəzərək,

Gəlmək üşün yanına yoxdur bəhanə, dilbər.
Abbasını düzübsən köksünə dənə-dənə,

Bir qəmzədə salırsan islam-kafiri dinə,

Aşiqlərın qanından qoydun barmağa xına,

Rüxsət alıb, məmənə qoysam köks ilə sinə,

Pis rəqibin qəsdinə bir bax bu yana, dilbər.
Hüsn əhlinin şahısan, fani cahan içində,

Qəndü şəkər əzilmiş püstə dəhan içində,

Müşki-ənbər qoyulmış afəti-can içində,

Sən tək gözəl tapılmaz huri-qulman içində,

Cənnətdə huri alar səndən nişana, dilbər.

Uzaq yerdən gəlmişmən, yar, camalın görməyə,

Ta ölüncə qapında əl-əl üstə durmağa,

Umud edib gəlmişəm zövqi-səfa sürməyə,

Rüxsət versən, dilbərim, əl uzatsam düyməyə,

Əlim salıb yaxandan, gəlsək məstana, dilbər.


İskəndər tək hökmlü, Süleyman tək adil şah,

Aşiqlərə rahatdır, ağ köksündən versən cah,

Var umudum səndədir, olarsan mənə dilxah,

Sən bir kərəmli şahsan, aşiqlərə dadigah,

Ərz eyləyib gəlməşəm, yetgil bu dada, dilbər!
Qoysan zülfün, dilbərim, düşsün beldən aşağa,

Qurban olam başına, ağ üzdə qoşa xala,

Həvəs edər bu könlüm incə beldən quçmağa,

Səndə bir eyb görmədim, baxdım başdan-ayağa,

Fərağında yanaraq gəldim fəğana, dilbər.
Başım alıb gedərəm, qərib könlüm almasan,

Məcnun kimin ağlaram, yar, qoynuna salmasan,

Dura bilmən yerimdən, sən əlimdən tutmasan,

Taqətım yox deməyə, özün halım bilməsən,

Nəfəs deyər, zar edib gəldim fəğana, dilbər.


BU GÜN
Seyrə çıxmış şahpərilər, çəmən reyhandır bu gün,

Tuti quşlar ötüşüb, bülbül ki zəbandır bu gün.

Şah-gəda yox təfavüt, hammıya dövrandır bu gün,

Qullar azad eylədilər, tərsaya amandır bu gün,

Ay mübarək doğdu asmandan, mah-tabandır bu gün.
Bir neçəsi niqabsızdır, neçəsi ol xirqəpuş,

Qıldı nəzər «hu həqq!» der, istər ki onda dərvüş,

Uçdu asman bürcündən, qondu gəlib qumru quş,

Əlmüdam bahar olur, bəs yada düşməz qüz-qış,

Aşiq alsa məşuqun, qalmayır ərman bu gün.
Nazlı qızlar çıxmış idi geyinib çox donunu,

Taxıb xeyli ləli-mərcan, yenə gövhər-kanını,

Sərdar edib ol kənizlər, önə salıb xanını,

Gəlsə ol xoş niyyətli, verər bu gün canını,

Çünki ol aləm üzünə xudadan dövran bu gün.
Boş oturan dərəxtlər gətirər alma-narı,

Çıxmayır cövlan vurub, qəflətdə bülbülün zarı,

Aş tapmayıb oturanın yetib bu gün qərarı,

Verməz padişahlar bu gün qul-qırnağa azarı,

Gəşt edib varsam məzara, ölər gedər can bu gün.
Deyər Nəfəs: ey yaranlar, gəldi eyd-bayramı,

Nur saçıban ərşi-əla qıldı dünya aramı,

Əl uzatmaz Əzrayıl, almaz hiç kimdən canı,

Dedim ol dostuma bu gün ürəyimdəki varı,

Mən fağırdan sovqat olsun ellərə dastan bu gün.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə